Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3147/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası (üçüncü şəxslər X3, X11) qarşı iş üzrə QƏRARİ kateqoriya: uşaqla ünsiyyətlə bağlı mübahisələr, digər qohumların uşaqla ünsiyyət hüququ. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına (üçüncü şəxslər X3 və X7) qarşı “Gəncə şəhər Kəpəz Ra yon İcra Hakimiyyəti başçısı Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyasının 7 yanvar 2*21-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-432/2*24 nömrəli, 19 mart 2*24-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2*24-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayon İcra hakimiyyəti Başçısının 115 nömrəli, 16 dekabr 2*2*-ci il tarixli sərəncamına əsasən, İddiaçı 17.*4.2*17-ci il təvəllüdlü nəvəsi X5 qəyyum təyin edilməsi, sərəncamın icrasına nəzarət Gəncə şəhər Kəpəz rayon İcra hakimiyyəti başçısı aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyasına həval ə edilməsi qərara alınmışdır. 2. **52*6 nömrəli, *3.*6.2*21-ci il tarixli Şəhid ailəsi üzvünün vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır.
3. Gəncə Şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı aparatı X15 yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın ərizəçilər X11 (uşağın əmisi) və X3 (uşağın ata tərəfdən nənəsi) 17 aprel 2*17-ci il təvəllüdlü X1* ilə ünsiyyət verilməsinə dair qərarına əsasən, bu məsələ Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısı Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyasının *7.*1.2*21-ci il tarixli iclasında müzakirə edilmiş və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.2 və 62-ci maddələrini rəhbər tutaraq, 17 aprel 2*17-ci i l təvəllüdlü X1* ilə payız və qış aylarında, hər həftənin cümə günləri saat 17:**-dan, (gecələməklə) şənbə günləri saat 18:**-dək, yaz və yay aylarında hər həftənin cümə günləri saat 17:**-dan (gecələməklə), şənbə günləri saat 2*:**-dək İddiaçı iştirakı olmadan, sərbəst qaydada görüşüb ünsiyyətdə olması barədə qərar qəbul etmişdir. 4. ünvan 1 ünvanında yaşayan X2 ünvanlanmış 11 oktyabr 2*21-ci il tarixli, 121* nömrəli məktuba əsasən, Şahnəzərli Xədicə ana babası İddiaçı qəyyumluğundadır və Samux rayon Seyidlər kəndində nənəsi babası ilə birgə yaşayır. Ailə hər zaman Samux rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nəzarətindədir. Komissiya tez-tez ailədə və Xədicənin təlim-tərbiyə aldığı Samux rayon Qarayeri 2 saylı körpələr evi-uşaq bağçasında o lur, onunla mütəmadi olaraq maraqlanır. Bağçanın müdiri Xədicənin digər uşaqlarla yaxşı ünsiyyətdə olduğunu, məktəbəqədər təhsil müəssislərinə təmiz səliqəli gəldiyini bildirir. Komissiyanın üzvləri Xədicənin Gəncə hadisələri aldığı travmaya görə Seyidlər kəndində nənəsinin, babasının iştirakları ilə, ünsiyyətdə ola biləcəyini nəzərə çatdırmışdır.
5. Gəncə Şəhər Məhkəməsinin 2(125)-959/2*22 nömrəli, 15 noyabr 2*22-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X1 cavabdeh Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyətinə qarşı “Qəyyum təyin edilməyə dair sərəncamın ləğv edilməsi” tələbi barədə iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin 2(1*4)-3248/2*21 nömrəli, 1 noyabr 2*21-ci il tarixli qərardadına əsasən, iddiaçılar X3 və X6 cavabdeh İddiaçı (maraqlı şəxslər Gəncə şəhər Kəpəz rayon İHB Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyası və Samux rayon İHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı uşaqla ünsiyyətdə olma tələbinə dair mülki iş üzrə iddiaçıların iddia tələbindən imtina etməsinin qəbul olunması və bu əsasa görə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
7. Samux Rayon Məhkəməsinin 28 mart 2*23-cü il tarixli, 2(*58)-245/2*23 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, iddiaçı X1 nənə kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün 1* aprel 2*17-ci il təvəllüdlü X1* ilə təyin olunmuş görüşə qoyulan maneənin aradan qaldırılması və iddiaçı X1 1* aprel 2*17-ci il təvəllüdlü X1* ilə görüşüb ünsiyyətdə olmasına dair hüquqlarının təmin olunması qət edil mişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiаçı İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası, üçüncü şəxslər X3 və X8 qarşı “Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısı Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyasının 7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyasının 17 aprel 2*17-ci il təvəllüdlü X4 nənəsi X3 və əmisi X11 ilə ünsiyyətdə olması barədə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyasının 7 yanvar 2*21ci il tarixli qərarının ləğv edilməsi barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 aprel 2*17-ci il təvəllüdlü X1* onun qız nəvəsidir. Onun valideynləri, yəni onun qızı və kürəkəni “44 Günlük” müharibə dövründə erməni terrorçularının Gəncə şəhərinə atdıqları raket nəticəsində şəhid olmuşlar. Gəncə şəhər Kəpəz rayon İHB-nin 16.12.2*2*-ci il tarixli, 115 saylı sərəncamı ilə uşağın qəyyumluğu ona verilmişdir. Bu hadisələrdən də əvvəl uşaq çox vaxt onların yanında qalmışdır. Yalnız faciədən bir neçə gün əvvəl valideynləri gəlib onu Gəncə şəhərinə, öz evlərinə aparmış və məlum hadisə baş vermişdir. Hadisədən sonra uşaq çox ciddi psixoloji sarsıntı keçirmiş və müxtəlif müalicələr almışdır. İlk vaxtlar uşağın iş üzrə üçüncü şəxslər olan, nənəsi X3 və əmisi X11 ilə görüşünə mane olmasa da, onlar uşağı apardıqdan sonra gec qaytarmağa, ya da ümumiyyətlə qaytarmamağa çalışmışlar. Hər dəfə uşaq onların yanına gəldikdən sonra, ağlayır, anasını axtarır, psixikası pozulurdu. Psixoloq belə bir şəraitin davam edəcəyi təqdirdə uşağa çox pis təsir edəcəyini bildirmişdir. Ona görə də onlardan xahiş etmişdir ki, uşaqla yalnız onların yanında görüşsünlər. Lakin, onlar bununla razılaşmayaraq, uşaqla ünsiyyət vaxtının müəyyən edilməsi üçün Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər. Komissiya isə öz növbəsində heç bir araşdırma aparmadan uşağın mənafeyini, sağlamlığını nəzərə almadan onlara 17 aprel 2*17-ci il təvəllüdlü X1* ilə payız və qış aylarında, hər həftənin cümə günləri saat 17:**-dan (gecələməklə) şənbə g ünləri saat 18:**-dək, yaz və yay aylarında hər həftənin cümə günləri saat 17:**-dan (gecələməklə) şənbə günləri saat 2*:**-dək onun iştirakı olmadan, sərbəst qaydada görüşüb ünsiyyətdə olmaları barədə *7 yanvar 2*21-ci il tarixli qərar qəbul etmişdir. Uşağın hələ körpə olmasını nəzərə alaraq, hər həftə özü də gecə qalmaq şərti ilə sutka ərzində, yaz və yay aylarında isə daha artıq müddət ərzində onların yanında qalması həddindən artıq çoxdur. Uşaq həftədə bir dəfə 3 saat olmaqla, saat 15:**-dan 18:**-dək onun iştirakı ilə nənəsi X3 ilə ünsiyyətdə olsa tamamilə yetərli olardı. Belə ki, uşaq hər gün günorta saatlarında yatır. Əgər qərarda qeyd edilən saatlarda onlarla görüşərsə, onun istirahət etməsinə çox pis təsir göstərər və nəticədə uşaq daha ciddi psixoloji travma ala bilər. Həmçinin, uşağın hələ çox körpə olması və çox ciddi psixoloji sarsıntılar keçirməsi səbəbindən onunla ünsiyyət yalnız onun iştirakı ilə olmalıdır. Lakin komissiya sözügedən qərarı qəbul edən zaman yuxarıda qeyd edilənlərə hər hansı bir əhəmiyyət verməmiş, nəticədə uşağın mənafeyinə zidd olan qanunsuz və əsassız bir qərar qəbul etmişdir. Birincisi ona görə ki, həmin qərar uşağın yaşayış yeri üzrə Samux rayon İHB Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilməli olduğu halda, hazırda ləğv edilmiş Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının Aparatı X15 yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası tərəfindən verilmişdir ki, bu da tamamilə qanunsuzdur. İkincisi, qərar verilən zaman komissiya tərəfindən hər hansı bir araşdırma aparılmamış, bi rtərəfli qaydada verilmişdir. Bu zaman o, qəyyum olaraq komissiyaya dəvət olunmamış, uşağın psixoloji vəziyyəti öyrənilməmişdir. Ona görə də hesab edir ki, həmin qərar qanunsuzdur. Üçüncüsü, bundan əvvəlki proseslərdə iş üzrə Samux rayon İHB Aparatı X15 Qəyyumluq və Himayəçilik komissiyasının rəyi alınmış və həmin rəydə X4 yalnız babasının yaşadığı mənzildə ünsiyyətdə olması məqsədə müvafiq hesab edilmiş və bu rəy əvvəlki qətnamələrdə öz əksini tapmışdır. Qeyd edilənlərdən də açıq-aydın görünür ki, komissiyanın sözügedən qərarı kifayət qədər qanunsuz və əsassız olmuşdur. Bu zaman nə uşağın mənafeyi, nə də işin faktiki halları nəzərə alınmamış, tərəflərin yaşayış tərzi, ailə daxili münasibətləri araşdırılmamışdır.
10. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə iddia ə rizəsinin məzmununa və iddiaçının göstərdiklərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında üçüncü şəxs X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Xədicə Şahnəzərli onlarla görüşən zaman psixologiyasında heç bir dəyişiklik baş verməmiş, əksinə onların yanında qaldıqdan sonra iddiaçı olan babası İddiaçı yanına qayıtmaq istəməmişdir. O, nənədir və nəvəsi ilə görüşüb ünsiyyətdə olmaq onun qanunla müəyyən edilən hüququdur. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyasının 7 yanvar 2*21-ci il tarixli qərarında göstərilən müddətlərdə nəvəsi Xədicə ilə görüşüb ünsiyyət saxlayaraq, onun inkişafında, formalaşmasında və təlim-tərbiyəsində rol oynamağa çal ışmışdır. O, nəvəsi Xədicənin psixologiyasına heç cürə mənfi təsir göstərməmişdir. Xədicə adlı uşaq onunla görüşən zaman tamamilə sevgi, qayğı və nəvaziş ilə əhatə olunmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
12. Məhkəmə iclasında üçüncü şəxs X1 nümayəndəsi (vəkil) Vəkil2 (eyni zamanda digər üçüncü şəxs X6 vəkili) iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Samux Rayon Məhkəməsinin 2(*58)-242/2*21 nömrəli, 26 may 2*21-ci il tarixli qətnaməsi ilə, nənə Təzəgül Şahnəzərovaya və əmi Xəyal Şahnəzərova 1*.*4.2*17-ci il tarixdə anadan olmuş Xədicə adlı uşaq ilə hər həftənin bazar günləri saat 1*:**-18:** arasında ünsiyyətdə olmaq hüququnun verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(1*4)-3248/2*21 nömrəli, 1 noyabr 2*21-ci il qərardadı ilə, Təzəgül Şahnəzərova və Xəyal Şahnəzərov iddiadan imtina etdikləri üçün iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin dövr üçün Təzəgül və X9 adlı uşaqla görüşüb-ünsiyyətdə olmalarında heç bir problem olmadığı üçün iddia tələbindən imtina etmişlər. Lakin, daha sonra İddiaçı uşağın nənə və əmisi ilə görüşməsinə mane yaratdığı üçün onlar Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər. Komissiyanın 7 yanvar 2*21-ci il tarixli qərarında da uşağın nənəsi və əmisi ilə görüşüb-ünsiyyətdə olması üçün bütün zəruri hallar nəzərə alınaraq, qanunamüvafiq qaydada müddət müəyyən edilmişdir. Həmin qərarın ləğvi üçün heç bir əsas yoxdur. Uşaq nənəsi Təzəgül Şahnəzərova və əmisi Xəyal Şahnəzərov ilə görüşüb, ünsiyyət saxlamaq hüququna malikdir və bu hüquq adı çəkilən qərarda göstərilən müddətlərlə təmin edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
13. Məhkəmə iclasında üçüncü şəxs X11 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, əmi olaraq Xədicə adlı uşaqla görüşmək onun hüququdur. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyanın 7 yanvar 2*21-ci il tarixli qərarında göstərilən müddətdə Xədicə ilə vaxt keçirir, onun xoşbəxt, sağlam böyüməsi üçün əmi olaraq əlindən gələni etməyə çalışır. Xədicə ilə görüş zamanı onun psixologiyasına, sağlamlığına və mənəvi inkişafına mənfi təsir etməmiş, əksinə Xədicə onlarla görüşdükdən sonra iddiaçı olan babası İddiaçı yanına qayıtmaq istəməmişdir. Xədicə onlarla görüş za manı özünü yaxşı hiss edir, gülüb-oynayır və onları çox istəyir. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyanın 7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Həmin qərar qanunvericiliyin tələbləri və uşağın mənafeyi nəzərə alınmaqla, qəbul edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
14. İşdə olan *6.11.2*2*-ci il tarixli müayinə aktına əsasən surətindən görünür ki, imza edənlər Samux rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri RİHB-nin müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri – Qəyyumluq və Himayəçilik komissiyasının sədri Kəmalə Xəlilova, Samux Mərkəzi rayon Xəstəxanası publik hüquqi şəxsin direkt oru İlham Həsənov, İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Fərid Rüstəmov və İHB-nin Seyidlər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsgərov Tacəddin həmin aktı Samux rayon Seyidlər kəndində yaşayan İddiaçı mənzil şəraitinin müayinəsinə dair tərtib etmişlər. Müayinə zamanı müəyyən olunmuşdur ki, İddiaçı ailəsi arvadı 1959-cu il təvəllüdlü X16 və oğlu 1998-ci il təvəllüdlü X12 ibarətdir. Daimi qaz, işıq, su və istilik sistemi ilə təmin olunmuş 3 otaqdan ibarət fərdi evdə yaşayırlar. Ailə fərdi təsərrüfatla məşğuldur. Ailə başçısı İddiaçı eyni zamanda fiziki şəxs kimi ərazi üzrə süd tədarükçüsü işləyir. 16 oktyabr 2*2*-ci il tarixdən 17 oktyabr 2*2*ci il tarixinə keçən gecədə Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində valideynlərini itirmiş 1 *.*4.2*17-ci il təvəllüdlü X1* üçün evdə 24 m2 sahəsi olan otaq ayrılmışdır. Otaq uşağın rahatlığını tam təmin edən mebellər və uşaq oyuncaqları ilə təmin olunmuşdur. Şahnəzərli Xədicənin babasının qəyyumluğunda yaşaması üçün lazımi şərait vardır.
15. Samux Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Samux Rayon Məhkəməsinin 11.*3.2*21-ci il tarixli, 2(*58)-242/2*21 nömrəli mülki işə dair rəyinə əsasən, komissiya 17.*4.2*17-ci il təvəllüdlü X4 yalnız babasının yaşadığı mənzildə əmisi və nənəsi ilə ünsiyyətdə olmasını məqsədə müvafiq hesab etmişdir.
16. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4993/2*23 nömrəli iş üzrə 16 noyabr 2*23-cü il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia tələbinin rədd olunması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, azyaşlı Xədicə Şahnəzərlinin nənəsi Təzəgül Şahnəzərova və əmisi Xəyal Şahnəzərov ilə ünsiyyətdə olması ilə bağlı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyanın 7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi tələbinə qiymət verərkən azyaşlının valideynlərini “44 Günlük” Vətən müharibəsi dövründə itirməsi xüsusi olaraq qiymətləndirilməli, mübahisənin həlli zamanı bu xüsusat diqqətdə saxlanılmalıdır. Belə ki, valideynlərini itirmiş Xədicənin həyatında baş vermiş bu vəziyyət onun şübhəsiz ki, psixologiyasına mənfi təsir etmişdir. Bu baxımdan hər iki valideynini itirmiş Xədicə ondan kənarda yaşayan və müxtəlif vaxtlarda görüşən atasının anası (nənəsi) Təzəgül Şahnəzərova və əmisi Xəyal Ş ahnəzərov ilə ünsiyyətdə olan zaman atasını bir daha yad etməklə yanaşı, onlardan təsginlik almışdır ki, bu da ilk növbədə onun mənafeyi baxımından lazımlıdır.
18. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnamələrinə əsasən, tərəflər arasında istər azyaşlı Xədicənin kimin qəyyumluğuna verilməsi, istərsə də həmin uşaqla ünsiyyətin təşkili ilə bağlı tərəflər arasında çoxsaylı məhkəmə mübahisəsi olmuşdur. Qeyd olunan bu mənzərə tərəflər arasında daha çox uşağın mənafeyini baxımından çıxış etmək məqsədi deyil, keçmiş qudalar arasında sonradan yaranmış mənfi münasibətin təzahürü görüntüsünü yaratmışdır. Bu isə özü-özlüyündə məktəbli yaşa çatmış Xədicə Şahnəzərlinin nənə babalarına olan bağlılığına xələl gətirməsi ilə nəticələ bilər. Bu baxımdan tərəflər bu halı həmişə Xədicənin mənafeyi baxımından d iqqətdə saxlamalı və bir-birilərinə münasibətdə güzəştə getməyi bacarmalıdırlar.
19. Bundan başqa İddiaçı iddia ərizəsində göstərilən və məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatlarla bağlı, yəni, görüş üçün müəyyən edilən müddətlərin həddindən çox olması, hansı ki, həmin müddətlərdə Xədicə adlı uşağın nənəsi Təzəgül Şahnəzərova və əmisi Xəyal Nəzərov ilə görüşünün onun psixologiyasına, mənəvi və fiziki inkişafına mənfi təsir göstərdiyini, onun iştirakı ilə görüşün baş verməsini, adı çəkilən qərar qəbul edilən zaman uşağın qəyyumu olaraq onun komissiyaya dəvət edilməməsini əsas gətirərək ləğv edilməsini xahiş etmişdir. Bu halla bağlı məhkəmə qeyd etmişdir ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyanın 7 yanvar 2*21-ci il tarixli qərarı ilə ünsiyyət üçün müəyyən edilən müddətlərin çox olması, bununla da Xədicə adlı uşağın nənəsi və əmisi ilə görüşünün ona mənfi təsir göstərməsi, psixi və fiziki inkişafına, sağlamlığına zərər vurması barədə hər hansı zəruri sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda uşağın qəyyumu olsa belə, iddiaçının iştirakı olmadan da müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər qohumlarla ünsiyyət məsələsi həll edilən zaman qanunvericiliyin tələbləri, eyni zamanda uşağın qanunla qorunan hüquq və mənafeləri nəzərə alınmaqla, onun Komissiyaya dəvət olunmasına zərurət yoxdur. Əksinə azyaşlı Xədicə Şahnəzərlinin həm ata, həm də ana qohumları ilə görüşüb-ünsiyyətdə olması onun qanunla qorunan hüququdur. Bu baxımdan iddiaçı Xədicə adlı uşağa münasibətdə üç üncü şəxslər X3 və X13 ilə eyni hüquqlara malikdir. Belə ki, azyaşlı Xədicənin də nənəsi və əmisi ilə vaxt keçirmək, onların tərbiyəsini almaq, onların qayğısından istifadə etmək və sair hüquqları vardır. Bu hüquqların həyata keçirməsi zamanı isə uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddətin müəyyən edilməsi yolverilməzdir. Xədicə adlı uşağın nənəsi Təzəgül Şahnəzərova və əmisi Xəyal Şahnəzərovla ünsiyyəti elə müəyyən edilməlidir ki, onlar qanunla nəzərdə tutulan hüquqlarını və vəzifələrini real və maneəsiz şəkildə həyata keçirə bilsinlər. Bu baxımdan İddiaçı uşağın əmisi və nənəsi ilə ünsiyyəti zamanı iştirakına ehtiyac yoxdur.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclası zamanı da Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Aparatı X15 Qəyyumluq və H imayəçilik Komissiyanın 7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı hər hansı hal müəyyən edilməmişdir.
21. Bundan başqa iddiaçı mübahisələndirilən qərarın əsassız olmasını göstərən dəlil kimi həmin qurumun hazırda ləğv olmasını qeyd etmişdir. Məhkəmə iddiaçı tərəfin göstərmiş olduğu həmin hala da qiymət verərək qeyd etmişdir ki, hazırda Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin ləğv olunması və onun səlahiyyətlərinin Gəncə Şəhər İcra Hakimiyyətinə verilməsi mübahisələndirilən qərarın qəbul olunmasından xeyli müddət sonra baş verdiyindən həmin orqan tərəfindən qeyd edilən qərarın qəbul olunması onun səlahiyyəti daxilində olmaqla məhkəmə iclasında həmin qərarın legitimliyini şübhə altına alan əsaslar da mövcud olmamışdır.
22. Məhkəmə öz Azərbaycan Respublikası Konstitusi yasının 17-ci maddəsinin 6hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5*.1, 51.2, 62.1, 62.2, 62.3, 62.4 və 114.1-ci maddələrinə, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, mövqeyini istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4993/2*23 saylı mülki iş üzrə 16 noyabr 2*23-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar kifayət qədər qanunsuz və əsassızdır. Belə ki, qərar uşağın yaşayış yeri üzrə Samux rayon İHB Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilməli olduğu hald a, hazırda ləğv edilmiş Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Aparatı X15 yetkinlik yaşına çatmayanların işləri və hüquqların müdafiəsi üzrə komissiyası tərəfindən verilmişdir. Həmçinin, qərar verilən zaman komissiya tərəfindən hər hansı bir araşdırma aparılmamışdır. Qəyyum olaraq, o, komissiyaya dəvət olunmamış, uşağın psixoloji vəziyyəti və maraqları nəzərə alınmamışdır.
25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-432/2*24 nömrəli mülki iş üzrə 19 mart 2*24-cü il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Şamil Rzaquliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş 17 aprel 2*17-ci il təvəllüdlü X4 əmisi X11 ilə ünsiy yətdə olması barədə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyasının 7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir.
26. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan mübahisənin həllində valideynlərin hüquqları ilə bağlı digər əlaqəli hüquq normaları da nəzərdən keçirilməlidir. Bu normalara aid edilən «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
27. Məhkəmə hesab etmişdir ki, 17 aprel 2*17-ci il təvəllüdlü X4 həm əmisi X11 ilə həmçinin, eyni vaxtda həm də nənəsi X3 ilə ünsiyyətdə olması barədə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı X15 Qəyyumluq və Himayəçilik Komissiyasının 7 yanvar 2*21-ci il tarixli qərarı uşağın mənafeyinə uyğun deyildir.
28. Apellyasiya məhkəməsi həmçinin nəzərə almışdır ki, məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X3 və X6 nümayəndəsi Vəkil2 məhkəməyə bildirmişdir ki, uşağın əmisi X11 öz anası (uşağın nənəsi) X3 ilə bir ünvanda yaşayırlar və onlara verilən ünsiyyət vaxtı eyni vaxta təsadüf edir. Belə h alda ailənin bir üzvü üçün müəyyən edilən ünsiyyət vaxtı digəri üçün də qənaətbəxş sayıla bilər. Cavabdeh X11 da öz anası (uşağın nənəsi) X3 ilə bir ünvanda yaşadıqlarını bildirmişdir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 5*.1, 51.2, 62.1, 62.2, 62.3, 62.4 və 114.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam olaraq təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
32. Kass asiya şikayəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51 və 62-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 4, 5ci maddələrinə, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2*11-ci il tarixli 6/2*11 №li Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
34. Maddə 5*.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsi yyətdə olmaq hüququna malikdir.
35. Maddə 51.2. uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.
36. Maddə 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər.
37. Maddə 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər.
38. Maddə 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəm əyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir.
39. Maddə 62.4. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
40. Maddə 114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədənsosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 4*7.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. İddiaçının kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlillər ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, məhkəməni qətnaməsi azyaşlı uşağın qanuni mənafeyi nəzərə alınmaqla qəbul edilmişdir.
51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4*7.1.4, 4*8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4*7.2ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-432/2*24 nömrəli iş üzrə 19 mart 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.