Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3147/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Möhnətov Azay Xasay oğlununcavabdeh"xxxx" Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-188/2025 nömrəli 5 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2025-ci il tar ixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İcarəyə verən İddiaçı əvəzinə X2 ilə "xxxx" Şirkətinin direktoru X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən 4-cü mərtəbə, blok A, ümumi sahəsi 246.8 kv.m olan 3 saylı mənzili xx.xx.2017-ci il tarixdən etibarən 2 il müddətinə, icarə haqqı 3000 manat, vergi haqqı 488.37 manat olmaqla, cəmi 3488.37 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə verməyi öhdəsinə götürmüşdür.
2. İcarəyə verən İddiaçı əvəzinə X2 ilə "xxxx" Şirkətinin direktoru X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli akta əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ünvan 2 ünvanında icarəyə götürülmüş obyektin xx.xx.2018-ci il tarixədək ic arə haqqı borcu 55087 manat təşkil edir.
3. İcarəyə verən İddiaçı əvəzinə X2 ilə "xxxx" Şirkətinin direktoru X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə 1 saylı əlavədən görünür ki, tərəflər icarə müddətinin xx.xx.2019-cu il tarixdən başlayaraq 11 ay müddətinə uzadılmasına dair razılığa gəlmişlər.
4. İcarəyə verən İddiaçı əvəzinə X2 ilə "xxxx" Şirkətinin direktoru X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 2 saylı əlavəyə əsasən tərəflər icarə müddətinin xx.xx.2017-ci il tarixdən başlayaraq 11 ay müddətinə uzadılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 172.087 manat icarə haqqının tutulması barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının adından X2 ilə "xxxx" Şirkətinin (VÖEN: **********) direktoru X9 arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin icarə müqavilələrinin uzadılması barədə olan müqavilələrə əsasən, icarəyə verən ünvan 3 ünvanında yerləşən sahəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçiyə icarəyə vermiş, icarəçi isə müqavilə ilə razılaşdırılmış, hər təqvim ayı üçün aylıq 3000 manat icarə haqqını icarəyə verənə ödənilməsini öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinin 4.3-cü maddəsinə əsasən, cavabdeh hər ayın 3-cü təqvim günündən gec olmayaraq icarə haqqını icarəyə verənin bank hesabına köçürməli olmasına baxmayaraq 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla cəmi 172087 man at icarə haqqını heç bir səbəb olmadan ödəməmişdir. Bununla əlaqədar tərəflər arasında dəfələrlə danışıqlar, yazışmalar, görüş olmuş, cavabdeh maddi imkanının, hesablarında pulun olmamasını və sair bu kimi mənasız və əsassız bəhanələr gətirərək icarə haqqını ödəməkdən yayınmışdır.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, möhürün şirkətə məxsus olmamasına dair o, hər hansı bir ifadə səsləndirməmişdir. Əksinə, möhür onlara məxsus olsa da, möhür şirkətin nümayəndəsi tərəfindən istifadə olunmamışdır. Cavabdehin iddiaçı ilə 2017-ci ildən əvvəl icarə münasibətləri olmuş, sonradan pul ödənişi edilmədiyindən cavabdehin nümayəndəsi icarəyə verilmiş obyektə buraxılmamışdır. Bu səbəbdən də, möhür, mühasibatlıq sənədləri təxminən, bir ildən sonra götürülmüşdür. Digər tərəfdən, mülki iş materiallarına əlavə olunmuş sənədlər də təsdiq edir ki, imzalar cavabdehin rəhbərinə məxsus olan imza deyildir. Lakin möhür başqa şəxs tərəfindən vurula bilər. Cavabdeh artıq uzun müddətdir ki, başqa bir ünvanda fəaliyyət göstərir. Şirkətin Əsgər adlı nümayəndəsi şirkətə məxsus olan sənədləri həmin ünvandan götürmüşdür. Cavabdeh icarəyə verilmiş obyektdə 2016-cı ilin noyabr-dekabr aylarına kimi fəaliyyət göstərmişdir. Borc olduğuna görə əşyalar ofisdə saxlanılmış və bu səbəbdən də, təhvil-təslim aktı mövcud deyildir. Cavabdehin pul borcu olduğu halda, müqavilə müddətinin uzadılması barədə bağlanmış aktların hər hansı bir əsaslı məntiqi yoxdur. Möhürün cavabdehə məxsus olması istisna deyildir, bu səbəbdən də, qərardadda möhür deyi l, imza mübahisələndirilmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bidirmişdir ki, müqavilə imzalanmış və bundan savayı, pul borcunun qalığı ilə bağlı akt mövcuddur. Şirkətin əsasən, Əsgər adlı nümayəndəsi həmin proseslərdə iştirak etmişdir. Rəhbərin adını və soyadını xatırlamasa da, müqavilənin tərtib olunmasındakı imza şirkətin direktoruna məxsusdur. İcarə müqaviləsində imza iddiaçının adından ona məxsusdur və bu barədə ona baş etibarnamə verilmişdir.
9. Ekspertizanın təyin edilməsi barədə məhkəmə qərardadına əsasən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, “ekspertizaya təqdim edilmiş mülki işin 80-84-cü vərəqlərində olan 1 mart 2017-ci il tarixli icarə müqaviləsinin “İca rəçi” qrafasında “Novruzov.A.M.” yazıları qarşısındakı imza; 75-ci vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “19” aprel 2016-cı il tarixli icarə müqaviləsinə 01 mart 2017-ci il tarixli, 1 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov.A.M.” yazıları qarşısındakı imza, 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli aktda “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza, 76-cı vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “1” mart 2017-ci il tarixli icarə müqaviləsinə 1 mart 2019-cu il tarixli 1 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza; 74-cü vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “1” mart 2017-cı il tarixli icarə müqaviləsinə 1 fevral 2020-ci il tarixli 02 nömrəli əlavədə “İcarəçi” q rafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza X9 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə işin hallarına və məhkəmə icraatı zamanı əldə edilmiş ekspert rəyinə (bax; §12) istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, tərtib olunmuş müqavilə səlahiyyətli nümayəndənin deyil, başqa şəxsin imzası ilə təsdiq edilməklə müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq tərtib olunmuşdur.
12. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi nəzərə alaraq xx.xx.2017-ci il tarixli müqavilədə “İcarəçi” qra fasında “Novruzov A.M.” yazıları qarşısındakı imzanın X9 icra edilmədiyi qənaətinə gəlmişdir. Belə ki, bağlanmış müqavilə üzrə cavabdehin öhdəlik daşımadığı təsdiq olunmaqla göstərilən hal cavabdehin iddiaçı qarşısında öhdəliyinin icrasını istisna edir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 331.1, 700.1, 700.2, 700.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 62.1, 76.1, 76.2, 88, 106.1, 101.3, 103.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsa slandırılmışdır ki, cavabdeh faktiki olaraq icarəyə götürdüyü sahəni 2021-ci ilin yayına kimi istifadə etdiyi halda, icarə haqqını ödəməmişdir. 2014-2016-cı illərə görə icarə haqqını ödəmişdir. Cavabdehin nümayəndəsi məhkəmə baxışında icarə müqavilələrində və icarə müqaviləsinə əlavələrdə imzanın onlara məxsus olmamasını bildirmişdir. Elə olduğu təqdirdə, yəni icarə müqaviləsi olmadığı halda hansı əsasla icarəyə götürülən sahənin cavabdeh tərəfindən istifadə edilməsi məlum deyildir. Məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmənin hazırlıq iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Məhkəmə baxışı zamanı iştirak edən cavabdehin nümayəndəsi, cavabdehin faktiki olaraq icarəyə götürdüyü ünvan 3 ünvanında yerləşən sahən i 2021-ci ilə kimi istifadə etməsi barədə suala, məlumatı olmamasını bildirmiş, bir neçə dəfə keçirilən məhkəmə baxışı zamanı axırıncı iclasda cavabdeh tərəfindən icarə müqavilələrində və icarə müqaviləsinə əlavələrdə imza etmədiyi barədə izahat verdiyi zaman, məhkəmə işin hallarını qiymətləndirmədən dərhal məhkəməxətt ekspertizası təyin edilməsi barədə qərardad qəbul etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə bilmişdir ki, möhür də cavabdehə məxsus deyildir. Möhürün cavabdehə məxsus olmaması barədə izahat verilməsi məhkəmə-xətt ekspertizasının təyin edilməsi barədə qərardadda da göstərilmişdir. Halbuki məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə yol verilmir. Uzun müddət keçdikdən sonra məhkəmə-xətt ekspertizasının rəyi verilmişdir. Ekspertizaya təqdim olunan, cavabdehin sərbəst və eksperimental xətt nümunələrinin necə götürülməsi məlum olmamışdır. İddiaçının iştirakı ilə cavabdeh şirkətin direktorunun sərbəst və eksperimental xətt nümunələrinin götürülməsi həyata keçirilməli idi. Lakin məhkəmə bu göstərilənlərə əməl etməmişdir. Məhkəmə-xətt ekspertizasının rəyi alındıqdan sonra cavabdeh məhkəmədə bildirmişdir ki, icarəyə verən, yəni iddiaçı cavabdehin möhürünü guya özündə saxlayıb istifadə etmişdir. Bu barədə cavabdehin möhürünü alıb cavabdehə verən şəxsin məhkəmədə dindirilməsi və cavabdehin 2021-ci ilin yayına kimi icarəyə götürdüyü sahənin istifadə edilməsi barədə sübutları araşdırılması istənilsə də məhkəmə vəsatəti rədd etmişdir ki, işin müddəti qurtarır. Məhkəmədə dindirilməsi lazım olan şahidlər və cavabdehin 2021-ci ilin yayına kimi icarəyə götürdüyü sahəni istifadə etdiyi sahəyə görə ödədikləri kommunal xərclərin sübutları mövcuddur. Cavabdeh tərəfin göstərdiyi Əsgər adlı şəxsin məhkəmədə dindirilməsinin işin araşdırılması üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, məhkəmə həmin şəxsi dindirməmişdir. Guya Əsgər adlı şəxs cavabdehin möhürünü alıb cavabdehə vermişdir. Eləcə də, iddiaçı tərəfin məhkəmə araşdırmasının nəticələrini gözdən keçirib məhkəmə çıxışına hazır olmaması barədə müraciətinə məhkəmə əhəmiyyət verməyərək qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarına qiymət vermədən yalnız ekspert rəyini məcburi saymışdır.
16. Apellyasiya icraatı zamanı məhkəmə qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “ Ekspertizaya təqdim edilmiş, mülki işin 80-84cü vərəqlərində olan 1 mart 2017-ci il tarixli “İcarə müqaviləsi”nin 5-ci vərəqinnin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza; mülki işin 76-ci vərəqində olan 1 mart 2019-cu il tarixli İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “1" mart 2017-ci il tarixli icarə müqaviləsinə 1 nömrəli “Əlavə”nin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M." yazılarının qarşısındakı imza; mülki işin 74-cü vərəqində olan 1 fevral 2020-ci il tarixli İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “1” mart 2017-ci il tarixli icarə müqaviləsinə 2 nömrəli “Əlavə”nin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza; mülki işin 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli “Akt”da “İc arəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza X9 tərəfindən yox, başqa şəxslər tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 78-ci vərəqində olan xx.xx.2016-cı il tarixli “İcarə müqaviləsi”nin 2-ci vərəqinin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza - X9 tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş 1 mart 2017-ci il tarixli İcarə müqaviləsində, həmin müqavilənin 01,03.2019-cu il tarixli Əlavə 1-də, xx.xx.2020-ci il tarixli Əlavə 2-də, 30.04.18-ci il tarixli Aktda, xx.xx.2016-cı il tarixli İcarə müqaviləsində olan “Qafqazenerqoserviz”-nin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli İcarə müqaviləsində, həmin müqaviləni n xx.xx.2019-cu il tarixli Əlavə 1-də, xx.xx.2020-ci il tarixli Əlavə 2-də, 30.04.18-ci il tarixli Aktda, xx.xx.2016-cı il tarixli İcarə müqaviləsində olan “Qafqazenerqoserviz”-nin möhür əksləri ekspertizaya təqdim edilmiş “Qafqazenerqoserviz”-nin möhür şirkətinin möhürünün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır”.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-232/2024 nömrəli 29 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi) Fuad Məmmədov və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı 2017-ci ilin mart ayından 2 021-ci ilin iyul ayınadək olan dövrdə göstərilmiş icarə obyektindən cavabdeh "xxxx" şirkəti tərəfindən istifadə etməsi öz təsdiqini tapmadığından, iddiaçının tələbi təmin oluna bilməz.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 331.1, 700.1, 700.2, 700.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 101.7, 119.1, 217.3, 217.4, 384.0.1, 385.2, 382, 392, 393 və 405.0.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 ok tyabr 2024-cü il tarixli, 2(102)-3341/2024 nömrəli qərarı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşad Şamayev və Aqil Abbasov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli, 2(105)-232/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
22. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş, mübahisə predmeti olan müqavilələri icarəyə verən İddiaçı əvəzinə bağlamış X2 ifadəsində şirkətin Əsgər adlı nümayəndəsinin həmin proseslərdə iştirak etdiyini bildirmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri isə şahidin qeyd etdiyi “Əsgər” adlı şəxsin səlahiyyətlərinin araşdırılmaqla mübahisə predmeti olan müqavilələrin həmin şəxs tərəfindən imzalanıb-imzalanmamasını araşdırmamışlar.
23. Həmçinin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx.xx.2024-cü il tarixli ekspert rəyində tədqiqata təqdim edilmiş 1 mart 2017-ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli əlavə 1-də, 01,02.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019cu il tarixli əlavə 1-də, xx.xx.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" şirkətinin möhür şirkətinin möhürünün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır.
24. Mülki iş materialları ilə təsdiq edilir ki, "xxxx" şirkətinin hazırkı möhürü üzrə mübahisə predmeti olan sənədlərdəki möhür əkslərinin müqayisəli tədqiqatı aparılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin həmin halı düzgün araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi o halı araşdırıb müəyyən etməli idi ki, mübahisə predmeti olan sənədlərin imzalandığı bildirilən tarixlərdən sonrakı tarixlərdə cavabdehin möhürü dəyişilib, yoxsa yox.Eləcə də mübahisə predmeti olan sənədlərin imzalandığı bildirilən tarixlərə uyğun tarixlərdə "xxxx" şirkətinin səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq şirkətin möhürü vurulmuş sənədlərdəki möhür əksləri əsasında müqayisəli tədqiqat aparılmalı və bundan sonra hüquqi dəyərləndirmə aparılmalı idi.Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.
25. İddiaçı iddia ərizəsinə əlavə etdiyi "xxxx" şirkətinin xx.xx.2021-ci il tarixədək hesablanan borcu üzrə cədvəldə xx.xx.2018-ci ilədək cavabdehin 55087 manat borcu olduğunu qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx.xx.2024cü il tarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində imza X9 tərəfindən icra e dilmişdir. Məhkəmələr dəqiqləşdirməmişlər ki, iddiaçı xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə də icarə haqqı tələb edirmi və tələb edirsə həmin icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı mövcuddurmu. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunan şahidlər X7 və X1 ifadələrini iddianın təmin olunması üçün mötəbər sübut hesab etməmiş, lakin bu mövqeyini əsaslandırmamışdır.
26. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması və sübutlara qiymət verməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlmək mümkün deyil.
27. Ali Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 331.1, 700.1, 700.2 və 700.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 217.1, 217.3, 407.2, 416.1, 416.2 və 418.3-cü maddələri ilə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2(105)-188/2025 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xəttşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavənin (c 01,i.v. 74); 19 aprel 2016-cı il tarixli icarə müqaviləsinə xx.xx.2017-ci il t arixli 1 nömrəli Əlavənin (c 01, i.v.75); 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavənin (c 01, i.v 76); 30 aprel 2018-ci il tarixli Aktın (c 01, i.v 77); 01 mart 2017-ci il tarixli icarə müqavilənin (c 01, i.v 80- 84) üzərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş 1 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavənin (c 01,i.v. 74); 19 aprel 2016-cı il tarixli icarə müqaviləsinə xx.xx.2017- ci il tarixli 01 nömrəli Əlavənin (c 01, i.v.75); 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavənin (c 01, i.v 76); 30 aprel 2018-ci il tarixli Aktın (c 01, i.v 77); 01 mart 2017-ci il tarixli icarə müqavilənin (c 01, i.v 80-84) ü zərində olan möhür əksi-19 aprel 2016-cı il tarixli icarə müqaviləsinin (c 01, i.v 78-79) və 07 noyabr 2014-cü il tarixli icarə müqaviləsinin (c 01, i.v.202-203) üzərindəki “Azərbaycan Respublikası Abşeron Rayon "xxxx" Şirkəti” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2025-ci il tarixli, 4/470 nömrəli ekspert rəyinin tədqiqatının təticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cild 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli Aktda “Novruzov A.M” sözünün qarşısında imza, Mülki işin 1-ci cild 80- 84- cü vərəqlərində olan İddiaçı ilə "xxxx" Şirkəti arasıhda tərtib edilmiş 01 mart 2017ci il tarixli İcarə müqaviləsində “Novruzov A.M” sözünün qarşı sında imza, Mülki işin 2-ci cild 135-ci vərəqinin arxa hissəsində olan "xxxx" Şirkətinin Nizamnaməsinin kserosurətində əks olunmuş “Təsisçi: X10” yazısının qarşısındakı imza, 141-ci vərəqində olan pasportun kserosurətinin arxa hissəsində fotoşəkilin aşağı hissəsindəki imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş mülki işin 1 -ci cild 74cü vərəqində olan İddiaçı ilə "xxxx" Şirkəti arasında tərtib edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavədə “Novruzov A.M” sözünün qarşısında imza, 75-ci vərəqində olan İddiaçı ilə "xxxx" Şirkəti arasında tərtib edilmiş 19 aprel 2016-cı il tarixli icarə müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavədə “Novruzov A.M” sözünün qarşısında imza, 76-cı vərəqində olan İddiaçı i lə "xxxx" Şirkəti arasında tərtib edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavədə “Novruzov A.M” sözünün qarşısında imza ilə 1-ci cildin 80-84-cü vərəqlərində olan İddiaçı ilə "xxxx" Şirkəti arasında tərtib edilmiş 01 mart 2017-ci il tarixli İcarə müqaviləsində “Novruzov A.M” sözünün qarşısında imza, Mülki işin 2-ci cildinin 135ci vərəqinin arxa hissəsində olan "xxxx" Şirkətinin Nizamnaməsinin kserosurətində əks olunmuş “Təsisçi: X10” yazısının qarşısındakı imza, 2-ci cildin 141-ci vərəqindəki pasportun kserosurətinin arxa hisəsində əks olunmuş fotoşəklin aşağı hissəsindəki imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
31. İddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçini n bildirdi ki, iddia tələbi icarə haqları olan 172.000 manatın tutulması ilə bağlıdır. Bu məbləğə 2016-cı il tarixli müqavilə üzrə qalıq borc, 2017-ci ildən 2018-ci ilin aprel ayının sonuna kimi 55.085 manat, bu tarixdən 2021-ci ilin iyul ayına kimi bağlanılmış müqavilələr üzrə hesablanmış icarə haqları daxildir.
32. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, 2017-ci ildən sonra təqdim olunmuş bütün sənədlərin heç biri nə direktora, nə də təsisçiyə aid deyildir. 2016-cı il tarixli müqavilənin uzadılmasına dair xx.xx.2017-ci il tarixli əlavədəki imzanın Əsgərə məxsus olub-olmaması mübahisə predmetidir. Ötən ekspertiza zamanı həmin imzanın Altay Novruzova aid olmaması barədə rəy mövcuddur. Həmçinin, Altay olmadığı zaman Əsgərin onun vəzifələ rini icra etməsi, onun yerinə imza etməsi aydınlaşdırılmalıdır. Möhür mübahisələndirilmir, qeyd olunduğu kimi möhür obyektdə qalmışdır və cavabdeh tərəf 2017-ci ildən həmin obyektə buraxılmamışlar. Ona görə möhürün iddiaçı tərəfindən istifadə olunması ehtimalı ola bilər.
33. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında bildirdi ki, cavabdeh şirkətdə 2012-ci ildən faktiki olaraq 2017-ci ilin fevral ayına kimi, rəsmi isə 2019-cu ilin may ayına mühasib vəzifəsində işləmişdir. Mübahisə predmeti olan obyektdən 2017-ci ilin fevral ayına kimi Şirkət istifadə etmiş, həmin vaxtdan sonra iddiaçı tərəf həmin obyektə daxil olmalarına icazə verməmişdir. Onda olan məlumata görə imza səlahiyyətinə malik şəxslər Altay, Əsgər və Nadir müəllim olmuşdur. Bəzən Altay müəllimin yerinə Əsgər və ya Nadir mü əllim imza etmidir. Şirkətin möhürü daim Altay Novruzovun dolabında olmuşdur.
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-188/2025 nömrəli 5 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi) Afiq Hüseynzadə və Səyyad Qafari) İddiaçı apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı "icarə haqqının ödənilməsi" tələbinə dair iddiası tələbinin təmin olunması, cavabdeh "xxxx" şirkətindən 172087 manat icarə haqqının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinc i instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir.
36. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir
37. Məhkəmə kollegiyası şikayətin dəlilləri, həmçinin Ali Məhkəmənin Qərarının 63cü bəndi üzrə araşdırma aparmış, «Əsgər» adlı şəxsin şəxsiyyəti, həmin şəxsin "xxxx" Şirkəti”nin təsisçisi X10 olduğu müəyyən edilmiş, sonuncu, məhkəmə kollegiyası tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
38. Ali Məhkəmənin Qərarının 63-66-cı bəndləri üzrə, həmçinin obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədi ilə iş üzrə təkrar keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş ekspertiza rəyləri ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən sənədlərin bir qismində imza "xxxx" Şirkətinin təsisçisi X10 tərəfindin icr a edilmişdir və möhür əksləri Şirkətə məxsusdur. Sənədlərin bir qismində isə imza "xxxx" Şirkətinin imza nümunəsi yoxlanılmış nümayəndəsi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Lakin bu sənədlərdə olan möhür əksləri həmin illərə aid sənədlərdə olan "xxxx" Şirkətinin əks nümunələri ilə eynilik təşkil edir. Mübahisələndirilən sənədlərin bir qismində imzanın "xxxx" Şirkətinin imza nümunəsi yoxlanılmış nümayəndəsi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilsə də göründüyü kimi sənədlərdəki möhür əksləri həmin illərə aid sənədlərdə olan "xxxx" Şirkətinin möhür əksi nümunələri ilə eynilik təşkil edir.
39. Məhkəmə kollegiya hesab etmişdir ki, qeyd olunan sənədlərdəki imzanın "xxxx" Şirkətinin imza nümunəsi yoxlanılmış nümayəndəsinin imza nümunəsi ilə eynilik t əşkil etməməsi həmin sənədlərin birmənalı olaraq qeyri-mötəbər sübut kimi qiymətləndirilməsinə, bu əsasdan çıxış edərək iddianın rədd edilməsinə əsas vermir.
40. Ali Məhkəmənin Qərarının 68-ci bəndinin göstərişinə uyğun olaraq aparılan araşdırma zamanı məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi izahatında bildirdi ki, iddia tələbinin həcminə 2016-cı il tarixli icarə müqaviləsi üzrə qalıq qalmış borc, həmçinin 2017-ci ildən 2018-ci ilin aprel ayının sonuna kimi hesablanmış cəmi 55.085 manat icarə haqqı borcu, həmçinin həmin tarixdən 2021-ci ilin iyul ayınadək olan müddət üzrə hesablanmış icarə haqları daxildir. İddiaçı tərəfindən həm 2016-cı il tarixli icarə müqaviləsi üzrə, həm də 2017-cı il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqları tələb olunur.
41. Kollegiya qeyd e tmişdir ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək tərəflər arasında 2017-ci il tarixdən müqavilə münasibətlərinin olmadığını, müqavilə bağlanılmadığını, müqavilə və razılaşmalardakı imzanın Şirkətin nümayəndəsinin olmadığını, eləcə də möhür əkslərinin "xxxx" Şirkətinə məxsus olmasını mübahisələndirmədiyini, lakin həmin möhür əkslərindən onların iradəsi olmadan istifadə edildiyini, möhürün iddiaçıya məxsus qeyri-yaşayış sahəsində qaldığını, həmin vaxt iddiaçının özü tərəfindən istifadə olunması ehtimalını göstərdi.
42. Mübahisələndirilən hala aydınlıq gətirilməsi, sübutlarının mötəbərliyinin, həmçinin hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə kollegiya tərəfindən cavabdehin nümayəndəsinə möhürün itirilməsi, ücüncü şəxslərin əlinə keçməsi və s. kimi hallarla bağlı müvafiq sübutların təqdim edilməsi təklif edilmiş, lakin bu xüsusatla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
43. Məhkəmə kollegiyası şahid X3 mübahisə predmeti olan obyektdən 2017-ci ilin fevral ayına kimi Şirkətin istifadə etməsi, həmin vaxtdan sonra iddiaçı tərəfindən həmin obyektə daxil olmalarına icazə verilmədiyinə dair ifadəsinə gəlincə həmin ifadəyə tənqidi yaşaşaraq, şahidi işin nəticəsində maraqlı şəxs hesab edir və bu baxımdan qeyd olunan xüsusat üzrə əsaslı şübhdən kənar mötəbər sübut növü oaraq qəbul etmir.
44. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, tərəflər arasında icarə müqaviləsi üzrə hüquq münasibətləri yaranmış, iddiaçı üzərində götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan obyekti cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə öhdəliyini pozmuş, lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Həmçinin, cavabdeh icarə hüquq münasibətləri üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İddiaçı iddia tələbində haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh"xxxx" Şirkəti (Vəkil2) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-188/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qə tnamə həm maddi hüquq normaların düzgün tətbiq edilməməklə çıxarılmış, həm də məhkəmənin eyni müddətlə icarə haqqı ilə bağlı qənaəti ziddiyyətlidir. Mülki qanunvericiliyin tələbinə görə hüquqi şəxsin idarəçiliyi onun qanuni təmsilçisi, hazırkı şirkət üçün direktoru tərəfindən həyata keçirilir. Mübahisə olunmayan müqavilər onun tərəfindən imza edilmişdir. Lakin mübahisə olunan müqavilələr onun tərəfindən deyil, onlardan xx.xx.2017-ci il tarixli müqavilə və ona xx.xx.2019-cu il tarixli 1 nömrəli əlavədəki imzaların təsisçiyə aid olduğunu ekspert müəyyən etmişdir. Digər əlavələrdə isə imzaların kimə məxsus olduğu aşkarlanmamışdır. Sənədlərin üzərinə vurulmuş möhürə gəlincə məhkəmədə müəyyən olunmuş hallara görə icarə haqqının ödənilməsi gecikdirildiyi səbəbindən, iddiaçı tərəf qapının açarlar ını götürmüş və cavabdehi bir ay ofisə buraxmamışdır. Şirkətin möhürü direktorun tombasının siyirməsində qaldığından, istənilən sənədin üzərinə vurula bilərdi. Bu baxımdan möhürlə bağlı mübahisə edilməmişdir.
47. Məhkəmə kollegiyası mübahisə olunmayan və notariat qaydasında təsdiqlənmiş xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavəyə istinad etmir, sübut kimi qəbul etmir. Lakin səbəbini izah etmir və qətnamədə ona münasibət belə bildirmir. Lakin eyni tərəflər arasında bağlandığı qeyd edilmiş, eyni xx.xx.2017-ci il tarixli, notariat təsdiqi olmayan icarə müqaviləsi və ona sonradan edilmiş əlavələri sübut kimi qəbul edir. Onlara istinadən qətnaməni əsaslandırır. Amma bunun üstünlüyünün nədən irəli gəldiyini izah etmir. Belə olan halda məhkəmə qətnaməsin də təqdim edilmiş sübutlar sırasında olan notariat qaydasında təsdiqlənmiş xx.xx.2016-cı il tarixli icarə müqaviləsi və ona xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavəyə nisbətdə notariat təsdiqi olmayan xx.xx.2017-ci il tarixli icarə müqaviləsi və ona əlavələrin üstünlük verən qanuni hallarına və dəlillərinə izah verməlidir. Lakin qətnamədə belə bir izah mövcud deyildir. xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavənin sübutlar sırasından çıxarılması halı da mövcud deyildir. Bundan başqa iş üzrə Ali Məhkəmənin qərarında göstərişlərin bir ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2016cı il tarixli müqavilə və ona 1saylı əlavə üzrə icarə haqqının tələb edilib-edilmədiyinin müəyyən edilməsidir. Məhkəmədə aydın oldu ki, iddia tələbi xx.xx.2017-ci il tarixl i icarə müqaviləsinə istinadən istənildiyindən, ondan əvvəlki müddət üçün icarə müqavilələri üzrə tələb mövcud deyildir. Lakin qətnamədə (60) iddiaçı tərəfindən həm 2016-cı il tarixli icarə müqaviləsi üzrə, həm də 2017-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqları tələb olunduğu qeyd edilmiş və bunu iddiaçının nümayəndəsinin izahatı ilə əsaslandırılmışdır. Halbu ki, iddia tələbi iddia ərizəsində və iddianın dəyişdirilməsi ilə qəbul olunandır və buna apellyasiya instansiyasında yol verilmədiyi bəllidir. Burada məhkəmə kollegiyası həm iddia ərizəsində tələb olmadığı halda əlavə məbləğlərlə iddianı təmin etmiş və həm də eyni müddət üçün eyni hallarla bağlı ziddiyətli qənaətlərlə çıxış etmişdir. Belə ki, məhkəmə xx.xx.2016-cıil tarixli icarə müqaviləsi üzrə borcun tələbini qəbu l etdiyi halda, eyni zamanda həmin müqavilənin və ona 1 saylı əlavənin davam etdiyi xx.xx.2018-ci il tarixədək, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi üzrə eyni müddətə hesablanmış icarə haqlarını da təmin etməklə, eyni müddət üçün icarə ilə bağlı eyni hal üzrə ziddiyyətli qənaətlə çıxış etmiş olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
39. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənə din tərtibi yolu ilə bağlanmalıdır.
40. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
41. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
42. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
53. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında icarə müqaviləsi üzrə hüquq münasibətləri yaranmış, iddiaçı üzərində götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan obyekti cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə öhdəliyini pozmuş, lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Həmçinin, cavabdeh icarə hüquq münasibətləri üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
59. Kassasiya şikayətinin dəlilləri cavabdehin etirazında olan dəlillərlə eynilik təşkil etmiş, sonuncu apellyasiya baxışında həmin dəlillər tam olaraq qiymətləndirilmişdir. Kassasiya şikayətində qeyd edilən digər dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelly asiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 2(105)-188/2025 nömrəli, 2025-ci il 5 iyun tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.