Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3148/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 qarşı ilkin; Cavabdeh1 və Cavabdeh3 İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və müqavilənin etibarsızlığı, fərdi müəyyən əşyanın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması, qanunsuz tikilmiş sanitar qovşağın sökülməsi və vurulmuş maddi zərərin ödənilməsi barədə ilkin, Cavabdeh1 və Cavabdeh3 İddiaçı və "xxxx" MMC-nin direktoru X3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) “müqavilələrin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10151/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC və ya Cəmiyyət) X5 tərəfindən təsis edilmiş və xx.xx.2013-cü il tarixdə dövl ət qeydiyyatına alınmışdır. Cəmiyyətın nizamnamə kapitalı 10 manat olmuşdur. xx.xx.2014-cü il tarixdə təsisçi MMCnin nizamnamə kapitalının 50 faizini, yəni 5 manatını Cavabdeh3 satmış, bununla bağlı xx.xx.2014-cü il tarixdə cəmiyyətin nizamnaməsinə dəyişiklik edilmişdir. MMC təsis edildiyi vaxtdan cəmiyyətin direktoru X4r. MMC-nin nizamnaməsinin 5.1-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi təkbaşına icra orqanı olan direktor həyata keçirir.
2. İddiaçı (bundan sonra – iddiaçı) ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində tikilməkdə olan yaşayış binasının birinci mərtəbəsindən 4 nömrəli 144 kv.m. qeyri-yaşayış sahəsinin 400.000 manata və xx.xx.2017-ci il tarixli müqavi ləyə əsasən eyni ünvanda binanın birinci mərtəbəsində yerləşən 70 kv.m. qeyri-yaşayış sahəsinin 280.000 manata iddiaçıya satılması razılaşdırılmış, İddiaçı tərəfindən hər iki müqavilə üzrə 4 və 5 nömrəli sahələrə görə ümumilikdə 680.000 manat MMC-yə ödənilmişdir.
3. Cavabdeh3 ilə MMC arasında bağlanmış tarixi “xx.xx.2014-cü il” qeyd olunmuş müqaviləyə əsasən yaşayış binasının birinci mərtəbəsində yerləşən 167 kv.m. qeyriyaşayış sahəsinin 334.000 manata, xx.xx.2016-cı il tarixli müqavilələrə əsasən eyni ünvanda binanın birinci mərtəbəsində yerləşən 209,5 kv.m. qeyri-yaşayış sahəsinin 419.000 manata, digər 209,5 kv.m. qeyri-yaşayış sahəsinin 419.000 manata və 167 kv.m. qeyri-yaşayış sahəsinin 334.000 manata Cavabdeh3 satılması razılaşdırılmış, alıcı tərəfindən bu müqavilələrdə nəzərdə tutula n məbləğlərin ödənildiyinə dair maliyyə arayışları verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış binasının birinci mərtəbəsində yerləşən 144 kv.metr sahəsi olan 04 saylı və 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi, 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsinin cavabdeh MMC-yə həvalə edilməsi, qeyri-yaşayış sahələrinin satış ofisi və sanitar qovşağı kimi istifadə edilməsinə görə vurulmuş maddi zərərin əvəzi kimi cavabdehlərdən 77.040 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələ bi onunla əsaslandırılmışdır ki, MMC ilə müqavilələr bağlanarkən inşa edilən binaya və almaq istədiyi yerlərə yerində baxılaraq müəyyənləşdirilmişdir. Bundan əlavə yaşayış binasının 1-ci mərtəbəsində olan 144 kv.metr qeyri-yaşayış sahəsinin plan ölçüsü təsdiq edilərək ona verilmişdir. Qeyri-yaşayış sahələrinin dəyəri tam ödənilmiş, buna dair xx.xx.2016-cı il və xx.xx.2018-cı il tarixli maliyyə arayışları verilmişdir. Cavabdeh MMC tərəfindən müqavilələrlə ona satılmış qeyri-yaşayış sahələri cavabdehin işçiləri tərəfindən zəbt edilərək, qanuna zidd istifadə edilir. Müqavilə ilə ona məxsus olan digər 70 kv.metr sahədə isə qanunsuz olaraq sanitar qovşağı inşa edilmişdir. MMC-nin direktoru V.Babayev bildirmişdir ki, MMC-nin həmtəsisçisi İsmayılova Xədicənin nümayəndəsi Cavabdeh1 heç bir əsas ol madan ona məxsus qeyri-yaşayış sahəsində məskunlaşmışdır və pozulmuş hüququnun bərpa edilməsi üçün tədbirlər görüləcəkdir. Cavabdeh MMC-nin və Cavabdeh1 hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. Vurulmuş maddi zərər həmin ərazidə birinci mərtəbədə icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə qiymətləri ilə hesablanmalıdır. 144 kv.metr qeyri-yaşayış sahəsinin hər kv.metri üçün aylıq 15 manat qiymətində götürülərsə 144 kv.metr üçün aylıq 2160 manat pul tələb edilməlidir. 70 kv.metr üçün isə 1050 manat pul tələb edilməlidir. Ona məxsus 144 kv.metr sahədən iki ildən artıq müddətdir kı, satış ofısi kimi istifadə olunur. Ona məxsus qeyri-yaşayış sahələrindən qanunsuz istifadə etmələrinə görə vurulmuş maddi zərər 77040 manat məbləğindədir.
6. Cavabdeh1 və Cavabdeh3 iddiaçıya və MMC -nin direktoru X3 qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, MMC-nin direktoru X5 ilə iddiaçı arasında yaşayış binasının birinci mərtəbəsində yerləşən 144 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2016-cı il tarixli və 70 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2017-ci il tarixli müqavilələrin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhərində bağlanılmış “müəssisədəki payın alqı-satqısı müqaviləsi”nə əsasən Cavabdeh3 ilə sözügedən iddia üzrə digər cavabdeh X5 MMC tərəfindən yaşayış binasının tam ortaqları olmaqla hərəyə 50 faizinin sahibləridir. Eyni zamand a Cavabdeh1 Cavabdeh3 notarial qaydada tərtib edilmiş etibarnamə əsasında təmsil edir. MMC-nin direktoru V.Babayev binada birinci mərtəbədə qeyri-yaşayış sahələrinin iddiaçıya satılmasını, bu barədə müqavilə bağlamasını digər şəriki (tam ortağı) Cavabdeh3 bildirməmiş, onun razılığını almamışdır. Başqa sözlə həmin qeyri-yaşayış sahələri qanunsuz və xəlvəti satılmışdılr. Bundan başqa, V.Babayevlə binada birinci mərtəbədə qeyri-yaşayış sahəsinin iddiaçıya satılması barədə müqavilənin qanunsuzluğu iş üzrə başqa sübutlarla da təsdiqini tapır. Belə ki, iddiaçı göstərmişdir ki, guya onun əri Q.Məhərrəmovun mübahisəli binanın inşa edildiyi ünvanda mağazası olmuş, binanın inşa edilməsi üçün mağaza sökülməli imiş. Lakin qeyd olunan müqavilələrdə qeyri-yaşayış sahələrinin sökülmüş mağazanın əvəzinə i ddiaçıya verilməsi faktı göstərilməyərək guya iddiaçıya 680.000 manata satılması rəsmiləşdirilmiş, hətta guya 680.000 manatın iddiaçı tərəfindən MMC-yə ödənildiyi barədə saxta maliyyə arayışları da tərtib edilmişdir. Aydındır ki, əgər qeyri-yaşayış sahələri sökülən mağazanın əvəzinə iddiaçıya verilirdisə, müqavilə də bu barədə tərtib edilməli idi. Ona görə də hazırkı, saxta müqavilələrdən belə çıxır ki, iddiaçı həm mağazasının sökülməsinə və yerində çoxmərtəbəli bina inşa edilməsinə razılıq vermiş, həm də 680.000 manat ödəyərək həmin binadan qeyri-yaşayış sahələri almışdır ki, bu da reallıqla bir araya sığmır. Qeyd olunanlardan məlum olur ki, iddiaçı ilə digər cavabdeh MMC-nin direktoru V.Babayev arasında uydurma və yalan əqd bağlanılmışdır. Eyni zamanda iddiaçı tərəfindən guya ödənildiyi maliyyə arayışlarında qeyd edilmiş 680000 manat pul heç vaxt MMC-yə ödənilməmişdir, çünki bu qədər pul mühasibata və xəzinəyə daxil olsaydı, tam ortaq olan şərik Cavabdeh3 da bu barədə məlumatı olardı. Daha sonra, MMC-nin direktoru V.Babayevlə Cavabdeh3 arasında tərtib edilmiş xx.xx.2014-cü il tarixli qarşılıqlı razılaşma aktında tərəflər razılığa gəlmişlər ki, inşa ediləcək 19 mərtəbəli mansardlı binada tək rəqəmlərlə başlayan mərtəbələrin satış hüququ V.Babayevə, cüt rəqəmlərlə başlayan mərtəbələrin satış hüququ isə Cavabdeh3 məxsusdur. Həmin müqavilədə tərəflər eləcə də razılaşmışlar ki, binanın qeyri-yaşayış sahəsi bir mərtəbədən ibarət avtodayanacaq və bir mərtəbədən ibarət mansard hissəsi sonradan püşk atma yolu ilə nizamlanacaqdır. Qeyd olunanlardan əlavə, V.Babayevlə Cavabdeh3 aras ında bağlanılmış xx.xx.2014-cü il tarixli, yəni iddiaçı ilə müqavilə bağlanılmasından hələ iki il əvvəl bağlanılmış müqavilədən görünür ki, binanın birinci mərtəbəsində 167 kv.m. qeyri-yaşayış sahəsi 334.000 manata sonuncuya satılmış və dəyəri tam ödənilmişdir. Cavabdeh3 həmin vaxt qeyri-yaşayış sahəsini öz hesabına təmir edərək orada ofis və sanitar qovşaq inşa etmişdir. Ofisin və sanitar qovşağın inşa edilməsi V.Babayevin məlumatı olmaqla və bilavasitə onun gözləri qarşısında aparılıb tamamlanmışdır və əgər o, həmin qeyri-yaşayış sahəsini onlara satmış olmasaydı, heç vaxt ofisin və sanitar qovşağın inşasına imkan verməzdi. Onunla bağlanmış 4 müqavilə əsasında binanın birinci mərtəbəsində olan bütün qeyri-yaşayış sahələrinin hamısı onlara satılmışdır və həmin sahələrdə təmir-tikinti işlər i aparılaraq istifadələrindədir. MMC-nin direktoru V.Babayev eyni qeyri-yaşayış sahəsini həm ona, həm də iddiaçıya satmış, etibardan sui-istifadə edərək onları aldatmışdır.
8. Birinci instansiya məhkəməsində MMC-nin direktoru X5 iddia tələbinə etiraz edərək razı olmadığını bildirmiş və göstərmişdir ki, iddiaçının iddia tələblərini qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi, 05 saylı, 70 kv.metr qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsi hissələrində tam olaraq qəbul edir. İddia tələbinin vurulmuş maddi zərərə görə cavabdehlərdən 77040 manat məbləğində pulun alınıb ona ödənilməsi hissəsini cavabdeh MMC-yə münasibətdə qəbul etmir. İddiaçı ilə aralarında xx.xx.2016-cı il tarixdə və xx.xx.2017-ci il tarixdə MMC-nin yaşayış binasında qeyri-yaşayış sahələrinin alğı-satqısına dair müqavilədə qeyri-yaşayış sahələrinin ölçüləri və qiyməti razılaşdırılmışdır. MMC-nin təsisçisı Cavabdeh3 və onun həyat yoldaşı Cavabdeh1 ilə cəmiyyət arasında hər hansı bir əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh3 tərəfindən Cavabdeh1 etibarnamə verilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixli müqavilə ilə satdığı 04 saylı, 144 kv. metr qeyri-yaşayış sahəsini Cavabdeh1 onun heç bir razılığı olmadan təmir etmiş, özü üçün ofis düzəltmiş, iddiaçıya xx.xx.2017-ci il tarixli müqavilə ilə satdığı 05 saylı, 70 kv. metr qeyri-yaşayış sahəsində qanunsuz olaraq sanitar qovşağı inşa etmiş və tualet kimi istifadə edir. Ona qarşı verilmiş qarşılıqlı iddianı qəbul etmir. Qarşılıqlı iddiada onun inşa edilmiş yaşayış binasından qeyri-yaşayış sahəsini cəmiyyətin təsisçisi Ca vabdeh3 razılığı olmadan satmaq hüququnun olmadığına istinad edilmişdir. Təsisçinin hüquqları qanunla və Cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilmişdir. Qarşılıqlı iddia ərizəsində iddiaçıya MMC tərəfindən qeyri-yaşayış sahələrinin həmin ərazidə olan mağazaların sökülməsinin əvəzində verilməsinə dair mülahizələri əsassız və qanunsuzdur. Qarşılıqlı iddia ərizəsində onunla Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə qarşılıqlı razılaşma aktının tərtib edilməsinə və onunla Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixdə qeyri-yaşayış sahələrinin satılmasına dair mülahizələrinə dair bildirir ki, müvəqqəti olaraq Bakı şəhərində olmadığı üçün bir ədəd heç bir yazısı olmayan ağ kağıza MMC-nin möhürünü vurub imzası ilə təsdiq edib Cavabdeh1 vermişdir. Həmin ağ kağızı ona verərkən bildirmişdir ki, ol a bilər hər hansı bir dövlət orqanına hansısa məktub yazmaq zərurəti olarsa yazıb versin. Həmçinin inşa etdikləri yaşayış binasından mənzil sahəsi almaq istəyən şəxs olarsa həmin şəxslə müqavilə bağlanması zərurəti olduqda müqavilə bağlanması üçün 2 ədəd müqaviləyə MMC-nin möhürünü vurub Cavabdeh1 vermişdir. Cavabdeh3 ilə aralarında xx.xx.2014-cü il tarixdə imzalanmış qarşılıqlı razılaşma aktının saxtalaşdırılması yazı mətninin 3 ədəd yazı şrifti ilə yazılması ilə, yazı mətnində onun ağ kağıza möhür vurub Cavabdeh1 verdikdən sonra möhürün üstündən 1 və 2 rəqəmlərinin düşməsi ilə sübuta yetirilir. Həmin sənədin ekspertizaya göndərilməsini xahiş edir. xx.xx.2016-cı il tarixdə Cavabdeh3 nümayəndəsi Cavabdeh1 ona müraciət edərək qoyulmuş və qoyulacaq investisiyalar qarşılığında inşa etdiyi bin anin birinci mərtəbəsində yerləşən 1 nömrəli 167 kv.m. qeyri-yaşayış sahəsini və 2 nömrəli 209,5 kv.m. olan digər qeyri-yaşayış sahəsini həmtəsisçi Cavabdeh3 adına rəsmiləşdirməyi xahiş etmişdir. Müqavilələr rəsmiləşdirildikdən sonra həyat yoldaşı Cavabdeh3 imza atmaq üçün özü ilə evə götürməyi xahiş etmişdir. Lakin imzalanmış müqavilənin ona aid olan nüsxəsini geri qaytarmamışdır. Dəfələrlə müraciət etsə də, bu günə kimi nüsxələr Cavabdeh1 qalmışdır və göründüyü kimi bu gün də ondan şantaj kimi istifadə edilir.
9. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahələrə yerli baxış keçirilmiş, baxış zamanı iddiaçıya məxsus olan qeyri-yaşayış sahələrinin MMC-nin həmtəsisçisi və nizamnamə kapitalında 50% paya sahib olan Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən zəbt edil ərək 144 kv.metr sahəsi olan 04 saylı qeyri-yaşayış sahəsinin ofis kimi, 70 kv. metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsinin sanitar qovşağı tikilərək tualet kimi istifadə edilməsi müəyyən edilmişdir.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim S.B.Mehrəliyev) 2(011)-546/2020 nömrəli iş üzrə 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 144 kv.metr sahəsi olan 04 saylı və 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsind ə 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsinin cavabdeh MMC-yə həvalə edilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə cavabdeh MMC-nin direktoru X5 ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən MMC tərəfindən yaşayış binasının birinci mərtəbəsində yerləşən 144 kv.metr sahəsi olan 04 saylı və 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin iddiaçıya satılması, onun razılığı olmadan həmin qeyri-yaşayış sahələrinin MMC-nin həmtəsisçisi və nizamnamə kapitalında 50% paya sahib olan Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən zəbt edilərək 144 kv.metr sahəsi olan 04 saylı qeyri-yaşayış sahəsinin ofis kimi, 70 kv.metr sahəsi olan 05 saylı qeyriyaşayış sahəsinin sanitar qovşağı tikilərək tualet kimi istifadə edilməsi bununla da iddiaçının qanunla qorunan hüquqlarının pozulması müəyyən edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, cavabdeh MMC-nin qanuni nümayəndəsi X5 tərəfindən qismən etiraf edildiyinə görə, ilkin iddia ərizəsi qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 05 saylı, 70 kv.metr qeyri-yaşayış sahəsində qanunsuz tikilm iş sanitar qovşağının sökülməsi hissələrində təmin edilməli, vurulmuş maddi zərərin tutulması hissəsində isə əsaslandırılmadığına görə təmin edilməməlidir.
13. Qarşılıqlı iddia tələbləri barədə isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, MMC-nin direktoru X5 ilə iddiaçı arasında yaşayış binasının birinci mərtəbəsində yerləşən 144 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2016-cı il tarixli və 70 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2017-ci il tarixli müqavilələrin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığını, bu səbəbdən də, etibarsız əqdlər olduğunu iddia etsələr də, iş üzrə araşdırılmış sübutlarla bu təsdiq olunmamışdır. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçılar bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı nda isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yanlış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, qarşılıqlı iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 43, 49, 152, 157, 324, 337-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus sahənin Cavabdeh1 tərəfindən istifadə edilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Vurulmuş maddi zərər həmin ərazidə birinci mərtəbədə icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə qiymətləri ilə hesablanmalıdır. 144 kv.m. qeyri-yaşayış sahəsinin hər kv.m üçün aylıq 15 manat qiymətinə götürülməklə 2160 manat, 70 kv.m üçün isə hər kv.m üçün aylıq 15 manat götürülməklə aylıq 1050 manat hesablanmaqla cavabdehlərdən vurulmuş maddi zərər tələb edilmişdir. Vurulmuş maddi zərər 77040 manat məbləğində hesablanmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən müqavilə ilə razılaşdırılmış şərtlərə əməl edilməmişdir.
17. Cavabdeh3 və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilm əsini və ilkin iddianın tam rədd olunmasını, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Apelyasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə yalnız əsas iddiaçı tərəfin və onun iddiasının təminində maraqlı olan, əsas iddiaçı tərəfindən qəsdən cavabdeh kimi işə cəlb etdirilmiş, əsas iddiaçıya mübahisəli qeyri-yaşayış sahəsini qanunsuz və özbaşına satmış olan "xxxx" MMC-nin rəhbər vəzifəsini mənimsəmiş formal direktoru X2 təqdim etdiyi əsassız sənədləri və onların əsassız ifadələrini nəzərə almış, cavabdeh tərəf olan onların sənəd sübutlarını və ifadələrini isə nəzərə almamışdır. Bu əməli cinayətkarcasına dələduzluq kimi qiymətləndirilməklə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə barəsind ə cinayət işi başlanılması məsələsinin həll edilməsi üçün iş üzrə MPM-in 265-ci maddəsinə əsasən məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmalı və cinayət işi başlanılıb istintaq aparılması üçün Baş Prokurorluğa göndərilməlidir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3200/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi A.Ə.Hüseyn, V.M.Ağayev və V.Ə.Baxışova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2566/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər – İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), V.T.Həsənov və Ə.A.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin 20 avqust 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 və Cavabdeh3 şikayətlərinin təmin olunmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəm əsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin əsaslandırması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü göstərilmiş tələblərə uyğun deyil. Birinci instansiya məhkəməsinin istinad etdiyi Konstitusiya Məhkəməsinin xx.xx.2019, xx.xx.2016 və xx.xx.2016-cı il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər, habelə Mülki Məcəllənin 5.3, 425. 152.1, 157.2, 157.8, 43.1, 49.3, 491.1, 4-1.1.1. 49-1.1.4, 49-1.3. 49-1.4, 49-1.5-ci maddələri ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın rədd olunmasını birmənalı olaraq şərtləndirmir. Məsələn, Mülki Məcəllənin 425-ci maddəsində öhdəliklərin icrası zamanı vicdanlılıqdan bəhs olunur və qeyd edilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə bu normanı ilkin iddia tələbi üzrə cavabdeh MMC-yə münasibətdə tətbiq edə bilər, lakin digər cavabdehlə ilkin iddiaçının hər hansı öhdəlik münasibəti yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi ilkin iddianı təmin edərkən Cavabdeh3 ilə MMC arasında müqavilələri nəyə görə nəzərə almadığını göstərməmiş, həmin müqavilələr baxımından Cavabdeh3 qeyri-yaşayış sahəsinə hüquqlarının olub-olmamasına qiymət verməmişdir. Ümumiyyətlə ilkin iddia üzrə Cavabdeh3 etibarnamə üz rə əri cavabdeh kimi işə cəlb olunsa da, Cavabdeh3 özü ilkin iddia üzrə cavabdeh kimi tanınmamışdır.
25. Birinci instansiya məhkəməsi ilkin iddianın təmin olunması zamanı qətnaməsində göstərmişdir ki, “cavabdeh MMC-nin qanuni nümayəndəsi X5 tərəfindən qismən etiraf edildiyinə görə, ilkin iddia ərizəsi qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 05 saylı, 70 kv.metr qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsi hissələrində təmin edilməli, vurulmuş maddi zərərin tutulması hissəsində isə əsaslandırılmadığına görə təmin edilməməlidir”.
26. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 191.1, 191.3-cü maddələrinə istinad etmiş, həmçinin 220.4-cü maddəsinə əsasən qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
27. Nəzərə alınmalıdır ki, ilkin iddia üzrə cavabdeh MMC-nin qanuni nümayəndəsi V.Babayevin iddianı etiraf etməsi özlüyündə iddianın təmin olunmasını şərtləndirmir. Çünki MPM-nin 52.5-ci maddəsinin tələbinə görə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir.
28. MPM-nin 52.5-ci maddəsi hazırkı işə münasibətdə onu ehtiva edir ki, məhkəmə cavabdeh MMC-nin qanuni nümayəndəsi V.Babayevin iddianı etiraf etməsini digər cavabdehin mənafeləri baxımından, yəni Cavabdeh3 MMC ilə bağladığı müqavilələr üzrə hüquq ları baxımından təhlil etməli, bundan sonra iddianı etiraf etmənin qəbul edilibedilməməsi barədə əsaslandırılmış nəticəyə gəlməli idi.
29. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.1, 14.1, 14.2, 14.2.1, 158.1, 158.1.2, 158.4, 452.1, MPM-in 14.1, 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Yeni apellyasiya baxışı zamanı xx.xx.2021-ci il tarixdə binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə yerində müayinə (baxış) keçirilərkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 04 saylı qeyri-yaşayış sahəsinin bir hissəsi Cavabdeh1 istifadəsindədir. 04 saylı sahənin qalan hissəsi, eləcə də, 05 saylı qeyri-yaşayış sahəsi üzrə 70 kv.m hissə isə faktiki olaraq iddiaçının istifadəsindədir. İddiaçı tərəf məsələyə aydınlıq gətirərək bildirmişdir ki, iddia verilən zamanı Cavabdeh1 tərəfindən iddiaçıya məxsus bütün sahələr zəbt olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra qismən icra olunmuş, bəzi sahələr boşaldılaraq iddiaçıya təhvil verilmiş, eyni zamanda 70 kv.m sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağı sökülmüşdür. Lakin, digər tərəf sonradan apellyasiya şikayəti verdiyindən icra dayandırılmışdır (işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir)
31. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-10151/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.Ş.Talışinski) Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli məqsədilə ilk növbədə sözügedən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə dair tərəflər arasında bağlanmış müqavilələrə hüquqi qiymət verməyi zəruri hesab etmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi MMC-nin direktoru ilə alıcı Cavabdeh3 arasında başdan bəri mövcud olan münasibətlərin xarakterini və qeyri-yaşayış sahələrinə dair mübahisə dövründəki yazışmaları, Cavabdeh3 məhkəmədən əvvəlki bəyanlarını və işin yuxarıda sadalanan digər bütün faktiki hallarını birlikdə qiymətləndirməklə, hesab etmişdir ki, MMC ilə Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixdə birinin 1-ci mərtəbəsində yerləş ən ümumi sahəsi 167 kv.m və 209,5 kv.m olan qeyri-yaşayış sahələrinin hər birinə dair cəmi bir müqavilə bağlanması, tərtib olunmuş digər iki müqavilənin isə həmin müqavilələrin nüsxələri olması və onlardan birində tarix hissəsində texniki səhvə yol verilərək 2014-cü il qeyd olunması ağlabatan və inandırıcı görünür.
34. Bu qənaətə gələrkən kollegiya, onu da nəzərə almışdır ki, hətta Cavabdeh3 ilə MMC arasında sahəsi 167 kv.m və 209,5 kv.m olan qeyri-yaşayış sahələrinin hər birinə dair iki müqavilə bağlandığı qəbul olunduqda belə bu faktiki vəziyyətlə üst-üstə düşmür. Belə ki, Cavabdeh3 birinci mərtəbə bütün qeyri-yaşayış sahələrinin ona məxsus olduğunu bildirərək, iddiaçı ilə bağlanmış müqavilələri mübahisələndirsə də, həmin əraziyə apellyasiya icraatı zamanı yerli baxış keçirilərkən 03 s aylı qeyri-yaşayış sahəsinin 07 mart 2017-ci il tarixli müqavilə əsasında Nəsib Qurbanovun istifadəsində olması müəyyən edilmişdir (bu müqavilə və N.Qurbanovun həmin sahəyə sahibliyi Cavabdeh3 tərəfindən mübahisələndirilməmişdir). Belə olan halda, Cavabdeh3 ilə 4 ayrı müqavilənin bağlanması (həmin sahələrin ümumi cəmi) binanın birinci mərtəbəsinin ümumi sahəsi baxımından da qeyri-mümkündür. Faktiki vəziyyət belə olduqda isə MMC-nin direktoru Vəliyullah Babayev binanın 1-ci mərtəbəsində yerləşən digər - 04 saylı ümumi sahəsi 144 kv.m olan və 05 saylı ümumi sahəsi 70 kv.m olan qeyri-yaşayış sahələrini İddiaçı satmaqda haqlı olmuşdur (qeyd edilməlidir ki, plan-sxemdə 5 saylı qeyri-yaşayış sahəsinin ölçüsü 171,6 kv.m olmuş, onun yalnız bir hissəsi, yəni 70 kv.m İddiaçı satılmışdır).
35. Məhkəm ə kassasiya məhkəməsinin göstərişlərinə əsasən qeyd etmişdir ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin hər birinə dair bir müstəqil müqavilə bağlandığından və müqavilələr ümumiyyətlə üst-üstə düşmədiyindən (fərqli sahələr satıldığından) həmin müqavilələr üzrə kreditorlardan birinin digərinə münasibətdə üstünlüyü də mövcud deyildir.
36. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, eyni fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Hazırkı işin halları baxımından isə bu hal (eyni əşyaya dair bir neçə müqavilənin bağlanması) müəyyən olunmur. İşdəki müqavilələr ayrı-ayrı qeyri-yaşayış sahələrinin alqı-satqısı barədədir.
37. Qeyd olunanlar isə, onu dem əyə əsas verir ki, Cavabdeh3 sözügedən binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin alqı-satqısına dair onunla MMC arasında bağlanmış müqavilələrdən çıxış edərək, iddiaçı ilə bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığını irəli sürə bilmək üçün subyektiv hüququ yoxdur.
38. Kollegiya, onu da vurğulamışdır ki, Cavabdeh3 bu tələbi müqavilələrdən deyil, MMC-nin təsisçisi kimi çıxış edərək irəli sürsə belə, həmin sahələrə dair iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli müqavilələrin etibarsızlığı barədə gətirdiyi dəlillər tam əsassızdır.
39. MMC ilə iddiaçı arasında bağlanmış müqavilələrdə satıcı qismində müqaviləni imzalamış Vəliyullah Babayev həmin MMC-nin direktoru olmuşdur. Cəmiyyətin nizamnaməsinin 5.1-ci bəndinə əsasən, cəmiyyə tin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Direktorun səlahiyyətlərinə cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, onun operativ idarə olunmasını həyata keçirmək, öz səlahiyyətləri daxilində cəmiyyətin adından mülki hüquqi müqavilələr bağlamaq və s. aid edilmişdir. Qarşılıqlı iddiaçılar bu hissədə MMC-nin təsisçiləri Cavabdeh3 ilə V.Babayev arasında bağlanmış xx.xx.2014-cü il tarixli qarşılıqlı razılaşma aktına istinad etsələr də, həmin sənəddə tərəflər arasında razılaşma binanın 2-ci mərtəbəsindən başlayaraq yuxarı mərtəbələrlə bağlı olmaqla, hazırkı iş üzrə mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri ilə bağlı hər hansı qeyd-şərt yoxdur.
40. Bundan başqa, qarşılıqlı iddiaçılar müqavilələrdə MMC-n in direktoru kimi satıcı qismində çıxış etmiş V.Babayev tərəfindən həmin sahələrin MMC-nin digər təsisçisi kimi Cavabdeh3 razılığı alınmadan, dolayısı ilə də ümumi yığıncağın qərarı olmadan satıldığını, buna görə də həmin vaxt səlahiyyətsiz şəxs olduğunu bildirsələr də, kollegiya, bu dəlili də əsaslı saymamışdır.
41. Əvvəla, ona görə ki, sözügedən MMC-nin nizamnaməsində yuxarıda qeyd olunan bənddən də göründüyü kimi, direktora həmin hüquqi şəxsin adından mülki-hüquqi ədqlər bağlamaq səlahiyyəti verilməklə, bu, hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Eyni zamanda, həmin vaxt qüvvədə olan mülki qanunvericilik normalarında da bu əqdlərin bağlanmasının ümumi yığıncağın müstəsna səlahiyyətində olması və yaxud bununla bağlı hər hansı fərqli (xüsusi) hüquqi mexanizm müəyyənləşdirilməmişdir.
42. Göründüyü kimi, mübahisə predmeti olan müqavilələrin bağlandığı anda Vəliyullah Babayevin MMC-ni təmsil etmək, onun adından mülki-hüquqi əqdlər bağlamaq səlahiyyəti olmuşdur.
43. Digər tərəfdən, hüquqi şəxslə müqavilənin bağlanmasına hüquqi şəxsin hansı orqanının daxili qərarı ilə razılıq verildiyi və bu razılıq qərarının nə şəkildə alındığını müqavilənin qarşı tərəfinin bilməsi və hətta bütün bunları yoxlamaq vəzifəsi də yoxdur. Əks halda, hüquqi şəxslərin öz orqanları vasitəsilə hüquqi münasibətlərdə müstəqil bir hüquq subyekti kimi çıxış etmək imkanı demək olar ki, aradan qalxardı. Çünki bu halda hüquqi şəxslə müqavilə bağlayan bütün şəxslərin hər dəfə bağladıqları müqavilələrin səlahiyyətli şəxslə bağlanan müqavilə olub-olmadığını, həmçinin, bu müqavilələrin bağlanması baxımından hüq uqi şəxsin orqanlarının qərarlarının etibarlı olub-olmadıqlarını uzun müddət araşdırmaları lazım gələrdi ki, bu da çox vaxt faktiki olaraq mümkün olmur. Belə olan halda, hüquqi şəxsin təmsil olunmasına olan güvən və etimad sarsılar, bu isə onun fəaliyyətini iflic edərdi. Çünki, hüquqi şəxslər öz fəaliyyətlərini müqavilələr bağlamaqla həyata keçirə bilərlər və onları təmsil edənlərin buna səlahiyyətinin olubolmadığına dair etimad olmazsa heç kim hüquqi şəxslə müqavilə bağlamaqda maraqlı olmaz.
44. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, hüquqi şəxsi təmsil edənlərin buna səlahiyyətinin olmadığı halda belə, buna dair vicdanlı üçüncü şəxslərin etimadı qorunduğundan hüquqi şəxsin adından həmin şəxslərlə bağlanmış müqavilələr üzrə (bildikləri və ya bilməli olduğu hallar istisna olmaqla) vi cdanlı sayılırlar.
45. Qarşılıqlı iddiaçılar, həm də MMC-nin direktoru X6 Məhərrəmova arasında bağlanmış xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli müqavilələrin görünüş üçün bağlanmasına istinad etmişlər.
46. Kollegiya qeyd etmişdir ki, sübutetmə yükü baxımından qeyd olunan müqavilələrin yalnız görünüşdə bağlandığını, yəni uydurma əqd olmasını sübuta yetirmək vəzifəsi qarşılıqlı iddiaçıların üzərinə düşür.
47. Buna baxmayaraq, qarşılıqlı iddiaçılar, məhkəməyə bununla bağlı kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişlər. Bu istiqamətdə gətirdikləri dəlillər isə kifayət etməmişdir.
48. Belə ki, qarşılıqlı iddiaçılar bildirirlər ki, ilk iddiaya əsasən iddiaçının əri Q.Məhərrəmovun mübahisəli binanın inşa edildiyi ünvanda mağazası olmuş, binanın inşa edilməsi üçün mağaza sökülməli im iş. Həmin vaxt MMC-nin direktoru V.Babayev maliyyə problemləri olmasını əsas gətirərək mağazanın əvəzinə ona inşa ediləcək çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən qeyri-yaşayış sahəsi almağı təklif etmiş və aralarında mübahisəli müqavilələr bağlanmışdır. Lakin qeyd olunan müqavilələrdə qeyriyaşayış sahələrinin sökülmüş mağazanın əvəzinə iddiaçıya verilməsi faktı göstərilməyərək guya iddiaçıya 680000 manata satılması rəsmiləşdirilmiş, hətta 680000 manatın iddiaçı tərəfindən MMC-yə ödənildiyi barədə saxta maliyyə arayışları da tərtib edilmişdir. Aydındır ki, əgər qeyri-yaşayış sahələri sökülən mağazanın əvəzinə iddiaçıya verilirdisə, müqavilə də bu barədə tərtib edilməli idi. Hazırkı saxta müqavilələrdən isə belə çıxır ki, iddiaçı həm mağazasının sökülməsinə və yerində çoxmərtəbəli bina inşa edilməsinə razılıq vermiş, həm də 680000 manat ödəyərək həmin binadan qeyri-yaşayış sahələri almışdır ki, bu da reallıqla bir araya sığmır.
49. Kollegiya, bu dəlillərlə razılaşmamışdır. Ona görə ki, qarşılıqlı iddiaçılar bu dəlili irəli sürərkən yalnızca ilk iddiada qeyd olunanlara istinad etsələr də, ilk iddia ərizəsinin məzmunda iddiaçının ərinə məxsus mağazanın sökülməsi və bunun əvəzində MMC ilə arasında qeyri-yaşayış sahələrinə dair müqavilə bağlanması ilə bağlı hər hansı birbaşa qeyd yoxdur. İddiaçı ərizəsində Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində ərinə məxsus mağazanın yerləşdiyini, həmin ünvanda MMC-yə bina tikintisi üçün icazə verildiyini və MMC-nin direktoru V.Babayevin ona maliyyə problemləri ilə əlaqədar tikiləcək binanın 1-ci mərtəbəsində qeyri -yaşayış sahəsi almağı təklif etdiyini, onun da qəbul etdiyini bildirmişdir.
50. Eyni zamanda, ilk iddia üzrə iddiaçı və cavabdeh MMC-nin direktoru iş üzrə verdikləri bütün izahatlarında bu dəlilə etiraz edərək, alıcı, yəni iddiaçı tərəfindən qeyriyaşayış sahələrinin dəyərinin tam şəkildə ödənildiyini bildirmiş və yeni apellyasiya baxışında buna dair kassa mədaxil orderləri də təqdim etmişlər.
51. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları və əqdlərin etibarlılıq şərtləri ilə bağlı mülki qanunvericilikdəki şərtləri nəzərə alaraq hesab etmişdir ki, MMC-nin direktoru Vəliyullah Babayevlə iddiaçı arasında bağlanmış sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 04 saylı ümumi sahəsi 144 kv.m olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2016-cı il tarixli və 05 saylı ümumi sahəsi 70 kv.m ola n qeyri-yaşayış sahəsinə dair xx.xx.2017-ci il tarixli müqavilələr hüquqi müstəvidə keçərli əqdlərdir. Ona görə də, birinci instansiya məhkəməsinin həmin müqavilələrin etibarsızlığına dair qarşılıqlı iddianın rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır.
52. Məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqelərə əsasən hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı ona məxsus qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlıdır.
53. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, iddiaçı vindikasiya tələbini cavabdeh kimi məhz Cavabdeh1 qarşı irəli sürməkdə haqlı olmuşdur. Çünki, bu cür tələblərə dair qanunvericiliyin müəyyən etdiyi yuxarıda sadalanan dispozisiya şərtlərindən görünür ki, həmin tələblər məhz başqasının əşyasına faktiki olaraq qanunsuz sahibli k edən şəxsə qarşı irəli sürülməlidir. Hazırkı işdə isə iddiaçıya məxsus qeyri-yaşayış sahələri faktiki olaraq Cavabdeh1 sahibliyində olduğundan və bu sahiblik qanunla qorunmadığından pozuntuya cavabdeh kimi o çıxış etməlidir. Cavabdeh3 həmin sahələrə dair hər hansı hüququ olmadığından əri Cavabdeh1 onun tərəfindən verilmiş etibarnamə əsasında hərəkət etməsi mümkün deyil. Ona görə də Cavabdeh1 həmin sahələrə Cavabdeh3 nümayəndəsi kimi sahiblik etməsi kimi bir yanaşma qanuni hesab edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
54. Cavabdeh3 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
55. Şikayət qarşılıqlı iddia və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində yalnız iddiaçının xeyrinə olan biləcək sənədləri, qanunvericilik normalarını təhlil edilmiş, cavabdehlərin və onların nümayəndəsinin-vəkillərinin təqdim etdikləri sənədləri və qanunvericilik normalarını diqqətdən kənarda saxlanılmışdır. Eyni zamanda apellyasiya instansiya məhkəməsinin əsas iddia üzrə cavabdeh tərəfin və onların vəkillərinin təqdim etdikləri sənəd və sübutları tədqiq etməməsinin, həmin sənəd və sübutlarla razılaşmamasının səbəblərini qətnamədə göstərməməsi də apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Apellyasiya məhkəməsinin işə birtərəfli yanaşmasının bariz nümunələrindən biri də birin ci instansiya məhkəməsi tərəfindən məhkəmənin mübahisəli binaya baxış keçirilməsi və həmin baxışın protokollaşdırılması ilə bağlı yol verilmiş qanun pozuntularına əhəmiyyət verməməsidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bütün məhkəmə prosesini yalnız mübahisəli qeyri-yaşayış sahəsinin satılması barədə müqavilələrə qanuni “don” geyindirmək istiqamətində apardığına, müqavilənin bağlanmasına qədər mübahisəli qeyri-yaşayış sahələrinin cavabdehlərə satılması barədə müqavilələrə, qarşılıqlı razılaşma aktına münasibət bildirməməsinə, MMC-nin direktoru X1 nə üçün tam ortaqlıq barədə müqaviləni, “Qarşılıqlı üzləşmə Aktı”nı və birinci mərtəbədə bütün qeyri-yaşayış sahələrinin cavabdehə satılması barədə dörd müqaviləni imzalayıb təsdiq etdiyi halda mübahisəli qeyri-y aşayış sahəsinin sonradan başqasına satılması barədə saxta müqavilə bağlamasının və nəticədə hazırkı məhkəmə çəkişməsinə şərait yaratmasının səbəblərini soruşmadığına da əhəmiyyət verməmişdir. Eyni zamanda, baxmayaraq ki, apellyasiya məhkəməsində də məhkəmə prosesində X5 “Qarşılıqlı razılaşma Aktı”nın guya saxta olmasını, həmin sənəddəki imza və möhür ona məxsus olsa da həmin imza və möhürü bir neçə il əvvəl Baki şəhərini tərk edib gedərkən ağ kağıza yazıb vuraraq cavabdehə verdiyini guya etiraf edib, iş üzrə məhkəmə texniki-xətşünaslıq ekspertizasının keçirilməsini tələb edib vəsatət versə də və həmin vəsatət tərəflərindən müdafiə edilsə də məhkəmə vəsatəti müzakirə etməyərək, iş üzrə müvafiq ekspertiza təyin edilməsi və ya bundan imtina barədə hər hansı qərardad çıxarmamışdır. Apellyas iya məhkəməsi əsassız olaraq göstərmişdir ki, qarşılıqlı iddiaçılar bu hissədə MMC-nin təsisçiləri Cavabdeh3 ilə V.Babayev arasında bağlanmış xx.xx.2014cü il tarixli qarşılıqlı razılaşma aktına istinad etsələr də, həmin sənəddə tərəflər arasında razılaşma binanın 2-ci mərtəbəsindən başlayaraq yuxarı mərtəbələrlə bağlı olmaqla, hazırkı iş üzrə mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri ilə bağlı hər hansı qeyd-şərt yoxdur. Lakin məhkəmənin bu qənaətə gəlməsi tamamilə əsassızdır. Belə ki, sözügedən qarşılıqlı razılaşma aktında qeyri-yaşayış sahələrinin bölünməsi də nəzərdə tutulmuşdur.
56. Şikayətin əsası kimi Mülki Məcəllənin 9.1, 71.1, 71.3, 72.2, 222.1, 222.2, 222.3, 337.1, 337.3, 337.4, 337.5, 340.1, 340.2, MPM-in 8.1, 8.2, 8.3, 220.1, 220.2, 220.3, 220.4 və 88 -ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərmiş, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya şikayəti üzrə işə məhkəmə iclasında baxılmasına dair vəsatət
58. Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil1 vəsatət verərək, kassasiya şikayətinə məhkəmə iclasında baxılmasını xahiş etmişdir.
59. Məhkəmə kollegiyası tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
60. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslar dan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
61. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
62. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
63. Maddə157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
64. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məns ub ola bilər.
65. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
66. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
67. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
68. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
72. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
73. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
74. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
78. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. Hazırkı iş üzrə əvvəlki kassasiya baxışının nəticəsində apelyasiya instansiyası məhkəməsinin 20 avqust 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 və Cavabdeh3 şikayətlərinin təmin olunmaması hissəsində ləğv edilərək, yeni baxışa göndərildiyindən və yalnız həmin hissədə baxıldığından hazırda apellyasiya instansiya məhkəməsinin akt tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
81. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, apellyasiya şikayətinin də lillərinə əsaslandırılmış qiymət verilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
82. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə, habelə iddianın əsasını təşkil etmədiyi üçün əvvəlki məhkəmə baxışı zamanı müzakirə predmeti olmamış faktiki hallarla bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
83. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10151/2021 nömrəli mülki iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.