Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3148/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi 03.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 may 2025-ci il tarixli, 2(103)2067/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 3 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İ ddiaçı ilə Cavabdeh2 30 iyun 2000-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikahları rəsmi qaydada pozulmamışdır.
2. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 806 “b” saylı bağ sahəsinin ilkin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə və texniki pasport əsasında sözügedən bağ sahəsi xx.xx.2005-ci ildə xüsusi mülkiyyət hüququ əsasında sonuncunun adına qeydiyyata alınmışdır.
3. Cavabdeh2 mübahisəli bağ sahəsini xx.xx.2021-ci il tarixli müqavilə əsasında anası X4 bağışlamış, xx.xx.2021-ci il tarixdə sonuncunun adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.
4. X7 mübahisəli bağ sahəsini xx.xx.2023-cü il tarixdə X2 bağışlamış və hazırda sonuncunun mülkiyyə tindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra- iddiaçı) məhkəməyə müraciət edərək, Bakı şəhəri, 46 saylı notariat ofisinin 4Ə-745 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin faktiki hallarına əsaslanaraq iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda münasibətləri pozulduqdan sonra əmlak bölgüsünə dair məhkəmədə iddia qaldırmaq istəmişdir. Arvadı Cavabdeh2 həmin bağ evini 4Ə-745 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsas ında anası X3 adına keçirmişdir. O, nikah dövründə əldə olunan əmlaka dair bağışlama müqaviləsinin mübahisələndirmək hüququna malikdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-226/2024 nömrəli, 28 fevral 2024cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilmişdir.
8. Məhkəmə, müəyyən etmişdir ki, Cavabdeh2 və iddiaçı mübahisəli bağ sahəsini birgə nikah dövründə əldə etmişlər. Cavabdeh2 sözügedən bağ sahəsini iddiaçının icazəsi və məlumatı olmadan bağışlama müqaviləsi ilə anasının adına keçirməklə özgəninkiləşdirmişdir. Qeyd olunan bağışlama müqaviləsi bağlanarkən Cavabdeh2 46 saylı notariat ofisinə Rusiya Federasiyasının vətəndaşı kimi sənədini təqdim etdiyindən onun ailəli olması və əmlakı birgə nikah dövründə əldə etməsi müəyyən olunmamışdır.
9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, bağışlama müqaviləsinin predmeti olan mübahisəli bağ sahəsi birgə nikah dövründə əldə edildiyindən və qeyd olunan bağ sahəsi iddaçının icazəsi olmadan bağışlama müqaviləsi bağlanaraq özgəninkiləşdirildiyindən, bağışlama müqaviləsi etibarsızdır.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 225.2, 667.1-ci, habelə MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən əmlak birgə nikah dövründə əldə olunmasına baxmayaraq, tərəflərin ümu mi gəlirləri hesabına əldə olunmamışdır. Belə ki, keçmiş X6 və İstismarı Birliyi mübahisələndirilən əmlakı ona əvəzsiz qaydada vermişdir. Bu səbəbdən bağışlama müqaviləsi bağlandığı zaman, əmlak Cavabdeh2 ayrıca mülkiyyəti olmuşdur. Qeyd olunan əsaslara görə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi yolverilməzdir. Lakin birinci instansiya məhkəməsi, iddiaçının həmin bağ sahəsinin əldə olunmasında hər hansı iştirakını araşdırmadan yekunda əmlakın ümumi gəlirlər hesabına əldə edildiyi qənaətinə gəlmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3349/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev, sədrlik edən, məruzəçi, Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin q ətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 225.6cı maddəsinin tətbiq edilə bilməsi üçün ilk növbədə mübahisəli əmlakın tərəflərin birgə nikahları dövründə və birgə vəsait hesabına əldə edilib-edilməməsi məsələsi aydınlaşdırılmalıdır.
15. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanılmış, tərəflər arasında nikah münasibətləri isə xx.xx.2000-ci ildə rəsmiləşdirilmişdir. Göründüyü kimi mübahisəli əmlakın tərəflərin birgə mülkiyyəti sayılması üçün ilk şərt ödənmişdir.
16. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddət ində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.
17. Bununla bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ evi keçmiş X1 və İstismarı Birliyi ilə cavabdeh arasında bağlanmış ilkin icarə müqaviləsinə əsasən sonuncunun mülkiyyətinə keçmişdir.
18. Qanunvericiliyin tələblərindən də göründüyü kimi bağ sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən bunun müqabilində hansısa məbləğin ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı isə öz mövqeyini əsaslandırarkən sözügedən müqavilənin qanunvericilikdə nəzərdə tutulduğu kimi əvəzsiz qaydada deyil, müəyyən ödəniş edilməklə bağlandığını və həmin məbləğin məhz özü tərəfindən qarşılandığını bildirsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
19. Bundan əlavə, məh kəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair keçmiş X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin 4-cü bəndində bağda olan tikililərin yaşayış sahəsinin istifadə haqqının Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş qiymətlərə əsasən ildə bir dəfə ödənilməli olması qeyd olunsa da, həmin şərtin məzmunundan da göründüyü kimi qeyd edilən haqqın məhz yaşayış sahəsindən istifadə üçün ödənilməsi nəzərdə tutulmuşdur və əmlakın özəlləşdirilməsi ilə bu haqqın ödənilməsinə son qoyulmuşdur. İş materiallarında olan sənədlərdən də görünür ki, mübahisəli əmlakın Cavabdeh2 tərəfindən özəlləşdirilməsi prosedurları da bununla bağlı müəyyənləşdirilən qanunvericilik normalarına uyğun aparılmış, həmin özə lləşdirilmə iddiaçı və ya hansısa üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir.
20. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli əmlak birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyət olmadığından, əmlakla bağlı hər hansı sərəncam verilərkən Ailə Məcəlləsinin 33.4-cü maddəsi və Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydada iddiaçı tərəfidən hansısa razılığın verilməsi tələb olunmur.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işin hallarından da göründüyü kimi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 46 saylı Notariusda 4Ə-206 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi mülki qanunvericilikdə bu cür bağışlama müqaviləsi ilə bağlı müəyyənləşdirilmiş şərtlərə uyğun bağlanılmış, müqavilə notarial qaydada təsdiq edilmiş, tərəflərə müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, onun nəticələri barədə tərəflər xəbərdar edilmişdir. Həmin müqavilə bağlanarkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın cavabdeh Kuzmina Yeleneya məxsus olması yoxlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətçi hüququndan istifadə edərək özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ evini anası X4 bağışlamışdır.
22. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə bağışlanma müqaviləsinin etibarsız hesab olunması üçün hansısa qanuni və hüquqi əsaslar mövcud deyildir və apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
23. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 1 52.1, 225.1, 225.6, 337.1, 337.2, 337.4, 666.1, 667.1, 668.1.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.3, 33.4, 34.1-ci maddələrinə, habelə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. İddiaçı (vəkil X5) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 96/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər Sənan Hacıyev (məruzəçi), Elşad Şamayev və Vüqar Həsənov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 ona verilmiş 806 b saylı bağ sahəsi üzərində yerləşən 58,8 kv.m yaşayış sahəsindən ibarət bağ evinə dair çıxarış almışdır. Apellyasiya instansiyası məhkəməsi həmin torpaq sahəsinin əvəzsiz olaraq Cavabdeh2 verilməsinə əsaslanaraq üzərində yerləşən bağ evinin də onun ayrıca mülkiyyəti olduğu qənaətinə gəlmiş, bu zaman torpaq sahəsinin ayrılması barədə 2005-ci il tarixli müqavilədə evə dair qeydin olmaması, sonradan tərtib edilmiş texniki pasport əsasında həmin bağ evinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması kimi hallarını nəzərə almamış və evin birgə nikah dövründə tikilib-tikilməməsini araşdırmadan ona torpaqla eyni münasibəti sərgiləyərək birgə mülkiyyət hesab etməmişdir.
27. Göstərilən hallar işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından və onlara düzgün hüquqi qiymət verilmədiyindən, bağ evi özgəninkiləşdirilərkən iddiaçının razılığının alınmalı olmaması barədə səhv nəticəyə gəlib.
28. Kassasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 225, 337, 667.1-ci, “Torpaq İslahatı haqqında” Qanunun 9-cu, Ailə Məcəlləsinin 32, 33-34-ci, habelə MPM-in 14.2, 77.1, 88, 217.2, 386, 407, 416 və 418ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2067/2025 nömrəli, 7 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən, məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Məhkəmə kollegiyası tərəflərin mövqeyi ilə bağlı xüsusilə qeyd etmişdir ki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən ərlə arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Belə ki, əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. Bu halla razılaşmayan tərəf isə əmlakın birgə mülkiyyət hesab olunmaması üçün istinad etdiyi halları sübut etməlidir.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisə üzrə mübahisəli bağ evi (torpaq sahəsi hələ də icarə əsaslarla istifadədir) birgə nikah dövründə özəlləşdirildiyindən, Cavabdeh2 həmin bağ evinin ər-arvadın birgə gəlirləri hesabına tikilmədiyinə istinad etdiyindən bu halı subutetmə vəzifəsi də cavabdeh olaraq məhz onun üzərinə düşür. Bununla bağlı həmin cavabdeh X7 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli podrat müqaviləsini təqdim edir və həmin müqavilənin məhz bağ evinin tikintisi üçün vəsaitin iddiaçı tərəfindən çəkilmədiyini təsdiq edən sübut olması mövqeyindən çıxış edir. Halbuki cavabdehin öz dəlillərinin əsası kimi söykəndiyi xx.xx.2005-ci il tarixli podrat müqaviləsində podratçı kimi göstərilmiş "xxxx" MMC həmin müqavilə bağlanan tarixdən təxminən 3 il sonra, yəni xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Cavabdeh tərəf bunu "xxxx" MMC-nin təkrar qeydiyyata alınması ilə əlaqələndirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bu Cəmiyyətin xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı və hüquqi varisliyinin müəyyən edilmədiyi açıq və aydın şəkildə göstərilmişdir. Bununla yanaşı, müqavilədə xidmət haqqının dəyəri manatla qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəy işdirilməsi (denominasiyası) haqqında” fərmanına əsasən yeni Azərbaycan Manatı xx.xx.2006-cı il tarixdən etibarən dövriyyəyə buraxılmışdır. Başqa sözlə, podrat müqaviləsində hələ tədavülə buraxılmamış pul nişanından ödəniş vasitəsi kimi istifadə edilmişdir. Digər tərəfdən, mübahisə predmetini təşkil edən bağ evinin yerləşdiyi topaq sahəsinin icarə müqaviləsi xx.xx.2005-ci il tarixdə bağlanılsa da, podrat müqaviləsi bundan 17 gün əvvəl, yəni, faktiki olaraq bağ sahəsi ilə bağlı cavabdehə münasibətdə heç bir hüquqi bağlılıq yaranmadan əvvəl bağlanılmışdır. Məhkəmə kollegiyası, qeyd edilən həmin ziddiyyətli məqamları və cavabdeh tərəfin bununla bağlı hər hansı əsaslı arqumentinin olmamasını nəzərə alaraq xx.xx.2005-ci il tarixli podrat müqaviləsini mötəbər sübut hesab etməmişdir.
33. Bundan b aşqa, bağ sahəsinin icarə müqaviləsinin cavabdeh X7 ilə bağlanılmamasının səbəbləri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Hər bir halda, bağ sahəsi həqiqətən X4 məxsus idisə, məhz həmin bağ sahəsi ilə bağlı icarə müqaviləsi də əvvəldən onun qızı ilə deyil, onun özü ilə bağlana bilərdi. Bu vəziyyət hüquqi baxımından torpaq sahəsinin də mülkiyyətə keçirilməsi imkanını yaratmış olardı.
34. Belə ki, Cavabdeh2 xarici vətəndaş olduğundan və bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsinin xarici vətəndaşın mülkiyyətinə keçirilməsi mümkün olmadığından, tikilinin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində qalmışdır. Başqa sözlə, X7 Azərbaycan Respublikası vətəndaşı olduğundan bağ sahəsinin də mülkiyyətinə keçirilməsi ilə bağlı Cavabdeh2 daha ü stün hüquqlara malik idi.
35. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və belə qənaətə gəlmişdir ki, mübahisəli bağ evi ər-arvadın birgə mülkiyyəti hesab edildiyindən, həmin əmlakın bağışlanılması zamanı birgə mülkiyyətçi olan iddiaçının razılığı alınmadığından xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməlidir.
36. Məhkəmə kollegiyası, iddia üzrə “müqavilənin etibarsız hesab edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin əsaslı olması qənaətinə gəlindiyini, iddia tələbinin “müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə ilk hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlmişd ir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə bu tələbə aid hissədə də qanuni və əsaslıdır.
37. Məhkəmə kollegiyası iddiaçının xüsusi qərardad çıxarılması ilə bağlı vəsatətinə münasibətdə qeyd etmişdir ki, xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi qərardadın çıxarılması üçün hər hansı əsas müəyyən etməmişdir.
38. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 225.1, 225.6, 337.1, 337.4, 667.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 saylı Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli bağ sahəsi (bağ evi) Cavabdeh2 mülkiyyətinə iddiaçı ilə nikahda olduğu zaman keçsə də, həmin əmlak ona əvəzsiz verilmişd ir. Odur ki, həmin bağ evi Cavabdeh2 ayrıca əmlakıdır və iddiaçı ilə onun ümumi birgə mülkiyyəti hesab edilmir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarına əsasən, əmlak əvəzsiz əqdlər üzrə əldə edildikdə, həmin əmlak ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Odur ki, həmin bağ evi iddiaçı ilə cavabdehin ümumi birgə əmlakı hesab edilə bilməz və məhkəmə həmin əmlakı ər-arvadın birgə əmlakı hesab etməklə səhvə yol vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, Cavabdeh2 həmin bağ evi üzərində mülkiyyət hüququnu iddiaçı ilə nikahda olan zaman əldə etsə də, həmin əmlakın yalnız cavabdehə məxsus olduğunu, ümumi mülkiyyət olmadığını təsdiq edən sübut - yazılı əqd (icarə müqaviləsi) mövcuddur. Bu müqavilə və onun əsasında mülkiyyət hüququnun verilməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli həmin Qərarının göstərişləri baxımından da deməyə əsas verir ki, həmin əmlak cavabdehin yalnız özünə məxsusdur və iddiaçı ilə ümumi mülkiyyəti hesab edilmir. Çünki həmin Qərarda yazılmışdır ki, əvəzsiz əqd əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilsin. Bununla bağlı olaraq bildirilir ki, həmin bağ evi cavabdehə xx.xx.2005-ci il tarixli 34770 saylı yazılı icarə müqaviləsi əsasında verilmişdir. İşə baxan apellyasiya ins tansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının göstərişlərini də pozmuşdur. Həmin Qərarın 3.12-ci bəndində göstərilmişdir ki, konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın hesabına və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət presumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Bununla bağlı olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 806 b saylı bağ evi cavabdehlə bağlanılan icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmiş, daha sonra isə cavabdeh tərəfindən əvəzsiz şəkildə əldə edilmişdir. Odur ki, işə baxan məhkəmənin h əmin əmlakı ər-arvadın ümumi əmlakı hesab edərək bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə nəticəyə gəlməsi əsassızdır. Həmçinin həmin əmlak, yəni bağ evi əvəzsiz olaraq Cavabdeh2 mülkiyyətinə verildiyi üçün, onun həmin bağ evini iddiaçının razılığı olmadan sərbəst şəkildə bağışlamaq hüququ olmuşdur. Çünki həmin bağ evi üzərində cavabdehin mülkiyyət hüququ yazılı əqdə əsaslanan hüquq əsasında yaranmışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuş, həmin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan başqa, işə baxan məhkəmə nə Mülki Məcəllənin 667-ci maddəsinin, nə Mülki Məcəllənin 225-ci maddəsinin, nə də “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini tətbi q etmiş, beləliklə də MPM-nin 13-cü maddəsinin tələblərini pozmuşdur. Son olaraq qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh2 mülkiyyətində olan həmin bağ evinin ər-arvadın ümumi qazancı hesabına əldə edilən əmlak olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə bu hala düzgün hüquqi qiymət verməmiş, iddia tələbinin təmin edilməsi üçün əsas olan halın-əmlakın ər-arvadın ümumi mülkiyyəti olmasının sübut edilməməsini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmadan, iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
44. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsız lıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
47. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
48. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
49. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
50. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
51. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata a lınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
52. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.
58. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
59. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
62. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, Cavabdeh2 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassas iya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
63. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
64. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Bu halla razılaşmayan tərəf isə əmlakın birgə mü lkiyyət hesab olunmaması üçün istinad etdiyi halları sübut etməlidir.
65. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə üzrə mübahisəli bağ evi (torpaq sahəsi hələ də icarə əsaslarla istifadədir) birgə nikah dövründə özəlləşdirildiyindən, Cavabdeh2 həmin bağ evinin ər-arvadın birgə gəlirləri hesabına tikilmədiyinə istinad etdiyindən bu halı subutetmə vəzifəsi də cavabdeh olaraq məhz onun üzərinə düşür. Bununla bağlı cavabdeh Tatyana Kuzmina ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli podrat müqaviləsini təqdim edir və həmin müqavilənin məhz bağ evinin tikintisi üçün vəsaitin iddiaçı tərəfindən çəkilmədiyini təsdiq edən sübut olması mövqeyindən çıxış edir. Halbuki cavabdehin öz dəlillərinin əsası kimi söykəndiyi xx.xx.2005-ci il tarixli podrat müqavilə sində podratçı kimi göstərilmiş "xxxx" MMC həmin müqavilə bağlanan tarixdən təxminən 3 il sonra, yəni xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Cavabdeh tərəf bunu "xxxx" MMC-nin təkrar qeydiyyata alınması ilə əlaqələndirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
66. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən bağ evinin yerləşdiyi topaq sahəsinin icarə müqaviləsi xx.xx.2005-ci il tarixdə bağlanılsa da, podrat müqaviləsi bundan 17 gün əvvəl, yəni, faktiki olaraq bağ sahəsi ilə bağlı cavabdehə münasibətdə heç bir hüquqi bağlılıq yaranmadan əvvəl bağlanılmışdır.
67. Apellyasiya instaniyası məhkəməsi, qeyd edilən həmin ziddiyyətli məqamları və cavabdeh tərəfin bununla bağlı hər hansı əsaslı arqumentinin olmamas ını nəzərə alaraq xx.xx.2005-ci il tarixli podrat müqaviləsini mötəbər sübut hesab etməmişdir. Bundan başqa, bağ sahəsinin icarə müqaviləsinin cavabdeh Tatyana Kuzmina ilə bağlanılmamasının səbəbləri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Hər bir halda, bağ sahəsi həqiqətən Tatyana Kuzminaya məxsus idisə, məhz həmin bağ sahəsi ilə bağlı icarə müqaviləsi əvvəldən onun qızı ilə deyil, onun özü ilə bağlana bilərdi. Bu vəziyyət hüquqi baxımından torpaq sahəsinin də mülkiyyətə keçirilməsi imkanını yaratmış olardı.
68. Belə ki, Cavabdeh2 xarici vətəndaş olduğundan və bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsinin xarici vətəndaşın mülkiyyətinə keçirilməsi mümkün olmadığından, tikilinin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində qalmışdır. B aşqa sözlə, cavabdeh Tatyana Kuzmina Azərbaycan Respublikası vətəndaşı olduğundan, bağ sahəsinin mülkiyyətinə keçirilməsi ilə bağlı Cavabdeh2 daha üstün hüquqlara malik idi.
69. Bununla belə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və belə qənaətə gəlmişdir ki, mübahisəli bağ evi ər-arvadın birgə mülkiyyəti hesab edildiyindən, həmin əmlakın bağışlanılması zamanı birgə mülkiyyətçi olan iddiaçının razılığı alınmadığından xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməlidir.
70. Apellyasiya instansiyası məhkəməsi, iddia üzrə “müqavilənin etibarsız hesab edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin əsaslı olması qənaətinə gəlindiyini, iddia tələbinin “müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” h issəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə ilk hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə bu tələbə aid hissədə də qanuni və əsaslıdır.
71. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 may 2025-ci il tarixli, 2(103)2067/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.