Məhkəmə qərarları › İş №2(102)-3151/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3151/2019

01.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3151/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)10891/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.B.Məhərrəmova, iş № 2(004)-500/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilərə k cavabdehlərdən maddi ziyana görə 10.220 manat, dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, İ.S.Şirinov və E.M.Həsənov) Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2017-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək satış təmsilçisi işlədiyi “Təzə bazar”da yerləşən 30 saylı mağazadan Cavabdeh2 sifarişi ilə digər Cavabdeh1 tərəfindən götürülmüş malların dəyərini təşkil edən 10.220 manatın ona qaytarılmamasını əsas göstərməklə həmin məbləğin Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək onlardan tələb olunan tikinti materiallarının iddiaçıdan Rövşən adlı şəxs tərəfindən götürülməsini, qətnamənin işin həqiqi hallarının müəyyən olunmadan, sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulmaqla çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və y eri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qətnaməni Cavabdeh1 münasibətdə dəyişdirilmədə n saxlayarkən qətnamədən yalnız onun tərəfindən apellyasiya şikayəti verilməsini, digər Cavabdeh2 tərəfindən isə şikayət verilməməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən malların dəyərinin ödənilməməklə iddiaçıya 10.220 manat məbləğində maddi ziyanın vurulmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə Azərbaycan Respublikası MPM-nin tələblərinin pozulması ilə çıxarıldığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçı ona dəymiş ziyanın ödənilməsini hər iki cavabdehdən tələb etmiş və məhkəmə hər iki cavabdehə münasibətdə iddianı təmin etmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməsə də digər Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində iddiaçının tələb etdiyi tikinti materiallarının başqası tərəfindən götürülməsini bil dirərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslalığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə olduqda kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlamalı idi. Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən qətnaməni apellyasiya şikayəti verən Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlasa da, digər tərəfdən tikinti materiallarının cavabdehlərin hər ikisi tər əfindən götürülməsi və dəyərinin qaytarılmamaqla onlar tərəfindən iddiaçıya ziyan vurulmasına dair nəticəyə gəlməklə barəsində qərar qəbul etmədiyi Cavabdeh2 münasibətdə də sübutlara qiymət vermişdir. Bundan başqa, iş üzrə cavabdehlər məhkəmədə verdikləri izahatlarında, eləcə də apellyasiya şikayətində tikinti materiallarının iddiaçıdan Rövşən adlı şəxs tərəfindən alınmasını, bu barədə olan qaimələrin isə Ramil adlı şəxs tərəfindən imzalanmasını bildirməklə iddianı özlərinə münasibətdə qəbul etməmələrinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən həqiqətin müəyyən olunması üçün Rövşən adlı şəxsin müəyyən olunub dindirilməsi təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, məhkəmə kollegiyası cavabdehlərin göstərdiklərini yoxlamamaqla sübutların araşdırılmasına birtərəfli yanaşmışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar