Məhkəmə qərarları › İş №2(102)-3151/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3151/2023

18.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3151/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, üçüncü şəxslər Sumqayıt şəhər 1 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı ilk iddia, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh, X16, X17, X3, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı qarşılıqlı iddiaya dair mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı və çıxarışın ləğvi, torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatları n etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh, üçüncü şəxslər Sumqayıt şəhər 1 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv edilməsi” tələbinə dair ilk iddiası və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh, X16, X17, X3, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n Sumqayıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlama müqaviləsinin, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları:

1. İddiaçı (daha sonra Sumqayıt Bələdiyyəsi) hazırki mübahisəni açaraq bildirir ki, Sumqayıt bələdiyyəsi ilə onun arasında bağlanmış icarə müqaviləsinə əsasən Corat bağlar massivində 620 kv.m torpaq sahəsi onun icarəsinə verilmişdir. Lakin həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X6 adına rəsmiləşdirilmiş, Mədət İsmayılov xx.xx.2006-cı ildə vəfat etdikdən sonra torpaq sahəsinə hüquqlar onun vərəsələrinə keçmiş, daha sonra üçüncü şəxs X1.

2. Belə ki, “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə dair” xx.xx.1991-ci il tarixli, 5167 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,12 hektar olan 2284 nömrəli torpaq sahəsi X6 icarəsinə verilmişdir. 3. xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağ massivi 2284 ünvanda yerləşən 0,062 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.

4. Həmin çıxarışın verilməsi üçün əsas kimi X15 ilə Sumqayıt şəhər ZDS-nin “Bağlar təsərrüfatı idarəsi” arasında bağlanmış 27 avqust 1991-ci il tarixli, 5167 saylı “Baş sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” müqavilə çıxış etmişdir.

5. X4 miras qalmış, daşınmaz əmlakın dövlət reyesrtindən xx.xx.2018-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışda göstərilən torpaq sahəsinə dair verilmiş 2V-124 reyestr nömrəli, 01 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə miras qoyanın vərəsələri - arvadı X3, övladları - X17, X16 və Cavabdeh payları bərabər müəyyən edilmişdir.

6. Bundan s onra mirasdan pay almış vərəsələr - X3, X17 və X16 mirasdan düşən paylarını 16 avqust 2018-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamış və Sumqayıt şəhəri, Corat bağ massivi 2284 ünvanda yerləşən 0,062 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

7. Həmin torpaq sahəsi Sumqayıt “ASAN xidmət” notariat kontorunda bağlanmış 28 avqust 2018-ci il tarixli 4Ə-3055 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X5 mülkyyətinə keçmişdir. Sumqayıt şəhəri, Corat bağları ərazisi ünvanında yerləşən 2284 nömrəli bağ torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 4 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə dair xx.xx.1986cı il tarixli, 3689 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı idarəsi tərəfindən Saray qəsəbəsində yerləşən 0,20 hektar olan 2284 nömrəli torpaq sahəsi X12 icarəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və istifadəsində olan 0,0620 hektar torpaq sahəsinə, Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında təsdiq edilmiş 3M-293 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilərək cavabdeh X5 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbi belə əsaslandırılıb ki, onunla Sumqayıt Bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Corat bağ massivi, 51-ci məhəllədə yerləşən 620 kv.metr torpaq sahəsi xx.xx.2005-ci il tarixdə icarəsinə verilmiş və həmin tarixdən torpaq sahəsi istifadəsində olmuşdur. Həmin ərazidə ona məxsus tikili də mövcuddur. Lakin sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixdə **** ****** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt ərazi idarəsinə müvafiq sorğular verilmiş və aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və onun istifadəsində olan 0,0620 hektar torpaq sahəsi, Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-293 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Sonradan müəyyən edilmişdir ki, Cavabdeh adına rəsmiləşdirilmiş torpaq sahəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış əsasında X5 adına rəsmiləşdirilmişdir.

11. Mübahisə predmeti barəsində müs təqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum X15 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında “Corat bağları” massivində yerləşən, sahəsi 1200 kv.metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 3 avqust 2018-ci il tarixli “qanun üz rə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən tədqiq olunmuş X16, X17, X3 və Cavabdeh arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 6 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kv.metr olan 2284 saylı bağ torpaq sahəsinə dair X6 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayı t şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kv.metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 8 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması və Sumqayıt şəhəri “Corat bağları” ərazisində yerləşən və sahəsi 0,12 hektar kimi göstərilmiş 2284 saylı bağ torpaq sahəsinə dair X6 adına saxta 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin tərtib olunması və həmin saxta sənəd əsasında sənədləşmə işlərinin aparılması ilə bağlı olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin tərtib etdiyi 1 6 dekabr 2005-ci il tarixli “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının Texniki Pasportu”na əsasən mübahisələndirilən bağ torpaq sahəsi iddiaçı Süleymanova (keçmiş soyadı Bədəlova) Mənsurə Həsən qızına ayrılmış, lakin rəsmiləşdirilməsi tam başa çatmamış bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərinə əsasən mərhum X15 və keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında icarə müqaviləsinin bağlanıldığı iddia edilən 2284 saylı bağ torpaq sahəsi “Corat bağları” massivində deyil, “Saray bağları” ərazisində yerləşmiş və sahəsi də 1200 kvadrat metr deyil, 2000 kvadrat metr təşkil etməklə X19 və keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 368 9 saylı torpaq icarə müqaviləsi əsasında X13 istifadəsinə verilmişdir. Həmin bağ torpaq sahəsinin arxiv sənədləri saxlanılması üçün 25 dekabr 2015ci il tarixli təhvil-təslim aktına əsasən tərəflərindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsinə təhvil verilmişdir. 21 dekabr 2000-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi Rəşidzadə Gülzar Məmməd qızının cavabdeh keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi əsasında çıxarılmış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 8 aprel 2014-cü il tarixli, 2-1(85)341/2014 saylı qərarı ilə X19 və keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X13 istifadəsinə veri lmiş “Saray bağları” ərazisində yerləşən sahəsi 2000 kv.metr olan 2284 saylı bağ torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. X2 vərəsəsi Rəşidzadə Gülzar Məmməd qızı Sumqayıt Bələdiyyəsinə qarşı iddia qaldıraraq mərhum anası X13 istifadəsinə verilmiş “Saray bağları” ərazisində yerləşən sahəsi 2000 kv.metr olan 2284 saylı bağ torpaq sahəsinin X18 və X8 mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 10 avqust 2007-ci il tarixli qərarlarının etibarsız hesab edilməsini tələb etmiş, lakin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 5 may 2016-cı il tarixli, 2-1(85)- 23/2016 nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübuta yeti rilir ki, 2284 saylı bağ torpaq sahəsi “Saray bağları” massivində yerləşməklə X6 deyil, X13 qanuni istifadəsində olmuş və Cavabdeh istinad etdiyi mərhum X15 və keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsi saxta sənəd olmaqla həmin sənəd əsasında yaranmış bütün hüguqi nəticələr də etibarsız sayılmalıdır. Məhkəmə mərhum X6 adına hüquqmüəyyənedici sənədlər verilərkən aidiyyəti orqanlar tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına da diqqət yetirməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində birbaşa göstərilmişdir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. İş materiallarında olan sənədlərdən görünür ki, X15 6 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Bu səbəbdən hüquq sahibi kimi göstərilən X15 2006-cı ildə vəfat etdiyindən, nə onun, nə də qanuni nümayəndəsinin 30 iyul 2018-ci il tarixdə torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciəti istisna olunur. Təəssüf ki, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi 2284 saylı bağ torpaq sahəsi üzərində X6 hüququnun dövlət qeydiyyatını apararkən məsələyə olduqca səthi və birtərəfli yanaşmışdır. Sumqayıt Ərazi İdarəsinin yol verdiyi qanunsuzluq nəticəsində 6 iyul 2006-cı il tarixdə vəfat etmiş şəxsin adına 2018-ci ildə mülkiyyət hüququna dair çıxarış hazırlanmış və sonradan həmin sənəd əsasında əldə edilmiş hüquq vərəsəlik qaydasında onun vərəsələrinə keçmişdir. Mübahisələndirilən torpaq sahəsi Sumqayıt bələdiyyəsi tərəfindən 2005-ci ildə ayırdığı İddiaçı istifadəsindədir və torpaq sahəsi X6 vəfat etdiyi 2006-cı ilin iyul ayından sonra onun vərəsələri tərəfindən nə faktiki olaraq, nə də vərəsəlik hüququ əsasında miras əmlak kimi qəbul olunmamışdır, bununla da verilmiş vərəsəlik sənədlərinin və mülkiyyət hüququna dair sənədlərin hüquqi əsasının olmadığı tam olaraq üzə çıxır. Cavabdehlərin iddia etdikl əri kimi 2284 saylı bağ torpaq sahəsi mərhum X6 istifadəsinə verilsəydi belə, həmin bağ torpaq sahəsinə dair icarə hüquqlarının mərhum icarəçinin 2006-cı ilin iyul ayında ölümündən sonra onlara keçməsi üçün vərəsələr tərəfindən heç bir hərəkət edilməmiş, o cümlədən 2284 saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət olunmamışdır. 2 saylı Sumqayıt Ərazi İdarəsi məsələyə olduqca səthi və birtərəfli yanaşma nümayiş etdirmiş, torpaq sahəsinin faktiki olaraq ərizəçinin istifadəsində olub-olmadığını araşdırmamış, onun bu cür müraciət etmək hüququnu müəyyənləşdirməmiş, torpağın hüquqi statusunu aydınlaşdırmaq üçün özündə olan müvafiq arxiv materiallarını yoxlamamış, aidiyyəti üzrə hər hansı sorğu vermədən əsassız şəkildə bələdiyyə mülkiyyətində olan və Sumqayıt Bələdiyyə si tərəfindən 2005-ci ildə İddiaçı ayrılmış torpağa dair mərhum X6 və onun vərəsələrinin adlarına sənəd vermişdir. Eyni zamanda, 2284 saylı bağ torpaq sahəsi “Corat bağları” ərazisində deyil, “Saray bağları” ərazisində yerləşir və hal-hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsində saxlanılan keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı sahəsinin arxiv sənədlərində X6 adına qeydə alınmamış və həmin bağ torpaq sahəsinə dair onunla bağlanıldığı iddia edilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsi mövcud deyildir. Belə ki, sahəsi 0,20 hektar olan 2284 saylı bağ torpaq sahəsi keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı idarəsi ilə bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqa viləsi əsasında X13 istifadəsinə verilmişdir. Bütün bu hallar Sumqayıt Bələdiyyəsinə əsas verir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həm özünün, həm də İddiaçı pozulmuş hüququnu müdafiə etsin. Bununla bağlı hesab edirlər ki, 2284 saylı 'bağ torpaq sahəsi mərhum X6 istifadəsinə verilmədiyindən, onun adına tərtib edilmiş torpaq icarə müqaviləsi saxta bir sənəddir. Belə ki, harada yerləşməsindən asılı olmayaraq Sumqayıt şəhəri ərazisində bağ torpaq sahələri sıra nömrəsi ilə nömrələnərək ayrılmışdır. Yəni, bağ sahəsinin “Saray”, yaxud “Corat” və ya “Novxanı” bağları ərazisində yerləşməsindən asılı olmayaraq 2284 nömrəsi altında bağ sahəsi yalnız bir sahə ola bilərdi ki, həmin bağ sahəsi də qeyd olunduğu kimi ’’Saray” bağları ərazisində yerləşməklə X13 istifadəsində olmuşdur. Bununla da sübuta yetirilir ki, mərhum X6 istifadəsinə verildiyi iddia edilən Sumqayıt şəhəri “Corat bağları” ərazisində yerləşən və sahəsi 0,12 hektar kimi göstərilmiş 2284 saylı bağ torpaq sahəsinə dair tərtib olunmuş 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsi saxta bir sənəddir və bu sənəd əsasında verilmiş bütün sənədlər qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən Sumqayıt bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X15 ilə 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş etməyi zəruri saymışdır. Saxtalığı aşkar olan mübahisəli torpaq icarə müqaviləsi əhəmiyyətsiz sənəd kimi hər hansı hüquqi qüvvəyə mali k olmadığından, mərhum X6 adına vərəsələrinin mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı hüquqları yarana bilməz və mübahisələndirilən torpaq sahəsi, ümumiyyətlə 2284 saylı bağ sahəsi olmamaqla, torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyəti kimi Sumqayıt bələdiyyəsinin mülkiyyətinə keçmiş torpaq sahələrinə aiddir.

13. Cavabdehlərin iddia ərizələrinə qarşı yazılı etirazı daxil olmamışdır.

14. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Sumqayıt Corat bağ massivi 2284 saylı torpaq sahəsinə aid 5167 saylı müqavilədə olan çap mətnlərinin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə paliqrafiyada istifadə olunan rəngləyici maddələrə aiddirlər. Həmin müqav ilədə olan möhür əksinin rəngləyici maddəsi kimyəvi tərkibinə görə axınlı printerlərdə istifadə olunan rəngləyici maddələrə aiddir. Həmin müqavilədə olan əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur.

15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli, 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddət icarəyə verilməsinə dair müqavilənin arxa tərəfinin aşağı sağ küncündə olan möhür əksi klişe vasitəsilə birbaşa vurulmamışdır, hər hansı bir sənəddə texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli, 51 67 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsinə dair müqavilənin arxa tərəfinin aşağı sağ küncündə əvvəlcə möhür əski çap edilmiş, daha sonra əlyazılar icra edilmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli, 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsinə dair müqavilənin arxa tərəfinin aşağı sağ küncündə olan möhür əksi klişe vasitəsilə birbaşa vurulmamışdır, hər hansı bir sənəddə texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatında istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli, 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icar əyə verilməsi üçün müqavilənin arxa tərəfinin aşağı sağ küncündə əvvəlcə möhür əski çap edilmişdir, daha sonra əlyazılar icra edilmişdir. 27 avqust 1991-ci il tarixli, 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilədəki möhür əksinin vurulma vaxtlarını müəyyən etmək mümkün olmamışdır

17. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilir ki, “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən iş materiallarında 5167 saylı, xx.xx.1991-ci il tarixli müqavilədə göstərilən Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilməmişdir. DƏDRX-nin 2 saylı ərazi idarəsinin xidməti məlumatına əsasən Sumqayıt şəhəri, XDS -nin İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsinin 27 avqust 1991-ci il tarixli, 5167 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən 0,062 hektar bağ torpaq sahəsi üzərində X6 tam mülkiyyət hüququ 30 iyul 2018-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 3 avqust 2018-ci il tarixli, 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 6 avqust 2018-ci il tarixli, 3M-293 reyestr nömrəli miras payının bağışlama müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və 8 avqust 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt "ASAN xi dmət" notariat kontorunun 28 avqust 2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmiş və 4 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeydiyyata alınmış çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı bağ sahəsinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən iş materiallarında 3683 saylı, xx.xx.1986-cı il tarixli müqavilədə göstərilən Sumqayıt şəhəri, Saray bağ massivi 2284 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilməmişdir. DƏDRX-nin 2 saylı ərazi idarəsinin xidməti məlumatına əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi 2284 saylı bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüq uqunun qeydiyyatı aparılmamışdır. Bu səbəbdən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil. Sumqayıt şəhər, Saray bağlar massivi 2284 saylı bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadığı üçün, həmin bağ sahəsinin Sumqayıt şəhəri Corat bağ massivi 2284 saylı bağ sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşməməsini müəyyən etmək mümkün olmamışdır.

18. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) İddiaçı iddiası təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh, X16, X17, X3, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələlə ri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt ərazi idarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi” barədə iddiasının təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum X15 və keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağları” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqa yıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 3 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən tədqiq olunmuş X16, X17, X3 və Cavabdeh arasında bağlanılmış reyestrdə 3M293 nömrəsi ilə qeyd edilmiş 6 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kv.metr olan 2284 saylı bağ torpaq sahəsinə dair X6 adına verilmiş, daşınmaz əmlakın döv lət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kv.metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 8 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 362 manat pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

19. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qərardadı ilə mübahisə predmeti olan torp aq sahəsi və həmin torpaq sahəsinə dair sənədləri qanunsuz olaraq əldə etməsinə əsaslı şübhə olan xx.xx.2006-cı il tarixdə ölmüş X6 vərəsələri X3, X17, Cavabdeh və X10, həmçinin müvafiq sənədlərin verilməsində iştirak edən vəzifəli şəxslərin əməllərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 191-ci, 308.2-ci və 320.1-ci maddələri üzrə hüquqi qiymət verilməli və əməlində cinayət tərkibi müəyyən edilmiş şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə Sumqayıt prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

20. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyy ətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra mirasın kütləsinə daxil edilməsini istisna edir. Mübahisələndirilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən 2005-ci ildə ayırdığı İddiaçı istifadəsindədir və torpaq sahəsi X6 vəfat etdiyi 2006-cı ilin iyul ayından sonra onun vərəsələri tərəfindən nə faktiki olaraq, nə də vərəsəlik hüququ əsasında miras əmlak kimi qəbul olunmamışdır, verilmiş vərəsəlik sənədlərinin və mülkiyyət hüququna dair sənədlərin hüquqi əsasının olmadığı tam olaraq üzrə çıxır. Bundan əlavə iş materiallarında olan ekspertiza rəylərində saxtalığı aşkar olan göstərilən torpaq icarə müqaviləsi əhəmiyyətsiz sənəd kimi hər hansı hüquqi qüvvəyə malik olmadığından, mərhum X6 adına vərəsələrinin mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı hüquqları yarana bilməz və mübahisələndirilən torpaq sahəsi, ümumiyyətlə 2284 saylı bağ sahəsi olmamaqla, torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyəti kimi Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə keçmiş torpaq sahələrinə aiddir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 10,11, 12 və 22.2-ci, “Torpaq islahatı haqqında” Qanunun 7-ci, Mülki Məcəllənin 11, 14.1, 14.3, 140, 149.2, 152.1, 156.1, 157, 166.3, 337.1, 337.3 və 337.4-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1 və 6.2-ci, Torpaq Məcəlləsinin 47 (6-cı və 7-ci h issələri) və 109-cu maddələrinə, “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 1 noyabr 2013-cü il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. Cavabdehlər Cavabdeh və X17 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmamasını xahiş etmişlər.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquq i qiymət verilməmişdir.

24. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

25. X11 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməmiş, bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, o, vicdanlı alıcıdır və mübahisəli torpaq sahəsi 2018-ci ildən ona məxsusdur və həmin torpaq sahəsini almaq üçün xx.xx.2018-ci ildə 44000 manat məbləğində pul ödəmişdir. Torpaq sahəsini alarkən hüquqmüyənedici sənədlərin hamısı qanunun tələbinə uyğun olmuş və həmin torpaq sahəsini almışdır. Hazırkı vəziyy ətdə məhkəmənin belə nəticəyə gəlməsi onun mülkiyyət hüququna əsassız müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə o, öz mülkiyyət hüququndan məhrum olmuşdur.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) cavabdehlər Cavabdeh və X17, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiyası məhkəm əsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətlərinin dəlilləri heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 3 və 29cu, Mülki Məcəllənin 14.1, 14.3, 140, 149.2, 152.1, 156.1, 157, 166.3, 337.1, 337.3 və 337.4-cü, “Torpaq İslahatı haqqında” Qanunun 7-ci, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.1 və 11-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 (Vəkil4) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən – mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin iddia tələbinin təmin edilməsinə dair hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Ka ssasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b)

31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respub likasının Mülki Məcəlləsi

34. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

35. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

36. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydlə dair etirazın reyestrə daxil edildiyi və ya ə ldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

37. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir.

38. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

39. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.

40. Ma ddə

157. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

41. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir.

42. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

43. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

44. Maddə 337.3. Əhəmiyyətsiz əqd mə hkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

45. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla,hüquqi nəticələrə səbəb olmur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin

46. Maddə 47.6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

47. Maddə 47.7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.

48. Maddə

109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin öz başına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu

49. Maddə

7. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

50. Maddə 8.0.1. Qanunvericilklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsasında aparılır.

51. Maddə

11. Hüq uqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını, onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

59. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin iddia tələbinin təmin edilməsinə dair hissəsində mübahisələndirildiyindən məhkəmənin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Belə ki, işin məhkəmələr tərəf indən müəyyən edilmiş hallarından göründüyü kimi təqdim olunmuş “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə dair” xx.xx.1991-ci il tarixli, 5167 nömrəli müqavilədə, Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,12 hektar olan 2284 nömrəli torpaq sahəsi X6 icarəyə verildiyi göstərilmişdir. Mədət İsmayılov xx.xx.2006-cı ildə vəfat etdikdən sonra - xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağ massivində yerləşən 2284 saylı torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmiş, göstərilən torpaq sahəsinə dair onun vərəsələrinə 2V-124 reyestr nömrəli, 01 avqust 201 8-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Mirasdan pay almış vərəslər - X3, X17 və X16 onlara düşən paylarını, 16 avqust 2018-ci il tarixli bağışlama müqaviləsi əsasında digər vərəsə olan Cavabdeh bağışlamışdır. Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi Sumqayıt “ASAN xidmət” notariat kontorunda bağlanmış 28 avqust 2018-ci il tarixli 4Ə-3055 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X5 mülkyyətinə keçmişdir. Sumqayıt şəhəri, Corat bağları ərazisi ünvanında yerləşən 2284 nömrəli bağ torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 4 sentyabr 2019-cu il tarixdə ********* * qeydiyyat nömrəsi ilə 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır.

64. Baxılan mülki iş üzrə ünvan 5 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı ləğv edilmiş, mərhum X15 və keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında bağlandığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələr, Sumqayıt şəhəri 1 saylı notariat kontoru tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, 6 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsi etibarsız sayılmış, həmin torpaq sahəsinə dair X6 adına verilmiş RX 13001618 saylı 30 iyul 2018-ci il tarixli çıxrış, habelə Cavabdeh adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ** ******** saylı qeydiyyat nömrəsi ilə 8 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarış, eyni zamanda torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilmişdir.

65. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslıdır. Çünki mübahisəli torpaq sahəsinə hüququn qeydə alınması üçün əsas olmuş, DƏDRX-nə təqdim olumuş Bağlar təsərrüfatı idarəsi ilə X6 arasında bağlandığı qeyd olunan “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə dair” xx.xx.1991-ci il tarixli, 5167 nömrəli müqavilənin saxta olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Sözügedən müqavilənin etibarsız sayılması, mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın da hüquqiliyinə təsir edir və etibarsızlığına səbəb olur.

66. İş üzrə iddiaçılar və cavabdehlər apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirməyiblər.

67. Məhkəmə kollegiyası xatırladır ki, qətnaməni mübahisələndirən kassator, məhkəmə tərəfindən etibarsız sayılmış sənədlərdən irəli gələn hüquq münasibətlərində tərəf olmamışdır. Kassatorun mübahisəli torpaq sahəsi üzərində hüquqları 28 avqust 2018-ci il tarixli 4Ə-3055 reyestr nömrəli alğı-satqı müqaviləsi və həmin müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrində 4 sentyabr 2019-cu il tarixdə aparılmış qeydiyyat əsasında yaranmışdır. Həmin hüquqlar qüvvədədir və qanunla qorunur. Baxılan iş üzrə həmin alğı-satqı müqaviləsi mübahisələndirilmir. Əgər bu barədə gələcəkdə iddia verilrsə, mübahisə Mülki Məcəllənin 140 və 182-ci maddələrində müəyyən olunmuş dispozisiya şərtləri əs asında həll ediləcəkdir.

68. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlara etimad göstərmiş şəxsin hüquqları qorunaraq deyilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

69. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasınlı tamamlayan Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt bar ədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

71. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar