Məhkəmə qərarları › İş №2(102)-3153/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3153/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3153/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-870/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına keçirdiyi və cavabdeh tərəfindən satılmış Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 0.10 ha torpaq sahəsində onun tərəfindən tikilmiş, mülkiyyətində olan 1 ədəd 7000 manatlıq avtomat darvaza, 2 ədəd 2000 manatlıq jalüz, 2 ədəd 1000 manatlıq darvaza, 400 kv.m-lik 6000 manatlıq üzlük aqlay daş (çatdırılma ilə birgə), kubu 300 manat olmaqla 20 kub taxta-6000 manat, biri 350 manat olmaqla 8 ədəd pəncərə-2800 manat, 1 ədəd su motoru və 1 ədəd hidrofor su pompası-300 manat, 6356 metr 16-lıq Rusiya istehsalı olan armatur-10500 manat, 368 metr 20-lik Rusiya istehsalı armatur-700 manat, 70 kub 400 marka beton üçün 7000 manat, 25 kamaz, hər maşında 1100 ədəd olmaqla 12500 manat dəyərində Bakı kubiki, 150 kamaz torpaq-7500 manat, 8000 ədəd kubik ölçüsündə (20x40-a olan) 3200 manatlıq bişmiş kərpic olmaqla, qeyd olunan avadanlıq və tikinti materiallarının, tikintinin onun hesabına sökülərək ona verilməsi (qaytarılması) yaxud həmin tikinti materialları olmadığı təqdirdə qiymətləndirilərək dəyərinin - yəni 69500 manatın, əlavə olaraq da tikintinin inşası üçün ustaya verilmiş 10000 manatın, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınması üçün ödədiyi 3000 manatın - cəmi 82500 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-237/2021 nömrəli iş üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi qismən təmin edilmiş, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş cəmi 79.500 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105 )-1103/2022 nömrəli mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, Cavabdeh 39.750 manatın alınıb İddiaçı verilməsi qət edilmişdir.

5. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddia t ələbinin həmin hissədə də rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-5625/2022 nömrəli mülki iş üzrə 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və İsmayıl Xəlilov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-870/2023 nömrəli mülki iş üzrə 24 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahm udov və Almaz Süleymanova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində inşa edilmiş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyərinin ödənilməsi tələbinə dair mülki işin mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etməmişdir. Belə ki, iddia tələbi torpaq sahəsi üzərində tikilinin inşasına sərf edilmiş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyər inin ödənilməsi barədədir. Hazırkı iş üzrə tərəflər arasındakı mübahisə onların birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi ilə bağlı deyil, üzərində inşa edilmiş tikili ilə bağlı yaranmışdır. Bu halda müstəsna aidiyyət qaydasında məhkəməyə müraciət etmək hüququ istisna edilməklə, iddia tələbi cavabdehin rəsmi qeydə alındığı yerə görə verilməli idi. Çünki prosessual qanunvericiliyin 35.1. maddəsində “qanunla başqa hal nəzərdə tutulmamışdır” ifadəsini təsadüfi işlətməmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı qeyd olunan iddia tələbi ilə torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq iddiaçının tələbinə mübahisəli torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmədə baxılması qənaətinə gələrək iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia tələbi cavabdehin yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğu halda, Abşeron Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-in 35.1. maddəsinin tələblərini pozmuşdur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 35.1, 39.1, 44.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası m əhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə MPM-in 386, 387, 418-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Qərardadda isə qeyd edilmişdir ki, “Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Eyni zamanda mübahisəyə aidiyyət qaydalarını n pozulması ilə baxıldığını bildirmişdir. Halbuki, Vəkil2 xx.xx.2023-cü il tarixdə keçirilən kollegiya iclasında “mübahisəyə aidiyyət qaydalarının pozulması ilə baxılması barədə” bir söz belə deməmişdir. İş üzrə sədrlik edən hakim Səyyad Qafari məhkəmənin kollegiya iclasını açan kimi birbaşa İddiaçı Cavabdeh hansı ünvanda qeydiyyatda olmasını və nə üçün iddia ərizəsinin Abşeron Rayon Məhkəməsinə verilməsini soruşmuşdur. Bir daha təsdiq olunmuşdur ki, hakim Səyyad Qafari əvvəlcədən mülki işin materiallarını Nərimanov Rayon Məhkəməsinə yenidən baxılması üçün qaytarması barədə planlı şəkildə hazırlıqlı olmuşdur. Lakin nə Abşeron Rayon Məhkəməsində, nə Sumqayıt Apellyasiya Məhkəməsinin kollegiya iclasında, nə verilmiş apellyasiya və kassasiya şikayətlərində, nə də Ali Məhkəmənin Mülki kolleg iyasının 2(102)-5625/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında mübahisəyə aidiyyət qaydalarının pozulması ilə baxılması barədə heç bir qeyd və ya göstəriş olmamışdır. Həmin qərarda 68 bənddən ibarət göstəriş olsa da, mübahisəyə aidiyyət qaydalarının pozulması ilə baxılması barədə heç bir qeyd olmamışdır. Əgər “mübahisəyə aidiyyət qaydalarının pozulması ilə baxılması barədə” hər hansı hal olmuş olsaydı Ali Məhkəmənin Mülki kollegiyası mütləq işin bu hallarına qiymət verərdi. Bu hal Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli kollegiya iclasında gözlənilmədən iş üzrə sədrlik edən hakim Səyyad Qafari tərəfindən birbaşa “mübahisəyə aidiyyət qaydalarının pozulması ilə baxılması” bildirilmişdir. Həmin vaxta kimi həmin məsələ məhkəmə iştirakçıları, nümayəndələri və vəkilləri t ərəfindən qaldırılmamışdır. İddia ərizəsinə düzgün olaraq Abşeron Rayon Məhkəməsində baxılmışdır.

16. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 35, 37, 39, 386, 387, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

19. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

20. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

21. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

22. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndir ildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya in stansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

28. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qayda lara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.

29. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).

30. Baxılan iş üzrə qeyd edilməlidir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına keçirdiyi və cavabdeh tərəfindən satılmış Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 0.10 ha torpaq sahəsində onun tərəfindən tikilmiş, mülkiyyətində olan avadanlıq və tikinti materiallarının, tikin tinin onun hesabına sökülərək ona verilməsi (qaytarılması), yaxud həmin tikinti materialları olmadığı təqdirdə qiymətləndirilərək dəyərinin - cəmi 82.500 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. İddia ərizəsindən aydın olur ki, bu iddia ərizəsi, ümumi aidiyyət qaydalarına uyğun olaraq müvafiq birinci instansiya məhkəməsində baxılmalı olan iddia ərizəsi olmuşdur. Lakin iddia ərizəsi yanlış olaraq Abşeron Rayon Məhkəməsində icraata qəbul olunmuş, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmə kimi işə mahiyyəti üzrə baxmış, xx.xx.2022-ci il tarixdə iddia qismən təmin olunmuşdur. Cavabdeh tərəf apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia yenidən qismən təmin olunmuşdur. Hər iki tərəfin vermiş olduğu kassasiya şikayəti mümkün hesab edilərək icraata qəbul olunmuşdur.

32. Kassasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış, iddiaçının kassasiya şikayəti təmin olunaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni apellyasiya baxışına qaytarılmışdır.

33. İşin təkrar apellyasiya baxışı zamanı məhkəmə tərkibi işə mahiyyəti üzrə baxılmasını davam etdirməmiş, iddia ərizəsinin icraata qəbul olunarkən aidiyyət qaydasının pozulması nəticəsinə gələrək işin ümumi aidiyyət qaydasına uyğun olaraq, yəni cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə göndərilməsinə dair işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktı qəbul etmişdir.

34. Lakin həmin vaxt nəzərə alınmamışdır ki, iddia ərizəsi xx.xx.2020-ci ilə icraata qəbul olunmuş, çoxsaylı prosessual hərəkətlər edilmiş məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq rəy alınmış, şahidlər dindirilməklə birinci instansiya məhkəməsində icraat bir ildən artıq müddətdə davam etmişdir.

35. Bundan sonra apellyasiya icraatı və kassasiya icraatları başlanmış və sonuncu kassasiya icraatında apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi hüquqi əsasın düzgün tətbiq edilməməsinə görə ləğv edilmiş və yeni apellyasiya baxışına qaytarılmışdır.

36. İddia ərizəsinin icraata qəbul edilməsindən iddianın aidiyyəti üzrə göndərilməsinə dair sonuncu qərardadın qəbul edilməsi vaxtınadək (xx.xx.2023-cü il tarixədək) üç ildən artıq müddət keçmişdir.

37. Nəzərə alınmalıdır ki, ədalətli məhkəmə araşdırması hüquq unun mühüm elementlərindən biri də məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasıdır. Məhkəmə icraatının işin mürəkkəbliyi nəzərə alınaraq ağlabatan müddətdə aparılması qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır. Lakin hazırkı işdə məhkəmə araşdırmasının müddəti həddən artıq olmaqla ağlabatan müddət tələbinə cavab verməmişdir

38. Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat hüququ təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusi ya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.

39. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir.

40. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir.

41. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir.

42. Qanunverici hətta icraat başlandıqdan sonra iş üzrə aidiyyətin yenidən müzakirə olunması zəruriliyi yarandığı prosessual vəziyyətlərdə də məhz yuxarıda sadalanan prosessual məqsədlərin önəmini nəzərə alaraq, aidiyyətin dəyişməzliyini təsbit etmişdir (MPM-nin 31.2-ci maddəsi).

43. Ədalət mühakiməs inin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir.

44. İşdən görünür ki, cavabdehin rəsmi qeydiyyat yeri Nərimanov rayonun inzibati ərazisində yerləşir. Lakin tərəflər artıq baş tutmuş əvvəlki üç icraatda (birinci, apellyasiya və kassasiya) işin ərazi aidiyyəti ilə bağlı heç vaxt mübahisə açmamışlar, hətta birinci və apellyasiya icraatında dəfələrlə məhkəmə iclası keçirilsə də, tərəflər işin ərazi üzrə başqa məhkəməyə aid olması məsələsini mübahisələndirməmişlər.

45. Sonuncu məhkəmə baxışı zamanı apellyasiya məhkəməsi öz təşəbbüsü ilə prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq işin ərazi aidiyyəti ilə bağlı qərardad çıxarmışdır. Lakin nəzərə alınmamışdır ki, məhkəmə icraatının digər vəziflərindən biri də tərəflərin və məhkəmənin vaxtına, məsrəflərinə və zəhmətinə qənaət etməkdən, yalnız tərəflərin razılığa gəlmədiyi təqdirdə məhkəmədə həmin mübahisələr üzrə işə baxılmasından ibarətdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin icraatına qəbul etdiyi, uzun müddət məhkəmə icraatlarının davam etdiyi və hətta kassasiya icraatında apellyasiya instansiya məhkəməsində araşdırılması zəruri olan maddi əsaslı göstəriş verildiyi halda, təkrar apellyasiya baxışı zamanı işin aidiyyəti üzrə göndərilməsi, ədalət mühakimə sinin təyinat və məqsədlərinə cavab vermir, işə ağlabatan müddətdə baxılmasını təmin etmir, prosessual qənaət prinsipinin əhəmiyyətini azaldır, şəxsin pozulmuş hüququnun uzun müddət bərpa olunmaması ilə nəticələnir.

47. Məhkəmə kollegiyası nəzərə alır ki, MPM-nin 387.2.9 və 387.3-cü maddələrinin tələbinə görə işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılması birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir və apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Başqa sözlə, məhkəmə hər bir halda ərazi aidiyyəti qaydalarına riayət olunduğunu yoxlamağa borcludur.

48. Lakin baxılan işdə ərazi aidiyyətinin yoxlanması MPM-nin 152.1.3-cü maddəsinə uyğun birinci instansiya m əhkəməsi, MPM-nin 387.2.9-cu maddəsi ilə apellyasiya instansiyası məhkəməsi və MPM-nin 418.4.9-cu maddəsinə əsasən kassasiya məhkəməsinin baxışı predmeti olduqdan sonra, təkrar apellyasiya baxışında ərazi aidiyyəti üzrə qətnamənin MPM-nin 387.2.9-cu maddəsi əsasında yoxlanması artıq aktuallığını itirmişdi. Bu halda məhkəmə, aidiyyətin pozulmasının MPM-nin 387.1-ci maddəsində göstərilən nəticələrə səbəb olmasından asılı olaraq qərar qəbul edə bilərdi.

49. MPM-nin 387-ci maddəsi məhkəməni mülki prosesin əsas prinsipi olan dispozitivliyin müəyyən etdiyi çərçivədən kənarda saxlayır. Başqa sözlə bu norma məhkəmənin prosessual fəallığını tələb edir. Lakin bu fəallıq həyata keçirilərkən mütləq hər kəsin bərabərliyi və ədalət mühakiməsinin təyinat və məqsədləri nəzərə alınmalıdır. Məsələ məhkəməni n prosessual ardıcıllığı nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə təmin etmək vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir.

50. Bu baxımdan məhkəmə kollegiyası yuxarda göstərilənlərə istinad edərək baxılan iş üzrə işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya instansiyası məhkməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, qərardad ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-870/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ləğv olunsun, iş mahiyyəti üzrə baxılması üçü n Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar