Məhkəmə qərarları › İş №2(102)-3153/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3153/2024

27.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3153/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X8, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:torpaqdan çıxarılma və tikililərin şəxslərin öz hesablarına sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X8, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı “torpaqdan çıxarılma və tikililərin şəxslərin öz hesablarına sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2024-cü il tarixli 2(104 )75/2024 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Qaradağlı kəndində 0.9999 ha torpaq sahəsi, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Qaradağlı kəndində 0. 5282 ha torpaq sahəsi İddiaçı, X9, X5 və X11 ümumi birgə mülkiyyələrindədir.

2. Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı (bundan sonra mətnd ə iddiaçı) xx.xx.1956-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1422 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən, iddiaçı ünvan 3 ünvanında yaşayır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AA № 551531 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Bərdə rayon Qaradağlı kəndində yerləşən 0.9999 ha torpaq sahəsinin hüquq sahibi iddiaçıdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxa rışına əsasən, Bərdə rayon Qaradağlı kəndində 0.9999 ha torpaq sahəsi İddiaçı, X9, X5 və X11 ümumi birgə xüsusi mülkiyyələrindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AA № 551532 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Qaradağlı kəndində yerləşən 0.5282 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən, Bərdə rayon Qaradağlı kəndində 0. 5282 ha torpaq sahəsi İddiaçı, X9, X5 və X11 ümumi birgə x üsusi mülkiyyələrindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Sədrəddi oğlunun və Cavabdeh1 0.9999 ha və 0.5282 ha torpaq sahəsindən çıxarılmalarına və onlara məxsus torpaqda mişar daşdan tikdirdikləri tikililərin və hasarların cavabdehlərin şəxsi hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1998-ci il tarixdə aqrar islahatı aparılan vaxt ona və ailə üzvlərinə 0.9999 torpaq sahəsi və **********91 saylı reyesterdən çıxarış verilmişdir. Digər yerdə isə 0.5282 ha torpaq sahəsi **********92 saylı reyesterdən çıxarış verilmişdir. Cavabdehlər ona məxsus torpağı zəbt edərək qeyri-qanu ni sözügedən torpaqdan istifadə edərək qanunsuz tikili tikdirmişlər. Cavabdehlər qəsdən onların torpağını zəbt ediblər. Hesab edib ki, cavabdehlər ona məxsus zəbt etdikləri torpaqdan çıxarılmalıdırlar, qanunsuz mişar daşdan tikdiyi tikililər öz şəxsi hesablarına sökülməlidir.

9. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, öz pay torpağından istifadə edir. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, öz pay torpağından istifadə edir. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reye stri” publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyinə əsasən, iddiaçı və cavabdehlərin bir neçəsinin iştirakı ilə X1 və Cavabdeh2 istifadə etdikləri torpaq sahələri iddia edilən ərazidən aralı olduğu üçün digər cavabdehlər X2 va Cavabdeh4 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrasi ila iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydə alınmış 0.9999 ha torpaq sahəsinin AA 551531 nomrəli "torpaq sahasinin plan və ölçüsu" sənədindəki torpaq sahəsinin koordinatlar tutuşdurulmuş, məlum olmuşdur ki, iddiaçıya sənəd üzrə verilmiş Qaradağlı kəndinin yaxınlığından 0.9999 ha torpaq sahəsinin 0.30 ha hissəsi cavadeh X6 tərə findən, 0.08 ha hisəssi Cavabdeh4 Sadrəddin oğlu tərəfindən qalan 0.62 ha hissəsi isə yola və digər şəxslərin istifadə etdikləri torpaq sahəhələri ilə üst-üstə düşür. Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində **********4 qeydiyyat nömrəsi ilə iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydə alınmış 0.5282 ha torpaq sahəsinin AA 551532 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi ilə İddiaçı və ailə üzvlərinə Ərəblər kəndinin yaxınlığında birgə mülkiyyətinə verilmiş 0.5282 ha torpaq sahəsi isə digər şəxslər tərəfindən istifadə edilir.

12. Bərdə Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(021)-124/2022 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi qismən təmin edilərək, iddiaçının və ailə üzvlərinin m ülkiyyətinə verilmiş Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.9999 ha torpaq sahəsinin cavabdehlər X6 0.30 ha hissəsindən, Cavabdeh4 Sadrəddin oğlu 0.08 ha hissəsindən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

13. Məhkəmə mütəxəssis rəyini əsas götürərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.9999 ha torpaq sahəsinin cavabdehlər X7 0.30 ha hissəsindən, Cavabdeh4 Sadrəddin oğlu 0.08 ha hissəsindən çıxarılmalıdır.

14. Məhkəmə həmçinin qeyd edib ki, iddia tələbi tikililərin və hasarların şəxsi hesablarına sökülməsi hissəsində təmin oluna bilməz. Belə ki, həmin tikililərin zəbt olunmuş torpaq sahəsinə düşməsi müəyyən olunmur.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 152.1-ci, Torpaq Məcəlləsinin 84.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-124/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. 1998-ci il tarixdə aqrar islahatı aparılan vaxt ona və ailə üzvlərinə 0.9999 torpaq sahəsi və **********91 saylı reyesterdən çıx arış verilmişdir. Digər yerdə isə 0.5282 ha paq sahəsi **********92 saylı reyesterdən çıxarış verilmişdir. Apellyasiya şikayəti ilə müraciət etdikdən sonra cavabdehlər onun 0.5282 ha torpaq sahəsini boşaltdılar. Onun xüsusi mülkiyyətində olan 0.9999 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən zəbt edilmişdir. Torpaq sahəsi ona ayrılarkən konturları dəqiq müəyyən edilmiş və buna dair plan və ölçü sənədi verilmişdir. Yenidən müraciəti əsasında xx.xx.2022-ci il tarixdə DƏDRX-nin 7 saylı Ərazi İdarəsi xüsusi mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələri və koordinatları mütəxəssislər tərəfindən GPS aləti vasitəsi ilə ölçülərək ona tanıdılmış və X4 0.9999 ha torpaq sahəsini zəbt etməsi barədə akt tərtib edilmişdir. O, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyi ilə tanış edilməmişdir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-900/2024 saylı rəyi ilə TEKUİS məlumat bazasına əsasən Bərdə rayonu, Qaradağlı kəndində yerləşən Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********91 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.9999 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən bütünlüklə istifadə edildiyi müəyyən edilmişdir. Torpaq sahəsinin digər hissə si olan, ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.5282 ha hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün mütəxəssis tərəfindən həmin sual cavablandırılmamışdır.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2406 nömrəli ekspert rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən Bərdə rayonu, Qaradağlı kəndində yerləşən Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********91 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.9999 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən bütünlüklə istifadə edildiyi müəyyən edilmişdir. Torpaq sahəsinin digər hissəsi olan, ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.5282 ha hissəsi iddiaçı tərəfindən mübahisələnd irilmədiyi üçün mütəxəssis tərəfindən həmin sual cavablandırılmamışdır.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apelyasiya instansiya məhkəməsi) 2(104)-75/2024 nömrəli xx.xx.2024-cü il tarixli (hakimlər A. V. Bayramov (sədrlik edən və məruzəçi), R.Z. Mamedov və A.V. İsgəndərova) qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-124/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni 0.9999 ha torpaq sahəsindən cıxarılma tələbinə dair hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməsi və cavabdeh X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dö vlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının, X9, X5 və X11 ümumi birgə mülkiyyələrində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.9999 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Tələb digər cavabdehlərə münasibətdə mübahisələndirilən hissədə təmin edilməmişdir.

21. Məhkəmə kolleqiyası mövqeyini belə əsaslandırmışdır ki, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Məhkəmə kollegiyası tərəfindən iddiaçının mülkiyyətinə verilmiş 0.9999 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilmədiyini müəyyən etmək üçün mütəxəssis və ekspertiza tədqiqatı təyin edilmiş və müvafiq rəylər alınmışdır.

22. Mütəxəssis və ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, TEKUİS məlumat bazasına əsasən Bərdə rayonu, Qaradağlı kəndində yerləşən Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********91 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.9999 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən bütünlüklə istifadə edilir. Məhkəmə kollegiyası ekspert və mütəxəssis rəylərini əsaslı hesab edir və mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, rəy kifayət qədər tam və aydındır.

23. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının mübahisələndirdiyi 0.9999 ha torpaq sahəsinin cavabdehlərdən Cavabdeh3 tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı apellyasiya şikayət inin dəlillərində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da bildirmişdir ki, ona məxsus torpaq sahəsi digər cavabdehlər tərəfindən deyil, məhz Cavabdeh3 tərəfindən zəbt edilmişdir.

24. Məhkəmə kolleqiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2., 152.3., 152.5, 157.2, 213.6-cü maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 84, 111-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1., 77.1., 78.1., 80, 88., 119.1., 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh X8 (onun vəkili X10) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 31 may 2024-cü il tarixli, 2(104)-75/2024 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edillməsini xahiş etmişdir.

27. Kassasiya şikayətini belə əsaslandırmışdır ki, işə baxan apelyasiya instansiya məhkəməsi sübutlar düzgün qiymətləndirilməmişdir ki, bununla da maddi və prossesual hüquq normaları pozulmuş və nəticədə apellyasiya şikayətimin təmin edilməməsi barədə qətnamə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh öz pay torpağından istifadə edir və iddiaçıya məxsus torpaq sahəsini zəbt etməyib. Onun torpaq sahəsi mülkiyyətində olan ölçüdə sahibliyində və istifadəsindədir. Əlavə olaraq bildirilib ki, iddiaçı torpaq sahəsini n harada yerləşməsindən belə xəbəri yoxdur. Beləki o, Sumqayıt şəhərində yaşayır və heç vaxt sözügedən torpaqda olmamışdır. Torpağının yerini bilmədiyindən cavabdehə qarşı qərəzli iddia qaldırıb və işə baxan Gəncə Apelyasiya Məhkəməsi isə bunu təmin edib. 2013-cü ildən torpağı əkib-becərib. Bütün cavabdehi tanıyanlar bilib ki, mübahisəli yer ona məxsusdur. Sadalananlara əsasən hesab edir ki, Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli, 01 saylı qərarı əsasında bölünmüş torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün iş üzrə komisyon ekspertiza təyin ediməlidir.

28. Cavabdeh kassasiya şikayətinin əsası kimi «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyannaməsinin 18-ci maddəsinə, Azərbaycan Respublikası MPM-nin 88, 106, 218.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

30. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

31. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

33. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdı r. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

37. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

38. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə mübahisələndirilən hissədə, yəni 0.9999 ha torpaq sahəsindən cıxarılma tələbinə dair hissəsində mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı s übutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-75/2024 nömrəli xx.xx.2024-cü il qətnaməsi mübahisələndirilən hissədə dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar