Məhkəmə qərarları › İş №2(102)-3155/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3155/2022

13.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3155/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3155/2022 Açar sözlər: mənzilə köçürülmə və istifadə hüququnun tanınması Bakı şəhəri 13 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-240/2022 nömrəli, 19 yanvar 2022 -ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 6 nömrəli binanın 32 saylı mənzili X1 adından Mingəçevir şəhəri dövlət notariat kontorunun xx.xx.1995-ci il tarixli 3M-7-214 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Halhazırda sonuncu mülkiyyət hüququ DTİ və MHQİ tərəfindən xx.xx.1995-ci il tarixli 5610/94A qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh1 iddiaçının atasaı, Cavabdeh2 anası, Cavabdeh3 isə bacısıdır.

1. İddiaçı xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuşdur və

3. İddiaçı 13.11. 001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək həmin mənzildə qeydiyyatda olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməklə istifadə hüququnun tanınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzili xx.xx.1995-ci il tarixdən atasının mülkiyyətindədir. 1995-ci ildə atası mübahisəli mənzili almış və onlar ailəliklə həmin evə köçmüşdürlər. 2001-ci ilə qədər həmin mənzildə yaşadıqdan sonra ailəliklə xaricə köçmüşlər. 2015-ci ilə qədər xaricdə yaşayıblar. 2016-cı ildə Azərbaycan Re spublikasına gəlmiş, burada evlənmiş və evləndiyi vaxt arvadı Sərfinaz İsmayılovanın cehiz əşyaları da həmin mənzilə yığılmışdır. Bundan sonra bir müddət həmin mənzildə yaşamış və yenə də Rusiya Federasiyasına qayıtmışdır. 2014-cü ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. 2017-ci ildə tətilə gəlmiş və 1 ay qaldıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. 2018-ci ildə qayınanasının evinə gəlmişdir. Hazırda arvadı Sərfinaz İsmayılova ilə anası arasında qızılla bağlı mübahisə düşdüyündən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onun mübahisəli mənzilə köçüb yaşamasına mane olurlar. Hesab edir ki, onun mübahisəli mənzilə köçürülməklə istifadə hüququ tanınmalıdır.

6. Cavabdeh1 birinci instansiya məhkəməsi zamanı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun doğma oğludur. Evi 1995-ci il tarixdə almışdır. 3-4 ay sonra ailəsini xaricə aparmışdır. O, evi alanda da Rusiyada yaşayırdı. 2000-ci ildə sənədlərini düzəltmək məqsədi ilə Azərbaycana gəlmiş və sənədlərini düzəldərək 2001-ci ildə ailəliklə Portuqaliyaya getmişdir. Arvadı Cavabdeh2 1 il 6 ay sonra qayıtmış və həmin evdə yaşamışdır. Aralarında narazılıq olduğu üçün iddiaçı başqa şəhərə köçmüşdür. İddiaçı 2011-ci ildə Rusiyaya qayıtmışdır. İddiaçı 2016-ci ildə toy etmək məqsədi ilə Azərbaycana gəlmiş və toyu olmuşdur. İddiaçı hərbi xidmətə çağırılmamaq üçün Azərbaycan Respublikasını vətəndaşlığından imtina edərək, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Bundan sonra İddiaçı Azərbaycana gəlmiş və toyundan iki həftə sonra yenidən Rusiyaya qayıtmışdır. Sonra Zaur ailəsi ilə birlik də Rusiyada yaşamağa başlamışdır. Bir müddət sonra iddiaçı Anqolaya getmiş və arvadı, qayınanası və qaynı Rusiyada onun yanında qalmışdır. Zaur uşağının 1 yaşında ailəsi ilə birlikdə Anqolaya getmişdir. Qaynı iş tapmadığı üçün Mingəçevirə qayıtmışdır. Qaynı nişanlanıb toy edəndə, iddiaçı 2019-cu ilin dekabr ayında ailəsi ilə birlikdə birbaşa qayınanasının evinə getmişdir. Bundan sonra xəbər gəlmişdir ki, iddiaçı Dubayda yolda qalıb və ona pul göndərmişdir. İddiaçının hazırda mübahisəli mənzildə heç bir əşyası qalmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı arvadının bütün cehiz əşyalarını aparmışdır. Hesab edir ki, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır.

7. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) (bundan sonra – birinci instansiya məhkəm əsi) 15 oktyabr 2021-ci il tarixli 2(051)-1736/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı Cavabdeh1 qanuni sahibliyində olan, ünvan 2 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, onun mübahisəli mənzil üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.

9. İddiaçı Cavabdeh1 doğma oğlu və ailə üzvü kimi 1984-ci ildən bir ailədə yaşayı b birgə təsərrüfatı idarə etdiyindən, habelə mübahisəli mənzil hazırda Cavabdeh1 qanuni sahibliyində olduğundan, onlar arasında mülki hüquq münasibəti iddiaçı doğulduğu andan, yəni 1984-ci ildən yaranmışdır. Ona görə də, mübahisəli hüquq münasibətinə 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.

10. İddiaçı cavabdehlərin ailə üzvü olduğuna və birgə təsərrüfatı idarə etdiyinə görə mübahisəli mənzilin tərkib hissəsindən cavabdehlərlə birlikdə istifadə etmək hüququ əmələ gəlmişdir. Belə ki, mübahisəli mənzil hazırda Cavabdeh1 qanuni sahibliyində və istifadəsindədir, iddiaçı isə onun ailə üzvüdür. Belə olan halda iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır.

11. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 6 nömrəli binanın 32 saylı mənzilinə köçürülməlidir.

12. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdehlərin izahatlarında iddiaçının mübahisəli mənzildə uzun müddət yaşamamasını və birgə təsərrüfatı idarə etməməsini və başqa ölkənin vətəndaşlığını qəbul etməsini, sonradan mübahisəli mənzildən könüllü olaraq arvadının cehiz əşyalarını çıxarmasını göstərmələri, iddiaçının istifadə hüququnu itirməsi üçün əsas ola bilməz. Göründüyü kimi iddiaçı daimi yaşadığı mənzildən könüllü olaraq, hansısa bir niyyətini həyata keçirmək üçün deyil, yalnız mübahisə və narazılığın psixoloji təsiri altında çıxmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, işin mübahisə edilməyən hallarına əsasən, iddiaçı 2016-cı ildə el adəti ilə Sərvinaz İsmayılova adlı qadınla rəsmi nikah bağlayaraq evlənmiş, valideynlərinin işt irakı ilə toyu olmuş və arvadına məxsus cehiz əşyalarını da mübahisəli mənzilə aparmışdır. Ondan sonra iddiaçı ailəsi ilə birlikdə bir neçə dəfə tətil vaxtı mübahisəli mənzilə gəlmiş və orada qalmışdır. Lakin sonradan cavabdehlərlə arvadı arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə iddiaçı arvadına məxsus cehiz əşyalarını mənzildən çıxarmaq məcburiyyətində qalmış, çünki cavabdehlər iddiaçının evləndiyi qadınla yola getməmişdir. İddiaçı isə cavabdehlərin tərəfini tutmadığı üçün mübahisəli mənzildən cavabdehlər tərəfindən çıxarılmışdır.

14. Məhkəmə hesab etmişdir ki, əgər, cavabdehlərlə iddiaçının münasibətləri normal şərtlər daxilində olsaydı, iddiaçı daimi yaşadığı mənzildən çıxıb başqa yaşayış sahəsində yaşamaq məcburiyyətində qalmazdı. İddiaçının mübahisəli mənzildə uz un müddət yaşamamasına və yaxud mübahisə zəminində mənzildən çıxmasına dair cavabdehlərin istinad etdiyi dəlillər, iddiaçının mübahisəli mənzildən könüllü çıxması, həmçinin onun yaşayış sahəsindən istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz.

15. Məhkəmə iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması tələbini əsaslı hesab etmiş və qeyd etmişdir ki, iddiaçı cavabdehlərin ailə üzvü olduğundan, onlarla birlikdə yaşayıb birgə təsərrüfatı idarə etdiyindən, Cavabdeh1 mübahisəli mənzili əldə etdiyi vaxtdan, iddiaçının da həmin mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır.

16. Məhkəmə öz mövqeyini 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin 53, 54, 123-cü, Mülki Məcəllənin 27.1, 27.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələrinə, A vropa İnsan Hüquqları Məhkəməsi “X2rşı” xx.xx.1986–cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mingəçevir ŞPŞ tərəfindən iddiaçını axtarışa verilməsinə dair arayışa qiymət verməmiş, həmçinin iddiaçının 2014-cü ildən xarici vətəndaş olduğu və Azərbaycan Respublikası vətəndaşlığa alınması üçün müraciət edib etməməsi və vətəndaşlıq verilməsindən imtina olunması faktı araşdırılmamışdır.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-240/2022 saylı mülki iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi iddia tələbinin rədd edilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli - ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 adına mülkiyyət kimi xx.xx.1995-ci ildə qeydiyyata alınmışdır. Həmin vaxt digər cavabdehlər və hazırki iş üzrə iddiaçı olan xx.xx.1984-cü ildə doğulmuş İddiaçı həmin mənzilə cavabdehin ailə üzvü kimi köçərək qısa müddət yaşamış və az sonra daimi yaşamaq üçün Azərbaycan Respublikasından xaricə getmişlər. İş üzrə tərəflər daimi olaraq Azərbaycan Respublikasından xaricdə yaşamış və qısa fasilələrlə Azərbaycan Respublikasına gələrək burada yaşamış və yenidən Azərbaycan Respublikası ərazisini tərk etmişlər.

21. İddiaçıya gəlincə isə o, xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək mübahisəli mənzildə qeydiyyatda olmuş, daha sonra isə Azərbaycan Respublikası vətəndaşlığından çıxaraq daimi yaşamaq üçün Respublikanı tərk etmişdir. Həmin vaxtdan sonra o bir dəfə 2016-cı ildə evlənmək məqsədilə Azərbaycana gəlmiş və evlənərək arvadı Sərfinaz İsmayılovanı da götürərək Azərbaycan Respublikasından xaricə getmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı özü öz istəyinə uyğun olaraq mübahisəli mənzili tərk etmiş və daimi yaşamaq üçün 2015-ci ildən Rusiya Federasiyasına getmişdir. Hal-hazırda da onun mübahisəli mənzildən istifadəyə ehtiyacı yoxdur, o, hüquq undan sui-istifadə edir. Mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdeh isə qarşılıqlı iddia və ya ayrıca iddia verməsə də, iddiaçının həmin mənzili daimi yaşamaq üçün tərk edərək getdiyindən qeyd olunan mənzilə istifadə hüququnu, rəsmi qaydada qeydə alınmasa belə, itirdiyini bildirir.

23. Mülkiyyətçinin hazırki vəziyyətdə iddiaçıya qarşı kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsini tələb edən qarşılıqlı iddia və ya ayrıca iddia verməsinə zərurət yoxdur. O, iddianı qəbul etməməklə öz mövqeyini bəlli etmişdir. Həmçinin, iddiaçı özü də mübahisəli mənzili daimi yaşamaq üçün tərk etdiyini bildirməklə cavabdehin göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlməmiş, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsu z və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmamış, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Buna görə də iddia rədd edilməlidir. 24.. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 228.1, 228.2, və 228.5, 255.1 255.6 və 255.8, 262, 262.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına, “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı 13 noyabr 2015-ci ilə qədər həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Məhkəmə kollegiy ası İddiaçı izahatını dəyişmişdir. İddiaçı Cavabdeh1 mülkiyyətində olan mənzildən istifadə hüququ 1995-ci ildən yarandığından onun mənzilə yaranan hüququ həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə tənzimlənməlidir.

27. Ancaq məhkəmə kollegiyası 2009-cu ilin oktyabr ayının 1-də qəbul edilmiş yeni Mənzil Məcəlləsinin qəbuluna qədər də qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyasının İddiaçı mənzildən yaranan istifadə hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsində nəzərdə tutulan istifadə hüqunu kimi qəbul etməsi əsassızdır və iddiaçının hüquqlarının məhdudlaşdırılmasma yönəlmişdir.

28. Məhkəmə kollegiyası maddi hüquq normalarının tətbiqində səhv buraxmışdır.

29. Həmçinin öz qət naməsində qeyd etdiyi servitutun aradan qalxması halı da mövcud deyildir.

30. Kassator həmçinin qeyd etmişdir ki, məhkəmə nəzərə almamışdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X5” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və həmin əlaqələr onların öz mənzili hesab etmək üçün yetərli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

32. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.

33. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 34.Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

35. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən”şəxslər mülkiyyətçinin”;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 36.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarix li Qərarına əsasən 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı

37. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 46.Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 47.Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümləd ən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.” 48.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri pozularaq, 2000-ci ilin sentyabr 1-dən əvvəl yaranmış yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar hüquq münasibətləri yaranan zaman qüvvədə olan (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) Mənzil Məcəlləsinin müddəlarını deyil, xx.xx.2000-ci il tarixdən qüvvə də olan Mülki Məcəllənin normalarını tətbiq etməklə, maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyinə görə qətnamə əsaslı və qanuni sayıla bilməz.

52. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

53. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən mübahisəli mənzil Cavabdeh1 adına mülkiyyət kimi xx.xx.1995-ci ildə qeydiyyata alınmış, həmin vaxt digər cavabdehlər və hazırki iş üzrə iddiaçı olan xx.xx.1984-cü ildə doğulmuş İddiaçı həmin mənzilə cavabdehin ailə üzvü kimi köçərək qısa mü ddət yaşamış və az sonra daimi yaşamaq üçün Azərbaycan Respublikasından xaricə getmişlər. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək mübahisəli mənzildə qeydiyyatda olmuş, daha sonra isə Azərbaycan Respublikası vətəndaşlığından çıxmış və özü öz istəyinə uyğun olaraq mübahisəli mənzili tərk etmiş və daimi əsaslarla 2015-ci ildən Rusiya Federasiyasında yaşayır. Həmin vaxtdan sonra o bir dəfə 2016-cı ildə evlənmək məqsədilə Azərbaycana gəlmiş və evlənərək arvadı Sərfinaz İsmayılovanı da götürərək getmişdir. Hal-hazırda onun mübahisəli mənzildən istifadəyə ehtiyacı yoxdur. 54. 1995-ci il tarixdə atasının mülkiyyətində olan mənzilə köçərkən yetkinlik yaşına çatmamış iddiaçının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən mülkiyyətçinin ai lə üzvü kimi mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan o həmin mənzili könüllü tərk etdiyindən və başqa dövlətin vətəndaşlığını qəbul etməklə, uzun müddət orada daimi əsaslarla yaşadığına görə onun bu mənzilə istifadə hüququ itirilmiş hesab edilir.

55. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

56. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə yaranmış istifadə hüququ onun həmin mənzili daimi əsaslarla tərk etməsi ilə bağlı itirilmiş hesab edildiyindən, hazırda onun həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə iddiasının təmin edilməsinə əsas yoxdur.

57. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu hal isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.

58. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəri lməsinə zərurət yoxdur.

59. Buna görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-240/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar