Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3155/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək stajının olması faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-601/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 21 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında “partladıcı” işləməklə, həmin dövr üçün əmək stajının olması faktının müəyyən olunması ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi ərizə və daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun, xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında partladıcı işləməklə, həmin dövr üçün əmək stajının olması faktının müəyyən olunm ası və bu qətnamənin ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizəçi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1954-ci ildə Ermənistan Respublikasının Sisyan şəhərində anadan olmuş, erkən yaşlarından iş fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmiş, eləcə də xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş əmək şəraiti çox ağır olan “Mismolibden” kombinatında partladıcı işləmişdir. Hal-hazırda təqaüdə çıxması ilə əlaqədar DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi əmək stajını təsdiq edən sənədlər olmadığından, h əmin qurum tərəfindən onun sosial sığorta stajının hesablanması mümkün olmamışdır. Həmin sənədləri o, əldə edə bilməmişdir. Belə ki, azərbaycanlıların Ermənistan Respulikasından deportasiya olunması ilə əlaqədar olaraq onun həmin illərə dair əmək fəaliyyətini əks etdirən sənədləri Qafan rayonunda qalmışdır. Ona görə də, o, əmək stajının olması faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında maraqlı tərəfin nümayəndəsi bildirmişdir ki, ərizəçi pensiyasının təyin edilməsini xahiş etmiş, lakin, xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi olan dövr üçün əmək stajının olması barədə sənədləri təqdim edə bilmədiyinə görə müraciəti təmin etmək mümkün olmamışdır. Ona görə də, nümayəndə, tələbin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxmışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-986/2015 nömrəli iş üzrə 27 yanvar 2015ci il tarixli qətnaməsi ilə (hakim İlyas Mahmudov) ərizə təmin edilərək, ərizəçinin xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında partladıcı işləməklə əmək stajının olması faktının müəyyən edilməsi, qətnamənin ərizəçiyə güzəştli şərtlərlə pensiya təyin olunması üçün əsas hesab edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında ərizəçinin özünün və şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, həqiqətən ərizəçinin xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında partladı cı işləməklə əmək stajı olmuşdur və ərizəçinin həmin kombinatda əmək şəraiti xüsusilə zərərli və ağır olmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar qaydada ala bilməz.
8. Məhkəmə öz mövqeyini "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1, 9.8-ci maddələrinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Maraqlı tərəf apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əriz əçi 2015-ci ildə xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Ermənistan Respublikası ərazisindəki iş stajının olması faktının nəzərə alınaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq tikinti sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Fondun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması”na dair iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 2-1(85)-983/2015 saylı qərarı əsasında ərizəçinin iddia tələbi təmin edilmişdir. Tərəflərindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Sözügedən məhkəmə qərarlarına əsasən ərizəçiyə xx.xx.2008-ci il tarixdən- 53 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək yenidən hesablanmasına, habelə 2015-ci ilin iyul ayında aylıq pensiya məbləğinin 265,31 manatdan 1403,38 manata çatdırılmasına, növbəti 2 ay ərzində 99817,20 manat məbləğin birdəfəlik ödənilməsinə nail olunmuşdur. Ərizəçiyə yüksək məbləğdə əmək pensiyasının təyin edilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə aparılmış araşdırma nəticəsində ərizəçi ona hüququ olmadığı halda xx.xx.2010-cu il tarixdən İİ dərəcə ümumi səbəbdən, xx.xx.2012-ci il tarixdən isə İ dərəcə gözdən əlilliyə görə əmək pensiyasının təyin edildiyini xx.xx.2022-ci il tarixli ərizəsi ilə qəbul etmiş və həmin məbləğin on a qanunvericiliklə təyin ediləcək müavinətdən tutulmasına razılıq vermişdir. 27 yanvar 2015ci il tarixli 2(060)-986/2015 nömrəli qətnamənin məzmunu ilə bağlı araşdırılma aparılaraq tərəflərindən müəyyən edilmişdir ki, ərizəçinin “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki mübahisəyə sabiq hakim İlyas Mahmudov tərəfindən baxılmışdır. Zərurət yarandığından həmin qətnamə üzrə arxivdə olan iş materialları ilə tanış olmaq məqsədilə tərəflərindən xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubla Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə qətnamə üzrə iş materialları ilə tanış olarkən həmin qətnamənin qəbul edilməsində ciddi pozuntulara yol verildiyi aşkar edilmiş və işin digər faktiki hallarına dair əsaslı şübhələr yaranmışdır. Sözügedən qət namədə məhkəmə prosesində X3 və X2 şahid qismində dindirildiyi göstərilmişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Əhmədov Alış ərizəçini yaxından tanıdığını və onunla birlikdə xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Ermənistan Respublikasının Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında işlədiyini təsdiq etmişdir. Eyni zamanda həm özünün, həm ərizəçinin əmək stajını təsdiq edən sənədlərin Qafan şəhərinin arxivində qaldığını bildirmişdir. Şahid qismində dindirilmiş X5 Alışla eyni məzmunlu izahat verərək onun dediklərini təsdiqləmişdir. Həmin şahidlərin verdiyi ifadələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Belə ki, A.M.Quliyev və A.M.Əhmədovun əmək kitabçasının olub-olmaması, ərizəçi ilə bir yerdə işləmələrinə dair hər hansı sənədin təqdim edilib- edilməməsi qətnamədə öz əksini tapmamışdır. Bundan başqa A.M.Əhmədovun Ermənistan Respublikası ərazisindəki iş stajını təsdiqləyən hər hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda araşdırma zamanı A.M.Quliyevin xx.xx.2015-ci il tarixdə ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyi aşkar edilmişdir. Nəticədə məhkəmənin xx.xx.2015-ci il tarixli qərarına əsasən A.M.Quliyevə Ermənistan Respublikası ərazisindəki iş stajı dövrü nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmış və xx.xx.2008-ci il tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Fondun Yasamal rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarında A.M.Quliyevin xx.xx.1968-ci il tarixdən xx.xx.1970-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Zəngəzur mis-mobidilen kombinatının Qafan mədənindəki nəzərə alınan iş stajı dövrü sadəcə ərizəçinin işlədiyini iddia etdiyi 1983-1985-ci illər arasındakı dövrlərlə üst-üstə düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Lakin hazı rkı iş üzrə şahid X2 əmək fəaliyyətini təsdiq edən sənədlər mövcud olmamışdır. Ərizəçi öz tələbini yalnız şahidlər əsasında təsdiq edə bilmişdir ki, həmin izahatlarda X4 və X1 ərizəçi ilə birgə işlədikləri bildirilsə də, həmin şahidlərin onunla birlikdə işləməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Lakin məhkəmə həmin şahid ifadələrin sübut kimi qiymətləndirdiyi zaman şahidlərin həmin dövrdə ərizəçi ilə birlikdə işləməsini təsdiq edən hər hansı sənəd tələb etməmişdir. Nəticədə işin faktiki hallarının birinici instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmadığını qeyd etmək olar.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-601/2023 nömrəli mülki iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla, ərizənin təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, ərizəçi ərizəsində bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə ərizəçi və maraqlı şəxs ərizəçinin göstərdiyi 1975-1985-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması faktını təsdiq edən əmək kitabçasının əslini və ya notariat qaydasında təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçinin tələbini əsaslandırmaq üçün ist inad etdiyi yeganə sübut iki şahid ifadəsi olmuşdur ki, həmin şahidlərdən biri – X1 qeyd edilən müəssisədə işləməsini təsdiq edən mötəbər sənədlər iş materiallarında mövcud olmamışdır. Digər şahid X2 isə ərizəçinin ərizəsində istinad etdiyi dövrlər üzrə həmin müəssisədə işləməsi öz təsdiqini tapmamışdır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadı qda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarı, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növd ən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, maraqlı şəxsin bilərək və istəyərək apellyasiya şikayətini verilmə müddəti nə az nə çox düz 8 il, yəni 96 ay ötürdükdən sonra verdiyi apellyasiya şikayətini icraata qəbul edilə rək bu barədə qətnamənin qəbul edilməsi MPM-in imperativ normalarına zidd olduğu kimi, həm də iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və digər maddələri, digər qanunvericilik aktları, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş “ədalətli məhkəmə hüququnu”, həm də Konstitusiya Məhkəməsinin bir çox qərarında üzərində durduğu “hüquqda müəyyənlik” prinsipinin pozulmasıdır. Belə ki, apellyasiya qaydasında şikayət edilən və baxılan birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2015-ci il tarixində qəbul edilmiş və həmin qətnamə xx.xx.2015-ci ildə qanuni qüvvəyə minmişdir. xx.xx.2015-ci il tarixində ərizəçi həmin qanuni qüvvəyə minmiş qətnaməni də əlavə edərək DSMF-nin Sumqayıt şöbəsin ə pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi tələbli ərizə ilə müraciət etmişdir. Lakin DSMF-nin Sumqayıt şöbəsi bu ərizəni təmin etməmişdir. xx.xx.2015-ci il tarixində DSMF-nin bu qətnamədən rəsmi qaydada məlumatı olmuşdur. Bundan sonra ərizəçi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə cavabdeh DSMF-nin Sumqayıt şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının qəbul edilməsinə əsas isə, həmin işdə olan hazırki iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi olmuşdur. Həmin iş üzrə keç irilən bütün iclaslarda DSMF-nin Sumqayıt şöbəsinin nümayəndəsi iştirak etmiş və verdiyi etiraz ilə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Bundan başqa Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsi apellyasiya şikayəti vermiş və həmin şikayətdə də bu iş üzrə qanuni qüvvəyə minmiş qətnamə barədə məlumat verilmişdir. Apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı xx.xx.2015-ci ildə qüvvəyə minmiş və həmin tarixdən ərizəçinin pensiyası yenidən hesablanaraq maraqlı şəxs tərəfindən ödənilməyə başlanmışdır. 2023-cü ildə, yəni 8 il sonra DSMF, həmin qətnamənin varlığından indi xəbər tutd uğunu bildirərək, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və həmin şikayət qanunsuz olaraq Sumqayıt Apellyasiya Məhkəməsi tərəfində icraata götürülərək təmin edilmişdir. Bir məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 8 il ərzində həmin qərardan məlumatı olan dövlət qurumu apellyasiya şikayəti vermir, əksinə pensiya (ödəniş) ödəyir və 8 il sonra həmin qərar ona sərf etmədiyi qənaətinə gələrək apellyasiya şikayəti verirsə və Apellyasiya məhkəməsi də bu apellyasiya şikayətini icraata götürüb baxırsa, burda hüququn ən mühüm-unversal prinsipi müəyyənlik prinsipindən danışmaq mümkün olmadığı kimi, həmin iş üzrə qarşı tərəfin (ərizəçinin) “ədalətli məhkəmə araşdırması hüququnun” pozulduğu da mübahisəsiz olaraq bir mənalı qəbul olunur. Bütün qeyd edilənlər əsasında Sumqayıt Apellyasiya Məhkəməsinə vəsatət ilə müraciət edərək, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi vəsatəti təmin etməmişdir.
17. Kassator qeyd etmişdir ki, məhkəmə qətnaməsində Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndi və digər qanunvericilik aktları da pozulmuşdur. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “ərizəçi tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut iki şahid ifadəsidir ki, həmin şahidlərdə biri – X1 qeyd edilən müəssisədə işləməsini təsdiq edən mötəbər sənədlər iş materiallarında mövcud deyildir. Digər şahid X2 isə ərizəçinin ərizəsində istinad etdiyi dövrlə r üzrə həmin müəssisədə işləməsi öz təsdiqini tapmır.” Məhkəmənin bu yanaşması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, qanunvericilik iki şahid tələb edir və həmin şahidlərin qeyd edilən bütün müddət ərzində orada çalışmasını tələb etmir. Məhkəmə işə yanlış yanaşaraq hər iki şahidin bütün dövr ərzində həmin iş yerində çalışmasını tələb etmişdir. Bundan başqa X1 qeyd edilən müəssisədə işləməsini təsdiq edən mötəbər sənədlər iş materiallarında olduğu halda məhkəmə buna əhəmiyyət verməmişdir. Bundan başqa həmin şahidlərdən biri ahıl yaşında durub Apellyasiya Məhkəməsinin iclasına gəldiyi halda məhkəmə həmin şahidin təkrar dindirilməsi barədə verdiyimiz vəsatəti təmin etməmişdir. Bunlardan başqa məhkəmənin bu iş ilə bağlı 2 şahid tələb etməsi də həyatı normal axarına zidd olmuşdur. Belə ki, məlum olduğu kimi bu müəssisə mənfur düşmənimiz Ermənistan ərazisində yerləşmiş və orada çalışanların böyük bir əksəriyyəti erməni olmuşdur. Belə olan halda məhkəmənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci maddəsinin hərfi tələbini olduğu kimi tətbiq edərək iki şahidin (yəni erməninin) məhkəməyə gətirilməsini tələb etməsi həyatın normal axarına zidd və qəbul edilməz olmuşdur. Ümumiyyətlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci maddəsi Respublikadan kənarda yerləşən müəssisələr ilə bağlı tə tbiq edilə bilməz. Birincisi ona görə ki, həmin Əsasnamə 1992-ci ildə, yəni müstəqillik dövründə qəbul olunmuşdur. İkincisi əksini düşünmək Ermənistan ərazisində yerləşən müəssisələrdə çalışmış azərbaycanlıların iş stajının müəyyən oluna bilməsi üçün 2 erməninin şahid kimi məhkəmədə dinlənməsinin mümkün hala gətirir ki, bu faktiki olaraq mümkün deyildir.
18. Kassator, şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 360, 363, 366, 432-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Maraqlı şəx s kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə
21. Bənd
17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensi ya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
22. Bənd 13.1 Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci madd əsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqd im edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
23. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barəd ə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 №-li Qərarı
24. Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tər əfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mü bahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. Ərizəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ərizənin təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi, ərizəçinin kassasiya şikayəti ilə eyni məzmunlu olan ərizəsinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yalnız ərizəçinin özünün və şahidlərin ifadələrinə istinad edərək, ərizəçinın xx.xx.1975-ci ildən xx.xx.1985-ci il tarixədək Ermənistan Respublikası, Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında “partladıcı” işləməklə əmək stajı olması faktını müəyyən etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, ərizəçi, ərizəsində sözügedən faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etsə də, əslində ərizənin təmin edilməsi üçün qanuni əsaslar olmamışdır.
37. Belə ki, qüvvədə olan qaydalara və digər normativ hüquqi aktlara əsasən, yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. İşçinin əmək fəaliyyətini təsdiq edən sənəd isə əm ək qanunvericiliyinə əsasən əmək kitabçası hesab olunur. Həmin sənəddə onun əmək stajı haqqında– işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilməlidir.
38. Lakin ərizəçi, 1975-1985-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması faktını təsdiq edən əmək kitabçasının əslini və ya notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmiş və ümumiyyətlə işdə, qeyd olunan faktı təsdiq edən heç bir yazılı sənəd yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb, ərizəçinin tələbini əsaslandırmaq üçün sübut kimi istinad etdiyi iki şahidin ifadəsini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib qeyd etmişdir ki, həmin şahidlərin, yəni X1 həqiqətən qeyd edilən müəssisədə işləməsini təsdiq edən mötəbər sübutlar mülki iş materiallarında mövcud deyildir. Digər şahid X2 isə ərizəçinin ərizəsində istinad etdiyi dövrlər üzrə həmin müəssisədə işləməsi öz təsdiqini tapmır.
40. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə iş dən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
41. Göründüyü kimi, hazırki işdə ərizəçinin sözügedən müəssisədə işləməsini özündə ehtiva edən heç bir yazılı sənəd yoxdur və birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini hər hansı mötəbər yazılı sübutlara istinad etmədən təmin etmiş, iş üçün əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və aydınlaşdırmamış və nəticədə maddi və prosessual hüquq normalarının tələblərini açıq-aşkar pozmaqla qətnamə qəbul etmişdir.
42. Ona görə də kassasiya instansiyası məhkəməsi, ərizəçinin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, maraqlı tərəfin iş üzrə Sumqayıt şəhər məhkəməsinin 27 yanvar 2015-ci i l tarixli qətnaməsinin surətini almasına dair işdə heç bir yazılı sənəd olmadığı üçün, maraqlı tərəfin həmin qətnamədən 13 yanvar 2023-cü il tarixdə apellyasiya şikayəti verməsi və apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini icaraatına qəbul edərək mülki işə mahiyyəti üzrə baxması mülki prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Çünki, Mülki Prosessual Məcəllənin 134.1, 134.1.5 və 360-cı maddələrinin tələblərinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin surətinin maraqlı tərəfə rəsmi qaydada təqdim edilməsini özündə ehtiva edən heç bir yazılı sənəd yoxdur. Əksinə, apellyasiya şikayətindən görünür ki, maraqlı tərəf qətnamədən apellyasiya şikayətini rəsmi qaydada aldıqları gündən 1 ay müddətində veriblər.
43. Belə olan halda kassasiya instansiyası məh kəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi açıq-aşkar qanunsuz və əsassız olduğundan, ərizəni təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ərizəni rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 25 aprel 2023-cü il tarixli, 2(105)-601/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.