Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3155/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı ("xxxx" Açıq Səhmdsr Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “yarımstansiyanın yaşayış binasının daxilindən çıxarılması, bu mümkün olmadıqda digər yaşayış sahəsi ilə əvəzlənməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2025-ci il tarixli 2(103)-2203/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tərəflər arasında bağlanmış 12 avqust 2021-ci il tarixli müqavilələr əsasında iddiaçı mülkiyyətində olan mənzilin sökülərək yerində yüksək mərtəbəli bina inşa edilməsi üçün cavabdehə təhvil vermis, əvəzində isə cavabdeh inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10, mərtəbə 2, 86 və 88 saylı mənzilləri 2022-ci ilin may ayında iddiaçıya təhvil vermişdir.
2. Qeyd edilən müqavilələrdə cavabdeh iddiaçıya birdəfəlik kompensasiya qismində 8.500 manat ödəniş etməyi öhdəsinə götürmüş, m üqavilədə kirayə haqqının ödənilməyəcəyi qeyd edilmişdir.
3. Bu müqavilələrdən əvvəl tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 97 və 98 nömrəli müqavilələr Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1695/2020 nömrəli qətnaməsinə əsasən etibarsız hesab edilmiş, qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin müqavilələr əsasında cavabdeh tərəfindən iddiaçıya birdəfəlik kompensasiya olaraq ödənilmiş 24.000 manat pulun qaytarılması barədə Cavabdeh iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mahkamasinda icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, onunla bağlanmış 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə üzrə ona verilmiş ünvan 1 ünvanının alt mərtəbəsində cavabdeh "ArchiCo” MMC tərəfindən yerləşdirilmiş elektrik transformator məntəqəsinin yaşayış binasının daxilindən çıxarılması, mümkün olmadığı halda iddiaçıya oxşar şəraitdə və ölçüdə mənzilin əvəzlənməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması, həmçinin MMC tərəfindən iddiaçıya dəymiş ziyanın əvəzi olan 7500 pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, qeyd olunan vibrasiya və səs-küyün normadan artıq olması nəticəsində iddiaçı 2023-cü ilin mart ayına kimi kirayələrdə qalmağa məcbur olmuş, qeyd edilən mənzilin 2021 -ci ilin sentyabr ayında təhvil verilməsi nəzərdə tutulsa da, həmin mənzil yalnız 2022-ci ilin may ayında hazır olmuş və iddiaçıya təklif edilmişdir. İddiaçı tərəfindən mənzilə baxış keçirilərkən mənzilin altında şirkət tərəfindən yarımstansiya yerləşdirildiyi müəyyən edilmiş, transformator güclü səs yaratdığından iddiaçının həmin mənzildə yaşaması mümkün olmamışdır. Cavabdeh transformatorun izolyasiya ediləcəyini bildirsə də bu vədə əməl etməmiş, nəticədə 2023-cü ilin mart ayına kimi kirayələrdə qalmışdır. 2022-ci ilin yanvar ayı da daxil olmaqla, 2023-cü ilin mart ayınadək olan dövr üçün əvvəlki formada yəni 500 manat olmaqla iddiaçıya dəymiş ziyanın əvəzi kompensasiya şəklində ödənilməlidir.
6. Məhkəmə iclasında İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdaf iə etmiş və mübahisəli mənzili satdığını bildirmiş, bu səbəbdən də hazırda 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə öhdəliklərinin tam icra edilməməsi və qüsurlu icra edilməsi səbəbindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10, mərtəbə 2, 88 saylı mənzildən istifadəsi qeyri-mümkün olduğundan iddia tələbini yalnız dəymiş ziyanın əvəzinin ödənilməsi hissəsində müdafiə etdiyini bildirərək, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh MMC-nin nümayəndəsi iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçını MMC-yə qarşı belə bir iddia irəli sürməsinə subyektiv hüququ olmamış, tərəflərindən müqavilə öhdəliyinin icra edilərək, mənzil təhvil verilmişdir.
8. Məhkəmə tərəfindən audio və videoyazıl arın məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 aprel 2024-cü il tarixli 3-16-16/2-4/77 №-li ekspert rəyinə görə mübahisəli mənzildə keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan ünvanda səs-küyün səviyyəsi müəyyən edilmiş normalara uyğun olduğu nəticəsinə, lakin mərkəzin 5 sentyabr 2024-cü il tarixli 3-16-16/2-4/949 №-li ekspert rəyinə əsasən isə mübahisəli mənzildə vibrasiya və səs-küyün gecə saatları üçün müəyənləşdirilmiş yol verilən səviyyədən artıq olması nəticəsinə gəlinmişdir.
9. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-273/2024 saylı, 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 7.0 00 manat maddi ziyanın əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-dən 88,66 manat məbləğində dövlət rüsumunun Dövlət büdcəsinin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat xərcin Cavabdeh MMC-dən tutulması qət etmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir etmişdir ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi səbəbindən iddiaçıya dəymiş maddi ziyan ödənilməlidir. Zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. Belə ki, tərəflər arasında əvvəllər mövcud olmuş xx.xx.2018-ci il tarixli fərdi yaşayış evinin söküntüsü ilə əlaqədar bağlanmış müqavilə etibarsız hesab edilsə də, həqiqi vəziyyətə məhz bu münasi bətlər nəticəsində mövcud olan qiymətlər, yəni kirayə haqqı əsas götürülməklə hüquqi qiymət verilməlidir. Hər bir halda, cavabdehlə iddiaçı arasında əvvəllər razılaşdırılmış kirayə haqqının məbləği kimi 500 manat pul vəsaiti əsas götürülmüşdür ki, həmin məbləğin həcmi işin hallarına görə də ağlabatan məbləğdir. Bir digər mübahisəli hal isə maddi ziyanın vurulduğu vaxt dövrü ilə bağlıdır. Bununla bağlı məhkəmə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3998/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə işin müəyyən olunmuş halını qeyd etməyi zəruri hesab etmişdir. Həmin qətnamədə qeyd edilir ki,... iddiaçı qeyd olunan məbləğlərin kirayə haqqı olduğunu bildirsə də, xx.xx.2021-ci il tarixli müqavilələrdə tərəflər belə razılığa gəlmişlər ki, müqavilələr üzrə kirayə haqqını n ödənilməsi nəzərdə tutulmur. Bu məsələyə qiymət verməyi davam etdirərək məhkəmə bildirmişdir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-673/2022 saylı qətnaməsi ilə iddiaçının sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə cavabdehdən kirayə haqqının ödənilməsi barədə tələbi rədd edilmişdir. Göründüyü kimi, iddiaçı həmin tələbləri cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə istinad edərək, kirayə haqqı kimi tələb etmişdir. İddia tələbləri isə tərəflər arasında bağlanmış müqavilədə belə bir şərtin nəzərdə tutulmaması səbəbindən təmin edilməmişdir. Hazırda isə iddiaçı yarımstansiyanın çıxarılması və maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yarımstansiyanın çıxarılması və maddi ziya nın ödənilməsini digər əsaslardan çıxış edərək irəli sürmüşdür ki, həmin iddianı irəli sürməkdə də qismən haqlı olmuşdur. İddiaçının maddi ziyanın ödənilməsini nəzərdə tutan tələbi iki dövrlə əhatə olunur. Birincisi 2022-ci ilin yanvar ayı daxil olmaqla xx.xx.2022-ci il tarixədək olan dövr (cavabdeh MMC-nin mənzilin təhvil verilməsi ilə bağlı göndərdiyi sms bildirişdəki tarix). İkincisi isə həmin tarixdən 2023-cü ilin mart ayınadək olan dövr (iddiaçının mübahisəli mənzilə köçdüyü tarix).
12. Məhkəmə, 2022-ci ilin yanvar ayı daxil olmaqla cavabdehin mənzili təhvil vermək barədə bildirişinin tarixi arasında olan dövrə görə iddia tələbini əsaslı hesab edərək, yuxarıda qeyd olunan mövqeyini davam etdirib hesab etmişdir ki, 2021-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə iddia tə ləbinin rədd edilməsi hazırda iddiaçının 2022-ci ilin yanvar ayından 2022-ci ilin may ayınadək olan (4 aylıq) dövrü əhatə edən müddət üçün maddi ziyanın ödənilməsi barədə tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. İlk öncə ona görə ki, qeyd olunan tələbləri irəli sürərkən iddiaçı ayrıayrı əsaslardan çıxış etmişdir, ikincisi isə ona görə ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə mübahisəli mənzilin təhvil veriləcəyi tarix nəzərdə tutulmasa da, tərəflər arasında əvvəllər mövcud olmuş xx.xx.2018-ci il tarixli müqavilə ilə iddiaçının mülkiyyətində olan mənzilin söküntüsü aparılmış, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, mənzil yalnız xx.xx.2022-ci il tarixdə təhvil verilmə üçün hazır edilmişdir. Müqavilədə mənzilin təhvil verilməsi müddəti ilə bağlı şərt olmasa da, məhkə mə hesab edir ki, 2018-ci ildən 2022-ci ilədək müddətdə iddiaçıya mənzilini təhvil verməməklə, ona maddi zərər vurmuşdur.
13. Bundan əlavə məhkəmə xx.xx.2022-ci il tarixindən 2023-cü ilin mart ayınadək olan (10 aylıq) dövr üzrə də iddia tələbini 5 sentyabr 2024-cü il tarixli ekspert rəyinə istinad etməklə əsaslı hesab hesab etmişdir.
14. Məhkəmə həmçinin İddiaçı Məhəmməd oğlunun “yarımstansiyanın yaşayış binasının daxilindən çıxarılması, bu mümkün olmadıqda digər yaşayış sahəsi ilə əvəzlənməsi” hissəsində iddia tələbini müdafiə etməməsi ilə bağlı izahatlarını əsas götürüb, həmin hissədə iddia tələbinin rədd edilməsi qənaətinə gələrək, özünün bu mövqeyini mülki qanunvericiliyin prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 385, 386.1, 425, 448.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1, 12.2, 13.2, 13.3-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın 1.1, 1.2, 1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88, 106.1, 119.1, 217.4, 218.1, 220.5-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasi ya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının 140,74 kv.m. köhnə təmirli fərdi yaşayış evinin əvəzində ümumi güzəştlərlə verilmiş yeni 120,37 kv.m., 3 otaqlı və 83,84 kv.m, 2 otaqlı mənzillərdə əmtəə şəklində 17,27 kv.m əlavə güzəşt sahəsinin 34.540 manat dəyəri nəzərə alınmadıqda belə, kirayə pullarının ödənilməməsi qarşılığında 41.000 manat şəklində pul təzminatı hər ay 500 manat olmaqla 82 aylıq dövrü əhatə edir. Bu isə 6 il 10 ay deməkdir. 2018-ci ilin mart ayında iddiaçının əvəzləşmə qaydasında mənzili söküldüyü halda 82 aylıq təzminatla 2025-ci ilin yanvar ayı daxil olmaqla kirayə haqları ödənilmişdir. Halbuki 2023-cü ilin mart ayınadək kirayələrdə olması iddiaçı tərəfindən etiraf edilmişdir. Qeyd olunanlar ona əsas verir ki, işin faktiki halları tamam fərqlidir və cəmiyyət sö küntüsü aparılmış fərdi yaşayış evlərinin sahiblərinə zərər vurmadığı kimi iddiaçıya da zərər vurmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2203/2025 nömrəli 29 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-273/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.
19. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğvinə səbəb olur. Belə ki, hazırda iddia t ələbi əsas etibarilə iki hissədən ibarətdir: 1) 2022-ci ilin yanvar ayından cavabdeh tərəfindən iddiaçıya müqavilə ilə nəzərdə tutulmuş mənzilin verildiyi may ayınadək aylıq 500 manat məbləğində kirayə haqqının ödənilməsi; 2) 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək iddiaçının binadakı səs-küy səbəbilə başqa yerdə kirayə qalması nəticəsində həmin dövrü əhatə edən aylıq 500 manat məbləğində kirayə haqqının ödənilməsi.
20. Məhkəmə birinci tələbin əsaslı olub-olmamasına münasibətdə qeyd etmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrə əsasən cavabdeh mənzillərin inşa olunacağı dövrdə iddiaçının müvafiq təminatının təşkil edilməsini aylıq kirayə haqqı formasında deyil, birdəfəlik kompensasiya qaydasında aparmış, həmin ödənişin edilməsini tərəflərin hansısa biri mübahisələndirməmişdir. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən tərəflər azad surətdə müqavilə bağlayaraq adı çəkilən təminatın məhz birdəfəlik kompensasiya formasında aparılmasını təsbit etmişlər. Bu halda cavabdehin üzərinə müqavilə ilə nəzərdə tutulmayan öhdəliyin qoyulmasının hər hansı hüquqi əsası mövcud deyildir.
21. Bundan əlavə, İddiaçı yenə eyni cavabdehə qarşı, lakin digər aylar (sentyabr, oktyabr, noyabr və dekabr ayları) üzrə kirayə haqlarının ödənilməsini nəzərdə tutan iddia tələbi olmuş, işdəki Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)673/2022 saylı qətnaməsinə əsasən həmin iddia məhz hazırda göstərilən əsasa görə təmin edilməmişdir. Bu halda yalnız tələbin əsaslandığı ayların dəyişilməsi qanunun fərqli formada tətbiqi və nəticədə əks nəticəyə gəlinməsi üçün əsas qismində çıxış edə bilməz.
22. Məhkəmə kollegiyası iddia tələbinin 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək iddiaçının binadakı səs-küy səbəbilə başqa yerdə kirayə qalması nəticəsində həmin dövrü əhatə edən aylıq 500 manat məbləğində kirayə haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, ekspert rəylərinə əsasən göstərilən hal öz təsdiqini tapsa belə, iddiaçının həmin mənzildə yaşamadığı müddətdə məhz kirayədə qalması və bununla bağlı maddi zərərə uğramasına dair hər hansı dəlil mövcud olmamışdır. Həmçinin, iddiaçının həmin mənzildə, həqiqətən, yaşamaması, bu halın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi, həmin dövrdə iddiaçının başqa yerdə ödənişli əsaslarla qalması və nəticədə iddiaçıya real zərərin dəyməsi hansısa mötəbər s übutlarla öz əksini tapmamış, iddiaçı çatmağa ümid etdiklərindən məhrum olmamış və həmin dövr aralığında götürə biləcəyi hər hansı fayda qarşı tərəfin hərəkətləri ucbatından əlindən çıxmamışdır.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək başqa yerdə kirayə əsasında qalması ilə bağlı ödənişin edilməsinə dair iddia tələbinin də hər hansı hüquqi əsası mövcud olmamışdır.
24. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)2203/2025 xx.xx.2025-ci il qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə və ya işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ümumiyyətlə iddiaçı tərəfindən tələb edilən maddi ziyanın mahiyyətini anlamamış və həmin hallara münasibətdə dəymiş maddi ziyanın nə ilə bağlı olmasını və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021- ci il tarixli müqavilədə qeyd edilən birdəfəlik kompensasiya qismində 8.500 manat ödənişin hansı dövrə aid olmasını, həmin ödənişin məhz həmin müqavilə üzrə bağlanan ödəniş yox, etibarsız hesab edilən müqavilə üzrə iddiaçının qaldığı dövrə aid olan kirayə pulunun ödənilməsinə aid olmasını nəzərə almamış və həmin hissədə işin hallarını demək olar ki, təhrif etmişdir. Hazırkı iddia tələbi iddiaçının məhz cavabdeh təşkilatın üzərinə düşən öhdəlikləri lazımı qaydada icra edə bilməməsi səbəbindən əlavə kirayədə qalmağa məcbur olduğu dövr üzrə ona dəyən maddi ziyanın ödənilməsindən ibarətdir ki, hazırda apellyasiya məhkəməsinin qətnamədə bunun kirayə pulu kimi qeyd etməsi tamamilə əsassızdır. Çünki, iddia tələbi müqavilə üzrə kirayə pulu ödənilməsini yox, məhz cavabedhin təqsirli hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsindən ibarətdir. Məhkəmə qərarında işin həmin hallarını təhrif edərək Mülki Məcəllənin 404-cü və 427.2-ci maddəsini düzgün tədbiq etməmişdir. Eyni zamanda MPM-nin 372-ci maddəsinin tələbi pozulmuş, qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyi halda məhkəmə qətnaməni tam ləğv etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassa siya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi:
39. Məhkəmə kollegiyası mübahisələndirilən qətnaməni kassasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar mövcud deyil.
40. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
41. MPM-nin 372-ci maddəsinin məhkəmə tərəfindən pozulduğuna dair kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edilir ki, MPM-nin 372.6-cı maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə m übahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsinin baxış predmeti olan hissə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edildiyi hissə olmuşdur. Mübahisələndirilən qətnamədən görünür ki, məhkəmə yalnız həmin hissədə qətnaməni yoxlayaraq təmin edilmiş iddia tələblərinin əsassız olduğunu müəyyən etmiş, iddianın rədd edildiyi hissə baxış predmeti olmamışdır. Qətnamədə birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edildiyi qeyd edilsə də, məhkəmə xx.xx.2025-ci il tarixdə qəbul etdiyi qərardadla yol verdiyi yanlışlığı aradan qaldırmışdır.
43. Apellyasiya instansiyası məhkə məsi iş üzrə gəldiyi nəticəni mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə müvafiq əsaslandırmışdır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşaraq maddi hüquq normalarının düzgün tətbiq edilmədiyinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyə əsasən öhdəlik ya müqavilə, ya da qanunda nəzərdə tutulmuş əsaslar üzrə yarana bilər. Apellyasiya instansiyası məhkəməsi işdəki sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçı qarşısında tərəflər arasında bağlanmış müqavilə üzrə icra edilməmiş hər hansı öhdəliyi yoxdur.
44. İddia tələblərinin qanuniliyi və əsaslılığı qanunda nəzərdə tutulmuş əsaslardan irəli gələn öhdəliklər üzrə yoxlanılaraq müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mə nzili cavabdehə təqdim etdiyi vaxtdan cavabdeh tərəfindən inşa edilmiş binada yeni mənzil təqdim edildiyi tarixədək çəkdiyi kirayə xərclərinin əvəzinin (maddi ziyan) birdəfəlik kompensasiyalar şəklində ödənilməsi ilə bağlı tərəflər arasında razılaşma olmuş və razılaşdırılmış məbləğlərdə kompensasiyalar cavabdeh tərəfindən tam ödənilmişdir.
45. Mülki Məcəllənin 21.2-ci maddəsində hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər real zərər hesab edilmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, hazırkı halda iddiaçının mülkiyyətindən olan mənzilindən məhrum olması ilə əlaqədar yeni mənzil təhvil verilənədək kirayə xərclərinə görə ödənilməli olan real ziyanın məbləği tərəflər arasında əvvəlcədən razılaşdırıldığından və tam ödənildiyindən həmin dövr üçün kirayə xərcləri ilə bağlı tələblər əsassızdır. Tərəflər arasında bağlanmış müqavilədə qeyd edilmiş kompensasiya məbləğinin cavabdehin mənzilin təhvil verilməsi ilə bağlı öhdəliyinin icra edildiyi tarixədək olan bütün müddət üçün deyil, yalnız müəyyən dövr üçün nəzərdə tutulduğunu sübutetmə etmək yükü iddiaçının üzərinə düşdüyü halda iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
46. Yeni binada mənzilin iddiaçıya təhvil verildiyi 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək iddiaçının mənzildə yaşamamasının binadakı səs-küylə əlaqədar olduğu (iddia olunan zərərlə cavabdehin hərəkətləri arasındakı səbəbli əlaqə) məhkəmə araşdırması zamanı təsdiq edilmədiyindən iddia tələbinə həmin hissədə də düzgün hüquqi qiymət verilmiş, kassasiya şikayətində qey d edilmiş maddi və prosessual pozuntulara yol verildiyi müəyyən edilməmişdir.
47. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2025-ci il tarixli 2(103)2203/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.