Məhkəmə qərarları › İş №2(102)-3156/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3156/2019

06.05.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3156/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3156/2019 06 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili ***nun, cavabdeh Azərbaycan Cavabdeh vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.11.2018-ci il tarixli, 2(103)12881/2018 nömrəli qətnaməsindən İddiaçıkassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Cava bdehna qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktoru vəzifəsini müvəqqəti icra edən, elmi işlər üzrə direktor müavini, b.e.d. X2 25 iyul 2018-ci il tarixli, 251 saylı əmrinin ləğv edilməsi, ona məcburi iş buraxma dövrünə görə əmək haqqı ödənilməsi və işə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim N.A.Bağırov) 31 avqust 2018-ci il tarixli, 2(009)-2765/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Cavabdehna qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) 29.11.2018-ci il tarixli, 2(103)-12881/2 018 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. PROS ESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Cavabdeh vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.11.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 26.04.2017-ci il tarixli 163 və 377 №li əmək müqavilələrinə əsasən, İddiaçı 26.04.2017-ci il tarixdən 3 ay sınaq müddəti verilməklə, 26.07.2017-ci il tarixdən 26.07.2018-ci il tarixədək dövr üçün Azərbaycan Milli Elmlər X1 Parazitologiya laboratoriyasına böyük laborant vəzifəsinə işə qəbul edilməsi barədə tərəflər aras ında müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Milli Elmlər X1 direktorunun 26.04.2017-ci il tarixli 118 saylı əmrinə əsasən, İddiaçı 26.04.2017-ci il tarixindən 26.07.2017-ci il tarixədək 3 ay sınaq müddəti ilə Parazitologiya laboratoriyasının 7-ci dərəcəli böyük laborantı vəzifəsinə qəbul edilmişdir.Azərbaycan Milli Elmlər X1 direktoru vəzifəsini müvəqqəti icra edən elmi işlər üzrə direktor müavini ***un 25.07.2018-ci il tarixli 251 k/şəxs saylı əmrinə əsasən, 26.07.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinin müddətinin bitməsinə əsasən, Parazitologiya laboratoriyasının 7-ci dərəcəli böyük laborantı İddiaçı 26.07.2018-ci il tarixdən AR ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, isifadə etmədiyi əmək məzuniyyətinə görə 6 təqvim günü üçün pul əvəzinin ödənilməsi əmr edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə əmək müqaviləsi qabaqcadan müddət müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır; 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonra bir həftə ərzində tərəflərd ən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 76-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də, tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir; 83.2-ci maddəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilməsi haqqında işəgötürən tərəfindən verilmiş 25.07.2018-ci il tarixli 251 k №-li əmr əmək qanunvericiliyinin tələblərinə tam uyğun olmuşdur. Belə ki, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsi işəgötürən tərəfindən qəbul edilmiş 25.07.2018-ci il tarixli 251-k №-li əmrlə rəsmiləşdirilmiş, bu əmr işəgötürən tərəfindən imzalanmaqla müəssisənin möhürü ilə təsdiqlənmiş və həmin əmrdə Azərbaycan Respublikası Əmək Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olan məlumatlar əks etdirilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddiaçı cavabdeh qurumun rəhbərinin onunla müqaviləni qərəzli surətdə ona qarşı kollektivin şikayət ərizəsinə imza atması ilə əlaqələndirmişdir. İşin bu faktiki halına və apellyasiya şikayətinin dəlilinə aşağı instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı institut rəhbərliyi tərəfindən ona qarşı hər hansı qərəzli və qanunsuz hərəkətlər barədə məhkəməyə heç bir təsdiqedici sənəd təqdim edilməmişdir və cavabdeh təşkilatın rəhbərliyi tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda müqaviləyə xitam verilir. Yəni qeyd olunan hallarda müddətli əmək müqaviləsi ilə işləyən işçinin müqaviləsinin müddəti qurtardıqda işəgötürənin hüququ var ki, işçinin müqavi ləsinə müddət bitdikdə dərhal xitam verilmədiyi halda, onun işə çıxdığı gündən 1 təqvim həftəsi keçməmiş xitam versin. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından istinad etdiyi halları sübut etməli olduğu halda bu sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, tərəflərin könüllü iradə ifadəsi əsasında məhz müddətli əmək müqaviləsi bağlanmışdır və onun məhz müddətli olmasından müqaviləni imzaladığı andan iddiaçının məlumatı olmuş, eyni zamanda işçi işəgötürən münasibətlərinin cavabdehin onu uzadıb-uzatmamaq qərarından asılı olmasından xəbərdar olmuşdur. Odur ki, qərəzli halın mövcudluğunu sübuta yetirilə bi linmədiyindən və Əmək Məcəlləsinin 73-cü maddəsi ilə müddətin bitməsi zamanı müqaviləyə xitamın qarşısını ala biləcək və hazırki vəziyyətə tətbiq edilə biləcək hər hansı şərt nəzərdə tutulmadığından düzgün olaraq əmr qanunvericiliyin tələbinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.11.2018-ci il tarixli, 2(103)-12881/2018 nömrəli qətnaməsi dəyişiklik edil mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar