Məhkəmə qərarları › İş №2(102)-3157/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3157/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3157/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)xxx/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadıqov) xx.xx.2019-cu il tarixli, 2(067)-xxx/2019 nömrəli q ətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə "İddiaçı" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 140xx-xx/182228 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli 2 saylı əlavənin ləğv edilməsi, Cavabdeh1 "İddiaçı" ASC-nin xeyrinə 95487,77 manat əsas, 17375,43 manat faiz, 150 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binası-mağazaya, Cavabdeh1 məxsus olan və ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanda 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və fərdi yaş ayış evinin tərkib hissəsi olan həyətyanı tikililər 1 mərtəbəli, 77,8 kv.metr tikintialtı sahədən ibarət talvara (sanitar qovşağı), 1 mərtəbəli 26,5 kv.metr tikintialtı sahədən ibarət mətbəx və 1 mərtəbəli, 16,6 kv.metr tikintialtı sahədən ibarət talvara, Cavabdeh1 məxsus olan və ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanda 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Xaçmaz şəhəri, M.Hüseyn küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 65000 manat məbləğində, Xaçmaz şəhəri Ramil Sadıqov küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat məbləğində, Xaçmaz şəhəri, R.Rza küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 75000 manat məbləğində müəyyən edilməsi, iddia tələbi qalan hissədə təm in edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddisının təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pulun Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Qafari, L.Məmmədova, F.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(105)-xxx/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iş üzrə Sumqayıt Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mövlüd qızına, Cavabdeh3 Orfulla oğluna, Cavabdeh4 Orfulla oğluna və Cavabdeh5 Zeynal qızına qarşı “kredit müqaviləsinin və Razılaşmanın ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 140xx-xx/182228 saylı kredit müqaviləsinin və xx.xx.2015-ci il tarixli 2 saylı Əlavənin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 95487,77 manat əsas, 17375,43 manat kre ditdən istifadəyə görə faiz, 4349.40 manat penya olmaqla, cəmi 117210.60 manat məbləğində borcun, həmçinin 123 manat çəkilmiş notariat xərcinin və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0.01553 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binası-mağazaya, Cavabdeh1 məxsus olan və ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında 0.04 ha torpaq sahəsi və üzərində fərdi yaşayış evinə və fərdi yaşayış evinin tərkib hissəsi olan həyətyanı tikililər 1 mərtəbəli, 77.8 kv.m, tikintialtı sahədən ibarət talvara (sanitar qovşağı), 1 mərtəbəli, 26.5 kv.m tikintialtı sahədən ibarət mətbəx və 1 mərtəbəli, 16.6 kv.m tikintialtı sahədən ibarət talvara, Cavabdeh3 Orfulla oğluna məxsus və ipoteka ilə yükl ü edilmiş ünvan 5 ünvanında 0.04 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, onların hərraca çıxarılması və satılması, Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın, notariat xərclərinin və dövlət rüsumunun ödənilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qalan hissədə Cavabdeh1 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, İddiaçı ASC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 140xx-xx/ 1822228 saylı kredit müqaviləsinin, həmin müqavilə ilə bağlı xx.xx.2015-ci il tarixli Razılaşmanın və xx.xx.2015-ci il tarixli 2 saylı Əlavənin onun iradə ifadəsinə uyğun olmayaraq aldadılması yolu ilə tərtib olunduğundan etibarsız hesab edilməsi, kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarması, yəni borca aldığı məbləğin müqavilənin imzalandığı zaman mövcud olmuş məzənnə üzrə faizsiz olaraq qaytarmalı olması, İddiaçı ASC-nin isə girov ilə yüklü edilmiş əmlakını girovdan azad etməli olmasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Avçixano v Avçixan Əmirbəy oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, kredit müqaviləsi əvvəlcədən əldə olunmuş razılığa uyğun tərzdə deyil, cavabdehin iradəsinə zidd məzmunda tərtib olunmuş, kreditin predmeti olan valyuta ilə manipulyasiya edilmiş, yəni cavabdehi aldatmaqla müqavilə bağlanmışdır. Bank cavabdehə verməli olduğu 127500 ABŞ dolları məbləğində pulu cavabdehi aldadaraq özündə saxlamış, həmin puldan əvvəlki kredit müqaviləsi üzrə 55000 manat həcmində borca görə tutma etmiş, qalan puldan müəyyən xərclər tutulmuş və 43000 məbləğində pul nağd qaydada cavabdehə kredit verilmişdir. ABŞ dolları manata nisbətən Azərbaycanda xeyli böyük dəyər daşıyıcısına çevrildiyindən bank heç bir itkiyə məruz qalmamışdır. Belə vəziyyətdə dolların manata nisbətdə artmış məzənnəsi ilə hesablanması qan unsuzdur. Həmçinin qeyd edilməlidir ki, müqavilə bağlayarkən cavabdehin əsas götürdüyü şəraitin kəskin dəyişməsi müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Cavabdeh krediti manatla tələb etdiyi halda, ABŞ dolları ilə verilməsi və müqavilə bağlandıqdan sonra ABŞ dollarının məzənnəsinin manata münasibətdə kəskin artması bank ilə cavabdehin bağladığı müqavilənin əsas şərtlərinin dəyişdirilməsinə əsas verir. Ona görə də cavabdeh dəfələrlə banka müraciət edərək müqavilə bağlanan zamana nisbətən şəraitin kəskin dəyişməsi ilə əlaqədar kredit müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsini xahiş etmişdir. Lakin iddiaçı bu şərtlərin dəyişdirilməsinə razılıq verməmişdir. Məhkəmə bu halları araşdırmadan qarşılıqlı iddianı təmin etməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqa yıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1, vəkili Avçixanov Avçixan Əmirbəy oğlu, İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 Orfulla oğlu, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 41 6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmişdir. Cavabdeh1 müqavilə üzrə vaxtaşırı ödəmələri etməli olduğu halda öhdəliyi icra etməməsi nəticəsində iddiaçının müqavilənin ləğv edilməsi və müqavilə üzrə cavabdehin yaranmış öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətində bank tərəfindən aldadıldığına istinad edib bankla arasında bağlanmış müqavilənin etibarsız hesab edilməli olmasını əsas gətirsə də, iş materiallarından görünür ki, kredit müqaviləsi bağlanıb kredit g ötürüldüyü zamandan sonra cavabdeh kredit müqaviləsini mübahisələndirməmiş və müqavilə üzrə bankın xeyrinə ödənişlər də etmişdir. Beləliklə, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiy i və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət suby ektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin no rmasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həm in Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Be ləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)xxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar