Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3157/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Balaməmmədova (Vəliyeva) Səyalı Möhübbəli qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3157/2024 Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, iddiaçı Balaməmmədova (Vəliyeva) Səyalı Möhübbəli qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-634/2024 nömrəli, xx.xx.2024-cü il ta rixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar.
2. Cavabdeh 2017-2020-ci illər ərzində aşağıda qeyd olunan torpaq sahələrini alqısatqı müqavilələri əsasında alaraq, hər biri üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirmişdir: a) Zaqatala şəhəri Heydər Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsi, b) Zaqatala şəhəri Heydər Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsi, c) Zaqatala şəhəri Heydər Əliyev prospektində yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsi.
3. Sonradan - xx.xx.2020-ci il tarixdə a) və c) bəndlərində qey d olunan torpaq sahələri birləşdirilərək vahid əmlak kimi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsinin ümumi həcmi 0,0234 ha olaraq qeyd edilmişdir.
4. Tərəflər arasındakı nikah 2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur.
5. Zaqatala Rayon Məhkəməsinin 2(033)-90/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə a) və b) bəndlərində qeyd olunan torpaq sahələri üzərində yerləşən evlərin iddiaçı və cavabdeh arasında bərabər bölünməsi və s. qərara alınmış, sözügedən qətnamə həmin hissədə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan torpaq sahələrinin aralarında bölünməsi, daşınmaz əmlakların 1/2 his səsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, qeyd edilən əmlaklar cavabdehlə onun birgə nikahı dövründə əldə edilmişdir. Onlar arasında əvvəllər də birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi üzrə məhkəmə işi olmuş, həmin iş üzrə sözügedən torpaq sahələrində yerləşən fərdi yaşayış evləri bölünmüşdür. Lakin sonradan məlum olmuşdur fərdi yaşayış evlərinin torpağı ayrıcadır və öz çıxarışında əksini tapıb. Ona görə də, hazırda sözügedən torpaq sahələrinə görə ayrıca iddia qaldırmışdır.
8. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-77/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək iddiaçının həmin torpaq sahəsi üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək iddiaçının həmin torpaq sahəsi üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, iddia tələbinin qalan hissəsi rədd edilməsi qət edilmişdir (hakim T.Həsənov)
9. Məhkəmə iddia tələbinin “Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0149 ha həyətyanı torpaq sahəsi və Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,00850 ha həyətyanı torpaq sahəsinin bölünməsi və iddiaçının həmin torp aq sahələrinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə qeyd etmişdir ki, bu əmlaklar birgə nikah dövründə əldə edilmiş, sonradan vahid əmlak olaraq cavabdehin adına qeydiyyata alınmış, həmin torpaq sahəsinin ümumi həcmi 0,0234 ha olaraq qeyd edilmişdir.Bu səbəbdən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalı və həmin torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək tərəflərin hər birinin əmlak üzərində 1/2 hissədə payı müəyyən edilməlidir
10. Məhkəmə iddia tələbinin “Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0160 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi qeyd edilə n hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, həmin torpaq sahəsi də mülki iş üzrə tərəflərin birgə nikahları dövründə Cavabdeh tərəfindən əldə edilmişdir.
11. Məhkəmə mövqeyini Konstitusiyanın 29.3-cü, Mülki Məcəllənin 152.1, 152.5, 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 33.3, 34.1, 34.2, 36.3, 36.9, 37.1, 38.1, 38.2ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpa q sahələri nikahdan əvvəl cavabdehə məxsus olan daşınmaz əmlakın satışından əldə olunan vəsait hesabına alınmışdır. Bu səbəbdən həmin torpaq sahələri birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilə bilməz. Buna dair sübutlar birinci instansiya məhkəməsinə təqdim olunsa da, məhkəmə işin bu halına düzgün qiymət verilməmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(107)-634/2024 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Günay Cavadova sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Əyyub Kərimov).
15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, 3.3.2006-cı il tar ixli alqı-satqı müqaviləsi ilə cavabdeh,özünə məxsus mənzili 37.500 manata satmışdır. Həmin müqavilə sadəcə cavabdehin mübahisəli torpaq sahələri alınmazdan əvvəl mənzili satdığını təsdiq edir. Lakin cavabdeh qeyd edilən vəsaitin məhz mübahisəli torpaq sahələrinin alınmasına yönəldilməsini təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Sübuta yetməyən etiraz isə əsaslı hesab edilə və nəzərə alına bilməz. Məhkəmə bildirir ki, cavabdehin 03 mart 2006-cı il tarixli, alğı-satqı müqaviləsini sübut kimi Rayon Məhkəməsinə təqdim etməsi iş materialları ilə öz təsdiqini tapmır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.2, 157.8, 165.1, 337.1, 337.4, 385.1, 386.1, 389.1, 399.1, 421.1, 442.1, 452.1, 752.2-ci və Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayəti ilə eynilik təşkil etmişdir.
19. Kassator şikayətini Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqi qliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə b ilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
25. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
26. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
27. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşm ada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Rspublikası Ailə Məcəlləsi
28. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
29. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
30. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakda kı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları dü zgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2024-cü il tarixli 2(107)- 634/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.