Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3159/2023 18.07.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (sədirlik edən məruzəçi) Əhmədov Əhməd Abbas oğlunun və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evinə olan is tifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin evdən əşyaları ilə birlikdə çıxarılması, evin tam şəkildə boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2(060)-3320/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550 D saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550 D saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları, iddia ərizəsinin verilmə sinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2(105)-151/2023 saylı qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti dəyişdirilmədən saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e2(060)-3320/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan digər Cavabdeh1 kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2023-cü il qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiy a şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi digər Cavabdeh3 apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bu hal isə Cavabdeh1 kasssiya şikayəti vermək hüququnu istisna edir. MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olma dıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh edilənlərə əsasən və MPM-nin 403, 404-1.1, 404-1.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3159/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-3159/2023
18.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver