Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3160/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)xxx/2019 nömrəli qətnaməsindən cavabdeh-İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx.xx.2018-ci il tarixli, 2(012)-xxx/2019 nömrəli qərardadı ilə İddiaçı cavabde hlər X3 və Cavabdeh2 MMC-yə qarşı “mənzildən çıxarma və mənzilin boşaldılması”na dair iddia tələbi və Cavabdeh2 MMC-nin İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi”nə dair iddia tələbi üzrə mülki işlərin baxılması üçün bir icraatda 2(012)2(012)-xxx/2018 nömrəli iş altında birləşdirilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx.xx.2019-cu il tarixli, 2(012)-xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 MMC-yə qarşı “mənzildən çıxarma, mənzilin boşaldılması, müqavilənin etibarsız hesab edilməsi, mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh2 MMC-nin İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilərək, “xxxx” MMC ilə İddiaçı arasında ünvan 1 ünvanda inşa etdiyi 14 m ərtəbəli yaşayış binasının 2-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 83 kv.m olan 96 saylı mənzilinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X6 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiasının qismən təmin edilərək, “xxxx” MMC ilə İddiaçı arasında ünvan 1 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 83 kv.m olan 96 saylı mənzilinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 MMC tərəfindən ödənilmiş 10 manat dövlət rüsumuna görə pulun İddiaçı alınıb Cavab deh2 MMC-yə ödənilməsi, 3-cü şəxs X6 ödəmiş olduğu 30 manat dövlət rüsumuna görə pulun müştərək qaydada Cavabdeh2 MMC və İddiaçı alınıb X8 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədov, F.Zeynallı, A.Abbasov) xx.xx.2019-cu il tarixli, 2(105)-xxx/2019 nömrəli qətnaməsi ilə cavabdeh-İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-xxx/2019 saylı qətnaməsinin iddiaçı-cavabdeh İddiaçı apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh-İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh2 MMC cavabdeh İddiaçı qarşı “əqdin etib arsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlər X3 və Cavabdeh2 MMC-yə qarşı “mənzildən çıxarma, mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və onun ailəsinin ona məxsus ünvan 1 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 85 kv.m olan 96 saylı ünvanda yerləşən mənzildən çıxarılması, həmin mənzili boşaltması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə Cava bdeh2 MMC arasında 2016-cı il tarixli ünvan 1 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 85 kv.m olan 2 otaqlı 96 saylı mənzilin tikintisi üçün müqavilənin etibarsız hesab edilməsi, cavabdeh X4 və onun ailəsinin ona məxsus ünvan 1 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 85 kv.m olan 2 otaqlı 96 saylı ünvanda yerləşən mənzildən çıxarılması, həmin mənzili boşaltması, ünvan 1 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 85 kv.m olan 2 otaqlı 96 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X13 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarş ı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “xxxx” arasında sonuncunun ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli binanın 2-ci girişi, 6-cı mərtəbə, 96 nömrəli, 2 otaqlı 83 kv.m olan mənzilə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin ona verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh-İddiaçı və vəkili Səfərov Eldar İbrahim oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh-İddiaçı ilə “Cavabdeh2" MMC arasında mübahisəyə dair, yəni eyni predm et üzrə eyni tərəflər arasında qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-xxx/2013 saylı mülki iş üzrə qətnaməsi vardır və bu qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)- xxx/2016 saylı Qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-xxx/2016 saylı qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-xxx/16 saylı Qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-xxx/2013 saylı mülki iş üzrə qətnaməsi hüquqi qüvvəyə minmişdir və iş üzrə icra vərəqəsi verilərək icra edilməsi üçün Abşeron rayon İcra Şöbəsinə göndərilmiş, Abşeron rayon İcra şöbəs i Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-xxx/2013 saylı qətnaməsini icra edərək AKT tərtib etmiş və iş üzrə icraata xitam vermişdir. Göründüyü kimi, İddiaçı ilə "xxxx" MMC sonradan adlanan "Cavabdeh2" MMC arasında eyni predmeti üzrə və eyni tərəflər arasında məhkəmə mübahisəsi olmuş və Abşeron Rayon Məhkəməsi xx.xx.2013-cü il tarixli 2(012)-xxx/2013 saylı mülki iş üzrə qətnaməsi qanunu qüvvəsini almış, qətnamə Abşeron Rayon İcra Şöbəsi tərəfindən icra olunmuş və iş üzrə icraata xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(012)-xxx/2019 saylı mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci və 261.0.2-ci maddəsinə tam zidd olaraq icraata qəbul edilmişdir. Cavabdeh2 və X13 özlərinin iddia tələblərində göstər irlər ki, guya X27 2009-cu il tarixə kimi “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin direktoru olmuş və bu səbəbdən də onunla bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə imza ata bilməzdi. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli, **********645600 saylı sənədinə əsasən X27 xx.xx.2013-cü il tarixə kimi “xxxx” məhdud məsuliyyətli cəmiyyəti, sonradan Cavabdeh2 adlanan cəmiyyətin direktoru vəzifəsində işləmişdir. Təqdim edilmiş xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən guya X13 “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin hesabına 33200 manat pul ödəmişdir. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Audit Departamentinin sənədinə əsasən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin adından xx.xx.2006-xx.xx.2008-ci il tarixlərdə bağlanan müqavilələr üzrə ödəniş etmiş şəxslərin siyahısında X13 yoxdur. X13 öz iddia tələblərində və verdiyi izahatında göstərir ki, guya mübahisəli mənzil həmişə onun istifadəsində olmuşdur. Lakin Abşeron Rayon Məhkəməsinin 03.05.2.013-cü il tarixli, 2(012)-xxx/2013 saylı mülki iş üzrə qətnamənin icra edilməsi barədə Abşeron rayon İcra şöbəsinin aktından və iş üzrə icraata xitam verilməsi barədə qərardan göründüyü kimi, mənzil X4 tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında olmuş “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı ********* nömrəli cinayət işi üzrə “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin adından xx.xx.2006-xx.xx.2008-ci il tarixlərdə bağlanan müqavilələr üzrə ödəniş etmiş şəxslər müəyyən edilmiş, zərər çəkmiş və mülki iddiaçı qismində tanınmışlar. Lakin, X13 zərər çəkmiş və mülki iddiaçı qismində tanınmamışdır. İddiaçı X6 təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilənin əsli, nə də notarial qaydada təsdiq olunmuş surəti birinci instansiya məhkəməsinə təqdim edilməmiş, xəttşünaslıq ekspertizasının keçirilməsi barədə verdiyi vəsatətə heç bir münasibət bildirilməmişdir. İddiaçı X6 təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilənin doğruluğu əsaslı şübhələr yaradır. Odur ki, iddiaçı X6 iddia tələbləri qanunsuz və əsassız olduğundan iddia tələbləri rədd edilməlidir. Göstrəilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və X6 iddia tələblərinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh-İddiaçı vəkili Səfərov Eldar İbrahim oğlu, iddiaçı-cavabdeh "Cavabdeh2" MMC-nin səlahiyyətli nümayəndəsi, cavabdeh X5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X13 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh-İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsi nə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İş materialları və işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 83 kv.metr olan 2 otaqlı 96 nömrəli mənzilə dair “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə X13 arasında müqavilə xx xxx 2007-ci ildə bağlanmış, X13 həmin mənzilin dəyəri olaraq 33200 manat pulu tam olaraq ödəmişdir. Qeyd edilən müqavilə bağlandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü pay yığımına hüquq ola n digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Apelyasiya kollegiyası işin halları, Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsi və həmin maddənin şərhi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, X2 rayonu, Xırdalan şəhəri, ünvan 4 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 83 kv.metr olan 2 otaqlı 96 nömrəli mənzilə mülkiyyət hüququnu həmin mənzilin dəyərinin tam ödənildiyi gündən, yəni xx xxx 2007-ci ildən əldə etmişdir. “xxxx” MMC ilə İddiaçı arasında mübahisəli mənzilə dair müqavilə isə xx xxxxxx 2011-ci il tarixdə bağlanmışdır və həmin müqavilə bağlanarkən mübahisəli mənzil artıq 4 ilə yaxın idi ki, X8 satılmışdı. Göründü yü kimi, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə X13 arasında alqı-satqı müqaviləsi daha əvvəl bağlanmış, hazırda da qüvvədədir və hər hansı şəxs, o cümlədən cavabdeh İddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı ilə xx xxxxxx 2011-ci il tarixdə ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 85 kv.metr olan 2 otaqlı 96 nömrəli mənzilə dair müqavilə bağlanarkən, həmin mənzilə mülkiyyət hüququnu artıq xx xxx 2007-ci ildə X13 əldə etdiyi üçün “xxxx” məhdud məsuliyyətli cəmiyyəti həmin mənzilin ixtiyarlı şəxsi olmamışdır. Belə olan halda, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin həmin mənzillə bağlı hər hansı əqd bağlamaq hüququ istisna olunduğu üçün cəmiyyətlə İddiaçı arasındakı xx xxxxxx 2011ci il tarixli müqavilə Azərbaycan Re spublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Şərh olunanları nəzərə alaraq apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında bağlanmış müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Apelyasiya kollegiyası cavabdeh-İddiaçı mənzilin ona təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2013-cü il tarixli, (012)xxx/2013 saylı qətnaməsi olmasına dair apelyasiya şikayətin də göstərdiyi dəlili əsassız hesab edərək qeyd etmişdir ki, əvvəla, həmin qətnamə qanuni qüvvəyə minməmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(105)xxx/2019 saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(012)-xxx/2013 saylı qətnaməsindən hazırki işdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X13 apellyasiya şikayəti vermiş və apellyasiya baxışı üzrə icraata hazırki işə baxılanadək dayandırılmışdır. Bundan əlavə, Abşeron Rayon Məhkəməsinin 2xx xxx 2013-cü il tarixli, (012)-xxx/2013 saylı qətnaməsi üzrə X13 işdə iştirak edən şəxs olmamış, həmin işdə iddianın predmeti başqa, yəni mənzilin İddiaçı təhvil verilməsi olmuşdur. “Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. Qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiyanın mövcud olması üçün məcmuu qaydada tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar (1-ci hal) məhkəmə qətnaməsində əks olunmalı (2-ci hal), araşdırılmalı (3-cü hal) və qiymətləndiriməlidir (4-cü hal). Bu halların birinin olmaması preyudisiyanı istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəy ə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər. Bu mövqeyi nəzərə alan apelyasiya kollegiyası hesab etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(012)-xxx/2013 saylı qətnaməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd edilən preyudisiallıq üçün müəyyən olunmuş şərtlərə cavab vermədiyinə görə cavabdeh-İddiaçı həmin qətnaməyə istinad etməsi əsassızdır. Apelyasiya kollegiyası onu da qeyd etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X6 iddiası üzrə müddətin keçməsi də istisna olunur. Belə ki, X6 iza hatından görünür ki, İddiaçı ilə bağlanan müqavilədən xəbərsiz olmuşdur. Eləcə də iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(105)-xxx/2019 saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(012)xxx/2013 saylı qətnaməsindən X13 apellyasiya şikayəti vermiş və həmin şikayət icraata qəbul edilmişdir. Göstərilən hal İddiaçı ilə bağlanan müqavilədən xəbərsiz olması barədə X6 irəli sürdüyü dəlili təsdiq edir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh-İddiaçı kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə, yəni qüvvədə olan məhkəmə qətnaməsinin nəzərə alınmaması, M.Səm ədov ilə Cavabdeh2 MMC-nin məhkəmənin aldatmağa çalışması barədə dəlilləri eynilik təşkil etmiş, həmin dəlillər üzrə apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuşdur. Hazırki halda apelyasiya kollegiyasının həmin dəlillər üzrə hüquqi yanaşmasını təkrarlamağa zərurət yoxdur. Kasasiya yoxlaması zamanı da apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yoxlanılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublika sı MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh-İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-xxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3160/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3160/2020
04.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver