Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3160/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, a, g, x və s qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3160/2022 Açar sözlər: (torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, a, g, x və s qızının Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahibdən alınması və müdaxiləyə son qoyulması” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2861/2021 nömrəli mülki iş üzrə 05 noyabr 2021-ci il tari xli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 nömrəli qərarı ilə İddiaçı1, X2, X1, X3 və X4 Xanlar rayonu (indiki Göygöl rayonu), Üçtəpə kəndində birgə 0,51 ha torpaq sahəsi ayrılmış və xx.xx.2002-ci il tarixdə torpağa mülkiyyət hüququna dair JN-0611 KOD 50806028 nömrəli dövlət aktı verilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışa əsasən Göygöl rayonu, Üçtəpə kəndində 0,084 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydi yyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən torpağın mülkiyyət hüququna dair JN-0611 KOD 50806028 nömrəli dövlət aktı əsasında qeydə alınan 0,51 ha torpaq sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi hissəsindən məftil torun onun hesabına çıxarılması, cavabdehin həmin sahədən çıxarılması və torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddia onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçılara məxsus torpaq sahəsinin bir hissəsini zəbt edərək, ətrafına məftil tor çəkmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsini boşaltması tələb olunsa da, heç bir nəticəsi olmam ışdır.
5. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, torpaq sahəsinin ona məxsus olduğunu, həmin sahəni hasarlayıb orada ağaclar əkdiyini bildirmiş və iş üzrə məhkəmə ekspertizasının təyin olunmasını xahiş etmişdir.
6. İş üzrə qəbul edilmiş məhkəmə qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli, 10/3298 saylı ekspert rəyinə əsasən tədqiq olunan mübahisəli torpaq sahəsinə baxış keçirilməsi nəticəsində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Gəncə Layihə-Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məluma tlarından məlum olmuşdur ki, iddiaçılara məxsus 0,51 ha torpaq sahəsinin 0,0777 ha hissəsi cavabdeh tərəfindən faktiki olaraq tor setka ilə hasarlanıb 0,145 ha sahənin sərhədləri daxilində yerləşir.
7. Göygöl Rayon Məhkəməsinin 2(066)-61/2021 nömrəli iş üzrə 15 aprel 2021ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia qismən təmin edilərək, cavabdehin iddiaçıların ümumi birgə mülkiyyətində olan 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,0777 ha hissəsindən çıxarılması, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi, iddianın qalan hissədə rədd olunması, ekspertiza tədqiqatının dəyəri kimi 50 manatın müştərək qaydada iddiaçılardan, qalan 50 manatın isə cavabdehdən tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 52.1, 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88ci maddələrinə istinadla gəldiyi nəticəni iş üzrə keçirilmiş ekspertizanın rəyini əsas götürməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2014-cü il tarixli notarial alqı-satqı müqaviləsinə əsasən 0,06 ha torpaq sahəsi almış və bundan sonra həmin torpaq sahəsi onun sahiblik və istifadəsində olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti torpaq sahəsinin yerini müəyyən etməklə koordinatlara uyğun ona çıxarış vermiş, buna baxmayaraq, məhkəmə ekspert tərəfindən verilmiş saxta rəy ə istinadla iddianı təmin etmişdir. Halbuki, ekspert qarşısında iddiaçılara məxsus torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi barədə sual qoyulmamışdır.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2861/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə vurğulamışdır ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 0,0777 ha hissəsinə müdaxilə etmiş, bununla da sonuncuların qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Odur ki, şikayətin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qayatrılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti apellyasiya şikayətindəki eyni dəlillərlə əsaslandırılmışdır. b)
15. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
19. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, ist ifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
20. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (1, və 2-ci bəndlər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2861/2021nömrəli mülki iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.