Məhkəmə qərarları › İş №2(102)-3161/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3161/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3161/2021 12.04.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1468/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1468/2020 nömrəli iş xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Nəzərə almaq laz ımdır ki, kassasiya şikayətində şikayət olunan məhkəmə aktı çıxarılarkən düzgün tətbiq edimədiyi iddia olunan hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında düzgün tətbiq ediməmənin nədən ibarət oduğuna dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Həmçinin, kassasiya şikayətinin “xahiş edirəm” hissəsində kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apelyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq göstərməlidir. İddiaçı kassasiya şikayətinin nəticə hissəsində onun hansı qərarın qəbul edilməsini xahiş etməsi aydın deyil. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi iş ə irəli sürülmüş kassasiya tələbi əsasında baxır. Kassasiya Məhkəməsi iş üzrə bir sıra qərarlar qəbul edə bilər. Beləki, AR Mülki Prosessual Məcəllənin 417-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya, apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə, apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə, apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Ancaq hazırkı kassasiya şikayətində qətnamənin ləğv edilməsi göstərilsə də, daha sonra hansı qərarın qəbul edilməsinin xahiş olunduğu bəlli deyil. Göründüyü kimi kassasiya şikayəti MPM-nin 407.1. maddəsinin tələblərinə cavab vermir, eləcə də maddi və prosessula hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlı aydın fikirlər yoxdur. Mülki Prosessual Məcəllənin 408.1.1. və 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1. maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarıl ır (408.2). Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 404-1, 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1468/2020 nömrəli iş üzrə üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar