Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3161/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh xxxqızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3161/22 (Açar sözlər: pul və əmlak tələbi, sübutetmə yükü, səs yazıları) Bakı şəhəri, 13 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh xxxqızına qarşı “pul və əmlak” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh xxxqızının kassasiya şikayətinə Ali Məhkəmənin inzibati bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh xxxqızına (bundan sonra “cavabdeh”) saxlamaq üçün qızıl-zinət əşyaları və borc pul vermişdir.
1. İddiaçı cavabdehin pulu qaytarmamasına görə Lənkəran Rayon Polis Şöbəsinə müraciət etmiş, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 yanvar 2020-ci il tarixli qərar verilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
2. Bu səbəbdən iddiaçı hazırki iddianı vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 5000 manat məbləğində pulun və 30000 manat dəyərində brilliant qaşlı qızıl-zinət əşyalarının, 30 manat ödənilmiş dövlə t rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə mərhum anasının köhnə tanışı kimi, həmçinin, Lənkəran şəhər sakini X6 məsləhəti ilə əri ilə münasibətləri pis olan vaxtlarda tanış olmuşdur.
5. İddiaçı Lənkəran Rayon Məhkəməsinin 04 iyun 2019-ci il tarixli 2(049)680/2019 saylı qətnaməsi ilə keçmiş əri X2 ayrılmışdır. Buna baxmayaraq iddiaçı mərhum anasının tikib inşa etdirdiyi evdən keçmiş ərini çıxara bilməmişdir. Keçmiş ərlə münasibətləri gərgin olmuş, demək olar ki, hər gün məhkəmə və polisdə izahat verib, sonuncu ilə üzləşməli olmuşdur.
6. Bu səbəblərdən iddiaçının keçmiş müdiri X10 ona köməklik etmək məqsədi ilə iddiaçını məhkəmə və polis işlərində səriştəsi olan cavabdehlə tanış etmişdir. Bununla belə, iddiaçı anasının hələ sağlığından cavabdehi tanımışdır.
7. Keçmiş əri iddiaçıya məxsus qızıl-zinət əşyalarını və pulları evdən oğurlamaqla satdığı üçün iddiaçı cavabdehin təklifinə, onun qazandığı inam və etibarına arxayın olaraq pulunun və brilyant qaşlı qızıl-zinət əşyalarının cavabdehdə saxlanmasına heç bir etiraz etməmiş və üç gün müddətinə 26 aprel 2019-cu il tarixdə brilyant qaşlı qızılzinət əşyalarını saxlamaqdan ötrü cavabdehə vermişdir. 29 aprel 2019-cu il tarixdə nişan mərasimində iştirak etməkdən ötrü həmin briliyant qaşlı qızıl-zinət əşyalarını cavabdehdən tələb etdikdə, cavabdeh üç gün müddətinə saxlamaq üçün ona verdiyi 30000 manat dəyərində briliyant qaşlı qızıl-zinət əşyalarını banka girov olaraq qoymasını bildirmiş və bir ay müddətinə həmin qızıl-zi nət əşyalarını qaytaracağına söz vermişdir. İddiaçı ondan xəbərsiz və icazə almadan mərhum anasından miras qalmış brilyant qaşlı qızıl-zinət əşyalarını hansı səbəbdən banka girov olaraq qoymasına əsəbiləşib, bankdan təcili olaraq geri götürməsini tələb etmiş, cavabdeh isə bir aylığa müddət istəmişdir. İddiaçı məcburiyyət qarşısında qalıb razılaşmışdır.
8. Bundan əlavə, cavabdeh işlətdiyi ərzaq dükanında pul çatışmazlığı olması səbəbindən iddiaçı 2019-cu ildə cavabdehə hər ay 500 manat qazanc verəcəyi şərtilə 3 aylıq müddətə 5000 manat da borc vermişdir. Lakin, çoxsaylı şikayətlərə baxmayaraq cavabdeh indiyə qədər nə qızıl-zinət əşyalarını, nə də pulu geri qaytarmamışdır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 739.1 və 740-cı maddələrinə istinad etmişdir.
10. Cavabdeh iddi aya etiraz etmişdir. Etirazın dəlilləri: cavabdeh iddiaçıdan borc almayıb. İddiaçı gözəllik salonu açmaq üçün ona pul lazım olduğunu bildirib, cavabdeh də iddiaçıya 12500 manat borc verib, lakin sonradan tələb etsə də, iddiaçı borcunu qaytarmayıb. İddiaçı evli olduğu müddətdə cavabdeh bir neçə dəfə onun evinə gedin pulun tələb edib, bu zaman iddiaçının əri də evə olub; bir müddət sonra iddiaçı borc müqabilində cavabdehə qızıl təqdim edib və cavabdehin həmin qızılları banka girov qoymaqla bankdan kredit götürməsini, krediti də özünün ödəyəcəyini təklif etmişdir; bank qızılları 7 min manat dəyərində qiymətləndirdi, qızıllar banka girov qoyulub cavabdehin adına 7 min manat kredit götürüldü, lakin iddiaçı krediti ödəmədi, dəfələrlə faizi cavabdeh özü ödəyib, cavabdeh hazırda banka borclu olmaq da qalır.
11. İddiaçının təşəbbüsü ilə şahid qismində dəvət edilmiş X4 bildirmişdir ki, iddiaçının rəfiqəsidir, ondan eşitmişdir ki, cavabdehin iddiaçıya 5000 manat borcu və 30000 manat dəyərində qızıl-zinət əşyası borcu var.
12. İddiaçının təşəbbüsü ilə şahid qismində dəvət edilmiş X10 bildirmişdir ki, iddiaçının tanışıdır, ondan eşitmişdir ki, cavabdehin iddiaçıya 5000 manat borcu və 30000 manat dəyərində qızıl-zinət əşyası borcu var.
13. Cavabdehin təşəbbüsü ilə şahid qismində dəvət edilmiş X7 göstərmişdir ki, iddiaçının keçmiş əridir. Lənkəran şəhərində zərgər işləmişdir. İddiaçı ilə evli olduğu zaman cavabdeh bir neçə dəfə onun yaşadığı evə gəlib. Məlum olmuşdur ki, arvadı cavabdehə pul borcludur. Borcun məbləğini iddiaçı ona deməyib. Sonradan məlum olmuşdur ki, onun təxminən 7000 man at dəyərində qızıllarını Gülşən Pərvanəyə borc müqabilində verib. Zərgər işlədiyindən qızıl alıb-satmış, həmin qızıllar da evdə olmuşdur. Qızılları sonradan cavabdehdən istəsə də, cavabdeh arvadının ona 12500 manat borclu olduğunu, qızılları pulun müqabilində aldığını bildirmişdir.
14. Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(049)1954/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Toğrul Məmmədov)
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2019-cu ildə cavabdehə 3 ay müddətinə qaytarmaq şərtilə cavabdehə 5000 manat məbləğində borc verdiyini iddia etsə də, məhkəməyə yazılı borc müqaviləsi təqdim etməmişdir. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc məbləği 3 min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır.
16. H əmçinin iddiaçı 30.000 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona verilməsini tələb etsə də, onların dəyəri, çeşidi ilə bağlı, eləcə də qızıl-zinət əşyalarının cavabdehə əvəzsiz saxlanca verilməsinə barədə saxlama müqaviləsinin olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
17. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən dəvət edilmiş şahidlər ifadələrini mötəbər sübut kimi qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, onların ifadəsi üçüncü şəxsin dilindən eşidilən məlumatlara əsaslanır. Lakin cavabdeh tərəfindən dəvət edilmiş iddiaçının keçmiş əri X5 ifadəsi hadisə şahidi kimi mötəbər sübut qismində qəbul edilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 397.3, 740.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77. 1-ci maddələri əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: məhkəmə iddiaçının keçmiş ərinin onun barəsində verdiyi ifadəni, şərböhtanı “yeganə mütləq sübut növü kimiqəbul edib iddianı təmin etməmişdir; birinci instansiya məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi qənaətinə düz gəlməmişdir. Əksinə, məhkəmə işdə olan sübutları qəbul etmək istəməmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, iddiaçı cavabdehə 3 gün müddətinə 30000 manat dəyərində brilyant qaşlı qızıl-zinət əşyalarını saxlamağa verməmişdirsə, 5000 manat pulunu dükanında “maya” kimi istifadə etməkdən ötrü borc verməmişdirsə, onda hans ı səbəbdən 3 dəfə Lənkəran ŞRPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçıları borc pul məsələsinin mülki xarakterli olmasını, mübahisənin məhkəmə qaydasında həllini tapmasını qanunamüvafıq hesab etmişlər; iddiaçı məhkəmə iclaslında öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən “Whatsap” danışıqlarını maddi sübut növü kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə qətnaməsində iddia ərizəsinə qoşma kimi əlavə olunmuş “Whatsap” danışıqlarına münasibət bildirilməmiş, belə bir mütləq sübut növünə hüquqi qiymət verilməmişdir. İddiaçının iddia tələbini rədd etməkdən ötrü məhkəmənin yeganə əsaslandığı sübut cavabdeh tərəfindən məhkəməyə dəvət olunmuş iddiaçının keçmiş ərinin verdiyi ifadədir.
20. Cavabdeh apellyasiya instansiyası məhkəməsində işə baxılark ən ərizə verərək, ərizədə göstərmişdir ki, iddiaçıdan qızıl-zinyət əşyalarını alaraq, bacısı Aynur Məmmədovanın adına “ASEL” BOKT-a girov qoyub 7 min manat məbləğində kredit götürüb, həmin pulu da iddiaçının özünə verib. İddiaçı pulları qaytaracağı halda, qızılları girovdan çıxarıb ona qaytaracaq.
21. Cavabdeh apellyasiya instansiyası məhkəməsində izahat verərkən də, ərizədə qeyd etdiklərini təsdiq edədərk, əlavə olaraq göstərib kİ, həqiqətən də iddiaçıdan qızıl-zinət əşyalarını alıb, lgirv qoyub, girov qoyulan qızılların içində özünə aid qızıllar da olub.
22. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bacısı X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
23. Üçüncü şəxs X3 da iddiaçının cavabdehə qızıl əşyaları verməsini, həmin qızı lları da banka girov qoyub kredit götürməsi üçün cavabdeh ona vermişdir.
24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-387/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(049)-1954/2021 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Cavabdeh xxxqızından 5000 (beş min) manat pul, bir ədəd üzük 8.49 qr.çəkidə 1261.83 manat dəyərində, bir ədəd üzük 750 əyarlı 5.7 qr. çəkidə 708.31 manat dəyərində, iki ədəd sep hər biri 583 əyarlı birlikdə 23.087qr.çəkidə 2418 manat dəyərində, iki ədəd braslet 583 əyarlı birlikdə çəkisi 28.7 qr. 2913.05 manat dəyərində, bir ədəd braslet 585 əyarlı 5.07 qr.çəkidə 531.02 manat dəy ərində, bir ədəd braslet 916 əyarlı 7 qr.çəkidə 1007.38 manat dəyərində, bir ədəd kulon 750 əyarlı 13.11 qr. çəkidə 1582 manat dəyərində, bir ədəd komplekt 750 əyarlı 18.75 qr. çəkidə 2257.61 manat dəyərində, iki ədəd sırğa 585 əyarlı 2.15 qr. çəkidə 225.18 manat dəyərində, iki ədəd üzük 750 əyarlı birlikdə 10.02 qr. çəkidə 1206.16 manat dəyərində, iki ədəd sırğa 585 əyarlı birlikdə 4.71 qr. çəkidə 479.13 manat dəyərində, bir ədəd sırğa 583 əyarlı 1.76 qr. çəkidə 178.64 manat dəyərində, üç ədəd üzük 585 əyarlı birlikdə 4.22 qr. çəkidə 429.29 manat dəyərində, bir ədəd kulon 583 əyarlı 2.75 qr. çəkidə 287.38 manat dəyərində, bir ədəd komplekt 585 əyarlı 5.9 qr. çəkidə 600.19 manat dəyərində, bir ədəd sırğa 585 əyarlı 9.9 qr. çəkidə 656.64 manat dəyərində, bir ədəd kulon 750 əyarlı 7.95 qr.çə kidə 675 manat dəyərində və bir ədəd üzüyün 585 əyarlı 10.12 qr. çəkidə 670.21 manat dəyərində, qızıl-zinət əşyaları olmadıqda isə dəyərinin, həmçinin 30 manat ödənilmiş dövlət 19. rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakimlər- Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov, Zeynal Zeynalov)
25. Mülki işin apellyasiya baxışı zamanı iddiaçının sübut olaraq bir ədəd fləşkartda təqdim etmiş olduğu cavabdehin səs yazısı dinlənilərək, tədqiq olunmuşdur. Cavabdeh dinlənilən səs yazılarının ona aid olduğunu və iddiaçı ilə aralarında baş tutmuş telefon danışıqları olduğunu bildirmişdir. Səs yazılarında cavabdeh qızıl-zinət əşyalarından savayı, iddiaçıya 5000 manat verəcəyinin olduğunu etiraf edir, gözləməsini xahiş edir.
26. İddi açının apellyasiya baxışı zamanı təqdim etdiyi bloknot vərəqində qeyd olunan qızılların siyahısından, cavabdehin də öz növbəsində məhkəmə kollegiyasına vermiş olduğu yazılı ərizəsindən iddiaçı tərəfindən cavabdehə 4 ədəd sep, 4 ədəd qolbağ, 2 ədəd kulon, 3 ədəd nişan (obruçalni yazılıb), 1 ədəd mama üzüyü, 1 komplekt, 2 ədəd brilyant üzük, 1 ədəd mirvari sırğa, 3 ədəd uşaq üzüyü, 5 ədəd şaq sırğası, 1 ədəd sırğa üzük komplekti və 1 ədəd kulonun saxlanca verildiyi müəyyən olunmuşdur. 27. "xxxx" BOKT MMC-yə sorğu verilərək cavabdehin bacısı X3 tərəfindən girov qoyulmuş qızılların qəbul aktının (çeşidi, miqdarı, qramı, dəyəri ayrı-ayrılıqda göstərilməklə) surəti və ayrı-ayrılıqda rəngli fotoşəkillərinin təqdim olunması istənilmişdir. Təqdim olunan sənədlər əsasən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, X3 tərəfindən 23 sentyabr 2021-ci il tarixli və 13 dekabr 2021-ci il tarixlərində kredit təşkilatından götürülmüş kreditin qaytarılmasının təminatı olaraq fərqli qızıllar qiymətləndirmə və təhvil-təslim aktlarına əsasən girov qoyulmuşdur. Təhviltəslim aktlarına əsasən, girov qoyulmuş qızıl-zinət əşyalarının fotoşəkilləri tərəflərə təqdim olunmuş və adları sadalanan qızıl-zinət əşyalarının iddiaçıya məxsus olduğu müəyyən edilmişdir: 00300192 nömrəli 13 dekabr 2021-ci il tarixli qiymətləndirmə və təhvil-təslim aktındakı bir ədəd üzük 8.49 qr. çəkidə 1261.83 manat dəyərində, bir ədəd üzük 750 əyarlı 5.7 qr. çəkidə 08.31 manat dəyərində, 00204644 nömrəli 23 sentyabr 2021-ci il tarixli qiymətləndirmə və təhvil-təslim aktındakı üç ədəd sepdən ikisi hər biri 583 əyarlı birlikdə (34.63:3=11.543: 14.63-11.543=23.087) 23.087 qr.çəkidə və (3627.03:3=1209.01: 36xx.xx1209.01=2418.02) birlikdə 2418 manat dəyərində, iki ədəd braslet 583 əyarlı birlikdə çəkisi 28.7 qr. 2913.05 manat dəyərində, bir ədəd braslet 585 əyarlı 5.07 qr. çəkidə 531.02 manat dəyərində, bir ədəd braslet 916 əyarlı 7 qr. çəkidə 1007.38 manat dəyərində, bir ədəd kulon 750 əyarlı 3.11 qr. çəkidə 1582 manat dəyərində, bir ədəd komplekt 750 əyarlı 18.75 qr. çəkidə 1257.61 manat dəyərində, iki ədəd sırğa 585 əyarlı 2.15 qr. çəkidə 225.18 manat, iki ədəd üzük 750 əyarlı 10.02 qr. çəkidə 1206.16 manat dəyərində, iki ədəd sırğa 585 əyarlı 4.71 qr. çəkidə 479.13 manat dəyərində, bir ədəd sırğa 583 əyarlı 1.76 qr. çəkidə 178.64 manat dəyərində, üç ədəd üzük 585 əyarlı 4.22 qr. çəkidə 429.29 manat dəyərində, bir ədəd kulon 583 əyarlı 2.75 qr. çəkidə 287.38 manat dəyərində, bir ədəd komplekt 585 əyarlı 5.9 qr. çəkidə 600.19 manat dəyərində, bir ədəd sırğa 585 əyarlı 9.9 qr. çəkidə 656.64 manat dəyərində, bir ədəd kulon 750 əyarlı 7.95 qr.çəkidə 675 manat dəyərində, bir ədəd üzük 585 əyarlı 10.12 qr. çəkidə 670.21 manat dəyərində.
28. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunan hallarına əsasən qeyd etmişdir ki, tərəflər arasında qızıl-zinət əşyaları ilə bağlı saxlama müqaviləsindən irəli gələn münasibətlər olmuş, iddiaçı cavabdehə məsul saxlanca qızıl-zinət əşyaları vermiş, cavabdeh isə iddiaçının qabaqcadan razılığı olmadan həmin qızıllardan istifadə edərək onları bacısına təqdim etməklə bacısının adından kredit təşkilatına girov qoyaraq təminatlı kredit götürmüşdür.
29. Apellyasiya ins tansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin (saxlayıcı) iddiaçının (tapşıranın) tələbi ilə saxlanca qəbul etdiyi əşyaları qaytarmaq vəzifəsi olduğundan, iddia tələbi cavabdehə verilmiş qızıl zinət-əşyalarının qaytarılması hissəsində qanuni və əsaslı olmuşdur. Bununla belə, iddiaçı tələbində cavabdehə 30000 manat dəyərində qızıl-zinət əşyaları verdiyini bildirsə də, buna dair mötəbər sübutlar verə bilməmiş və aparılmış araşdırmanın nəticəsi olaraq iddia həmin hissədə qismən öz təsdiqini tapmışdır. İddia tələbinin 5000 manat pulun cavabdehdən tutulmasının təmin olunmaması hissəsi üzrə qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, nə qə dər ki, pulun verilməsi aparılmış araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapır, cavabdehin əməlləri heç-bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs kimi qiymətləndirilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 822, 824.2, 824.3 1091.1, 1091.2 və 1092.-ci maddələri ilə əsaslandrımışdır
30. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayətinin dəlillər: - iddiaçı istinad etdiyi halları sübut edə bilmədiyi halda, apellyasiya məhkəməsi onun iddiasını təmin etmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə cavabdehin verdiyi izahatı və təqdim etdiyi sübutları nə üçün sübut kimi qəbul etmədiyini qətnamədə əsaslandırmamışdır. Baxmayaraq ki, hər iki məhkəmə instansiyasında cavabdeh borc qarşılığında qızıl-zinət əşyalarını götürdüyünü bildirmişdir. Məhkəmə isə bu halı nəzərə almamışdır; - iddiaçı yazılı borc müqaviləsini heç bir məhkəmə instansiyasına təqdim etməmişdir; - apellyasiya məhkəməsi səs yazısına istinad etsə də, heç yoxlamamışdır ki, səs yazısı kimə aiddir. Məhkəmədə səs yazısının ona aid olmasını cavabdeh bildirməyib. Belə olan halda, apellyasiya məhkəməsini qənaəti düzgün hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəl iyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə 824.2. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqc adan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. Maddə 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərar dadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüm lədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi həm işdə olan sübutlara, həm sonradan təqdim edilən sənədlərə, eləcə də cavabdehin ərizəsinə və səs yazısına əsasən iddiaçı tərəfindən cavabdehə 4 ədəd sep, 4 ədəd qolbağ, 2 ədəd kulon, 3 ədəd nişan (obruçalni yazılıb), 1 ədəd mama üzüyü, 1 komplekt, 2 ədəd brilyant üzük, 1 ədəd mirvari sırğa, 3 ədəd uşaq üzüyü, 5 ədəd şaq sırğası, 1 ədəd sırğa üzük komplekti və 1 ədəd kulonun saxlanca verildiyini, cavabdehin iddiaçıya 5000 manat borclu olmasını müəyyən edib.
40. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 26-31-ci bəndlərində əks edilən də yərləndirməsi ilə razılaşır və bu səbəbədən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş iddia tələbi üzrə ətraflı araşdırma aparmış, sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirmiş, maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün tətbiq etmişdir.
41. Məhkəmə kollegiyası səs yazısının cavabdehə məxsus olmasının yoxlanılmaması, həmin səsin ona məxsus olmasına dair cavabdehin izahat verməməsi barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, əvvəla işdən görünür ki, cavabdeh apellyasiya baxışında dinlənilən səs yazısının ona məxsus olmasını bildirmiş, bu halı mübahisələndirməmişdir. (i.v.144)
42. Bundan başqa, cavabdeh səsin ona məxsus olmasına dair izahat verməməsini bildirsə də, məhkəmə iclas protokoluna buna dair hər hansı qeyd verməmişdir. Halbuki MPM-in 273-cü maddəsinə görə işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillərprotokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
43. Borc müqaviləsinin olmaması barədə dəlilə gəldikdə, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi 5000 manat hissədə iddia tələbini borc müqaviləsi əsasında deyil, əsassız varlanma ilə bağlı hüquq normalarına istinad etməklə tutmuşdur.
44. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassızdır.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxqızının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.