Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3161/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh AMEA-nın N.Tusi adına X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: prossesual müddətin bərpa olunması) 16.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X4 ibarət tərkibdə, İddiaçı cavabdeh AMEA-nın N.Tusi adına X1rşı “işə bərpa olunması və məcburi proqula görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-599/2019 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2023-cü il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh AMEA-nın N.Tusi adına X1rşı işə bərpa olunması və məcburi proqula görə kompensasiya ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, X2 direktorunun 05 iyul 2018-ci il tarixli, 125-k saylı əmrinin əsassız hesab olunaraq ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi proqula görə ona kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək ona verilmiş 29 iyun 2018-ci il tarixli, 113 saylı sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv edilərək üzərindən götürülməsini xahiş etm işdir.
3. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1333/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdeh AMEA-nın N.Tusi adına X1rşı işə bərpa olunması və məcburi proqula görə kompensasiya ödənilməsi tələbinə dair iddiası və ona verilmiş 29 iyun 2018-ci il tarixli, 113 saylı sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv edilməsi tələbinin rədd edilməsi qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73, 296, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətna məsinin ləğv edilib, iş üzrə yeni qətnamə çıxarmaqla apelyasiya şikayətinin təmin edilməsini, elmi iş fəaliyyətinə bərpa edilməyi ilə bağlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-599/2019 saylı, 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir.
7. Daha sonra İddiaçı kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə yazılı ərizə vermişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-599/2019 nömrəli iş üzrə 06 iyun 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – l. Məmmədova (sədrlik edən və məruzəçi), A.Mahmudov və S.Qafari) İddiaçı tərəfindən verilmiş qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-599/2019 saylı, 21 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi qət edilmişdir.
9. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı müddətin bərpasına dair ərizə ilə müraciət edərkən qətnamədən verilmiş kassasiya şikayətini də ərizəyə əlavə etməli olduğu halda ərizəyə şikayət əlavə etməmişdir. Belə ki, iddiaçının ərizədə qeyd etdiyi xüsusatlar məhkəmənin qətnaməsindən müəyyən edilmiş müddət ərzində şikayət verilməsinə mane olacaq səbəblər kimi qəbul edilə bilməz və ərizədə göstərilən dəlillər prosessual müddətin bərpası edilməsi üçün əs as ola bilməz.
10. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1, 130.1, 405.1, 407.1, 408.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yeni apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı kassasiya şikayətini zamanında müddəti ötürmədən vermişdir. İddiaçının səhhətinin çox pis olması ilə əlaqədar bütün tibbi sənədlər apellyasiya şikayətinə əlavə edilmişdir. Lakin iş üzrə hakim qərəzçilik edərək iddiaçını dövlət hesabına vəkillə təmin ed ilməsi müraciətini rədd etmişdir. Həmçinin, 505 manat pul ödənişinin iddiaçıdan tələb edilməsi, həmin məbləğin qəbzi və sonra həmin 505 manatın iddiaçıya qaytarılması sübut kimi kassasiya şikayətinə əlavə edilmişdir.
13. Kassator öz şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 128.2, 130.1, 405.1, 407.1, 408.1.7, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində verilə bilər.
16. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və b uraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
19. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə gö ndərə bilər.
20. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzə rə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-599/2019 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.