Məhkəmə qərarları › İş №2(102)-3161/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3161/2024

11.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3161/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X9 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istehsalat qəzası nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2741/2024 nömrəli 13 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2018-ci il tarixdə İddiaçı iş yerində, yəni Cavabdeh MMC-də yəni əmək funksiyalarını həyata keçirərkən istehsalat xarakterli zədə almışdır.

2. İnzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən “Bos Şelf" MMC barəsində İddiaçı xx.xx.2018-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barəsində həmin gün xəbər verilmədiyindən İXM 555.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədildiyindən 1000 manat cərimə edilmişdir.

3. Azərbaycan Səhiyyə Nazirliyi X4 xx.xx.2018-cü il tarixli çıxarışına əsasən, İddiaçı aşıq baldır o ynağı və ayağın bərk əzilməsi qəti diaqnozu qoyulmuşdur.

4. Azərbaycan Səhiyyə Nazirliyi X4 xx.xx.2019-cü il tarixli çıxarışına əsasən İddiaçı sağ pəncədə postravmatik sümük iliyi ödəmi diaqnozu qoyulmuşdur.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2019-cu il tarixli əmrinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş ”İstehsalatda baş verən bədbəxt hadisələrinin təhqiqi və uçota alınması Qaydaları”na əsasən baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi təhqiqat komissiyanın yaradılması əmr edilmişdir. Həmin əmrə əsasən yaradılmış komissiyanın rəyinə görə komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxsləri müəyyən etməmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na müvafiq olaraq “İZ” formalı aktla rəsmiləşdirilməli və Cavabdehndə uçota alınmalıdır. “İZ” formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi cəmiyyət rəhbərliyi tərəfindən təmin edilməlidir. Komissiya üzvləri zərərçəkənlə görüşmüş və ona sosial hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir. 6. 28.08.2019-cu il tarixli istehsalatda bədbəxt hadisə haqqında “İZ” formalı akta əsasən, "xxxx" MMC-nin metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı İddiaçı 22 may 2018-ci il tarixdə MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağına iş yerinə gəlmiş, əməyin mühafızəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimat aldıqdan sonra əmək funksiyalarının icrasına başlamışdır. Həmin günü quraşdırıcı usta X11 tərəfindən aparılmış iş bölgüsü zamanı quraşdırıcı İddiaçı əllə idarə olunan qazla kəsici avadanlıq vasitəsi ilə uzunluğu 12 metr, hündürlüyü 60 sm olan metal tirin üzərində qaynaq bucağının kəsilməsi (“faska” açılması) işi tapşırılmışdır. İddiaçı verilmiş iş tapşırığına əsasən işə başlamış və qazla kəsici ilə tirdə qaynaq bucağını kəsərkən tirin qırağından kəsilmiş isti metal qırıntısı onun sağ ayağının pəncəsinin üzərinə düşərək xəsarət almışdır. Hadisədən sonra İddiaçı ilkin tibbi yardım göstərilmiş və o, Neftçilə r xəstəxanasına göndərilmişdir. Hadisənin səbəbləri kimi MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağında əllə idarə olunan qazla kəsici avadanlıq ilə metal tirin üzərində qaynaq bucağı kəsilmiş isti metal konstruksiyalarının quraşdırılması üzrə İddiaçı sağ ayağının pəncəsinin üzərinə düşməsi olmuşdur. 7. 21.11.2022-ci il tarix əmrlə “Bos Şelf" MMC tərəfi ilə İddiaçı arasında arasından bağlanmış xx.xx.2017-ci il tarixli 165299 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasi) əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.

8. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, araşdırma zamanı baş vermiş hadisə ilə əlaqədar olaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulub-pozulmamasım müəyyən etmək mümkün olmamışdır. İddiaçı hadisə nəticəsində az ağır xəsarət almış, eyni zamanda əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulub-pozulmamasmı müəyyən etmək mümkün olmamışdır. Beləliklə, "Bos Şelf' MMCdə quraşdırıcı vəzifəsində işləmiş İddiaçı iş zamanı xəsarət alması faktında hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2- ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, X3 əməlində hər hansı cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.

9. Həmin qərarda qeyd oıunmuşdur ki, məhk əmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 44 saylı rəyinə əsasən 1983-cü il təvəllüdlü vətəndaş İddiaçı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ ayaq oynaqlarının bükücü-açıcı vətərlərin konturakturası, subxondrial sklerozu, oynaq yarığının daralması və hissi-hərəki funksional pozğunluğu ilə müşayiət olunan sağ pəncənin yumşaq toxumalarının əzilməsi və termiki yanığı nəticəsində qayıqvari sümüyünün osteonekrozu (cərrahi əməliyyat - osteotomiya) yüksək hərarətin - isti cismin təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2018-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (33%) az olmaqla dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İddiaçı bədən səthində aşkar edilmiş xəsarətin xarakter, lok alizasiyasını və tibbi sənəddə qeyd olunanları nəzərə alıb demək olar ki, qeyd olunan xəsarət müxtəlif şəraitdə o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni isti metal qırıntısının sağ ayaq nahiyəsinə düşməsi nəticəsində əmələ gəlməsi mümkündür. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 15 may 2023-cü il tarixli 10/2962 nömrəli rəyində qeyd edilmişdir ki, hadisənin baş vermə şəraitini nəzərə almaqla yoxlama materiallarında hadisə ərəfəsində İddiaçı ayağında olan yaqqabının odadavamlı xüsusi ayaqqabı olub-olmaması, ayaqqabının üzərində termiki təsir izlərinin yaranıb-yaranmaması barədə məlumatlar olmadığına görə, hadisənin bilavasitə texniki səbəbini müəyyən etmək mümkün deyildir. Hadisənin bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmadığına görə, hadisə ilə əlaqədar əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulubpozulmamasma dair suallar üzrə tədqiqat aparılmışdır. 10. xx.xx.2023-cü il tarixli Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli epikrizə əsasən 15 gün ərzində xəstəxanada İddiaçı stasionarda yatılı müalicə olunmasına və oynaq terapevtik maddənin inyeksiyasına görə cəmi 1523.90 manat məbləğində xərc çəkilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən halhazırkı günədək almış olduğu xəsarətlə bağlı dəymiş maddi ziyan olaraq 100.000 AZN, mənəvi zərər olaraq 50.000 manatın cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İdd iaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi əsasında Cavabdeh MMC-də metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə saat 10.30-da 11 saylı sexin ərazisində əl ilə idarə olunan qazla kəsici avadanlıqda metal tir üzərində qaynaq bucağı kəsərkən, kəsilmiş isti metal parçası fırlanaraq naməlum şəraitdə ayağında olan çəkməni deşmiş və sağ ayağının pəncə hissəsinə yandırıcı xəsarət yetirmişdir. Buna səbəb işəgötürənin əməyin mühafizə qaydalarını pozaraq üzərində qoruyucu səth olan çəkmə ilə onu təmin etməməsi olmuşdur. Belə ki, əvvəllər bir neçə dəfə bu barədə rəhbərliyə müraciətlər edərək qoruyucu səthə malik olan çəkmələrə təmin edilməyini xahiş etmişdir. Lakin onun müraciətlərinə əhəmiyyət verilmə mişdir. Hadisə baş verdikdən sonra ilk 3 gün zavodun tibb məntəqəsində saxlanılmışdır. Ailə üzvlərinin tələbindən sonra xx.xx.2018-ci il tarixdə ev şəraitində müalicə almışdır. xx.xx.2018-ci il tarixdə artıq ağrılarının şiddətləndiyi üçün həkimə müraciət etmək qərarına gəlmişdir. Həmin gün X6 müayinə və müalicə olunmaq üçün müraciət etmişdir. Müayinə olunduqdan sonra ona həkim Bəhram Vəzirəliyev tərəfindən “Sağ pəncənin əzilməsi və əzilmiş yarası” diaqnozu təyin edilməklə, xəstəlik vərəqəsi açılmışdır. X1 zaman ilkin tibbi müayinə arayışında xəsarət alma şəraiti kimi iki fərqli arayış tərtib edilmişdir. Həmin arayışlardan birində “deməsinə görə öz həyətində ayağına dəmir düşüb” və “deməsinə görə xx.xx.2018-ci il tarixdə iş yerində ayağına dəmir düşüb. İlk yardım zavodun tibb məntəqəsində göstərilib. 5 gün ərzində sarğıları dəyişdirilib” qeydləri aparılmışdır. Halbuki cavabdehin vəzifəli şəxslərinin təkidi ilə xəsarət alan zaman xəstəxanaya çatdırılmamağının səbəbindən ilkin müayinə arayışında “sağ pəncənin proksimal hissəsində ağrı, 1 sm ölçüdə infeksiyalaşmış yara” olması müəyyən edilmişdir. X2 müayinə etmiş həkimi Bəhram Vəzirəliyev, eləcə də xəstəxananın rəhbərliyi tərəfindən hadisə və xəsarət almağı barədə hüquq-mühafizə orqanlarına, eləcə də X12 məlumat verilməmişdir. İlk 5-7 gün ərzində müayinə və müalicədən sonra sağ ayaq pəncəsində təcili cərrahi əməliyyatın aparılması bildirilsə də sonradan imtina edilmiş, lokal müalicə üsulu icra ediləcəyi göstərilmişdir. 2019-cu ilin avqust ayınadək olan müddət ərzində çoxsaylı xəstəxanalarda müayinə və müalicə olunmağının nəti cəsi olmamış, artıq ağrıları mütəmadi və şiddətli olduğundan cavabdeh MMC-nin rəhbərliyindən müalicə olunmağı üçün maddi yardımın göstərilməsini xahiş etməyə başlamışdır. Həmin vaxt baş vermiş hadisə barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edəcəyini bildirdikdən sonra xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanıdna X12 məlumat verilmişdir. xx.xx.2019-cu il tarixdə hadisənin araşdırılması ilə bağlı təhqiqat komissiyası yaradılmış, müvafiq izahatlar toplanaraq araşdırma aparılmışdır. İşəgötürən “SƏTƏM” menecerinin iştirakı ilə həmin gün hadisənin baş vermə şəraiti simuliyasiya edilmiş, fotoşəkillər akta əlavə edilmişdir. Lakin həmin akta əlavə edilmiş fotoşəkillərdə çəkmələrin üzərində qoruyucu səth müşahidə edilir. Buna baxmayaraq, hadisə baş verən gün onun üzərində olan çəkmədə qoruyucu səth olmamışdır. Təhqiqat araşdırması aparmış müfəttiş yekun nəticənin onun xeyrinə, yəni işəgötürənin təqsirli hərəkətləri nəticəsində həyat və sağlamlığıma zərər vurulduğuna dair yekun qərar qəbul edilməsi barədə ona məlumat verilmişdir. Onun xx.xx.2018-ci il tarixdə xəsarət alması, bununla bağlı X7 tərəfindən hüquq-mühafizə orqanları, eləcə də X12 məlumatın verilib-verilməməsinə dair sorğulara cavablar verilməmişdir. Bu səbəbdən də həmin hissədə sübutların məhkəmə tərəfindən sorğu verilmək yolu ilə əldə edilməsini xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianın təmin edilməməsini xahiş edərək bildirmişdir ki, hadisə iş zamanı baş versə də, işəgötürənin təqsiri səbəbindən olmamışdır

14. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-98/2024 nömrəli 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Həşimova) iddia qismən təmin edilmiş, 2503 (iki min beş yüz üç) manat, 90(doxsan) qəpik maddi ziyan və 10000 (on min) manat mənəvi zərər Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iş yerində əmək funksiyalarını həyata keçirərkən zədə alması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” xx.xx.2019-cu il tarixli əmrinə əsasən formalaşdırılmış komissiyanın rəyindən görünür ki, bədbəx t hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq “İZ” formalı aktlarla rəsmiləşdirilməsi və Cavabdeh MMC tərəfindən uçota alınması qeyd olunmuşdur. İstehsalatda bədbəxt hadisə haqqında 1 saylı “İZ” formalı aktdan görünür ki, "xxxx" MMC-nin metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı İddiaçı 22 may 2018-ci il tarixdə "xxxx" MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağına iş yerinə gəlmiş, əməyin mühafızəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimat aldıqdan sonra əmək fun ksiyalarının icrasına başlamışdır. Həmin günü quraşdırıcı usta X11 tərəfindən aparılmış iş bölgüsü zamanı quraşdırıcı İddiaçı əllə idarə olunan qazla kəsici avadanlıq vasitəsi ilə uzunluğu 12 metr, hündürlüyü 60 sm olan metal tirin üzərində qaynaq bucağının kəsilməsi (“faska açılması”) işi tapşırılmışdır. İddiaçı verilmiş iş tapşırığına əsasən işə başlamış və qazla kəsici ilə tirdə qaynaq bucağını kəsərkən tirin qırağından kəsilmiş isti metal qırıntısı onun sağ ayağının pəncəsinin üzərinə düşərək xəsarət almışdır. Hadisədən sonra İddiaçı ilkin tibbi yardım göstərilmiş və o, Neftçilər xəstəxanasına göndərilmişdir. Hadisənin səbəbləri kimi “Bos Self" MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağında əllə idarə olunan qazla kəsici avadanlıq ilə metal tirin üzərində qaynaq bucağı kəsilmiş isti m etal konstruksiyalarının quraşdırılması üzrə İddiaçı sağ ayağının pəncəsinin üzərinə düşməsi olmuşdur. Hazırkı iş üzrə iddiaçı baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş maddi ziyan və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək, bədbəxt hadisənin baş verməsində şirkətin təqsiri olmadığını və iddiaçının diqqətsizliyi və ehtiyatsızlığından irəli gələrək baş verdiyinə əsaslanaraq iddianın rədd edilməsini xahiş etmişdir.

16. İş materiallarına və tərəflərin izahatlarına əsasən hadisənin iddiaçının əmək funksiyalarının icrası zamanı baş verdiyi, sözügedən bədbəxt hadisənin istehsalat xarakterli olması, hadisə barədə işəgötürən tərəfindən əmək müfəttişliyinə gec məlumat verilməsini, iddiaçının çəkməsində qoruyucu səthlə təmin edilməmə sini və məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə yanaşı, təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin d igərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. İşin yuxarıda qeyd edilən hallarına əsasən, hazırkı halda işəgötürən istehsalat xarakterli bədbəxt hadisənin baş verməsində təqsirsiz olmasını sübuta yetirə bilməmişdir. Həmçinin işəgötürənin hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması onun əməyin mühafizəsi normalarının pozulması nəticəsində iddiaçının səhhətinə vurulan zərərə görə məsuliyyət daşımaması anlamına gəlmir.

18. İşəgötürən baş vermiş bədbəxt hadisədə əməyin mühafizəsi normalarının pozulmasına görə təqsirlidir, bu hal iddiaçının iş materiallarında və məhkəmə iclaslarınd a olan bütün izahatlarında işəgötürən tərəfindən xüsusi qoruyucu səthli ayaqlıqla təmin edilmədiyi ifadəsinin cavabdeh tərəfindən əksinin sübuta yetirə bilməməsi ilə, eyni zamanda bədbəxt hadisə baş verdiyi halda, cavabdeh tərəfindən X14 Xidmətinə gec məlumat verilməsi ilə və həmçinin işəgötürən tərəfindən işçiyə bədbəxt hadisə ilə əlaqədar əvvəllər edilmiş müəyyən miqdarda ödənişlər edilməsi ilə öz təsdiqini tapır.

19. Maddi ziyan tələbinin əsası kimi iddiaçı tərəfindən təqdim edilmiş qəbzləri nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddiaçının maddi ziyan tələbi 2503,90 manat hissədə (xəstənin stasionarda yatılı müalicə olunmasına görə və oynaq terapevtik maddənin inyeksiyasına görə cəmi 1523.90 manat və dərmanlarına görə isə 980 manat olmaqla cəmi 2503.9 manat) təmin edilməli, maddi zi yan tələbi digər hissədə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, məhkəməyə maddi ziyan barədə heç bir digər sübut təqdim edilmədiyindən rədd edilməlidir.

20. Həmçinin məhkəmə iddiaçının mənəvi ziyanla bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, cavabdehin qeyd edilən normalar çərçivəsində maddi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması iş materialları ilə sübut olunur. Göründüyü kimi, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Qeyd edilənlərlə əlaqədar iddiaçının və ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini təl əb etməkdə haqlıdır.

21. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 194-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 195-ci maddəsinə, 96-cı maddəsinin 1-ci hissəsinə, 215, 217-ci maddələrinə, 225-ci maddəsinin 1-ci hissəsinə, 238-ci maddəsinə, 239-cu maddəsinin 1,2,3-cü hissələrinə, 290-cı maddəsinin 3-cü hissəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un xx.xx.2011-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən halların hər birinin sübutu məhkəməyə təqdim edilmişdir. Cavabdehi təmsil edən nümayəndə tərəfindən qismən iddia tələbi etiraf edilmiş, yəni hadisənin olması təkzib edilməmiş, hadisədən sonra İddiaçı "xxxx" xəstəxanasına göndərilməsi, orada MMC-nin hesabına müayinə və müalicə olması bildirilmişdir. Həmçinin cavabdehin nümayəndəsi hadisənin baş verdiyi gündən sonrakı vaxtlarda da iddiaçının məhkəməyə təqdim etdiyi tibbi sənədlərdə göstərilən müayinə və müalicələrinin də MMC-nin maliyyə vəsaitləri hesabına həyata keçirilməsini bildirmişdir. Bununla da, cavabdeh özünü həmin hadisənin baş verməsində təqsirli olmasını göstərən hərəkətlər icra etmişdir. Qeyd etmək lazımdır ki, işə birinci instansiya məhkəməsində baxılan zaman iş materiallarına əlavə olunması üçün təqdim edilən Abşeron Ray on Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı 1 günlük xəstəxanada müalicə xərci 1523.90 AZN təşkil etmişdir. Eyni zamanda, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, həkim tərəfindən İddiaçı təyin edilmiş dərman vasitələrinin xərci 980 AZN təşkil etmişdir. İş materiallarına əlavə edilmiş epikrizdən görünür ki, İddiaçı il ərzində iki dəfə 1523.90 AZN təşkil edən müalicə kursu keçməlidir. Göründüyü kimi, məhkəmə həmin xüsusata əhəmiyyət vermədən yalnız bir dəfəlik xərc formasında İddiaçı xeyrinə 2503.90 AZN pulun tutulmasını qət etmişdir. Mənəvi zərər üçün məhkəmənin gəldiyi nəticə də obyektiv deyildir. Belə ki, 6 ildir ağsaq vəziyyətdə qalaraq şiddətli ağrılar keçirən, əmək funksiyasını itirmiş şəxsə müəyyən edilmiş mənəvi zərər həddindən artıq azdır.

24. Ca vabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan X14 Xidmətinin 8 avqust 2019-cu il tarixli əmrinə əsasən yaradılmış təhqiqat komissiyasının rəyinə görə bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilməmişdir. Həmçinin iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı İddiaçı xəsarət alması faktında hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, h adisə zamanı işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarının pozulmasına yol verilməmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 005/2019 nömrəli, xx.xx.2019-cu il tarixli “İZ” formalı aktdan görünür ki, İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin həmin ölçülərdə metal tirin üzərində simulyasiyası zamanı əl ilə idarə olunan qazla kəsici avadanlığın istifadəsi zamanı hər hansı mövqedə dayanaraq işləyərkən kəsilmiş isti metal qırıntısının (şlakın) işçiyə xəsarət yetirmə riski aşkar edilməmişdir. Belə ki, metal tir üzərində qaynaq bucağı kəsərkən (“faska”) kəsilmiş isti metal qırıntısının 80 sm hündürlükdən kəsilib yerə düşərkən ayağında xüsusi çəkməsi olan işçiyə xəsarət yetirməsi qeyri-mümkündür. Yalnız işçinin ehtiyatsızlığı və diqqətsizliyi nəticəsində yerə t ökülmüş dəmir qırıntıları ona xəsarət yetirə bilərdi. Hazırkı işdə də iddiaçı tərəfin və məhkəmənin istinad etdiyi hallar (əməyin mühafizə qaydalarının pozulması nəticəsində işçiyə az ağır zərər vurulması) inzibati xəta xarakterli hallardır və həmin hal yalnız İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan əməyin mühafizəsi qaydalarının pozulması ilə əlaqədar inzibati xətalara aid ola bilər ki, buna dair məsuliyyət də yalnız inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən qəbul edilmiş qərar əsasında təsdiq oluna bilər. Cavabdeh MMC hazırkı işdə yalnız yuxarıda qeyd edilən orqan tərəfindən inzibati məsuliyyətə cəlb edildiyi halda, işçiyə vurulmuş maddi zərərin əvəzi ondan tutula bilər. Lakin hazırda həmin hallarla bağlı in zibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən qəbul edilmiş hər hansı qərar mövcud deyil. Əksinə, bununla bağlı qərar qəbul etməyə səlahiyyəti olan X14 Xidmətinin 8 avqust 2019-cu il tarixli əmrinə əsasən yaradılmış təhqiqat komissiyasının rəyinə görə bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə öz səlahiyyət həddini aşaraq bu sahədə qanunvericiliklə səlahiyyət verilmiş orqanın, yəni X14 Xidmətinin rəyini heçə sayaraq MMC tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması nəticəsinə gəlmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi həmin fakt yalnız bu sahə üzrə ixtisaslaşmış şəxs olan X14 Xidmətinin qər arı əsasında müəyyən oluna bilərdi. Bundan əlavə, hətta məhkəmənin bunu müəyyən etmək səlahiyyəti olduğu qəbul edildiyi halda belə, MMC-nin hər hansı təqsiri müəyyən olunmur. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən dəlili ondan ibarət olmuşdur ki, hadisə vaxtı işəgötürən tərəfindən işçi xüsusi qoruyucu səthli ayaqlıqla təmin etməmiş, bu səbəbdən metal parçası işçinin çəkməsini deşərək ona xəsarət yetirmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən fakt barədə X14 Xidmətinə gec məlumat verilməsi, hadisədən sonra cavabdeh tərəfindən iddiaçıya müəyyən miqdarda ödənişlər edilməsi cavabdehin hadisənin baş verməsində təqsirli olmasını təsdiq edir. Bununla bağlı qeyd edilməlidir ki, əvvəla İddiaçı həmin gün işə başlamamışdan qabaq qaynaq bucağı kəsərkən atəş nöqtəsinə keçməmək barədə rəhbər şəxslər tərəfindən təlimatlandırılmış və bununla bağlı riskin qiymətləndirilmə formasına imza çəkmişdir. Lakin buna baxmayaraq, İddiaçı hadisə vaxtı təhlükəsizlik qaydalarını pozaraq quraşdırıcı briqadir Şöhüb Salayevdən icazə almadan işin icrasının qadağan edildiyi atəş nöqtəsinə özbaşına olaraq keçib orada qaynaq bucağının kəsintisi işini icra etmiş, nəticədə də metal qırıntısının onun ayağını naməlum şəraitdə deşməsi nəticəsində xəsarət almışdır. Göründüyü kimi, İddiaçı öz səhlənkarlığı və kobud ehtiyatsızlığı nəticəsində xəsarət almışdır. Bundan əlavə, məhkəmə ayaqlığın əsl mahiyyətini və təyinatını dərk etmədən ayaqlığın olmamasına istinadən işəgötürənin əməyin mühafizəsi qaydalarını pozması qənaətinə gəlmişdir. Halbuki həmin ayaqlığın təyinatı və məqsədi ayaqqabının korlanmasının qarşısını almaq olmuşdur. Belə ki, xüsusi qoruyucu səthli ayaqlıq dəri materialdan hazırlanmışdır və ayaqlıq qazla kəsici avadanlıqla qaynaq bucağı kəsərkən yaranan qığılcımların çəkməni korlamaması üçün nəzərdə tutulmuşdur. Xüsusi qoruyucu səthli ayaqlıq çəkmənin üzərinə düşən isti və iti əşyaların çəkməni deşməsinin və nəticədə şəxsin xəsarət almasının qarşısını ala bilməz. Göstərilən xüsusat X14 Xidməti tərəfindən aparılan araşdırma zamanı sex rəisi X10 və usta (briqadir) X8 verildikləri izahatlarla da tam təsdiq olunur. Beləliklə, işçi hadisə vaxtı xüsusi qoruyucu səthli ayaqlıqdan istifadə etmiş olsaydı belə xəsarət almış olacaqdı. Əlavə olaraq qeyd etmək olar ki, əgər məhkəmənin həmin ayaqlığa istinad etməkdəki niyyəti işçinin təhlükəsiz şəraitdə işləməsi ilə əlaqədardırsa, məhz məhkəmənin istinad etdiyi halla bağlı işçi işə başlamamışdan qabaq birbaşa həmin işin görülməsinə rəhbərlik edən şəxs tərəfindən texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılmış və riskin qiymətləndirilmə prosesində iştirak edib müvafiq vərəqi imzalamışdır. Həmin riskin qiymətləndirilmə formasında da birbaşa göstərilmişdir ki, işçi iş görərkən atəş nöqtəsinə keçməməli, keçdiyi halda isə çəkmənin üzərinə isti, iti digər əşyaların düşməməsi üçün təhlükəsizlik məqsədilə metal sipərdən istifadə etməlidir. Lakin İddiaçı rəhbər şəxslərə məlumat vermədən özbaşına olaraq atəş nöqtəsinə keçmiş, metal sipərdən də istifadə etməmişdir. Bundan başqa, işçi araşdırma zamanı verdiyi izahatında ayaqlıqla təmin edilmək istəyi ilə bağlı rəhbər şəxslərə bildirdiyini, lak in buna baxmayaraq ayaqlıqla təmin edilmədiyini desə də, o bu barədə yalan danışır. O, hadisə baş verən gün işə başlamamışdan qabaq bütün fərdi mühafizə vasitələri, o cümlədən ayaqlıqla təmin edilmişdir. Həmin xüsusatı sex rəisi Elşən Qasımov və usta (briqadir) Şöhüb Salayev də təsdiq edirlər. Bundan əlavə, hadisədən sonra cavabdeh tərəfindən iddiaçıya müəyyən miqdarda ödənişlər edilməsi sırf humanitar məqsəd daşımışdır. Baş vermiş hadisədə işəgötürənin heç bir təqsiri olmamasına və işçinin öz səhlənkarlığı nəticəsində xəsarət almasına baxmayaraq, işəgötürən humanist yanaşaraq kömək məqsədilə işçiyə müəyyən miqdarda maddi yardım göstərmişdir. Qeyd olunan nüansa əsasən cavabdehin hadisənin baş verməsində təqsirli bilinməsi gülünc və əsassızdır.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)-2741/2024 nömrəli 13 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Azad İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.

27. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə müvafiq hasil edilmiş qənaət təkzibedilməz sübutlarla təsdiq edilməmi şdir. Belə ki, cavabdehin iddiaçı qarşısında mülki məsuliyyətinin yaranması üçün onun (əmək qanunvericiliyinə müvafiq vəzifəli şəxslərinin) təqsiri müəyyən edilməlidir. Məhkəmə işəgötürənin baş vermiş bədbəxt hadisədə əməyin mühafizəsi normalarının pozulmasına görə təqsirli olmasını qeyd etsə də, belə faktın təsdiqi barədə qanunvericiliklə müəyyən edilmiş sübut təsbit edilməmişdir. Məhkəmə cavabdehin təqsirli olmasını, iddiaçının iş materiallarında və məhkəmə iclaslarında olan bütün izahatlarında işəgötürən tərəfindən xüsusi qoruyucu səthli ayaqlıqla təmin edilmədiyi ifadəsi, cavabdeh tərəfindən əksinin sübuta yetirə bilməməsi, bədbəxt hadisə baş verdiyi halda cavabdeh tərəfindən X14 Xidmətinə gec məlumat verilməsi, həmçinin işəgötürən tərəfindən işçiyə bədbəxt hadisə ilə əlaqədar əvvəllər edilmiş müəyyən miqdarda ödənişlər edilməsi ilə əsaslandırmağa cəhd etmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarında müvafiq olaraq göstərilən sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. -istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); - işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TibbiSosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. -Təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir. -TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Qeyd edilən qərara müvafiq iddiaçı zəruri sənədləri, yəni, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı), işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı təqdim edilmədən iddiaçı hazırkı iddia tələbini irəli sürmüşdür.

28. İddiaçı Neftçilər xəstəxanasında müalicəsinin düzgün aparılmadığını, habelə düzgün ixtisaslı müayinə aparılmadığına görə sağ ayağının pəncəsində sinirlərin tamamilə məhv olması barədə cavabdehə aidiyyəti olmayan fərqli dəlil də irəli sürmüş, bununla da cavabdehə yönələn tələblə bu halların aidiyyətinə aydınlıq gətirməmişdir. İşçilərin sosial müdafiəsinin təmin edilməsinə yönəlik işəgötürən tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsi iddia edilən bədbəxt hadisə üzrə öhdəliklərə aidiyyəti yoxdur və işəgötürən (yaxud qanunvericiklə müəyyən edildiyi təqdirdə digər sosial təsisatl ar) bu təminat çərçivəsində işçilərə sosial yardım göstərmək (müavinət müəyyən etmək) kimi hüquqlara malikdir.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin ”c” bəndinə, 192, 195, 235-ci maddəsinin 1 və 2-ci hissələrinə, 238-ci maddəsinə, 239-cu maddəsinin 1-5-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarına istinad etmişdir. Kass asiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək (Vəkil), qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxarılan zaman iddiaçı tərəfindən istinad etdiyi halların sübut edilmədiyini göstərmişdir. Halbuki iddiaçı öz sübutlarını təqdim etmiş, eyni zamanda birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin barışıq üçün məhkəmədən vaxt istəməsinə dair xüsusatlar da olmuşdur ki, məhkəmə bunlara əhəmiyyət vermədən qətnamə çıxarmışdır. Cavabdehin nümayəndəsi barışığa dair hərəkətləri ilə faktiki iddianı etiraf etmiş və vaxt istəmişdir.

32. Məhkəmə iş materiallarında olan “İZ” a ktına istinad etmiş, lakin həmin aktda xəsarətin alma səbəbi dəqiq göstərilməmişdir. Həmin hissədə məhkəmə əməyin təhlükəsizlik qaydalarının işəgötürən tərəfindən pozulub-pozulmamasına dair ekspertizanın da təyin edilməsindən imtina etmişdir.

33. Cavabdeh apellyasiya şikayətində İddiaçı öz təqsirli hərəkətləri nəticəsində xəsarət almasını bildirməsinə baxmayaraq buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən etiraz daxil olmuşdur.

35. Etiraz cavabdehin apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış və apellyasiya istansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası nın Əmək Məcəlləsi.

36. Maddə 192: 1-ci hissə. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2-ci hissə. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

37. Maddə 195, “c” bəndi. işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən tam maddi məsuliyyət daşıyır.

38. Maddə 235: 1-ci hissə. Əməyin müha fizəsi normalarının, qaydalarının, habelə əməyin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan nəzarət edir. 2-ci hissə. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının qəbul etdiyi qərarlar hökmən icra olunmalıdır. Bu qərarlardan, qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

39. Maddə

238. İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir.

40. Maddə 239. 1-ci hissə. İstehsalatda baş v ermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2-ci hissə. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3-cü hissə. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsi ndə sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4-cü hissə. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5-ci hissə. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb et mək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlam lığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı

44. Bənd 1.3. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TibbiSosial Ekspert Komissiyasın ın (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə.

45. Bənd 1.4. Təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.

46. Bənd 1.5. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və ha belə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzr ə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yo l verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi t ərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

60. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdi r.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2024-cü il tarixli 2(103)2741/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar