Məhkəmə qərarları › İş №2(102)-3162/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3162/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3162/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) 18.05.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Cavabdeh və onun vəkili Qasımlı Anar Elman oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh və Cavabdeh İddiaçı qarşı pulun qaytarılması barədə ilk və qarşılıqlı iddialarına dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)2787/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər əvvəllər bir-birini tanımışlar və Sumqayıt şəhərində avtomobil satışı bazarında qeyri-rəsmi olaraq birgə alverlə məşuğ olmuşlar. Həmin fəaliyyət nəticəsində bir-birinə borcu yaranmış və bu zəmində mübahisələri olmuşdur. Həmin şikayətlər polis orqanlarında araşdırmanın predmeti olmuşdur. Nəticə etibarı ilə tərəflərə mülki iddia ilə məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğiundan 53.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlk iddi a onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə kommersiya işləri ilə əlaqədar artıq 20 ildən çoxdur ki, tanışdır. Bir müddət əvvəl, cavabdeh ona özünə məxsus olan və maşın bazarında yerləşən obyektləri göstərmiş və bildirmişdir ki indiyə qədər şərik olaraq işlədiyi adamdan ayrılmış və ondan obyekti işlətmək üçün pul verməyi xahiş etmişdir. O, bildirmişdir ki, verəcəyi puldan əldə edəcəyi gəlirdən ona da verəcək və hissəhissə cavabdehə verdiyi pulu da qaytaracaq. O, cavabdehin səmimiliyinə inanaraq 2017-ci ilin sentyabrına qədər cavabdehə hissə-hissə olmaqla 53.000 manat məbləğində pul vermişdir. Bu məbləğə cavabdehlə aralarında olan və verib sonradan geri aldığı pullar daxil deyildir. Cavabdeh hesabat vermək üçün çağırdıqda, cavabdeh bir neçə nəfərin iştirakı ilə ona vermiş olduğu 53.000 manatı aldığını bildirsə də guya qaytardığını deməyə başlamışdır. Cavabdeh almış olduğu pulu geri qaytarmır və Daxili işlər Nazirliyində yüksək vəzifəli dostları olduğunu bildirməklə onu hədələyir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmır və buna görə də iddia ilə məhkəməyə müraciət etmişdir.

3. Eyni zamanda, Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq, İddiaçı 13.600 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır: o, İddiaçı 2001-ci ildən sahibkar kimi tanımışdır. O, həmin vaxt xırda sahibkarlıqla məşğul olmuş, Sumqayıt şəhərində valyuta dəyişmə köşkündə işləmişdir. Onun köməyi ilə, sərmayəsi ilə valyuta dəyişmə məntəqəsi açmışdır. O, İddiaçı üçün müştəri bazasını da qurmuş və ona müş tərilər vermişdir. Onun 2007-ci ildə kommersiya ilə bağlı problemi olmuş və bütün pullarını İddiaçı götürmüşdür. 2009-cu ildə ona yenidən pul yatrımı etmişdir. 2016-cı ilin fevral ayında işlərini dayandırmışdır. 40.000 ABŞ dolları İddiaçı qalmışdır. 2017-ci ilin iyun ayında işini yenidən başlamışdır. Dostlarından və ətrafdan cavabdeh İddiaçı pul saxlamaq şərti ilə pul götürməyə başlamışdır. Üstündən iki ay keçəndən sonra, İddiaçı ona demişdir ki, hesabat etsin, onun çox borcu var. Hesabat zamanı aydın olmuşdur ki, İddiaçı ona 18.000 manat borcu qalıb. Həmin gün, həmin borcdan 10.000 manatı vermiş, 8.000 manat borcu isə qalmışdır. Yenə pul saxlamaq şərti ilə işləməyə başlamışlar. 15 oktyabr 2017-ci il tarixdə İddiaçı yenə demişdir ki, onun borcu var, ona pul vermir. Onlar yenidən hesabat ap armağa başlamışlar. Müxtəlif hesablamalar aparılmış və 2018-ci ilin fevral ayında İddiaçı ona 23.600 manat borcu olduğunu bildirmiş və həmin borcdan 10.000 manatı vermişdir, İddiaçı ona 13.600 manat borcu isə qalmışdır. Həmin vaxtdan bir ay keçəndən sonra, İddiaçı onu polisə vermişdir. İddiaçı ona 13.600 manat borcu olması yazılı sübutlar və şahid ifadələri ilə öz təsdiqini tapır. Buna görə də qarşılıqlı iddia təmin edilməlidir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4674/2019 saylı, 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) hər iki iddia rədd edilmişdir.

6. Məhkəmə iddia tələblərini rədd edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh apellyasi ya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

8. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər- F.Məmmədov (sərlik edən və məruzəçi), L.Məmmədova və S.Qafari) İddiaçı apelyasiya şikayəti təmin edilmiş, qətnamə qismən - İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin edilmiş, Cavabdeh 53000 manat pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmiş, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442, 448-ci maddələrinə ilə əsaslandırmışdır.

10. Apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki İ icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 30 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev, İ.Xələfov və Z.Əliyev, iş No 2(102)-2372/20 saylı mülki iş) kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 04 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

12. Ali məhkəmə qərarını onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi sübutların qiymətləndirilməsi əsaslarını müəyyən edən normaların tələblərini pozmaqla və mübahisəyə öhdəliyin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə iş üzrə qanuni və əs aslı olmayan nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat

13. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Abasov (sərlik edən və məruzəçi), E.Əhmədov və T.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4674/2019 saylı, 12 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1. 385, 386, 739, 740, Mülki Prosessual Məcəllənin 106.1-ci maddələri ilə əsaslandırmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayət inin dəlilləri

16. İddiaçı kasasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və yeni apellyasiya baxışına göndərilməsini xahiş edir.

17. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə şahid ifadələrinə düzgün hüquqi qiymət verməmiş, faktı tsdiq edə biləcək şahidləri dəvət edib dindirməmişdir. Təqdim etdiyi sübutlar cavabdehin ona borcu olmasını təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdeh və vəkili Qasımlı Anar Elman oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə

386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio“(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər gücl ü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No.“35082/04, 26 iyul 2007-ci il, § 68). 23. "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No.“54659/00, 06 mart 2008-ci il, § 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76.1 və 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll e tmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

34. Əvvəla, işin faktiki hallarının ətraflı araşdırılmaması, şahidlərin dəvət olunaraq dindirilməməsi barədə dəlillər əsaslı hesab oluna bilməz. Ona görə ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına“istinad oluna bilməz (MPMnin 407.2. maddəsi). Qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.

35. Məhkəmələr müəyyən etmişlər ki, nə İddiaçı və nədə Cavabdeh bir-birinə pul borcu olmasına dair heç bir mötəbər sübutlar təqdim edə bilməmişlər. Çünki tərəflər arasında biznes münasibətləri, pul alış-verişi qeyri-rəsmi baş tutmuş, müvafiq rəsmiləşmələr aparılmamışdır. Tərəflər həmin faktı şahid ifadələri ilə təsdiq etdirməyə çalışmışlar. Lakin nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri kimin-kimə nə qədər borcu olması ilə bağlı qəti qənaətə gəlməyə kifayət edəcək sübut hesab oluna bilməz. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin tərəflərin pul borcunu təsdiq edən heç bir mötəbər sübut növü mövcud deyil.

37. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərard an məlum olur ki, İddiaçı şikayəti üzrə materiala baxılarkən tərəflər hazırki iddialarına uyğun yazılı izahat verməklə, İddiaçı Cavabdeh hissə-hissə 53.000 manat məbləğində pul verdiyini və sonuncunun həmin məbləği qaytarmaqdan imtina etdiyini, Cavabdeh də İddiaçı ona 13.600 manat borclu olduğunu və onun həmin məbləği qaytarmadığını bildirmişdir

38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki halları nın müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

39. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, tərəflər öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edilə bilməmişdir və bununla bağlı hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə işin fakti ki hallarına uyğundur.

40. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2787/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar