Məhkəmə qərarları › İş №2(102)-3162/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3162/2023

14.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3162/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-29/2023 saylı mülki iş üzrə 24 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul ed ilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh tərəfindən qeyri-qanuni şəkildə tutulmuş, xüsusi mülkiyyət hüququ üzrə ona və ailəsinə məxsus olan Qusar rayonu, Piral kəndində yerləşən 2,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, torpaq sahəsinin onun və ailə üzvlərinin qanuni sahibliyinə və istifadəsinə qaytarılması, Cavabdeh tərəfindən inşa edilmiş evin və digər tikililərin cavabdehin hesabına sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Qusar Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(029)-108/2020 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia qismən təmin edilərək, iddiaçıya və onun ailə üzvlərinə məxsus olan, Qusar rayonu, Piral kəndində yerləşən 2.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb tərəfdən 0.08 ha hissəs inin Cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin qanuni sahibliyinə və istifadəsinə qaytarılması, Cavabdeh tərəfindən iddiaçıya və onun ailə üzvlərinə məxsus olan Qusar rayonu, Piral kəndində yerləşən 2.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb tərəfdən 0.08 hektar hissəsində inşa edilmiş qarajın cavabdehin öz hesabına sökülməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-29/2023 saylı mülk iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qusar Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdehin həmin qətnamədən 19 aprel 2023-cü il tarixdə verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2435/2023 saylı, 11may2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək, mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

6. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdehin nümayəndəsi və vəkili Vəkil1 şəxsi kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, kassasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə verilməklə buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti geri qaytarılmışdır.

8. Bundan sonra, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 sözügedən qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti vermişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, mülki prossesual qanunvericiliyin tələblərinə görə kassasiya şikayəti mütləq vəkilin iştirakı ilə verilməlidir. Bunun üçün kassasiya şikayəti verilməsi ilə bağlı vəkillə müqavilə bağlanmalıdır. Digər tərəfdən, vəkilin nümayəndə kimi məhkəmə qərarını aldıqdan sonra tərəf ilə kassasiya şikayəti ilə bağlı müqavilə bağlanmadıqda belə şikayət vermək səlahiyyəti olmur. Hazırkı halda cavabdeh qətn amənin surətini xx.xx.2023-cü il tarixdə aldığından, kassasiya şikayəti üzrə müddəti ötürməmişdir və onun elektron kabineti də yoxdur ki, qətnamənin orada yerləşdirilməsini görə bilsin. Buna baxmayaraq, hazırki iş üzrə apellyasiya şikayətinin kassasiya baxışına göndərilməsi üçün prossesual məcburiyyətdən ərizə verib kassasiya şikayətinin verilməsi üçün Ali Məhkəmə tərəfindən buraxılmış hesab edilən müddətin bərpa edilməsini və şikayətin Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli qərardadı ilə mülki prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış və kassasiya şikayəti geri qaytarılmışdır.

11. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 08 fevral 2023-cü il tarixli qətnaməsinin surəti cavabdehin nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. O, cavabdehin adından işin həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsinə səlahiyyətli olduğundan, Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsi rəsmi qaydada çatdırılmış hesab olunur. Buna görə də cavabdehin xəbərnaməli məktuba imza etməklə qətnamənin surətini aldığı xx.xx.2023-cü il deyil, məhz onun vəkili və nümayəndəsi İbrahim Aqanovun elektron kabinetinə yerləşdirildiyi xx.xx.2023-cü il qətnamənin surətinin rəsmi qaydada alındığı tarix hesab olunmalıdır.

12. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə cavabdehin nümayəndəsi və vəkili İbrahim Aqanov tərəfindən verilmiş ərizədə qeyd edilən hal, yəni cavabdehin qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq müddəti ötürməməsi, sadəcə prosessual məcburiyyət səbəbindən müvafiq ərizəni verməsi ilə bağlı dəlilini Məhkəmə kollegiyası əsaslı hesab etməyərək qeyd etmişdir ki, mülki prosessual qanunvericilik tərəflərə məhkəmə qətnaməsi ilə tanış olmaq, narazı qaldığı halda kassasiya şikayəti verməsi üçün vəkillə müqavilə bağlaması və digər zəruri hərəkətləri etməsi üçün kifayət qədər vaxt verərək, bu vaxtı 2 aylıq prosessual müddətlə məhdudlaşdırmışdır.

13. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Prosessual Məcəlləsinin 10-1.3, 74.1, 130.1, 135.5, 135.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı et irazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 14.Cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin olunması və qətnamədən verilmiş kassasiya şikayətinin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, hazırkı vaxta qədər mövcud məhkəmə təcrübəsində kassasiya şikayəti verilməsi üçün müddətin axını həmin məhkəmə aktının tərəfə təqdim olunduğu və ya poçt vasitəsilə çatdırıldığı tarixdən hesablanır. Bundan başqa, iş üzrə nümayəndə olan vəkil tərəfin adından özü-özü ilə, yəni təmsilçi kimi özü ilə müqavilə bağlaya, order əlavə edə bilməz. Kassasiya şikayətinə mütləq vəkilin orderi əlavə edilməlidir. Həmçinin işdə məhkəmə qətnaməsinin vəkilin şəxsi elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilməsi barədə məlumatın e-məhkəmə məlumatlandırma sistemi vasitəsilə vəkilin məlumatlandırılmasını təsdiq edən elektron sənəd, yazı, təsdiq edici qeydiyyat və ya bildiriş mövcud deyil. Belə bir məlumatlandırma olmaması məhkəmə sənədlərinin elektron qaydada çatdırılmasını təsdiq edən sənədin olmadığı deməkdir. Yəni, müddətin axını eməhkəmə məlumatlandırma portalında bildirişin göndərildiyi tarixdən hesablanmalıdır ki, hazırkı işdə bunu təsdiq edən sənəd yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. E tirazda cavabdehin mübahisəni uzatmaq məqsədilə müddəti ötürdüyü qeyd edilmiş, buna görə də şikayətin təmin edilməməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

18. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

19. Maddə 130.1. Qan unla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

22. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədl əri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

23. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

24. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

25. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müd dətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

32. Belə ki, işdən görünür ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli qətnaməsinin surəti 15 fevral 2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetində yerləşdirilmiş, kassasiya şikayəti isə rəsmi qaydada 19 aprel 2023-cü il tarixdə verilmişdir.

33. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin adından işin həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsinə nümayəndə və vəkili Vəkil1 tam səlahiyyətli olduğundan, Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsi rəsmi qaydada cavabdehə məhz 15 fevral 2023-cü il tarixdə çatdırılmış hesab olunur.

34. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımı cavabdehin xəbərnaməli məktuba imza etməklə qətnamənin surətini aldığı xx.xx.2023-cü il tarixdən deyil, məhz onun vəkili və nümayəndəsi Vəkil1 elektron kabinetinə yerləşdirildiyi xx.xx.2023-cü il tarixdən hesablanacaqdır.

35. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizədə qeyd edilən hal, yəni cavabdehin qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq müddəti ötürməməsi, sadəcə prosessual məcburiyyət səbəbindən müvafiq ərizəni verməsi ilə bağlı dəlilini Məhkəmə kollegiyası əsaslı hesab etməyərək qeyd etmişdir ki, mülki prosessual qanunvericilik tərəflərə məhkəmə qətnaməsi ilə tanış olmaq, narazı qaldığı halda kassasiya şikayəti verməsi üçün vəkillə müqavilə bağlaması və digər zəruri hərəkətləri etməsi üçün kifayət qədər vaxt verərək, bu vaxtı 2 aylıq pro sessual müddətlə məhdudlaşdırmışdır.

36. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mülki prosessual müddətin bərpası barədə ərizəsini rədd edib, kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

37. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(105)-29/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar