Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3162/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 17 iyun 2025-ci il tarixli 2(103)-2874/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə m ülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. “Bank-Maliyyə MTK-nın sədri X7 ilə payçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən müqavilənin predmeti olan ünvan 1 ünvanında 3 bloklu 9 mərtəbəli 48 mənzilli yaşayış evinin 3 blok, 4 mərtəbədə ümumi sahəsi 162,34 kv.m olan mənzil 43 izolə olunmuş 4 otaqlı evdən ibarət olub bir pay kimi payçıya verilir;
3. Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 28 nömrəli protokoldan çıxarışdan görünür ki, X8 Cavabdeh3 MMC-yə üzv qəbul olunmuşdur. X5 Cavabdeh3 MMC-nin binasında Bakı şəhəri Ə.Naxçıvani küçəsi, 11 “C” saylı ev İİİ giriş İV mərtəbədə, yaşayış sahəsi 106,4 kv.m olan 4 otaqlı 37 saylı mənzil düşməsi təsdiq olunmuşdur. Cavabdeh3 MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının İİİ giriş, İV mərtəbəsində, ümumi sahəsi 162,34 kv.m yaşayış sahəsi olan 4 otaqlı, 43 saylı mənzil X5 məxsusdur və mənzilin pay dəyəri payçı X11 öğlu tərəfindən tam ödənilmişdir, X4 Cavabdeh3 MMC-yə borcu yoxdur;
4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixi məktubuna əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 257 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın iclasının 8B saylı, xx.xx.2006-cı il tarixli protokolundan görünür ki, komissiya X2 üzv qəbul edilməsinə və orderə daxil edilməsinə razılıq vermişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə X4 adına Bakı şəhəri Ə.Naxçıvani küçəsi, 3066, 11 “C” saylı ev 3 giriş 4 mərtəbədə, yaşayış sahəsi 106,4 kv.m olan 4 otaqlı 37 saylı mənzilə 014608 saylı order verilmişdir;
5. Cavabdeh3 MTK üzvlərinin ümumi iclasının 52 saylı, xx.xx.2014-cü il tarixli protokolundan çıxarışa və maliyyə arayışına əsasən əsasən Cavabdeh2 Cavabdeh3 MTKnın üzvüyünə qəbul edilməsi və ona MTK-nln ünvan 4 ünvanda yerləşən, 9 mərtəbəli (+mansard) yaşayış binasının 3 giriş. 4 mərtəbəsində ümumi sahəsi 172,34 kv.m, yaşayış sahəsi 106,40 kv.m olan 4 otaqlı 37 saylı mənzilin verilməsi və sənədə 1 nəfər ailə tərkibində daxil edilməsi qərara alınmışdır, mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir;
6. Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 56 nömrəli protokolundan çıxarışa və maliyyə arayışına əsasən vətəndaş X8 Cavabdeh3 MTK-ya üzv qəbul edilərək, ona MTK-nın ünvan 5 ünvanda yerləşən İX mərtəbəli (+mansard) yaşayış binasının İİİ giriş, İV mərtəbəsində ümumi sahəsi 162.34 kv.m, yaşayış sahəsi 106.40 kv.m olan 4 otaqlı 37 saylı mənzil verilmiş, sənədə 1 nəfər ailə tərkibində (özü – X8) daxil edilmiş və mənzilin pay dəyəri “payçı” X8 tərəfindən tam şəkildə ödənilmişdir;
7. ƏMDX DƏDKRX PHŞ-i tərəfindən verilmiş çıxarışa əsasən ünvan 6 X5 məxsusdur və bu hüquq ona xx.xx.2022-ci il tarixdə verilmişdir;
8. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 154.1 kv.m olan mənzildən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 irs qalmışdır; 9. xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 atası X3 miras qalmış əmlakdan ona çatası ½ hissədə miras payını qardaşı Cavabdeh2 bağışlamışdır.
10. ƏMDX DƏDKRX PHŞ-i tərəfindən verilmiş çıxarışa əsasən ünvan 6 Cavabdeh2 məxsusdur və bu hüquq ona xx.xx.2022-ci il tarixdə verilmişdir;
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)1814/2024 saylı mülki işlə bağlı qərardadından görünür ki, hazırki mülki iş üzrə icraat İddiaçı tərəfindən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Cavabdeh2 və Cavabdeh1 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sə rəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan e-21(112)- 5507/2024 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması ilə bağlı qərar qəbul edilmişdir;
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 107/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbi təmin edilməmişdir;
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 107/2023 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbinə dair mülki iş üzrə icraata iddianın “mərhum X5 verilmiş 014608 saylı, xx.xx.2006-cı il tarixli orderin etibarsız hesab edilərək ləğv edilməsi” hissəsində xitam verilməsi qər ara alınmışdır;
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 107/2023 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbinə dair mülki iş üzrə İddiaçı Cavabdeh2 qarşı “11 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 11 saylı Notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin və ƏMDK yanında DƏDKR PHŞ tərəfindən Cavabdeh2 Abdulla oğluna verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” hissəsinin baxılmamış saxlanması qərara alımışdır;
15. Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 457 nömrəli maliyyə arayışından görünür ki, ünvan 7 ünvanda yerləşən yaşayış binası Cavabdeh3 MMC-yə məxsusdur. Bu binanın İİİ giriş, İV mərtəbəsində, ümumi sahəsi 162,34 kv.m yaşayış sahəsi 106,4 kv.m olan 4 otaqlı, 37 saylı mənzilin pay dəyəri payçı X8 tərəfindən tam ödənilmişdir, X11 öğlunun Cavabdeh3 MMC-yə borcu yoxdur;
16. Cavabdeh3 MMC tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 18 saylı arayışda göstərilmişdir ki, ünvan 6 ünvanında yerləşən mənzili "xxxx" MTK xx.xx.2001-ci il tarixli 09 nömrəli müqavilə ilə Cavabdeh2 satmış və mənzilin dəyəri sonuncu tərəfindən ödənilmişdir. Lakin 2006-cı ildə Cavabdeh2 bu mənzili atası X4 adına keçirmiş və Bakı şəhər İcra Hakimiyyətinə Cavabdeh3 MTK tərəfindən verilmiş sənədlər əsasında həmin mənzilə dair X4 adına 014608 saylı xx.xx.2006-cı il tarixli order verilmişdir (2006-cı ildə "xxxx" MTK adı dəyişərək Cavabdeh3 MTK olmuşdur)....Əlavə olaraq MTK tərəfindən 2014-cü ildə Cavabdeh2 adına mənzilin dəyərinin ödənilmsəi ilə bağlı maliyyə arayışının verilməsinə gəldikdə, bu zaman ailədə əmlakla bağlı mübahisənin olmadığı nəzərə alınaraq həmin arayış verilmişdir (məsələyə aidiyyəti hüquqmühafizə orqanları tərəfindən qiymət verilmiş və cinayət hüquq pozuntusu müəyyən edilməmişdir);
17. Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01 nömrəli maliyyə arayışından görünür ki, ünvan 7 ünvanda Cavabdeh3 MMC tərəfindən inşa olunan yaşayış binasının İİİ giriş, İV mərtəbəsində, ümumi sahəsi 162,34 kv.m olan, 4 otaqlı mənzilin nömrəsi faktiki olaraq 37-dir. 2001- ci il tarix də Müqavilədə bu mənzilin nömrəsi mexaniki olaraq səhvən 43 yazılmışdır. Bu mənzil üçün Cavabdeh2 tərəfindən 36500 ABŞ Dolları ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı protokolun və qərarın, maliyyə arayışın, bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-nin 28 saylı, xx.xx.2006-cı il tarixli protokolunun və xx.xx.2006-cı il tarixli qərarının, X5 verilmiş xx.xx.2006-cı il tarixli maliyyə arayışının, Cavabdeh3 MMC tərəfindən verilmiş ümumi iclasın protokolundan 56 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın və maliyyə arayışının, ƏMDK yanında DƏDKR publik hüquqi şəxs tərəfindən X5 verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, 11 saylı Notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, 11 saylı Notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ƏMDK yanında DƏDKR publik hüquqi şəxs tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
19. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, İd diaçı xx.xx.1992-xx.xx.2020-ci il tarixləri arasında nikahda olduğu keçmiş həyat yoldaşı Cavabdeh2 ilə birlikdə xx.xx.2001ci ildə Binəqədi rayonu, Ə.ünvan 8 ünvanında yaşayış binasında yerləşən 37 nömrəli mənzili 09 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 MTK-dan almışdır. İddiaçının Cavabdeh2la nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3670/2020 saylı, xx.xx.2020-ci tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı nikahın pozulmasından sonra birgə nikah dövründə əldə edilən mənzili Cavabdeh2 könüllü şəkildə bölməyə razı olmadığını gördükdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə icraatı gedişatında iddia tələbinin predmeti olan mənzilə dair Bakı Şəhəri İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 01460 8 saylı, xx.xx.2006-cı il tarixli orderin mərhum X5 verildiyi məlum olmuşdur. Cavabdeh2 atası X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 işin məhkəməyə daxil olmasından sonra 11 saylı notariat kontoruna müraciət etmiş, X4 ölümü ilə əlaqədar vərəsəlik işi açılmışdır. Beləliklə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 11C ünvanında yerləşən 37 saylı mənzil barəsində mərhum X4 adına ƏMDK-nin yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində **********11-05301- 093045 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum Ramiz Həbibo vun vərəsələri olaraq Cavabdeh1 və Cavabdeh2 müəyyən edilmiş və onların hər biri miras əmlakdan bərabər ½ hissədə irs almışlar. Vərəsəlik şəhadətnaməsi və miras payın bağışlanma müqaviləsi əsasında iddia tələbinin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 11C ünvanında yerləşən 37 saylı mənzil Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bu barədə Cavabdeh2 ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. MTK tərəfindən sözügedən mənzil Cavabdeh2 satılmışdır və onun adına xx.xx.2014-cü il tarixində də maliyyə arayışı təqdim edilmişdir. Əgər Cavabdeh2 üzvlükdən çıxarılmışdırsa, onda 2014-cü ildə hansı əsasla ona maliyyə arayışı və protokoldan çıxarış təqdim edilmişdir? Həmçinin qeyd edir ki, 2006- cı ildə "xxxx" MTK adını dəyişərək Cavabdeh3 MMC olmuşdur. İddiaçı Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və mənzilə dair əsassız verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2(001)- 107/2023 nömrəli qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamədə iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, mübahisələndirilən daşınmaz əmlak birgə nikah dövründə əldə edilsə də sonradan həmin əmlaka dair order və çıxarış cavabdehin atası X4 adına verilmişdir. Məhkəmə hesab etmişdir ki, mərhum X4 adına verilmiş 014608 saylı, xx.xx.2006-cı il tarixli order və xx.xx.2022-ci il tarixində verilmiş çıxarış qüvvədə olduğuna görə və mübahisələndirilmədiyin ə görə iddia tələbi üzrə bu hissədə hər hansı məhkəmə araşdırmasının aparılması mümkün deyildir və hüquqi cəhətdən yolverilməzdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)107/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadı ilə mülki iş üzrə Bakı Şəhər İcra Hakimiyyətinin 014608 saylı, xx.xx.2006-cı il tarixli orderinin etibarsız hesab edilərək ləğv edilməsi hissəsində xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 Abdulla oğluna verilmiş xx.xx.2022-ci il tar ixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair tələblər baxılmamış saxlanılmışdır. Həmin orderin ləğv edilməsi üçün ərizə və sənədlər ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Lakin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş imtina məktubunda bildirilmişdir ki, sözügedən orderin etibarsız hesab edilməsinə əsas ola biləcək sənədlər təqdim edildiyi təqdirdə müraciətə baxıla bilər. Həmin orderin etibarsız hesab edilməsi üçün iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı ŞİH-nə sorğular göndərilmişdir. Sorğulara verilən cavablardan işin yeni halları məlum olmuşdur. Belə ki, Cavabdeh3 MMC üzvlərinin 28 saylı, xx.xx.2006-cı il tarixli protokolundan çıxarışından mə lum olur ki, Cavabdeh2 öz mənzilini və payını atası mərhum Ramiz Həbibova vermişdir. Nəticədə Cavabdeh2 MMC üzvlüyünə xitam verilməsi və atası mərhum Ramiz Həbibovun MMC üzvlüyünə qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh3 MMC tərəfindən Ramiz Həbibova maliyyə arayışı verilmişdir. Qərar təsdiq edilməsi üçün və Ramiz Həbibova order verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə İctimai komissiyanın yığıncağının mənzilin və payın bir vətəndaşdan digər vətəndaşa verilməsi barədə xx.xx.2006-cı il tarixli, 8B saylı protokoldan məlum olur ki, Cavabdeh3 MMC-nin üzvü Cavabdeh2 öz mənzilini və payını atası mərhum Ramiz Həbibova verməsinə Komissi ya tərəfindən razılıq verilmişdir. Nəticədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2006cı il tarixli, 257 saylı sərəncam verilmişdir. Həmin sərəncam əsasında isə mərhum Ramiz Həbibova 014608 nömrəli, xx.xx.2006-cı il tarixli order verilmişdir. Ona görə də hazırda Cavabdeh3 MMC tərəfindən verilmiş 28 saylı, xx.xx.2006-cı il tarixli protokolun və qərarın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Çünki Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 payı Ramiz Həbibova verilərkən Cavabdeh2 nikahda olmuşdur. Rəsmi nikahda olmasına baxmayaraq daşınmaz əmlak üzərində sərəncam verilərkən arvadının razılığı olmalı idi. Bu tələb Cavabdeh2 da, Cavabdeh3 MMC-yə də məlum idi. Lakin qanunvericiliyin tələbləri hər ikisi tərəfindən kobud şəkildə pozulmuşdur. Nəticədə İddiaçı qanunla qorunan mən afeləri pozulmuşdur. Uzun müddət davam edən məhkəmə çəkişməsi nəticəsində hazırki faktlar ortaya çıxmışdır. Həmçinin Cavabdeh3 MTK tərəfindən verilmiş ümumi iclasın 56 nömrəli protokolundan xx.xx.2022-ci il tarixli çıxarış, xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi, 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ƏMDX yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 Abdulla oğluna verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə də qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən o, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
20. Cavabdeh2 nümayəndəsi-vəkili xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, ərizədə göstərilənlər tam olaraq həqiqəti əks etdirmir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələblərinin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlil lərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki halları ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan ünvan 9 ünvanında yerləşən mənzil mərhum atası X8 tərəfindən Cavabdeh3 MTK-dan alınmış və dəyəri ödənilmişdir. Qanunvericiliyə müvafiq olaraq MTK tərəfindən təqdim olunan sənədlər əsasında Bakı Şəhər İcra Hakimiyəti Aparatı tərəfindən verilən 014608 saylı, xx.xx.2006-cı il tarixli orderlə mərhum X5 məxsusluğu təsdiq edilmişdir. Hazırda iddiaçı tərəf onunla Cavabdeh3 MTK arasında bağlanmış müqaviləyə istinad edərək mərhum X8 ilə bağlanan müqavilənin və onun əsasında verilən sənədlərin əsaslılığını mübahisələndirir. Məsələ müqavilənin bağlanmasında deyil, onun faktiki icrasındadır. Yəni müqavilə formal olsa belə bağlana bilər, əgər bu hald a bağlanan müqavilə icra edilməmişdirsə, onun hüquqi nəticələri müqavilənin formal olan bağlanma tarixinə və şəxsə görə deyil, məhz kim tərəfindən icra olunması əsas götürülməlidir. Çünki ödənişlərin olunması nəticəsində əmlak əldə edilmişdir ki, bu da onun atası - mərhum X8 olmuşdur. Bundan əvvəl Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)107/2023 saylı mülki iş üzrə məhkəmə iclasında Cavabdeh3 MTK-nın nümayəndəsi izahatında iddiaçıda olan sənədlərin onların arxivində olmadığını, 2014-cü ildə iddiaçının müraciəti əsasında ona verildiyini, X8 ilə müqavilənin onlardan əvvəl olan rəhbərliyin bağladığını bildirmişdir. Göründüyü kimi Cavabdeh3 MTK tərəfindən arxivində nüsxəsi olmayan sənəd əsasında, sadəcə iddiaçının müraciəti ilə ona aid olmayan, yəni Cavabdeh2 adına olan müvafiq olaraq ümumi yğıncağın protokolu və maliyyə arayışını vermişdir. Tarixlərindən də göründüyü kimi Cavabdeh2 adına olan və iddiaçının məhkəməyə təqdim etdiyi ümumi yğıncağın protokolu və maliyyə arayışı 2014-cü ildə tərtib edilmiş, X5 Bakı Şəhər İcra Hakimiyəti Aparatı tərəfindən həmin mənzilə dair 014608 saylı order isə ondan 8 il əvvəl, yəni xx.xx.2006-cı il tarixdə verilmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı ərizəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 257 saylı sərəncamı ilə təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın iclası keçirilərkən X1 üzv qəbul olunması və yuxarıda qeyd olunan mənzilin Cavabdeh2 adından X4 adına keçirilməsi barədə məsələyə baxılaraq onun razılığının alınmamasına istinad etmişdir. Bununla əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 112.3-cü maddəsində qeyd edilir ki, əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız koo perativin razılığı ilə yol verilir. Göründüyü kimi kooperativin üzvünün öz payını və ya onun bir hissəsini kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Bu halda yalnız kooperativin razılığı tələb olunur. Ümumiyyətlə burada əldə olunan əmlakın verilməsindən yox, məhz pay hüququndan söhbət gedir. Hazırki halda pay hüququ Ramiz Abdullayevə verilərkən əmlak əldə edilmədiyindən və sonradan dəyəri Ramiz Abdullayev tərəfindən ödənildiyindən əmlaka mülkiyyət hüququnu da həmin şəxs əldə etmişdir. Bundan əlavə yuxarıda qeyd olunanlarla iddianın əsassız olması ilə yanaşı, əmlakın birgə nikah dövründə əldə olunması fərz edilsə belə, iddiaçı həmçinin hazırki tələb üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdı r. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Məsələyə başqa cür yanaşma, yəni, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilərdi. İddiaçı hazırki ərizədə iddianın qaldırılması üçün müddətin ötməsini pərdələmək məqsədi ilə işin hazırki hallarının onlara yeni məlum olduğunu göstərmişdir. Bundan əvvəl Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-107/2023 saylı mülki iş üzrə işin mübahisələndirilməyən hallarından məlum olduğu kimi tərəflər arasında faktiki ailə münasibətləri 2016-cı ilin noyabr ayında pozulmuş və həmin vaxtdan iddiaçı övladları ilə birlikdə mübahisəli mənzili tərk edərək evdən getmiş, həmin vaxtdan onların ailə münasibətləri sonlanmışdır. İşin göstərilən faktiki halları həmin mülki iş üzrə məhkəmə iclasında iddiaçının verdiyi izahatla da öz təsdiqini tapmışdır. Eyni zamanda iddiaçı 2014cü ildə, yəni hələ faktiki ayrılmamışdan əvvəl cavabdehlə münasibətlərinin gərginləşdiyini görüb, Cavabdeh3 MTK-ya müraciət etmiş və oradan müvafiq sənədləri əldə etmişdir. Həmin vaxt MTK tərəfindən iddiaçı ya arxivdə olan sənədlərin X4 adına olduğu da bildirilmişdir. İşin bu göstərilən halları MTK-nın nümayəndəsinin və iddiaçının özünün izahatı ilə təsdiqini tapmışdır. Lakin iddiaçı keçən müddət ərzində (faktiki ayrıldıqları 2016 digər mülki iş üzrə iddia qaldırılanadək - 2021) hazırki iddia ilə məhkəməyə müraciət etməmiş, məhz 2018-ci ildə X4 vəfatından sonra tələblərini irəli sürməyə başlamışdır. Halbuki, həmin vaxtdan iddiaçı ümumi birgə hesab etdiyi əmlaklarla bağlı hüquqlarının pozulduğunu artıq bilirdi. Onun bu hüququnun pozulduğunu bildiyi 2014-cü ildə ailə münasibətlərinin gərginləşməsi və özünün izahatında bildirdiyi kimi MTK-dan müvafiq sənədləri əldə etməsi və bundan sonra 2016-cı ildə birdəfəlik evdən çıxıb getməsində və özünün dediyi kimi bir daha həmin mənzilə buraxılmamasında ifadə olunur. Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Göründüyü kimi qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir.
21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-598/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı Cavabdeh3 MMC tərəfindən verilmiş 28 saylı, xx.xx.2006-cı il tarixli protokolun və qərarın, maliyyə arayışının, çıxarışın etibarsız hesab olunması və s.” tələbinə dair mülki iş üzrə icraata iddianın “maliyyə arayışlarının etibarsız hesab edilməsi” hissəsində xitam verilmişdir.
22. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 yanvar 2025-ci il tarixli 2(001)-598/2025 nömrəli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddia rədd edilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında faktiki ailə münasibətləri 2016-cı ilin noyabr ayında pozulmuş və həmin vaxtdan iddiaçı övladları ilə birlikdə mübahisəli mənzili tərk edərək evdən getmiş, həmin vaxtdan onların ailə münasibətləri bitmişdir. İşin göstərilən faktiki halları məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi zahatla da öz təsdiqini tapmışdır. Eyni zamanda iddiaçı 2014-cü ildə, yəni hələ faktiki ayrılmamışdan əvvəl cavabdehlə münasibətlərinin gərginləşdiyini görüb, Cavabdeh3 MTK-ya müraciət etmiş və oradan müvafiq sənədləri əldə etmişdir. Həmin vaxt MTK tərəfindən iddiaçıya arxivdə olan sənədlərin X4 adına olduğu da bildirilmişdir. İşin bu göstərilən halları MTK-nın nümayəndəsinin və iddiaçının özünün əvvəlki məhkəmə mübahisələri zamanı verdikləri izahatı ilə təsdiqini tapmışdır. Lakin iddiaçı keçən müddət ərzində (faktiki ayrıldıqları 2016 digər mülki iş üzrə iddia qaldırılanadək - 2021) hazırki iddia ilə məhkəməyə müraciət etməmiş, məhz 2018-ci ildə X4 vəfatından sonra tələblərini irəli sürməyə başlamışdır. Halbuki həmin vaxtdan iddiaçı ümumi birgə hesab etdiyi əmlaklarla bağlı hüquqlarının pozulduğunu artıq bilirdi.
24. Bundan başqa, iddiaçı xx.xx.2021-ci il tarixdə əmlakın bölünməsi tələbinə dair iddia qaldırdıqda digər tələblərlə yanaşı o cümlədən mübahisəli mənzilə dair mərhum X4 adına verilmiş 014608 saylı, xx.xx.2006-cı il tarixli orderin də etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Belə olduqda iddiaçının mübahisəli mənzilə dair mərhum X4 adına müqavilə bağlanılmasını, mənzilin onun adına rəsmiləşdirilməsini bilməməsinə dair dəlilini məhkəmə inandıdıcı hesab etməmişdir. Belə ki, mənzilə dair müqavilə olmadığı halda mənzilə orderin verilməsi qeyrimümkündür. Hazırkı halda iddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il tarixli protokol və qərarla mübahisəli mənzil və pay X5 verilmişdir.
25. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 354.1 və 254.2-ci maddələrində nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülmüşdür, ona görə də iddia tələbi xx.xx.2006-cı il tarixli protokol və qərarın etibarsız hesab edilməsinə dair hissədə təmin edilməməlidir. 25.Məhkəmə hesab etmişdir ki, iddiaçının iddiada qeyd etdiyi digər tələbləri məhz xx.xx.2006-cı il tarixli protokol və qərarın nəticələrindən doğan münasibətlər olduğundan iddia tələbləri qalan hissələrdə də təmin edilməməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 354.1, 354.2, 373.1-373.3, 375.1, 375.2, 377.1, 377.2, 377.3, 666.1, 666.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
27. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin ediləsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq etməklə, 1 il məsələsinə toxunmaq istəyirsə, hazırki iddia etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia deyil. Həmin maddə məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Cavabdeh2 nümayəndəsinin etirazında bildirdiyi ifadələri məhkəmə işin müəyyən edilmiş halı kimi qeyd etmişdir və belə olduqda, cavabdehin etirazı məhkəmə tərəfindən şərtsiz reallıq kimi qəbul edilir. Ümumiyyətlə qeyd edilənlərin əsassız olduğunu elə oxuyanda da anlamaq olur. Belə ki, 2014-cü ildə maliyyə arayışı və protokoldan çıxarış Cavabdeh2 verilib. Məhkəmə hansı fakt əsasında qeyd edir ki, “iddiaçı 2014-cü ildə münasibətlərin gərginləşdiyini görüb MTK-dan sənədlər alıb”.
28. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-2874/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-598/2025 nömrəli 17 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı “protokolun və qərarın, bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab olunması tələbinə dair” iddiasının qismən təmin edilməsi, Cavabdeh3 MMC-nin 28 saylı, xx.xx.2006-cı il tarixli protokolu və qərarının, Cavabdeh3 MMC tərəfindən verilmiş ümumi iclasın protokolundan 56 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın, 11 saylı Notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, 2V96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, ƏMDK yanında DƏDKR publik hüquqi şəxs tərəfindən X5 verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın (qeydiyyat) ləğv olunması qət edilmişdir.
29. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə 21 dekabr 2001-ci il tarixdə əldə edilmiş və pay haqqı tam ödənilmişdir. Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsində isə göstərilmişdir ki, mənzil kooperativin üzvü mənzil üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
30. Belə olduqda mübahisəli mənzil tərəflərin birgə təsərrüfatı nəticəsində əldə edilmiş əmlak hesab edilməlidir. 2006-cı ildə cavabdeh mübahisəli mənzilin və payın atası Ramiz Həbibova verilməsi ilə bağlı MTK-ya müraciət etmiş və MTK-nın xx.xx.2006-cı il tarixli protokolu ilə göstərilən məsələyə razılıq verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil Məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2006-cı il tarixli 8B saylı protokolu ilə mübahisəli mənzilin və payın Ramiz Həbibova verilməsinə razılıq verilmiş və həmin protokol əsa sında sonuncuya xx.xx.2006-cı il tarixdə order verilmişdir.
31. Kollegiya hesab etmişdir ki, “mübahisəli mənzilin və payın verilməsi” dedikdə, mənzilin bağışlanması başa düşülməlidir. Yəni, Cavabdeh2 ilə atası X8 arasında mübahisəli mənzilin bağışlanması əqdi bağlanmış, lakin iddiaçının razılığı alınmamışdır.
32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hələ 2014-cü ildə MTK-dan cavabdehin adına protokolddan çıxarış və maliyyə arayışı alarkən, arxivdəki sənədlərin cavabdehin atasının adına olması barədə ona məlumat verilmişdir, yəni artıq həmin vaxtdan iddiaçı mübahisəli mənzilin mərhum Ramiz Həbibovun adına qeydə alındığını bilmiş, lakin vaxtında məhkəmədə iddia qaldırmadığı üçün iddia müddətini ötürmüşdür.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birgə mülkiyyətdə olan da şınmaz əmlak, həmin əmlak adına olan ər (avrad) tərəfindən özgəninkiləşdirilərkən digər tərəfin də razılığı tələb olunur və belə razılığın olmaması həmin əqdin etibarsızlığı ilə nəticələnir.
34. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Yəni, müvafiq razılığın olmamasına görə əqd etibarsız olduqda onun nəticələri əhəmiyyətsiz əqdlərdə baş verən nəticələrlə eyni olur.
35. Mülki Məcəllənin tələblərindən də göründüyü kimi, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab ve rməyən əqd etibarsızdır.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə doğurmur.
37. Hazırkı iş üzrə mübahisələndirilən müqavilə əvəzedilməz əşya olan mənzilin bağışlanmasına dair bağlanmışdır, ona görə də hazırkı tələbə iddia müddəti tətbiq olunmur.
38. Beləliklə müəyyən olunmuşdur ki, tərəflər 2001-ci ildə dəyərini tam ödəməklə MTKdan mübahisəli mənzili almış, lakin 2006-cı ildə cavabdeh idiaçının razılığı olmadan həmin mənzili atasına bağışlamışdır. 39. 2014-cü ildə MTK tərəfindən mübahisəli mənzilə dair cavabdehin adına protokoldan çıxarış və maliyyə arayışı verilsə də, MTK-nın xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, həmin sənədlər ailədə əmlakla bağlı mübahisənin olmadığı nəzərə alınaraq verilmişdir.
40. MTK-nın arayışından belə aydın olmuşdur ki, həmin sənədlər formal olaraq verilmişdir. Ona görə də onların kimin xahişi ilə verilməsinin və kim tərəfindən məhkəməyə təqdim olunmasının heç bir əhəmiyyəti yoxdur, həmin sənədlər əhəmiyyətsizdir.
41. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli mənzil alındıqdan sonra orada ailəsi ilə birgə tərəflər yaşamış və 2006-cı ildən sonra da yaşamağa davam etmişlər. İddiaçı bildirir ki, yalnız əmlak bölgüsü barədə daha əvvəl qaldırdığı iddiasına baxılarkən ona məlum olmuşdur ki, cavabdeh mənzili 2006-cı ildə atasının adına keçirib, ona görə də əvvəlcə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin işdə göstərilən hallar müəyyən olunduqdan və sənədlər əldə edildikdən sonra, yəni mərhum Ramiz Həbibovun adına orderin verilməsinin mülki əqdə əsaslan dığı müəyyən edildiyindən hazırkı iddianı qaldırmışdır.
42. Məhkəmə kollegiyası iddiaçının izahatına inandırıcı yanaşır, çünki bunu hadisələrin axarı da təsdiq edir. 2014-cü ildə cavabdehin adına olan protokoldan çıxarış və maliyyə arayışı da iddiaçını mübahisəli mənzilin məhz cavabdehin adına olmasına arxayın salmışdır. Odur ki, məhkəmə kollegiyası iddiaçının hərəkətlərində hüquqdan sui-istifadə halları görməmişdir.
43. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh2 ilə atası X8 arasında bağlanmış əqd əhəmiyyətsiz olduğundan, Cavabdeh3 MMC-nin 28 saylı, xx.xx.2006-cı il tarixli protokolu və qərarı, Cavabdeh3 MMC tərəfindən verilmiş ümumi iclasın protokolundan 56 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış, 11 saylı Notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi, 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı, ƏMDK yanında DƏDKR publik hüquqi şəxs tərəfindən X5 verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış (qeydiyyat) isə ləğv olunmalıdır.
44. Məhkəmə kollegiyanın 17 iyun 2025-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması hissəsində icraata xitam verilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)-2874/2025 saylı qətnaməsi tam ləğv edilməklə, iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-107/2023 saylı mülki iş üzrə işin mübahisələndirilməyən hallarından məlum olduğu kimi tərəflər arasında faktiki ailə münasibətləri 2016-cı ilin noyabr ayında pozulmuş və həmin vaxtdan iddiaçı övladları ilə birlikdə mübahisəli mənzili tərk edərək evdən getmiş, həmin vaxtdan onların ailə münasibətləri sonlanmışdır. Buna qədər artıq iddiaçı hazırda mübahisələndirdiyi əqddən məlumatlı olmuş və onu bəyənərək mübahisələndirməmişdir. İşin göstərilən faktiki halları həmin mülki iş üzrə məhkəmə iclasında iddiaçının verdiyi izahatla, həmçinin hazırkı iş üzrə iddiaçının nümayəndəsinin izahatı ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda, iddiaçı 2014-cü ildə, yəni hələ faktiki ayrılmamışdan əvvəl cavabdehlə münasibətlərinin gərginləşdiyini görüb, Cavabdeh3 MTK-yamüraciət etmiş və oradan müvafiq sənədləri əldə etmişdir. Həmin vaxt MTK tərəfindən iddiaçıya arxivdə olan sənədlərin X4 adına olduğu da bildirilmişdir. İşin bu göstərilən halları MTK-nın nümayəndəsinin və iddiaçının özünün izahatı ilə təsdiqini tapmışdır. Lakin iddiaçı keçən müddət ərzində (faktiki ayrıldıqları - 2016 - digər mülki iş üzrə iddia qaldırılanadək - 2021) hazırkı iddia ilə məhkəməyə müraciət etməmiş, məhz 2018-ci ildə X4 vəfatından sonra tələblərini irəli sürməyə başlamışdır. Halbuki, həmin vaxtdan iddiaçı ümum i birgə hesab etdiyi əmlaklarla bağlı hüquqlarının pozulduğunu artıq bilirdi. Onun bu hüququnun pozulduğunu bildiyi 2014-cü ildə ailə münasibətlərinin gərginləşməsi və özünün izahatında bildirdiyi kimi MTKdan müvafiq sənədləri əldə etməsi və bundan sonra 2016-cı ildə birdəfəlik evdən çıxıb getməsində və özünün dediyi kimi bir daha həmin mənzilə buraxılmamasında ifadə olunur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə qeyd olunan məsələlərə aydınlıq gətirmədiyinə görə onun əsaslandırılmış qərarı almaq, yəni ədalətli məhkəmə baxışına olan hüququnu, eləcə də birbaşa qanunla müdafiə olunan mülkiyyət hüquqlarını pozmuşdur.
47. Bundan əlavə, mübahisə predmeti olan ünvan 9 ünvanında yerləşən mənzil mərhum atası X8 tərəfindən Cavabdeh3 MTK-dan alınmış və dəy əri ödənilmişdir. Qanunvericiliyə müvafiq olaraq MTK tərəfindən təqdim olunan sənədlər əsasında Bakı şəhər İcra Hakimiyəti Aparatı tərəfindən verilən 014608 saylı, xx.xx.2006-cı il tarixli orderlə mərhum X5 məxsusluğu təsdiq edilmişdir. İddiaçı ərizəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 257 saylı sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında mənzil məsələləri üzrəictimai komissiyanın iclası keçirilərkən X1 üzv qəbul olunması və yuxarıda qeyd olunan mənzilin Cavabdeh2 adından X4 adına keçirilməsi barədə məsələyə baxılaraq onun razılığının alınmamasına istinad etmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Mülki Məcəllənin 112.3-cü maddəsində qeyd edilir ki, əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığıilə yol verilir. Göründüyü kimi kooperativin üzvünün öz payını və ya onun bir hissəsini kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Bu halda yalnız kooperativin razılığı tələb olunur. Ümumiyyətlə burada əldə olunan əmlakın verilməsindən yox, məhz pay hüququndan söhbət gedir. Hazırkı halda pay hüququ Ramiz Abdullayevə verilərkən əmlak əldə edilmədiyindən və sonradan dəyəri Ramiz Abdullayev tərəfindən ödənildiyindən əmlaka mülkiyyət hüququnu da həmin şəxs əldə etmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə, Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq, eyni tələb üzrə artıq icraatı davam edən (üstəlik dayandırılmış) digər apellyasiya işinin mövcudluğuna baxmayaraq, qəbul edilmişdir. Bu isə qanunvericiliyin “eyni tələbin eyni zamanda iki müxtəlif prosesdə araşdırılmasının yolverilməzliyi” prinsipinə açıq şəkildə ziddir. Belə ki, eyni tələbə dair hazırda Bakı Apelyasiya Məhkəməsində icraatı dayandırılmış iş vardır (iş nömrə 2(103)156/2025, hakim Azad İmanov). Lakin məhkəmə hazırda apelyasiya məhkəməsinin icraatında eyni məsələ üzrə iş olmasına baxmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmaqla təkrarən həmin tələbə baxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Mə cəlləsi
50. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
51. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (2001-ci ildə qüvvədə olan redaksiya).
52. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
53. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilə n əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
54. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
55. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
56. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
57. Maddə 379.5. Nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər ü zrə iddia müddətinin axımı dayandırılır.
58. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
59. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
60. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
61. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
62. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
63. Maddə 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
64. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
65. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
66. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisənin obyekti olan yaşayış sahəsi iddiaçı ilə Cavabdeh2 nikahı dövründə əldə edildiyi üçün onların ümmi birgə əmlakı olmuşdur.
76. Belə ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (§ 61).
77. Bu statusda olan əmlaka sərəncam verilməsi üçün ər-arvadın hər ikisinin razılı lazımdır (§ 62 ). Buna baxmayaraq mənzil 2006-cı ildə Cavabdeh2 tərəfindən atası Ramiz Həbibo vun adına sənədləşdirilərkən iddiaçının razılığı alınmamışdır. Əmlakı əldə edən şəxsin cavabdehin atası olduğu da nəzərə alındıqda iddiaçının həmin hüquqi əməliyyatları mübahisələndirmək hüququ olmuşdur.
78. Qanuna əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (§ 64).
79. Göstərilənləri nəzərə alan apellyasiya məhkməsi hesab etmişdir ki, mənzilin Ramiz Həbibovun adına sənədləşdirilməsinə dair Cavabdeh3 MMC-nin 28 saylı, xx.xx.2006-cı il tarixli protokolu və qərarı, Cavabdeh3 MMC tərəfindən verilmiş ümumi iclasın protokolundan 56 nömrəli, xx.xx.2022-ci il t arixli çıxarış etibarsız olmuşdur. Belə olan halda həmin sənədlər əsasında 11 saylı Notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi, 2V96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmaqla, ƏMDK yanında DƏDKR publik hüquqi şəxs tərəfindən X4 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir.
80. Qanuna əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq m ümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (§ 56).
81. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
82. Məhkəmə tərkibi mənzilin sənədlərinin R.Həbibovun adına dəyişdirilməsinin iddiaçı tərəfindən 2014-cü ildə bilinməsi, iddia üzrə üç illik müddətin axımının 2016-cı ildən başlaması və keçməsi barədə kassasiya şikayətinin də lillərini əsas hesab etmir. Ona görə ki, əvvəla, apellyasiya məhkəməsi bu xüsusat üzrə araşdırma apararaq qeyd etmişdir ki, 2014-cü ildə cavabdehin adına olan protokoldan çıxarış və maliyyə arayışı da iddiaçını mübahisəli mənzilin məhz cavabdehin adına olmasına arxayın salmışdır. Odur ki, məhkəmə kollegiyası iddiaçının hərəkətlərində hüquqdan sui-istifadə halları görməmişdir.
83. İkincisi, iddiaçının nikahı xx.xx.2020-ci il tarixli məhkəmə aktı ilə pozulmuşdur. Mülki Məcəllənin 379.5-ci maddəsinə əsasən, nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır.
84. Bundan əlavə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konsti tusiya Məhkəməsinin 2019-cu il 29 iyul tarixli qərarında göstərilmişdir ki, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyrimütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb olardı. Qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.
85. Baxılan işdə apellyasiya məhkəməsi iddiaçının ümumi əml akla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən etibarən istinad olunan üç illik müddətin ötürülməklə iddia qaldırılmasının sübuta yetirildiyini müəyyən etməmişdir.
86. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
87. Kollegiya, apelyasiya məhkəməsinin icraatında eyni məsələ üzrə iş olmasına baxmayaraq bəzi tələblərə baxılması ilə bağlı kassatorun dəlili üzrə bildirir ki, hazırkı işdə iddianın obyektinə aid olan bütün mübah isəli mülki hüquq münasibətləri eyni apellyasiya məhkəməsi tərəfindən araşdırılmış və mübahisəyə yekun hüquqi qiymət verilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
88. Beləliklə, məhkəmə tərkibi bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
89. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 17 iyun 2025-ci il tarixli 2(103)-2874/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.