Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3163/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(012)-5390/2018, hakim Ş.Nəcəfova) İddiaçı1 Cavabdeh1 və qeyrilərinə qarşı iddiası təmin edilmiş, “xxxx”MTK ilə C avabdeh3 arasında “xxxx” MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə inşa edilən 12 saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzilin alqı-satqısına dair bağlanmış xx xxxxxx 2018 ci il tarixli xxxx-0014 saylı müqavilə, kooperativə həmin mənzillə bağlı üzv qəbul olunmasına dair ümümi yığıncaq qərarları, protokolları və 22 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx xxxxxx 2018-ci il tarixli, 7E 635 saylı İddiaçı1 razılıq ərizəsi etibarsız hesab olunmuş, Cavabdeh3 “xxxx” MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə inşa edilən 12 saylı binada yerləşən 2 otaqlı, 15 saylı mənzildən çıxarılması və mənzilin boşaldılmaqla İddiaçı1 ½ hissədə paylı mülkiyyətinə (sahibliyinə və istifadəsinə) qaytarılması, İddiaçı1 mənzilə dair pozulmuş mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması və onun azyaşlı övladları ilə həmin mənzilə köçürülməsi, Cavabdeh1 mənzilə görə ödənilmiş 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq Cavabdeh3 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-1981/2019, hakimlər Ş.Abasov, A.Abbasov və T.Məmmədov) Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş,Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-6414/2019, hakimlər A.İsgəndərov Ə.Əhmədov və Ə.Nurməmmədov) İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-394/2019, hakimlər G.Tağızadə, T.Quliyev və E.Rəhimov) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş,Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh3 kassasiya şikayəti vermişdir. Kassator məhkəmə kollegiyasına kassasiya şikayətindən imtina edilməsinə dair ərizə vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili ərizəni müdafiə edərək imtinanın qəbul edilməsi və kassasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və ye ri barədə xəbərdar edilmiş digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilməli, iş üzrə kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və ya işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edərsə, kassasiya instansiyasında icraata xitam veri lir. İş üzrə kassatorun kassasiya şikayətindən imtina etməsinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassatorun kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3163/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3163/2020
03.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver