Məhkəmə qərarları › İş №2(102)-3163/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3163/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3163/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3163/21 (Açar sözlər: pul) Bakı şəhəri, 18 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2305/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9065 manat məbləğində və dövlət büdcəsinə ödənilmiş 30 manatın tutularaq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə Cavabdeh ortaq tanışları olan R ilə onun evinə gələrək borca pul istəmişdir. Rni yaxşı tanıdığı üçün onları evinə dəvət etmişdir. Evə gəlmədikləri üçün söhbətləri onun həyətində baş tutmuşdur. R Vin onun qardaşı olduğunu, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Həmçinin Cavabdeh dükanı olduğunu, həmin dükana mal aldığını və malın pu lunu Elxan adlı şəxsə qaytarmalı olduğunu bildirmişdir. O, Ryə inandığı üçün Cavabdeh 1000 manat pulu iki aya qaytarmaq şərtilə borca vermişdir. Lakin Cavabdeh 1000 manatı ona söz verdiyi kimi iki aydan sonra qaytarmamışdır. Dəfələrlə verdiyi 1000 manatı istəsə də cavabdeh ona vədlər verərək borcunu ödəməmişdir. Bundan sonra 2014-cü ilin 06 yanvar tarixində Cavabdeh onun evinə gələrək ona ferma tikmək istədiyini və 2000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt bacısı Nənəxanım Səfərova da onun evində olmuşdur. Cavabdeh köhnə borcunu istəyəndə ona borcları cəmləşdirib bir yerdə qaytaracağını demişdir. O, cavabdehə yenə də inanaraq həmin tarixdə ona istədiyi 2000 manat pulu vermişdir. Cavabdeh müxtəlif bəhanələrlə ondan 17 dekabr 2012-ci il tarixdə 1000 manat, 06 yanvar 2014-cü il t arixdə 2000 manat, 02 aprel 2014-cü il tarixə 700 manat, 28 aprel 2014-cü il tarixdə 500 manat, 14 mart 2014-cü il tarixdə 1000 manat, 18 mart 2014-cü il tarixdə 300 manat, 29 may 2014-cü il tarixdə 400 manat və 16 dekabr 2014-cü il tarixdə 2500 beş yüz manat olmaqla, cəmi 9000 manat pul almışdır. O, şübhələndiyi üçün cavabdehin İmamqulukənd kəndində olan tkintisinə baxıb həqiqətən də tikintinin getdiyini gördükdən sonra Cavabdeh inanmışdır. Bundan sonra 17 fevral 2015-ci il tarixdə Cavabdeh yenidən onun evinə gəlib ona tikinti işlərini başa çatdırmaq üçün 2500 manat pul lazım olduğunu və pulların hamısını bir yerdə qaytaracağını bildirmişdir. O, yenidən Cavabdeh inanmış, bu dəfə də pul verməsə köhnə borclarını qaytarmayacağından qorxduğu üçün cavabdehə həmin pulu vermək qərarına gəlmiş, l akin istədiyi məbləğ evində olmadığı üçün gedib bankdan öz adına kredit müqaviləsinə əsasən 2500 manat pul almış və həmin pulu bacısı Nənəxanım Səfərovanın yanında cavabdehə vermişdir. Üst-üstə o, Cavabdeh 11500 manat borc pul vermişdir. Bütün bunları o, çarəsiz qaldığı üçün etmiş, çünki cavabdeh tikinti işlərini tam qurtarmasa işə başlaya bilməyəcəyini və işə başlamasa pul qazanıb onun pulunu qaytara bilməyəcəyini bildirmşdir. Cavabdeh tikintini başa çatdırdıqdan sonra o, borcunu istəmiş, lakin Cavabdeh hər dəfə ona söz verərək aldatmışdır. Artıq aralarında mübahisələr yarandıqdan sonra Cavabdeh öz maaş kartını ona vermiş və o, həmin kartdan 2435 manat pul almışdır. Lakin Cavabdeh həmin kartı 2018-ci ilin iyun ayında bağlatdırdığı üçün o, öz qalan borcunu cavabdehdən bu günə qədər ala bil məmişdir. Cavabdeh ona olan borcu 9065 manat təşkil edir. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 may 2020-ci il tarixli, 2(029)-259/2020 saylı qətnaməsi ilə (hakim Rafiq Kazımov) iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı öz tələbini əsaslandırıdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəm əsinin qətnaməsinin dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Səyyad Qafari- sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Məmmədov) 2(105)-2305/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Qusar Rayon Məhkəməsinin 18.05.2020-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı həmin pulları cavabdehə verməsi barədə heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili X1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi işə baxarkən prosessual hüquq normaları pozulmuş, bu isə nəticədə qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. O, cavabdehə verdiyi pullları onun hansı məqsəd üçün sərf etdiyindən asılı olmayaraq ona qaytarmaq şərti ilə vermişdir. Apelyasiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan respublikası MPM-nin 9.1 və 82.1-ci maddəsinin tələblərini pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, vəkili X1 və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya bax ışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən Azərbaycan respublikası MPM-nin 9.1 və 82.1-ci maddələrinin tələblərinin pozulmasını qeyd etsə də, kasasiya yoxclaması nəticəsində müəyyən edilmişdir ki, mübahisə Azərbaycan Respublikası 9.1-ci maddəsinin tələblərinə uyğu n olaraq çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilmiş, Azərbaycan Respublikasının MPM-nin 82.1-ci maddəsində göstərilən hallar (hamıya bəlli olan hallar və faktlar) isə iş materialları ilə mövcud olmamışdır. Ümumilikdə isə iddiaçı iddia tələbini təsdiq edən hər hansı sübutu işə baxmış məhkəmələrə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən veri lmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2305/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar