Məhkəmə qərarları › İş №2(102)-3163/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3163/2023

14.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3163/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(105)-332/2023 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. xx.xx.1969-cu il təvəllüdlü X3 Abbasəli Hüseyn oğlu və İddiaçı övladıdır.

2. X10 ilə Cavabdeh1 xx.xx.1992-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur.

3. Sumqayıt şəhər Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-450/08 saylı qətnaməsi ilə X5 Azərbaycan Respublikasının ərazibütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.1992-ci il tarixdə həlak olması faktı müəyyən edilmişdir.

4. Cavabdeh1 xx.xx.2001-ci il tarixdə X12 adlı övladı doğulmuşdur.

5. Sumqayıt şəhəri, 3 saylı Notariat X1 miras əmlakına dair xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə arvadı Cavabdeh1, xx.xx.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası İddiaçı və digər 1/3 hissəsinə dair atasıxx.xx.1983-cü il tarixdə vəfat etmiş X4 vərəsə si- arvadı İddiaçı vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Həmin Şəhadətnamələr “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 01 saylı fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququna dair verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 3 saylı notariat ofisi tərəfindən xx. xx.1992-ci il tarixdə vəfat etmiş mərhum oğlu X7 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı 05 İyul 1965-ci il tarixində X6 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 5 övladları anadan olmuşdur. İddiaçının mərhum əri X6 31 mart 1983-cü il tarixdə vəfat etmişdir. İddiaçının şəhid olmuş övladı X10 21 fevral 1992-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Lakin, bəzi məlum səbəblərə görə toyun səhərisi günü Cavabdeh1 atası ilə öz evlərinə göndərmişlər. Həmin ərəfədə Birinci Qarabağ müharibəsi davam etdiyi üçün oğlu Əvəz Sadıqov könüllü olaraq müharibəyə getmişdir. 03 oktyabr 1992-ci il tarixdə iddiaçının oğlu Əvəz Sadıqov şiddətli döyüşlər zamanı şəhid olmuş və şəhidlik zirvəsinə yüksəlmişdir. Bu illər ərzində onların Cavabdeh1 ilə hər hansı bir münasibəti və xəbərləri olmamışdır. Sonradan onlara məlum olmuşdur ki, o, kiminləsə ailə həyatı qurub və həmin şəxsdən də bir oğlan övladı da dünyaya gətirmişdir. Cavabdeh1 nə onun mərhum oğlu Əvəz Sadıqov, nə də ki, onların ailə üzvləri ilə hər hansı bir münasibəti olmamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh1 Sumqayıt şəhəri, 3 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1992-ci il tarixdə vəfat etmiş Əvəz Sadıqova xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə- Cavabdeh1, xx.xx.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası İddiaçı və digər 1/3 hissəsinə dair atası- xx.xx.1983-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh1 iddiaçının mərhum oğlu Əvəz Sadıqovla rəsmi nikaha daxil olaraq ailə həyatı qursada, qeyd etdiyi səbəbdən toyun səhərisi günü Cavabdeh1 öz atası evinə getmiş, nə mərhum oğlu vəfat edən zaman yas mərasiminə gəlib iştirak etməmiş, nə də ondan sonra bir dəfə də olsun onlarla maraqlanmamışdır. Lakin, buna baxmayaraq Sumqayıt şəhəri, 3 saylı notariat ofisi bunları nəzərə almamış və mərhum oğlu Əvəz Sadıqovun adına olan miras əmlakına dair Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Hesab edir ki, Sumqayıt şəhəri, 3 say lı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum X21 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2020 saylı qətnaməsi ilə (hakim A.İsmayılov) iddia təmin edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə ər-arvad şəhid ailəsinin üzvləri hesab edilir. Cavabdeh1 isə 2001-ci ildə X13 ilə faktiki nikahla ailə həyatı qurduğundan və onların bu nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X11 adlı bir övladları ol duğundan, Cavabdeh1 şəhid X5 ailə üzvü hesab edilə bilməz. Odur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir.

10. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 1246, 1248.1-ci maddələrinə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əvəz Sadıqov xx.xx.1992-ci ildə şəhid olmasına baxmay araq o, şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunu tətbiq etsə də, maddi hüquq normasını düzgün təfsir etməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, onun faktiki nikaha daxil olması və faktiki nikahdan uşağının olmasına görə o, şəhid Əvəz Sadıqovun ailə üzvü hesab edilə bilməz. Məhkəmənin gəldiyi bu nəticə absurd olmaqla yanaşı, Ailə Məcəlləsinin 1-ci maddəsinin tələblərinə ziddir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir. Bundan əlavə, məhkəmənin Mülki Məcəllənin 1248.1-ci maddəsinə istinad edərək ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinin pozulması, yəni mirasın qə bulu müddətinin keçməsinə baxmayaraq şəhadətnamə verilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmə tətbiq edilməli olmayan mülki hüquq normasını tətbiq etmiş, bununla da başqa hüquqi səhvə yol vermişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri, 3 saylı notariat ofisi tərəfindən X8 verilən cavab məktubundan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X5 miras əmlakına dair xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə ona, xx.xx.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası-İddiaçı və digər 1/3 hissəsinə dair atası-xx.xx.1983-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı-İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Göründüyü kimi, Əvəz Sadıqov şəhid olmasından sonra vərəsəlik işi 22 y anvar 2021-ci il tarixdə açılmışdır. O, 27 yanvar 2021-ci il tarixdə vərəsəlik şəhadətnaməsi almış, şəhidin anası İddiaçı ondan təxminən 1 ay sonra, 18 fevral 2021-ci il tarixdə vərəsəlik şəhadətnaməsi almışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olarsa, onda şəhidin anasına da verilmiş vərəsəlik şəhadətnaməsi də qanunsuzdur. Bundan əlavə, əqdlərinetibarsızlığına dair münasibətləri tənzimləyən Mülki Məcəllənin 14-cü fəslində həyat yoldaşı şəhid olmuş qadının faktiki nikaha girməsi və faktiki nikahdan uşaq dünyaya gətirməsinə görə ona verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasını müəyyən edən heç bir maddi hüquq norması yoxdur.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-548/2022 saylı mülki iş üzrə, 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə (haki mlər T.Məmmədov (sədrlik edən və məruzəçi) Ş.Abasov və S.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir.

14. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Əvəz Sadıqova məxsus hər hansı əmlaka dair mirasın açıldığı gündən 11 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya hər hansı əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Cavabdeh1 “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə ba ğlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli fərmanı qəbul edildikdən 3 ilə yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 3 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1992-ci ildə ölmüş Əvəz Sadıqovun vərəsəsi kimi 1/3 hissədə pay almış, bununla da, qanunla müəyyən edilmiş mirasın qəbul müddətini ötürmüşdür.

15. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 337, 1145, 1146, 1243, 1246-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

16. Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlətin şəhid ailələrinə verdiyi ödənişlər miras kütləsinə daxil deyil, onu almaq üçün mirasın qəbulu müddətinə ehtiyac yoxdur.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə (hakimlər Ə.Əliyev (məruzəçi), M.Əhmədova və İ.Xəlilov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mərhum Əvəz Sadıqov və Cavabdeh1 arasında olan nikahın pozulması ilə bağlı mərhumun sağlığında məhkəməyə müraciət edilməsi, habelə onların qarşılıqlı razılıq əsasında nikahın pozulması üçün vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarına müraciət etməsi və ər-arvada nikahın pozulması haqqında şəhadətnamələrin verilməsi müəyyən edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə Əvəz Sadıqovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.1992- ci il tarixdə həlak olması faktı müəyyən edilənə qədər Cavabdeh1 Əvəz Sadıqovun arvadı olmaqla bərabər, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən Əvəz Sadıqovun birinci növbə vərəsəsidir. Belə olan halda isə, iddia tələbi həmin əsasla təmin edilə bilməz.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbini təmin edərkən, Cavabdeh1 11 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməməsi və ya hər hansı əmlaka sahiblik etməyə və ya əmlakı faktiki idarə etməy ə başlamaması, bununla da, qanunla müəyyən edilmiş mirasın qəbul müddətini ötürməsinə istinad etməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququ şəxsin öldüyü məqamdan sonra yaranan əmlak hüququ olduğundan, həmin vəsait Mülki Məcəllənin 1151.1-ci maddəsi ilə müəyyən olunmuş miras əmlak anlayışına daxil deyil.

21. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi ümumiyyətlə mərhum Əvəz Sadıqovun miras əmlakının kütləsini müəyyən etmədən, bu barədə araşdırma aparmadan, Cavabdeh1 11 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməməsi və ya hər hansı əmlaka sahiblik etməyə və ya əmlakı faktiki idarə etməyə başlamaması qənaətinə gəlmişdir. Halbuki, qeyd olunan analoji hallar iddiaçıya da aiddir. Belə ki, iş materiallarından mərhum Əvəz Sadıqovdan miras qalması, həmin mirasın qəbulu ilə bağlı iddiaçı tərəfindən notariat ofisinə müraciət olunması, habelə əmlaka sahiblik etməyə və ya əmlakı faktiki idarə etməyə başlaması müəyyən edilmir.

22. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 1151.1,1159.1, 1159.1.1ci maddələrinə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli fərmanına i stinad edərək əsaslandırmışdır. ç) Apelyasiya instansiya məhkəməsində ikinci icraat

23. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

24. Etiraz iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının mərhum oğlu atası ilə toyun səhərisi gün nikahın pozulmasına dair sənədləri imzalamış, əmin olmuşlar ki, nikah hər ikisinin razılığı ilə pozulmuşdur. Həmin ərəfədə Birinci Qarabağ müharibəsi davam etdiyi üçün oğlu Əvəz Sadıqov könüllü olaraq müharibəyə getmişdir. 03 oktyabr 1992-ci il tarixdə oğlu Əvəz Sadıqov şiddətli döyüşlər zamanı şəhid olmuşdur. Bu illər ərzində onların Cavabdeh1 ilə hər hansı bir münasibəti və Cavabdeh1 xəbəri olmamışdır. Sonradan onlara məlum olmuşdur ki, nikah pozulmamışdır. Onlar Cavabdeh1 evdən qovandan sonra İradə X2 ilə ailə həyatı qurmuş və həmin şəxsdən xx.xx.2001-ci il tarixdə Arzuman adlı övladı doğulmuşdur. Cavabdeh1 Əvəz Sadıqova məxsus hər hansı əmlaka dair mirasın açıldığı gündən 12 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya hər hansı əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Odur ki, iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir.

25. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, oğlu Əvəz Sadıqovun ölümündən sonra şəhid ailələrinə verilən güzəştlərdən istifadə etmiş və aylıq ödənişləri almışdır. Cavabdeh məhkəmə mübahisəsi açdıqda sonra həmin ödənişlər dayandırılmışdır. X21 məxsus qızıl üzük, bir ədəd xalça, gümü ş çay qaşığı hazırda onun saxlancındadır.

26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-332/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Süleymanova (sədrlik edən və məruzəçi), A.Mahmudov və G.Cabbarova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş Əvəz Sadıqova məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi qət edilmişdir.

27. Məhkəmə kollegiyası cavabdehin ailə üzvü hesab edilməməsi ilə bağlı biri nci instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək qeyd etmişdir ki, 01 iyun 2000-ci il tarixədək qüvvədə olmuş ailə qanunvericiliyi nikahın pozulmasının konkret qaydalarını müəyyən etmişdir. Araşdırılan mübahisə üzrə mərhum Əvəz Sadıqovla Cavabdeh1 arasında bağlanmış nikahın pozulması ilə bağlı mərhumun sağlığında məhkəməyə müraciət edilməsi, habelə onların qarşılıqlı razılıq əsasında nikahın pozulması üçün vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarına müraciət etməsi və ər-arvada nikahın pozulması haqqında şəhadətnamələrin verilməsi müəyyən edilmir. Bu isə belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh mərhum Əvəz Sadıqovun arvadı olmaqla, aralarındakı nikaha yalnız 2008-ci il tarixdə Əvəz Sadıqovun həlak olması faktı məhkəmə qaydasında müəyyən ed ildikdən sonra xitam verilmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mirasın qəbulu müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsinə dair gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hərbi qulluqçuların ölümü ilə əlaqədar ödənilməsi nəzərdə tutulan ödənişlər miras əmlak kimi qiymətləndirilə bilməz və birdəfəlik ödənişin miras əmlaka aid edilməsinə dair mövqe qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi araşdırılan mübahisə üzrə Mülki Məcəllənin 1246, 1248.1-ci maddəsinin tətbiqində yanlışlığa yol vermiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

29. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli hüquq normalarına istinadən qiymət verərək hesab etmişdir ki, mübahisələndirilən vərəsə lik şəhadətnaməsi qanunvericiliyin şərtləri pozulmaqla verilmişdir, şəhadətnamənin verilməsinə əsasən olan əmlak miras kütləsi hesab edilmir, miras kütləsinə daxil olmayan əmlaka görə vərəsəlik şəhadətnaməsinin verilməsi mülki qanunvericiliyin tələblərinə ziddir, mübahisələndirilən vərəsəlik şəhadətnaməsi qanunvericiliyin şərtləri pozulmaqla verildiyindən etibarsız hesab edilməlidir.

30. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1,1151.1, 1159.1, 1159.1.1-ci maddələrinə, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli fərmanına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh1 (Vəkil3 Elmar oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-332/2023 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

32. Kassator şikayətini apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırmışdır.

33. Kassator, şikayətini “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəlirinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə, Ailə Məcəlləsinin 1-ci maddəsinə, Mülki Məcəllənin 1133, 1159, 1160, 1246, 1248-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 saylı fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Qərarın 110-cü maddəsinə, “Notariat haqqında” Qanunun 45, 55-59, 60-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 88, 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etiraz iddia ərizəsi və apellyasiya şikayətinə etirazın məzmunu ilə eynilik təşkil etməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarında verilmiş göstərişlər tam yerinə yetirilmiş, qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir. Həmin qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

36. Maddə 1159.1, 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş, hə rbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli fərmanı

37. Maddə

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtis as təhsili, ali təhsil müəssisələrində və müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallar a yol verilməsi şikayətin hədlərindən və dəlillərindənasılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasın da ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

51. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək qeyd etmişdir ki, 01 iyun 2000-ci il tarixədək qüvvədə olmuş ailə qanunvericiliyi nikahın pozulmasının konkret qaydalarını müəyyən etmişdir. Hazırkı mübahisə üzrə mərhum Əvəz Sadıqovla Cavabdeh1 arasında bağlanmış nikahın pozulması ilə bağlı mərhumun sağlığında məhkəməyə müraciət edilməsi, habelə onların qarşılıqlı razılıq əsasınd a nikahın pozulması üçün vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqana müraciət etməsi və ər-arvada nikahın pozulması haqqında şəhadətnamələrin verilməsi müəyyən edilmir. Bu isə belə bir nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh1 mərhum Əvəz Sadıqovun arvadı olmaqla, aralarındakı nikaha yalnız 2008-ci il tarixdə Əvəz Sadıqovun həlak olması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra xitam verilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mirasın qəbulu müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsinə dair gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hərbi qulluqçuların ölümü ilə əlaqədar ödənilməsi nəzərdə tutulan ödənişlər miras əmlak kimi qiymətləndirilə bilməz.

53. Ümumiyyətlə birdəfəlik ödənişin miras əmlaka aid edilməs inə dair mövqe qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi araşdırılan mübahisə üzrə Mülki Məcəllənin 1246, 1248.1-ci maddəsinin tətbiqində yanlışlığa yol vermiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

54. Mülki qanunvericiliyə əsasən, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması m ütləqdir.

55. Bu baxımdan, mərhum Əvəz Sadıqovun ölümündən sonra sözügedən fərmana əsasən onun ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün ödəniləş məbləğ, onun sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyan Əvəz Sadıqova məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.

56. Qeyd edilməlidir ki, mərhum Əvəz Sadıqovun ölümündən sonra ödəniləcək sözügedən məbləğ ondan miras qalmış əmlak kimi qiymətləndirilmədiyi üçün, həmin məbləğin mirasın kütləsinə aid edilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə də ziddir.

57. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi mübahisələndirilən vərəsəlik şəhadətnaməsi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həl ak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görəölmüş hesab edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. Yəni, sözügedən şəhadətnamənin verilməsində məqsəd göstərilən ödənişin alınmasından ibarətdir.

58. Eyni hüquqi mövqe “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli Qərarında da ifad ə olunmuşdur və həmin Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir.

59. Apellyasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli hüquq normalarına istinadən qiymət verərək qeyd etmişdir ki, mübahisələndirilən vərəsəlik şəhadətnaməsi qanunvericiliyin şərtləri pozulmaqla verilmişdir, şəhadətnamənin verilməsinə əsas olan əmlak isə mirasın kütləsi nə aid edilmir və mirasın kütləsinə daxil olmayan əmlaka görə vərəsəlik şəhadətnaməsinin verilməsi isə mülki qanunvericiliyin tələblərinə ziddir. Ona görə də mübahisələndirilən vərəsəlik şəhadətnaməsi qanunvericiliyin şərtləri pozulmaqla verildiyindən etibarsız hesab edilməlidir.

60. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

61. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(105)-332/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar