Məhkəmə qərarları › İş №2(102)-3163/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3163/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3163/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma qaydasında pul tələbi 12.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2202/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin hall arı

1. İddiaçı təsis etmiş olduğu və qanuni təmsilçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında 21 yanvar 2020-ci il tarixdə bağlanmış olan xidmət müqaviləsinə əsasən, "xxxx" şirkətinin və həmin şirkət ilə bağlı podratçı şirkətlərin keçiləcək tender üzrə Sifarişçinin adından danışıqların aparılması, Sifarişçinin tender qalibi elan olunması üçün zəruri göstərilən avadanlıqların alınması və mağaza yerinin müəyyən edilməsi, keçirələcək tenderlər ilə bağlı Sifarişçinin adından sənədləri qanunvericiliyə uyğun olaraq hazırlanması və təqdim olunması, keçirələcək tenderlər ilə bağlı sifarişçiyə tələb olunacaq lazım olacaq kadr potensiyalı barədə tövsiyyələr verilməsi, sifarişçi tender qalibi elan edildikdən sonra bağlanacaq tender müqaviləsinə uyğun olaraq müqavilənin va xtında icra edilməsinə nəzarət etmək kimi xidmətlər göstərilməsini öz üzərinə götürmüşdür.

2. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 6 saylı evin 2 saylı mənzilini alğısatqı müqaviləsinə əsasən 160.000 manata Rasim Ağayevə satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra- cavabdeh) 50.000 manat və 300.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" şirkətində işləyən qohumu, hazırkı iş üzrə cavabdeh həmin şirkətin keçirməli olan “Xüsusi geyimlər ilə bağlı” tender prosesi ilə əlaqədar tender məlumatlarını ötürəcəyini, müqavilə bağlamış olduğu şirkətin tender cədvəlinə daxil edəcəyini və həmin şirkətin tender prosesinin qalib olunmasını təmin edəcəyi vədini iddiaçıya verməklə onun tələbi ilə "xxxx" MMC-ni tender cədvəlinə daxil edilməsi üçün 50.000 manatı 2020-ci ilin iyul ayının sonlarında, avqust ayının əvvəllərində X1 iştirakı ilə vermiş, iddiaçının müqavilə bağlamış olduğu şirkəti tender cədvəlinə daxil etdikdən sonra, sonrakı mərhələ üçün "xxxx" MMC-ni qalib elan etmək üçün isə 300.000,00 ABŞ dollarını 2021-ci ilin aprel ayının ortalarında bağ evində, həyat yoldaşının, cavabdehin bacısının iştirakı ilə vermişdir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillər cavabdehin ona göstərdiyi kompyuterində tender məlumatlarıdır.

5. Məhkəmə iclasında i ddiaçı, iddia tələbinə uyğun izahat verərək, izahatında göstərmişdir ki, cavabdeh onun qaynıdır. BP şirkətində işlədiyi dövrdə bir çox firmalara tender məsələlərində köməklik göstərib. Cavabdehin atası, yəni iddiaçının qaynatası rəhmətə getdikdən sonra anası ilə birlik olaraq sonra öz bacısı – Vəlixanlı Günelə vərəsəlikdən imtina barədə ərizə imzaladıblar. Qaynanası söz verib ki, nəvəsinin (iddiaçının oğlunun) 18 yaşı olduqda mərhumdan qalan evi onun adına keçirəcək. Lakin sonra vədinə əməl etməyib. Bundan sonra iddiaçıya aydın olub ki, onları aldadıblar. 50.000 manat ilkin olaraq tender proseslərində iştirak üçün qeydiyyatdan keçmək üçün lazım idi. İOSC şirkətinə göstərilən digər yardım isə onunla bağlı idi ki, tender üçün kifayət qədər çətin və uzun prosedurlardan keçmək lazımdır. Şirk ətin distribütorları olmalıdır, layihələr hazırlanmalı, “showroom”-lar təşkil edilməlidir. Pul məbləğləri öz şəxsi vəsaitlərindən ödənilib. Müqaviləyə əsasən, daha sonra İOSC MMC-də tərəfindən ödəniş ediləcəkdi. 50000 manatı çay evində, 300000 dolları bağ evində verib. "xxxx" şirkəti faktiki fəaliyyət göstərmir, digər hər hansı şirkətlər müqavilə bağlanmayıb, tenderdə iştirak etməyib.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, tələbin hüquqi əsası ümumiyyətlə yoxdur. Belə ki, tərəflərin arasında hər hansı müqavilə və s. bağlanmayıb, öhdəlik münasibətləri yaranmayıb. İddia ərizəsində əsassız varlanma ilə bağlı normalara istinad edilsə də, əsassız varlanmanın elementləri də yoxdur, belə ki cavabdeh id diaçıdan heç bir pul vəsaitini almamışdır. Digər tərəfdən, əsassız varlnma ilə bağlı 2 illik iddia müddətini də ötürmüşdürlər. İddiaçı elə bir maddi imkana malik şəxs deyil ki, cavabdehə belə böyük məbləğlərdə pul ödəsin. Əksinə təqdim etdikləri fleşkartda olan səs yazılarından aydın olur ki, cavabdeh iddiaçıya 300 manat borc pul verib, geri qaytarılmasını istədikdə, iddiaçı imtina edib və cavabdehi təhqir edib, ona hədə-qorxu gəlib. Cavabdehin həmişə yüksək əmək haqqısı, şirkətdən bonusları olub. BP şirkətindən ixtisar nəticəsində işdən çıxarılıb, hazırda da digər neft şirkətində işləyir. Hazırda malik olduğu daşınar və daşınmaz əşyaları məhz özünün əmək fəaliyyəti ilə bağlı aldığı qazanc hesabına əldə edib. İddiaçı isə uzun müddətdir işsizdir, həyat yoldaşı da işləmir. İddiaçının dediklə ri yalan və şər böhtandır, mülki işin materialları ilə öz təsdiqini tapmır. Cavabdeh nə “X”, nə də "xxxx" şirkətlərini tanıyır.

7. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC–nin nümayəndəsi və vəkili Vəkil3 öz izahatında bildirmişdir ki, "xxxx" MMC yerli şirkətdir, bir çox tenderdə iştirak edib. Təbii olaraq fəaliyyəti ilə əlaqədar hüquqi şəxs tərəfindən müxtəlif müqavilələr bağlanır. Tender sayı həddən artıq çoxdur. "xxxx" MMC şirkətinin rəhbərliyi iddiaçını tanıdığını təsdiq edir. Müqavilədə şirkətə məxsus imza və möhür vardır. Lakin müqavilənin mövcudluğu barədə hazırda dəqiq məlumatı yoxdur.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçıdan heç bir pul məbləği almadığını, əksinə iddiaçının ona 30 0 manat borcu olduğunu bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 9. “BP Exploration (Caspian Sea) Limited” Şirkətinin AR Nümayəndəliyinin xx.xx.2024cü il tarixli məktubundan müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.1997-ci ildən xx.xx.2021-ci il tarixədək “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyib və son vəzifəsi Təchizat və tədarükün idarə edilməsi departamentində Azərbaycan üzrə tədarükçü olmuşdur.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) e-2(005)-221/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın təmin edilərək, cavabdehdən 50.000 manat və 300.000 ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəz ərə alınmaqla) məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətləri olmasa da, tenderlə bağlı müəyyən danışıqlar aparılması faktı baş vermişdir. Bu halı cavabdeh tərəfin inkar etsə də, iddiaçı tərəfin izahatları ilə yanaşı təqdim etdiyi şahid ifadələri iddiaçının tələbinin əsaslandığı halların doğruluğunu təsdiq edir. Cavabdeh tərəf iddianı etiraf etməsə də, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halların doğru və həqiqətə uyğun olmasını təkzib etmək üçün məhkəməyə tutarlı izahatlar verməmiş, verilmiş izahatlarda ümumi sözlərdən istifadə edilərək cavabdeh BP şirkətində işləsə də, əmək funksiyalarına tenderlə bğlı məsələlərlə bağlı səlahiyyətlər aid edilməməsi, onun h əmişə yüksək əmək haqqısı, şirkətdən bonuları olması, aralarında hər hansı müqavilə və s. bağlanmayaraq öhdəlik münasibətləri yaranmamasını, cavabdehin iddiaçıdan tenderlə bağlı heç bir pul vəsaitini almamasını göstərmişdir.

12. Məhkəmə cavabdeh tərəfin iddiaçının tələbinin hüquqi əsası olmaması ilə bağlı dəlillərinə qiymət verərək hesab etmişdir ki, iddiaçı verdiyi pulların təsdiqi və onun geri qaytarılmasının təsdiqi kimi sadə yazılı formaya və ya digər sübut növlərinə (məs. səs yazısı, yazışma, SMS, mesajlar və s.) malik olmasa da, iddiaçının təqdim etdiyi şahid ifadələri iddianın tam əsaslı olmasının təsdiqi kimi qiymətləndirilməlidir.

13. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh BP şirkətində işləsə də, əmək funksiyalarına tenderlə bağlı məsələlərlə bağlı səlahiyyətlər aid edilməsə də belə, qohumu olan iddiaçıya həmin şirkətin keçirməli olan “Xüsusi qeyimlər ilə bağlı” tender prosesi ilə əlaqədar tender məlumatlarını ötürəcəyini, müqavilə bağlamış olduğu şirkətin tender cədvəlinə daxil edəcəyini və həmin şirkətin tender prosesinin qalib olunmasını təmin edəcəyi vədini verməklə bu niyyətlə ondan 50.000 manatı çay evində, 300.000 dolları bağ evində almasına dair şahid ifadələri tutarlı və mötəbər sübutlardır.

14. Belə ki, məhkəmə qeyd etmişdir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahidlər ifadələrində tərəflərin arasında olan hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər pulun verilməsi anını bilavasitə görmüşlər. Göstərilən hallar, eləcə də, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün onların ifadələrinin mötəbər olmasına dəlalət edir.

15. Müəyyən edilmişdir ki, VİM-A şirkəti faktiki fəaliyyət göstərmir, digər hər hansı şirkətlər müqavilə bağlanmamış və tenderdə iştirak etməmişdir. "xxxx" MMC ilə aralarında 21 yanvar 2020-ci il tarixli Xidmətlərin göstərilməsi haqqında müqavilə”si bağlamaqda niyyəti cavabdehin vəd verdiyi kimi "xxxx" MMC-nin “BP” neft şirkətinin və həmin şirkət ilə bağlı olan podratçı şirkətləri üzrə keçiriləcək tenderlərin qalib edilməsi halında müəyyən fəaliyyəti və qazancı olmalı idi. Lakin iddiaçının cavabdehin tələbi ilə müəyyən mərhələlər adı altında aldığı pulların m üqabilində vəd olunan işi görməməsi ilə iddiaçı gözləntilərindən və maddi vəsaitindən məhrum olunmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 62, 76, 77.1, 80, 88, 104.1, 106.1, 107, 119.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin hansı hüquqazidd əməl törətməsi və bu əməlin cavabdehə zərər vurmasını əsaslandırılmamışdır. Bundan əlav ə, işin faktiki halları ilə də cavabdehin hər hansı bir hüquqazidd əməl törətməsi, yəni təqsiri sübuta yetmir. Məhkəmə cavabdehin hansı hüquqi göstərişin ziddinə olan, hansı əməlini hüquqazidd əməl hesab etməsini qətnamədə göstərməmiş, nə bu cür əməli, nə də cavabdehin təqsirini müəyyən etməmiş, lakin səhvən cavabdehin delikt törətməsi nəticəsinə gəlmişdir. Hazırkı işdə iddiaçı cavabdehin ona müəyyən vədlər verərək, ondan 300.000 ABŞ dolları və 50.000 manat pul vəsaiti almasını iddia edir. Lakin bu iddianın hüquqi əsasını göstərmir və tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. İddiaçı məhkəməyə sübut kimi 2 şahid təqdim etmişdir. Bunlardan biri iddiaçının həyat yoldaşı, cavabdehin bacısı X6, digəri isə X4r. X2 illərdir ki, qardaşı olan cavabdehlə aralarında narazılıq old uğunu təsdiq edərək göstərir ki, illər əvvəl, cavabdeh onu aldadıb atasından miras qalmış əmlakdan imtinaya dair ərizəyə qol çəkdirmişdir. Deməli şahidin cavabdehə qarşı qərəzsizliyi şübhə doğurur, məhkəmə şahidin ifadəsini qiymətləndirərkən bunu nəzərə almalı idi. Bundan əlavə, şahid göstərilən pul məbləğlərinin cavabdehə verilməsinə dair konkret halları (yer, vaxt, məbləğ) göstərə və təsdiq edə bilməmişdir. 50.000 manat məbləğlə bağlı isə yalnız bu məbləğin həyat yoldaşı tərəfindən cavabdehə verilmək adı ilə evdən götürülməsini bildirmişdir. Digər şahid X5 isə 50.000 manat pul vəsaitinin 2021-ci ilin mart ayında 5 dəstə yüz manatlıq olmaqla, iddiaçıya verildiyinə şahid olduğunu bildirmişdir. İddiaçı isə iddia ərizəsində həmin məbləği iddiaçıya 2021-ci ilin iyul ayının axırı, avqust ayı nın əvvəlində verdiyini bildirmişdir. Göründüyü kimi iddiaçı ilə onun təqdim etdiyi şahidin ifadəsi üst-üstə düşmür. X11 300.000 ABŞ dollarının iddiaçıya verilməsi ilə bağlı məhkəməyə ümumiyyətlə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarını iddia tələbinin sübutu kimi qiymətləndirir. Lakin qətnamədə bu səs yazıları ilə iddia tələbi üzrə hansı halın müəyyən olunduğu göstərilmir. Səs yazıları ilə, ümumiyyətlə, iddiaçının tələbini təsdiq edən hər hansı hal müəyyən olunmur. Yeganə hal, cavabdehin iddiaçıdan 300 manat borcunu tələb etməsi, iddiaçının isə 300.000 dollarla bağlı məsələni açacağı ilə bağlı eyhamıdır. Cavabdehin doğrudan da iddiaçıya 50.000 manat və 300.000 ABŞ dolları borclu olduğu halda 300 manat borcunu tələb etməsi inadırıcı de yil. Bundan əlavə, iddiaçı özü məhkəmədə verdiyi izahatında göstərmişdir ki, cavabdeh onun qaynıdır, qaynanası ilə əlbir olub onun həyat yoldaşını atasından miras qalan əmlakdan məhrum ediblər. Həmin danışıqda da iddiaçı öz qiymətləndirməsi ilə, həyat yoldaşına çatacaq miras payını 300.000 ABŞ dolları kimi qiymətləndirməklə bu məbləği səsləndirir. Bu danışığın məzmunundan da aydın olur. Göründüyü kimi, məhkəmə bu sübutu da düzgün qiymətləndirməmişdir.

19. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin apelyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, iddiada, həmçinin şahid ifadəsində pulun cavabdehə verilmə vaxtı təxmini olaraq qey d edilib. Bu fakt qətnamənin ləğvi üçün əsas ola bilməz. Əgər şahidin dediyi cümlə iddiaçının dediyi ilə eynilik təşkil etsə idi, bu zaman cavabdehin gəldiyi qənaət şahidin öyrədilməsi olmaqla, məhkəmə tərəfindən də həmçinin şübhə yaradacaqdır. Buradan o nəticəyə gəlmək olar ki, şahid sərbəst, öyrədilmədən ifadə vermiş və əsas mübahisə edilən məbləğin cavabdehə verildiyinin şahidi olmuşdur. Digər tərəfdən, X11 təsadüfən həmin görüşdə iştirak etmiş və söhbətlər əsnasında məsələnin tenderlə bağlı olduğunun və iddiaçının cavabdehə 50000 manat pul verdiyinin şahidi olmuşdur. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətləri olmasa da, tenderlə bağlı müəyyən danışıqların aparılması faktı baş vermişdir. Bu hal iş materiallarında olan şahid ifadələri, səs yazıları və sms ilə təsdiq olunur. Digər tərəfdən cavabdeh iddianı etiraf etməsə də, iddianı təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Həmçinin şahidlər pulun verilməsi anını bilavasitə görmüşlər. Şahidlər ifadələrində tərəflərin arasında olan hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış, hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 2(103)-2202/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədli və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.

21. Məhkəm ə kollegiyası qeyd etmişdir ki, əvvəla iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə çıxış etməsi üçün ilkin olaraq pulun (50000 manat və 300000 ABŞ dolları) cavabdehə verilməsini sübut etməli, daha sonra isə sonuncudan hazırkı iş üzrə pulun tələb edilməsi məsələsi müzakirə edilməlidir. İddiaçı iddia tələbini şahidlər X6 və X3 ifadələri ilə sübut olunduğunu bildirmişdir. Dindirilmiş şahidlərdən X6 iddiaçının həyat yoldaşı olduğundan, habelə öz izahatında qardaşı olan cavabdehlə aralarında vərəsəlik hüquq münasibətlərindən irəli gələn fikir ayrılıqlarının olduğunu bildirdiyindən, həmçinin pulun verilməsində bilavasitə iştirak etmədiyindən, kollegiya hesab edir ki, onun ifadəsinin hazırki tələb üzrə sübut kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı.

22. Ələlxüsus qeyd edilməlidir ki, iddiaçı iddia tələbində qeyd olunan məbləğdə pulun verilməsində X1 iştirak etdiyini bildirsə də, sonradan nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində icraat zamanı şahidin iştirakını təmin etmiş, eyni zamanda məhkəmə icraatı zamanı dindirilən şahidlərdən nə Vəlixanlı Günel, nə də Zalıyev Ərəstun izahatında pulun verilməsində üçüncü bir şəxsin iştirakı ilə bağlı hər hansı bir fikrə yer vermişlər. İddiaçının iddia tələbində halın təsviri ilə bağlı bildirdikləri bu hissədə şahidlərin izahatı ilə tam uyğunluq təşkil etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

23. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərlə bağlı isə onu qeyd etmişdir ki, həmin sənədlərin hazırkı iddia t ələbi ilə səbəbli-əlaqəsi ümumiyyətlə müəyyən edilmir və iddiaçı tərəfindən də əsaslandırılmamışdır. Kollegiya həmçinin cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, məhkəmə kollegiyasının yuxarıda qeyd edilən mövqeyinə görə nə qədər ki iddia tələbi əsassız hesab edilmişdir, ona görə də hazırkı halda həmin ərizəyə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

24. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 1096.1-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında cavabdehin kompyuterində tender məlumatlarına aid fotoşəkillər mövcuddur. Həmin fotoşəkilləri iddiaçı mülki iş materiallarına əlavə etmişdir. Cavabdeh isə ümumiyyətlə tenderlə bağlı aralarında hər hansısa razılaşma olmadığını və bu işlə məşğul olmadığını bildirir. Belə olan halda iş materiallarına əlavə edilmiş tenderlə bağlı cədvəllərin cavabdehin komputerində olması məntiqsiz olardı. Əgər tərəflər arasında tender məsələsi ilə bağlı hər hansı danışıq və razılaşma olm asa idi, onda cavabdeh öz kompyuterindən iddiaçı tərəfindən həmin məlumatların götürülməsi də mümkün olmayacaqdır. Təqdim edilmiş sübutlardan da kifayət qədər aydın olur ki, cavabdeh tenderlə bağlı iddiaçı ilə razılığa gəlmişdir və ondan pul almışdır. Apellyasiya instansiya məhkəməsi isə bu məsələyə də düzgün qiymət verməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi qətnamədə qeyd olunsa belə izahatları, tenderlə bağlı fotoşəkilləri şahid ifadələrini, nümayəndə tərfindən verilmiş izahatları sübut kimi nəzərə almamış, qərar qəbul edərkən həmin məsələləri diqqətdən kənarda saxlamışdır. Məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmamışdır. Məhkəmə işin hallarını, eləcə də, cavabdehin hansı ki iddiaçının tələblərini təkzib etməyən ümumi izahatlarına düzgün qiymət verməmişdir. Eyni zamanda məh kəmə öz qətnaməsində iş materiallarında olan sənədlərin hazırki iddia tələbi ilə səbəli-əlaqəsinin müəyyən edilməməsini qeyd etsə də, bu hal ilə bağlı ətraflı mövqeyini qeyd edə bilməmişdir. Tərəflər arasında, keçiriləcək tenderlə bağlı kifayət qədər yazılı sübut, elektron daşıyıcıda olan sübut və şahid ifadələri vardır. Bundan başqa, qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsində araşdırma aparılan zaman iddiaçı tərəfindən X1 şahid qismində dindirilməsi barədə vəsatət verilmiş, bu vəsatət təmin edilmişdir. Lakin şahidin səhhətində olan problemlə bağlı o birinci instansiya məhkəməsində iştirak edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsində araşdırma aparılan zaman iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə üzrlü səbəblər təqdim edilərək məhkəmə iclasının təxirə salınması xahiş edilsə də, məhkəmə bununla bağlı vəsatəti təmin etməyərək, işin obyektiv həllinə nail olmadan qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə cavabdehə öz sübutlarını təqdim etmək və mövqeyini “əsaslandırmaq” üçün kifayət qədər vaxt vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, ərizəni onunla əsaslandırmışlar ki, iddiaçı öz tələbini hüquqi əsasını birmənalı müəyyən edə bilməmişdir və öz tələbinin hüquqi əsası kimi irəli sürdüyü faktiki halları məhkəmədə sübut edə bilməmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyasının məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq kassasiya şikayətinin təmin olunmamasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışın ın hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

40. Kassasiya instansiyası məhkəməsi apelly asiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

42. Belə ki, iddiaçı, "xxxx" şirkətində işləyən qohumu, iş üzrə cavabdehə həmin Şirkə tin keçirməli olduğu “Xüsusi geyimlər ilə bağlı” tender prosesi ilə əlaqədar tender məlumatlarını ötürmək; müqavilə bağlamış olduğu Şirkəti tender cədvəlinə daxil etmək; həmin Şirkəti tenderin qalibi etmək üçün 2020-ci ilin iyul ayının sonunda, avqust ayının əvvəlində Tərlan Adıgözəlovun iştirakı ilə 50.000 manat; sonrakı mərhələ üçün "xxxx" MMC-ni qalib elan etmək üçün 300.000 ABŞ dollarını 2021-ci ilin aprel ayının ortalarında bağ evində, arvadının iştirakı ilə 300.000 ABŞ dolları məbləğində pul verdiyini iddia etmişdir.

43. Cavabdeh isə iddia tələbini qəbul etməyərək etirazında göstərmişdir ki, iddiaçı onun bacısının əridir və hazırkı mübahisə atasının ölümündən sonra ondan miras qalmış əmlakın, habelə 250.000 manat pul vəsaitinin bölüşdürülməsi ilə bağlı yaranıb. O, iddiaçıdan pul alma mışdır, əksinə iddiaçının ona borcu vardır və sonuncu ilə aralarında hər hansı müqavilə olmamışdır.

44. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəla iddiaçı, cavabdehə qarşı hazırkı iddia tələbi ilə çıxış etməsi üçün ilkin olaraq 50.000 manat və 300.000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə verilməsini sübut etməli, daha sonra isə cavabdehə qarşı tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir.

45. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmə dedikdə- iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Hazırkı halda tərəflər arasında iddia olunan pul məbləğinə dair hər hansı müqavilə bağlanmayıb və cavabdeh iddiaçıdan qeyd ol unan məbləğdə pul aldığını etiraf etmir. Belə olan halda mülki prosessual qanunverciliyin tələblərinə görə, məhz iddiaçı iddia etdiyi 50.000 manat və 300.000 ABŞ dolları məbləğində pulu cavabdehə verdiyini sübut etməlidir.

47. İddiaçı iddia tələbini şahidlər X6 və X3 ifadələri ilə sübut olunduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan şahid ifadələrinə tənqidi yanaşaraq qeyd etmişdir ki, MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermək üçün ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamaq lazımdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi məhkəmənin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçı pulun verilməsi əsas kimi məhz yuxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Dindirilmiş şahidlərdən X6 iddiaçının həyat yoldaşı olduğundan, habelə öz izahatında qardaşı olan cavabdehlə aralarında vərəsəlik hüquq münasibətlərindən irəli gələn fikir ayrılıqlarının olduğunu bildirdiyindən, həmçinin pulun verilməsində bilavasitə iştirak etmədiyindən, onun ifadəsinin hazırki tələb üzrə sü but kimi qəbul edilməsi qanuni və ədalətli sayıla bilməz.

48. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunan məbləğdə pulun verilməsində X1 iştirak etdiyini bildirsə də, sonradan nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində icraat zamanı şahidin iştirakını təmin etməmiş, eyni zamanda məhkəmə icraatı zamanı dindirilən şahidlərdən nə Günel Vəlixanlı, nə də Ərəstun Zalıyev izahatında pulun verilməsində üçüncü bir şəxsin iştirakı ilə bağlı hər hansı bir fikrə yer verməmişlər.

49. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında iddia olunan məbləğdə öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilə olmalıdır. Belə bir müqavilə isə tərəflər arasında yoxdur.

50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılışmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

51. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 may 2024-cü il tarixli, 2(103)-2202/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar