Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3163/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi, sübutlara tam qiymət verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 may 2025-ci il tarixli 2(104)-586/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Al i Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2618/2023 nömrəli qərardadından görünür ki, iddiaçı X2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1317/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinasının qəbul edilməsi və apellyasiya icraatına iddiaçı X2 apellyasiya şikayəti üzrə xitam verilməsi qərara alınmışdır.
2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1317/2023 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən torpaq sahəsi almaq üçün verdiyi 12000 ABŞ dolları, ev inşa olunmasına icazə barədə sərəncam verilməsi üçün verdiyi 1500 ABŞ dolları və torpağın hasarlanmasına xərclədiyi 4000 manat məbləğində pulun, 171 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Gədəbəy rayonun Slavyanka kəndində yaşayır. 2011-ci ildə X9 makler kimi torpaq alğı-satqısı işi ilə məşğul olan şəxs kimi tanımışdır və Ariflə görüşüb torpaq sahəsi almaq istədiyini bildirmişdir. Arif isə tanışı Cavabdeh satışda olan torpaq sahələrinin olduğunu bildirmişdir. Daha sonra onlar birlikdə Gəncə Şəhəri Sevinc qəsəbəsinə gedərək 23 və 24-cü küçələrdə olan iki torpaq sahəsini onlara göstərmişdir. Bir neçə gündən sonra onu Səyad adlı şəxslə görüşdürüb birlikdə həmin torpaq sahələrinə yenidən baxmaq üçün getmişlər. Cavabdeh Arifin yanında Sevinc qəsəbəsində 23 və 24-cü küçədə Arifin göstərdiyi torpaqları bir daha ona göstərərək satılması ona həvalə olunduğunu və torpağın hər birini 6000 ABŞ dollarına satdığını bildirmiş və iddiaçı həmin qiymətlə razılaşaraq hər iki torpaq sahəsini almaq qərarına gəlmişdir. Bundan sonra iddiaçı Səyada hər bir torpaq sahəsi üçün 6000 ABŞ dolları olmaqla, cəmi 12000 ABŞ dolları pulu Arifin iştirakı ilə ödəmiş, Səyad isə ona yaxın bir müddətdə həmin torpaq sahələrini iddiaçının adına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin cavabdeh müxtəlif bahanələr edərək rəsmiləşdirməkdən yayınmışdır. Həmin torpaqlardan birində tikinti işl əri aparmaq istəyərkən sahə müvəkkili yaxınlaşıb tikiliyə icazə sənədi tələb etdikdə, iddiaçı Ariflə birlikdə Səyadla görüşüb tikiliyə razılıq verilməsi ilə bağlı sənəd tələb olunduğunu bildirmişdir. Səyad isə bildirmişdir ki, 1500 ABŞ dolları pul versə torpaqda tikinti işlərinin arparılması ilə bağlı ona sərəncam alıb verəcəkdir. İddiaçı razılaşıb Səyada Arifin yanında 1500 ABŞ dolları pul versə də, Səyad hər hansı bir sərəncamı ona verməmişdir. Sahə müvəkkili isə sonradan ona hər hansı bir problem yaratmadığı üçün torpaq sahəsinin kənarlarını mişar daşı ilə tikdirmişdir. İddiaçı 12000 ABŞ dollarına razılaşıb Səyaddan aldığı iki torpaq sahəsinə dair hüquqi sənədlərin düzəldilib verilməsini dəfələrlə tələb etsə də, düzəldəcəyi barədə vədlər verərək torpaqlara dair hüquqi sənədlərin düzəldi lməsi ilə bağlı ondan əlavə olaraq 3600 manat məbləğində pul istəmişdir. İddiaçı Ariflə birlikdə Səyadla görüşüb və həmin 3600 manat pulu Arif ondan götürərək sayıb onun yanında Səyada vermişdir. Lakin Cavabdeh ondan aldığı 12000 ABŞ dolları dəyərində olan torpaq sahələrinə dair hüquqi sənədləri verməmişdir. Dəfərlərlə ondan torpağa dair hüquqi sənədlərin düzəldib təhvil verməsini tələb etsə də, müxtəlif bəhanələr edərək yayınmışdır. Əlavə olaraq, cavabdeh ona verdiyi 13500 ABŞ dolları pulu ona verdiyini etiraf edir və qaytarmayacağını bildirir. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, torpaq sahələri iddiaçıya verildiyi üçün onların əvəzi olaraq aldığı pulları geri qaytarmalı deyil. Həmin torpaq sahələrinin Nizaminin adı na rəsmiləşdirildiyini deyə bilmir. O, pul alınıb-verilməsini görməmişdir. İddiaçı torpağın dəyərindən qalan 4000 manat pulu ödəməmişdir. Pul məsələsi o qədər uzanıb ki, sərəncam üçün verilən 3600 manat pulu geri qaytarmalı olmuşdur.
6. Məhkəmə iclasında şahid qismində izahat vermiş X12 bildirib ki, Nizamini uzun müddətdir tanıyır, münasibətləri yaxşıdır. Səyadı makler kimi tanıyır. 2011-ci ilin sentyabr ayının əvvəlində Səyad 2 torpaq sahəsini satdığını bildirmişdir. O, Nizamiyə torpaq sahələrinin satıldığını demiş, Nizami isə həmin torpaq sahələri üçün onun yanında 12000 ABŞ dolları pulu Səyada vermişdir. Daha sonra Nizami Səyada tikintiyə icazə almaq üçün 1500 ABŞ dolları, çıxarış almaq üçün sənədləşdirməyə görə 3600 manat pul vermişdir. Torpaq sahəsini satın almaq barədə danışıq məktəb də dərs ili başlamazdan əvvəl olmuş, 12000 ABŞ dolları pul isə məktəbdə dərs ili başladıqdan sonra verilmişdir. Nizaminin verdiyi pulları o, sayıb əlbəəl Səyada verdiyi üçün pulların məbləğini və məzənnəsini dəqiq bilir. Onun iştirakı olduğu üçün pulların alınıb-verilməsi vaxtını xatırlayır.
7. Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsi ilə (hakim - Xədicə Səfərli) iddia qismən təmin edilmiş və Cavabdeh 13500 ABŞ dolları məbləğdə pulun (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158,85 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Məhkəmənin mövqeyinə görə, iddiaçının tələbini sübut etmək üçün məhkə məyə təqdim etdiyi şahid ifadəsi ilə müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin əldə edilməsi üçün 12000 ABŞ dolları, rəsmiləşdirilməsi üçün 1500 ABŞ dolları pulu Arif Həsənovun iştirakı ilə Cavabdeh təhvil vermişdir. Lakin tərəflər arasında barəsində razılaşdırılmış torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməmiş və ya bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, həyata keçirilməmiş əsasa görə pul, yəni məhrum olan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia sübuta yetirilmişdir. Belə ki, varlanmış şəxs cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığndan – torpaq sahəsi adına rəsmiləşdirilmədiyindən məhrum olan iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Bundan başqa, qanunvericiliyə əsas ən, qaytarma tələbini istisna edən hal(lar) müəyyən olunmur. Həmçinin nəzərə alınır ki, cavabdeh iddiaya etiraz etsə də, onun verdiyi izahat bir-birinə ziddiyyətli cümlələrdən ibarət olmuş, habelə məhkəmə qaydasında tələb edilən pulun verilməsi şahid ifadəsi ilə təsdiq olunmuş, geri qaytarılması isə sübut olunmamışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edib ki, iddia 13500 ABŞ dollarının tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.
9. Məhkəmə həmçinin qeyd edib ki, iddiaçı mübahisəli daşınmaz əmlakın hasarlanması üçün çəkilən xərcin əvəzi qismində 4000 manat pulun tutulmasını xahiş etsə də, həmin hissədə iddia sübuta yetirilmədiyi üçün təmin edilməməlidir.
10. Məhkəmə onu da qeyd etmişdir ki, iddianın sübutu qismində təqdim edilmiş audio səs yazılarını ehtiva edən diskin tədqiqi nəticəsində adının Səyad olduğunu təsdiqləyən şəxsin ona 13000 ABŞ dolları pulu verildiyini bildirməsi və qalıq 4000 ABŞ dolları təhvil veriləcəyi halda torpaq sahələrinin rəsmiləşdirilməsinə razılıq bildirməsi müəyyən edilsə də, həmin danışıqlar birbaşa tərəflər arasında deyil, iddiaçının təmsilçisi ilə aparılmışdır, buna görə həmin danışıqlar sübut qismində qəbul edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1093.2.1, 1093.2.2ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayə ti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamışdır. Əvvəldən bu iddia ona qarşı deyil, torpaq alveri ilə məşğul olan Arif adlı şəxsə qarşı qaldırılmışdır. Sonradan onlar iddianı ona qarşı qaldırmışlar. O, Nizamiyə 2 torpaq sahəsi vermişdir. Nizami ona bu 2 torpağa görə 12000 ABŞ dolları verməli idi, lakin ona 8000 ABŞ dolları verib pulun yerdə qalanını verməmişdir. Nizami onun verdiyi torpaqları satmışdır. Bu gün iddiaçı ondan aldığı 4000 ABŞ dollarını vermədiyi torpaqları satıb ondan pul istəyir. Halbuki, torpağı satıb iki qat pul qazanan şəxs əgər ondan pul istəyirsə, torpağını geri qaytarmalıdır. Məhkəmə işdə şahid kimi X7 şahid qismində verdiyi ifadəyə istinad etmişdir. Halbuki, şikayətə əlavə etdiyi şahid X7 xx.xx.2023-c ü ildə Gəncə Şəhər Məhkəməsinə yazdığı etiraz ərizəsində ona pul vermədiyini bildirmişdir. Belə olan halda şahidin izahatının sübut kimi qəbul edilib, ondan 13500 ABŞ dolarının tutulmasının hüquqi əsası yoxdur. Ona verilən pul 12000 ABŞ dolları yox, 8000 ABŞ dolları məbləğindədir. Məhkəmə isə bu halı tam araşdırmadan iddianı təmin etmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - L.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və İ.Həsənov) 2(104)-1397/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmiş, Cavabdeh 8000 ABŞ dolları məbləğdə pulun (ödəniş gününə ABŞ dollar ının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş 158 manat dövlət rüsumunun 110 manatı alınaraq İddiaçı verilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı 13500 ABŞ dolları məbləğində təmin edərkən şahid qismində dindirilmiş X7 ifadəsinə əsaslanmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə şahid X7 ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, o, iş üzrə maraqlı şəxs olmaqla, həm də onun ifadəsi digər sübut növləri ilə öz təsdiqini tapmır.Belə ki, iddiaçı cavabdehə 13500 ABŞ dolları məbləğində pul verməsi barədə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Bununla belə, Cavabdeh iddiaçıdan 8000 ABŞ dolları pul alması onun izahatı ilə təsdiq edilir.
17. Məhkəmə kolleg iyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2, 1093.1-ci, Azərbaycan Respublikasının MPM-in 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində icraat
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər – İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) 15 dekabr 2024-cü il tarixli, 2(102)3959/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli 2(104)1397/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv ed ilməsi və iş həmin hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, işin mahiyyəti üzrə həlli olunması üçün əhəmiyyətli olan halları kimi məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya Gəncə şəhərinin Sevinc qəsəbəsinə torpaq sahəsini sənədləşdirməklə satmaq barədə razılığa gəlib ondan pul almışdır. İşin bu halı mübahisələndirilmir. İşin mübahisələndirilən halı – tərəflərin razılaşmasına əsasən cavabdehə verilən pulun məbləği ilə bağlıdır. Çünki iddiaçı cavabdehə torpağı almaq üçün 13500 ABŞ dolları verildiyini bildirdiyi halda, cavabdeh apelyasiya məhkəməsində iddiaçıdan 8000 ABŞ dolları alıdığını bildirmiş və apelyasiya instansiyası məhkəməsi də cavabdehin bu etirafına istinad edərək, iddia tələbini 8000 ABŞ dolları məbləğdə təmin etmişdir. İddiaçı bu nəticə ilə razılaşmır və qeyd edir ki, cavabdeh eyni torpaq sahəsi ilə bağlı Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş 2(125)-1317/2023 saylı iş üzrə verdiyi izahatında iddiaçıdan 10000 ABŞ dolları məbləğdə pul aldığını bildirmişdir və məhkəmə prosesində həmin izahatın kserosurətini təqdim etmişdir.
21. Həqiqətən də mülki işin 33-cü səhifəsinə cavabdehin iddiaçıdan 10000 ABŞ dolları məbləğdə pul aldığını təsdiq edən yazılı izahatı əlavə olunmuşdur. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi həmin izahata qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X5 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə) 5 may 2025-ci il ta rixli, 2(104)586/2025 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh 10.000 (on min) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və 141 (bir yüz qırx bir) manat dövlət rüsumu alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin 33-cü səhifəsinə cavabdehin iddiaçıdan 10000 ABŞ dolları məbləğdə pul aldığını təsdiq edən yazılı izahatı əlavə olunmuşdur. Lakin işə baxmış birinci instansiyası məhkəməsi həmin izahata qiymət verməmişdir.
24. Məhkəmə kollegiyası tərəfindən mülki işin tam və obyektiv ara şdırılması üçün sorğu əsasında Gəncə Şəhər Məhkəməsinin 2(125)-1317/2023 saylı mülki işə baxış keçirilərkən, Cavabdeh izahatında iddiaçıdan 10.000 ABŞ dolları məbləğdə pul aldığını təsdiq etmişdir.
25. Belə ki, qeyd olunan mülki işdə şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, iddiaçı X1rı Zeynalov Aydın və Zeynalova Aybənizə məxsus hər birinin ölçüsü 0.04 ha olan iki torpaq sahəsi satmışdır. Torpaq sahələrinə görə iddiaçı və onun əri Nizami ona 14000 manat pul verməli, o isə həmin torpaq sahələrini onların mülkiyyətinə verməliymiş. Həmin torpaqların sənədləşdirilməsi üçün iddiaçı və Nizamidən qudalarının adından etibarnamə verərkən notariusun qarşısında 10000 dollar pul almışdır. Sonradan qalan 4000 dolları vermədikləri üçün torpağı iddiaçı və ərinin adına sənədləşdirməmiş və etibarna məni ləğv etmişdir. Lakin iddiaçının əri həmin torpaq sahələrini özü sənədləşdirmişdir. Həmçinin mübahisəli torpaq sahəsini sənədləşdirmək üçün iddiaçı və ərindən 3600 manat pul almış, həmin pulu polisdə araşdırma gedərkən iddiaçı və ərinə qaytarmışdır. Arif iddiaçı və ərindən pul almamışdır.
26. Cavabdehin müxtəlif mərhələlərdə verdiyi ifadələr ziddiyyət təşkil edir: bir halda 8000 ABŞ dollar, digər halda 10.000 ABŞ dollar və ya 12.000 ABŞ dollar məbləğində pul aldığını göstərmiş, bu isə onun etiraflarının sabit və etibarlı olmadığını göstərir. Bu ziddiyyətlər Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsi baxımından sübutların dəyərinə təsir edən mühüm hal kimi dəyərləndirilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60, 72-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.1, 14.2, 1091.1, 1091.2, 1093.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 119.1, 217.3, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
28. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 5 may 2025-ci il tarixli 2(104)-586/2025 nömrəli qətnaməsini ləğv edib iddianın bütünlüklə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır kı, işə baxan məhkəmə apellyasiya şikayətini qismən təmin edib 10.000 ABŞ dolları məbləğində tutulmasını qət edərkən Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə istinad etməsinin hüquqi əsası yoxdur. Belə ki, hüquqi əsas ol madan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməmişdir. Aldığı 8000 manat pulun hesabına İddiaçı torpaq vermişəm. Əgər ondan torpağın pulu alınırsa, onda torpağı iddiaçı niyə geri qaytarmır? Torpağın çıxarışı olmasa da faktiki torpaq mövcuddur. Məhkəmə ondan pulun tutulmasını qət etsə də topağının qaytarılmasına heç bir hüquqi qiymət verməmişdir. İşə baxan məhkəmə maddi hüquq norması kimi MM-nin 1091.1-ci və 1092.1-ci maddəsinə düzgün tətbiq etməmişdir. İddiaçının hesabına əmlak əldə etməmişdir, əksinə iddiaçı ona məxsus torpağı əldə edib torpağını qaytarmır. İşə baxan məhkəmə buna düzgün hüquqi qiymət verməmiş maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
30. İşə baxan məhkəmənin onun sübutlarını qəbul etmədən apellyasiya şikayətini qismən təmin etmişdir. Halbuki iddiaçının i ş üzrə sübutları obyektiv həqiqəti əks etdirmir. Məhkəmə qətnaməsində onun ifadələrinin zidiyyət təşkil etdiyi bir halda onun 8000 ABŞ dolları, digər halda 10000 ABŞ dolları və ya 12000 ABŞ dolları verdiyini göstərib, apellyasiya şikayətini qismən təmin edib tutulan məbləği 10.000 ABŞ dolları məbləğinə qaldırmışdır. Sual olunur məhkəmə apelyasiya şikayətini qismən təmin edərkən onun sübutlarını subut kimi qiymələndirməmiş, iddiaçıdan 8000 ABŞ dolları almağına dair subutunu sübut kimi qiymətləndiməmişdir.Məhkəmə MPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur.
31. İşdən görünür ki, işə baxan məhkəmə maddi və prossesual hüquq normalarına dəqiq əməl etməmişdir. Bu isə bir daha onu sübut edir ki, məhkəmə qətnaməsi obyektiv həqiqəti əks etdirmir.
32. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mü lki Məcəlləsinin 1091.1, 1092.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə istinad edilərək əsaslandırılmnışdır.
33. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Maddə 1092.1(birinci cümlə). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əs as ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edil mədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
46. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 4
8. Məhkəmə kollegiyası bildirir ki, yoxlanılan hissə üzrə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini icra etmiş, işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət ve rildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-586/2025 nömrəli, 5 may 2025-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv