Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3164/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Nümayəndə1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-169/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 iyun 2021-ci il tarixdə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X2 özünə məxsus ünvan 1 ünvanda yerləşən 0,0307 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 217,6 kv.m. olan fərdi yaşayış evini (bundan sonra – mübahisəli ev) 100000 manata İddiaçı (bundan sonra – iddiaçı) satmışdır. Mübahisəli ev 08 fevral 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. 19 aprel 2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında notarial qaydada təsdiq olunmuş icarə müqaviləsi bağlanmış və iddiaçı mübahisəli evi aylıq 400 manat ödənilməsi şərti ilə 1 il müddətinə cavabdehə icarəyə vermişdir. Həmin icarə müqaviləsinə 06 iyul 2017-ci il tarixdə qarşılıqlı razılıq əsasında xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3337/2019 nömrəli iş üzrə 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı, X1 və Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat Kontoruna qarşı ünvan 1 ünvanda yerləşən 0,0307 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 217,6 kv.m. olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin və çıxarışın etibarsızlığı barədə iddiası rədd edilmişdir. Qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və ailə üzvlərinin iddiaçıya məxsus olan mübahisəli evdən çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evi alqı-satqı müqaviləsi əsasında əldə etmiş, evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, bundan sonra həmin yaşayış evində qeydiyyatı olmayan cavabdehlə icarə müqaviləsi bağlayaraq mülkiyyətində olan əmlakı onun icarəsinə vermiş və o, otaqların birində ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Sonradan cavabdehlə münasibətləri pozulduğuna və icarəçi icarə müqaviləsinin şərtlərini pozduğuna görə onlar icarə müqaviləsini ləğv etmək qərarına gəlmişlər. İcarə müqaviləsinin ləğv edilməsinə və münasibətlərinin pozulmasına baxmayaraq, cavabdeh onun mülkiyyətində olan yaşayış sahəsindən çıxmamışdır və orada yaşamağa davam edir. Bu hal isə onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdir. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, o, yaşayış sahəsini tərk etmək istəmir. Cavabdeh Ağcabədi şəhərində qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq onun mülkiyyətində olan evdə yaşayır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-5555/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia ərizəsi təmin edilmiş, cavabdehin və ailə üzvlərinin iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mülkiyyət hüququnun müdafiəsini təsbit edən Azərbaycan Respublikası Konstitusiyasınn 13, 29-cu maddələrini rəhbər tutmaqla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan evdən cavabdehin və ailə üzvlərinin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, iddiaçıya məxsus mübahisəli evə dair tərəflə r arasında bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Ona görə də cavabdeh və onun ailə üzvləri həmin evdən çıxmalıdır. Məhkəmə öz mövqeyini həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.2, 157.2, 239.2, 240.1, 240.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən cavabdeh, habelə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər qismində X2, X3 və X6 apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-169/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Rəhimov (səd rlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin ailə üzvlərinin mübahisəli fərdi yaşayış evindən çıxarılmasının təmin edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamışdır. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh dair hissədə təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, tələbin ailə üzvlərinə dair hissəsini təmin etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı, Cavabdeh və ailə üzvlərinin özünə məxsus olan mübahisəli fərdi yaşayış evindən çıxarılmasına dair iddia qaldırmış, lakin iddia tələbində cavabdehin ailə üzvlərinin kimliyini, neçə nəfərdən ibarət olması nı göstərməmiş, həmin şəxslər məhkəməyə çağırılmamış, birinci instansiya məhkəməsi isə bu halları nəzərdən qaçıraraq, MPM-in 4.1, 9.2-ci maddələrinin tələblərini pozaraq həmin hissədə iddianı təmin etmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissədə ləğv edilməsini və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamışdır. Kassator göstərmişdir ki, 2016-cı ildə Xırdalan şəhərində ev almaq fikrinə düşmüş, arvadı xxxxxxxxx və oğlu xxxxxxxxxx ilə birlikdə Xırdalan şəhərində hazırda yaşadıqları mübahisəli evi bəyənərək almışlar. Həmin evi təmir edərək, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə evin 1-ci mərtəbəsində kafe açmışlar. Alqı-satqı zamanı onlara çəkdikləri xərc və qalıq məbləğ verilməli idi. Məhkəmə onun evdən çıxarılması barədə qətnamə çıxararkən, evin texniki sənədlərində göstərilməyən sahəsindən də onun çıxarılması barədə səhv nəticəyə gəlmişdir. Belə ki, yaşayış evinə əlavə tikililər edilmiş, təndir və sair köməkçi sahələr onun tərəfindən tikilmişdir. Kassasiya şikayətinə görə, məhkəmə MPM-in 9.3, 88, 106, 217, 220-ci, Mülki Məcəllənin 560.1, 560.2-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən edən iddiaçının vəkili şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator, onun vəkili və işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının iddianın təmin olunan hissəsində ləğvini xahiş etdiyi üçün məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikasının Konstitusiyası Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29). Mülki Məcəllə Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəli lləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Nəzərə alınmalıdır ki, iddiaya etirazın əsasını təşkil edən oxşar dəlillər Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 2(012)-3337/2019 nömrəli iş üzrə də Cavabdeh iddia tələbinin də əsasını təşkil etmiş, həmin işə baxılması ilə bağlı hazırkı iş üzrə icraat dayandırılmış və iddianın təmin olunmaması barədə məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlər ə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-169/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3164/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3164/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver