Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3165/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № iş № 2(102)-3165/21 (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə ziyanın ödənilməsi) Bakı şəhəri, 27 iyul 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı vəkili X2 qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(105)-2785/2020 saylı qətnaməsindən Cavabdehn nümayəndəsi tər əfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh üzrə ***** saylı, 12 aprel 2019-cu il tarixli əmrlə, Cavabdeh Hüquq departamentinin rəhbəri İddiaçı bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 12 aprel 2019-cu il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya görə ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC-dən onun xeyrinə məcburi işbura xmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı və gecikdirilən hər günə görə 1% ödəncin tutulması və iddiaçıya ödənilməsi, habelə Cavabdeh MMC-dən iddiaçının xeyrinə 10.000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki o, 05.01.2015-ci il tarixdən etibarən Cavabdeh MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsində işləmişdir. 12.04.2019-cu il tarixdə cavabdeh №***** saylı əmrlə onunla bağlanmış 31.03.2017-ci il tarixli, № 398 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam vermişdir. İşdənçıxarma əmri 12.04.2019-cu il tarixdə, yəni onun rəsmi olaraq məzuniyyətdə olduğu vaxt verilməsi həmin əmrin ləğv olunması və onun işə bərpa olunması üçün əsasdır. Qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdənçıxarma gününün sonrakı günündən, yəni 13.04.2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını və əmək haqqı ödənişi gecikdirildiyi hər gün üçün Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən 1% ödənc məbləğini, məcburi işburaxmaya görə ödəməyə borcludur. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi gün üçün, yəni 03.06.2019-cu il tarixinə cavabdeh ona 7325 manat 98 qəpik ödəməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, yuxusuzluq, depressiya, yorğunluq, bitkinlik, enerjisizlik kimi psixoloji problemlərdən əziyyət çəkmiş, bezgin ruh halı və əhval pozğunluğu kəskin formalar almışdır. Daimi yorğunluq fonunda istirahət etməyə daha çox ehtiyac hissi yaranmış, özünə güvən və inam hissi azalmış, kefsizlik və həyata marağın tükənməsi, günlük məsuliyyətlərin sonraya saxlanılması, diqqət pozğunluğu, düşünməyin çətinləşməsi, qorxaqlıq və əsəbilik, hər şeyi özünə almaq kimi pis vəziyyət yaranmışdır.
4. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin artırılması haqqında ərizə təqdim edərək, Cavabdeh MMC-nin İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında 12.04.2019-cu il tarixli, ***** saylı əmrinin ləğv edilməsini də xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Buna görə baxılan iddiaya iddia müddətinin tətbiq edilməsi ni və bu əsasla iddianın rədd olunmasını xahiş edir.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində həmçinin iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı onunla əmək müqaviləsinə xitam verildikdən sonra bir ay müddətində məhkəmədə iddia qaldıra bilərdi, lakin iddiaçı həmin müddəti ötürmüşdür. Buna görə də iddia rədd olunmalıdır. Bundan başqa İddiaçı ıkaB˝ Pivə˝ ASC-yə qarşı rəlfərət˝ arasında bağlanmış müqavilə nüsxəsinin iddiaçıya verilməsi, əmək müqaviləsi tarixinin müəyyən edilməsi, əmək haqqının müəyyən edilməsi, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın verilməsi tələbinə dair˝ iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki işin 05.03.2019-cu il tarixli iclasında İddiaçı grebslraC˝ Azerbaijan˝ MMC ilə rumreK˝ ixtisaslaşmış vəkil bürosu˝ arasında 07.06.2016-cı il tarixli, 03 saylı müqaviləyə 2018-ci ildə edilmiş əlavəni təqdim etmişdir. Həmin əlavədə qeyd edilmişdir ki, grebslraC˝ Azerbaijan˝ MMC razılaşma üzrə rumreK˝ ixtisaslaşmış vəkil bürosu˝na 13000 manat ödəyəcəkdir. Həmin iclasda İddiaçı həmçinin grebslraC˝ Azerbaijan˝ MMC ilə rekyeB˝ və Makenzi – Si-Ay-Es Limited˝ şirkəti arasında 22.09.2017-ci il tarixində təsdiqlənmiş təhviltəslim aktını məhkəməyə təqdim etmişdir. Həmin akt grebslraC˝ Azerbaijan˝ MMC-nin rekyeB˝ və Makenzi – Si-Ay-Es Limited˝ şirkətindən 2017-ci ilin avqust ayında 1190 ABŞ dolları dəyərində xidmətin qəbul edilməsini təsdiq etmişdir. Halbuki, məhkəmə həmin sənədləri İddiaçı tələb etməmişdir. Cavabdeh MMC-nin R-10-02 nömrəli reqlamenti ilə təsdiq olunmuş Cavabdeh MMC-də “Kommersiya sirrinin mühafizəsi qaydası" Reqlamenti"nin 8-ci (Kommersiya sirri rejiminin qorunması öhdəliyi) maddəsinin 1-ci bəndinə əsasən, kommersiya sirri təşkil edən məlumatın açıqlanmaması öhdəliyi həmin məlumatları əldə etmiş şirkətin işçilərini daşıyır. İddiaçı Hüquq departamentinin rəhbəri vəzifəsini icra edərkən yuxarıda qeyd edilən sənədləri xidməti istifadə üçün əldə etmişdir. grebslraC˝ Azerbaijan˝ MMC ayisremmoK˝ sirrinin mühafizəsi qaydası" Reqlamenti"nin 10cu maddəsinin 1-ci bəndinə əsasən, şirkətin kommersiya şirrini təşkil edən informasiya ilə sənədlər əsaslandırılmış tələb əsasında dövlət və ya məhkəmə orqanlarına təqdim edilə bilər. İddiaçı hətta yuxarıda qeyd edilən sənədlərdən sübutlar kimi məhkəmədə istifadə etmək zərurəti qənaətinə gəldiyi təqdirdə, həmin sən ədlərin məhkəmə tərəfindən şirkətdən tələb edilməsi üçün vəsatət verməli idi. Bundan başqa, İddiaçı 15.03.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsində saat 10:30-a təyin edilmiş məhkəmə iclasında iştirak etmək üçün işdən getmişdir. Məhkəmə iclasının 12:30-a kimi qurtarmasına baxmayaraq, İddiaçı 13:20-dan 15:45-dək həmin gün işə gəlməmişdir. İddiaçı ilə bağlanmış 31.03.2017ci il tarixli, 398 saylı əmək müqaviləsinin 8.9-cu bəndi onun kommersiya sirrini yayması və işə gecikmə həmin müqavilənin işəgötürən tərəfindən ləğv olunması üçün əsas olmuşdır. Eyni zamanda nəzərə alınmalıdır ki, 19.03.2019-cu il tarixli 01 saylı əmrlə İddiaçı əmək vəzifələrini pozduğuna görə şiddətli töhmət elan edilmişdir. Bundan başqa İddiaçı ilə bağlanmış 31.03.2019-cu il tarixli 398 saylı əmək müqaviləsinin 8.5-ci maddəsinin ˝b˝ yarımbəndinə əsasən işçinin illik fəaliyyətinin dəyərləndirilməsi prosesinə əsasən aşağı dəyərləndirmə (yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ˝e˝ bəndinə əsasən qeyd edilən hal baş verdikdə) baş verdikdə onunla əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. 2018-ci il üçün İddiaçı İllik fəaliyyətinin dəyərləndirilməsi 0% kimi qiymətləndirilmişdir. Bundan başqa 02.04.2019-cu il tarixdə İddiaçı bulCideM˝ Klinikası˝nda xəstəlik vərəqəsi açdırmışdır. Həmin xəstəlik vərəqəsi bulCideM˝ Klinikası˝ tərəfindən 10.04.2019-cu il tarixdə bağlanmışdır və İddiaçı 11.04.2019-cu il tarixdən işə yazılmışdır. Lakin 11.04.2019-cu il tarixdən 12.04.2019-cu il tarixə iş vaxtlarının sonuna kimi İddiaçı heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. 12.04.2019 -cu il tarixdə İddiaçı kuryer xidməti ilə məktub göndərilmişdir və xidməti istifadəsində olan mobil telefona mesaj göndərilərək ondan təcili müəssisəyə gəlib intizam pozuntuları ilə bağlı izahat verməsi tələb edilmişdir. İddiaçı izahat verməkdən də yayınmışdır. 19.03.2019 tarixli 01 saylı əmrlə İddiaçı əmək vəzifələrini pozduğuna görə şiddətli töhmət elan edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin ˝a˝ bəndinə əsasən, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçının 11.04.2019-cu il tarixdə məzuniyyətin verilməsi barədə əmr mövcud deyildir. İddiaçı 05.01.2018-2019-cu iş ili hesab ına 10 təqvim günü 11.04.2019-cu il tarixdən ona məzuniyyət verilməsi barədə 05.04.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavabdehin rəhbəri dərhal dərkənar qoymuşdur ki, qeyd edilən dövr üçün iddiaçının istifadə edilməmiş məzuniyyət günləri yoxdur.
7. Abşeron Rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsi ilə (sədrlik edən H.Y.Əhmədov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-nin İddiaçı ilə bağlanılmış 12.04.2019-cu il tarixli, ***** saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC-dən məcburi işburaxmaya görə İddiaçı işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pu lun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin 12.04.2019-cu il tarixli, ***** nömrəli əmrindən görünür ki, şirkət İddiaçı ilə əmək münasibətlərinə xitam verərkən, bir neçə əsas göstərərək, Əmək Məcəlləsinin bir neçə normasına – 70-ci maddənin “ç” bəndinə, 72-ci maddənin “d” bəndinə, 68-ci maddənin “e” bəndinə istinad etmişdir. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə birbaşa ziddir.
9. Məhkəmə qeyd etmişdir ki, əmək münasibətlərində mənəvi ziyanın mövcudluğu halları Əmək Məcəlləsində konkret sadalanmışdır. Lakin bu hallardan hansının mövcud olması barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.
10. Məhkəmə öz m övqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5, 76, 110, 111, 131, 138, 186, 287, 289, 290, 134-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi Sumqayıt Şəhər Məhkəməsinin 12.07.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli, 2(105)-275/2020 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və S.A.Qafari) Abşeron Rayon Məhkəməsinin 2(012)2985/2019 saylı, 12 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələb i rədd edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi, bu barədə 12.04.2019-cu il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddiaçının işdən çıxarılmasının əsası kimi əmrdə qeyd olunan bir halı - İddiaçı 11.04.2019-cu il tarixdə iş vaxtının sonuna kimi heç bir üzürlü səbəb olmadan işə gəlməməsini və eyni zamanda iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsini əsas tutaraq qətnaməni ləğv edərək iddianı rədd etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3581/2020 nömrəli, 21 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının həmkarlar ittifaqının üzvü olması səbəbindən əmək müqaviləsinə həmin təşkilatın razılığı olmadan xitam verilə bilməməsi dəlilini apelyasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın sonradan təqdim etdiyi arayışla əsaslı saymamışdır. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin Həmkarlar İttifaqi Komitəsinin üzvlərinin böyük əksəriyyətinin iştirak etdiyi və yetərsaya malik olan üm umi yığıncağının 13.03.2019cu il tarixli protokolundan görünür ki, həmin yığıncaqda iddiaçı katib kimi iştirak etmiş və yığıncağın Protokolunu imzalmamışdır. Həmkarlar İttifaqi Komitəsinin üzvlərinin böyük əksəriyyətinin səsvermə yolu ilə həmin iclasda sədr vəzifəsindən azad etdiyi şəxsin sonradan məhkəməyə təqdim etdiyi məktubu əsas götürülərək apelyasiya instansiyası məhkəməsi iddiaçının Həmkarlar İttifaqi Komitəsinin üzvü olmadığı qənaətinə gəlmişdir. Hansı ki, yığıncağın həmin qərarının etibarsız hesab edilməsi və ya hər hansı digər formada mübahisələnirilməsinə dair məhkəmədə heç bir sübut olmamış, etibarlılıq prezumpisyasına malik olan və komitə üzvlərinin əksəriyyətinin iştirak etdiyi və yekdilliklə qəbul etdiyi qərara zidd qiymətləndirmə aparılmışdır. Həmin yığıncağın qərarı iddi açı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin cavabdeh bu faktla bağlı həmin məhkəməyə heç bir sübut, etiraz təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi isə prosessual qanunvericiliyin tələblərini pozaraq iddiaçının həmkarlar təşkilatının üzvü olmaması barədə məktubu sübut kimi qəbul etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(105)-2785/2020 saylı qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sə drlik edən və məruzəçi), Ş.R.Abasov və T.O.Quliyev) Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 61,52 manatın Cavabdeh MMC-dın tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsalandırmışdır ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri 13 aprel 2019-cu il tarixdə almış, işə bərpa tələbinə dair iddia ilə 11 iyun 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.
18. İddia müddəti ilə bağlı iddiaçının dəlili ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında onun Cavabdehnə qarşı əmrin ləğvi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş olmuş, Abşeron Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qərardadı ilə onunla Cavabdeh arasında qanunsuz ixtisar və töhmət əmrinin ləğv olunmasına dair mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə kimi ikinci intizam tənbehinin verilməsi cavabdehə qadağan edilmişdir. Ona görə iddiaçı işdən çıxarılan kimi həmin qərardadın icra olunmaması, qərardadın olmasına baxmayaraq onun barəsində intizam tənbeh tədbiri görüldüyü barədə məlumat verməklə qərardadın icrasını tələb etmişdir.
19. İşdən görünür ki, qərardadın icra olunmaması əsası ilə cavabdeh təşkilatın icraçı direktorunun barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmi şdir.
20. Eyni zamanda işdən görünür ki, iddiaçının cavabdehə qarşı əvvəllər də bir neçə mübahisəsi olmuş və həmin mübahisələrin hamısı əmək hüquqlarının müdafiəsi ilə bağlı olmaqla paralel olaraq davam etmişdir və elə başa düşürdü ki, həmin qərardadın qəbul edilməsi ilə onun işdən azad olunması dayandırılacaq, həmin qərardad icra olunacağı təqdirdə işdən çıxarılması barədə əmr ləğv ediləcəkdir. Əslində formal əsaslarla yanaşılsa, iddiaçı işdən azad olunan vaxt onun barəsində növbəti intizam tənbehi görülməməsi barədə qərardad qüvvədə idi.
21. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin qərardadın qanuni və yaxud qanunsuz olması əhəmiyyət kəsb etmir və qərardadın icrası işdən çıxma barədə əmrin ləğv olunması ilə nəticələnməli idi. Çünki məhkəmənin həmin qərardadı işdən çıx ma əmrindən əvvəl qəbul edilmişdi və həmin vaxt dərhal icra olunmalı idi.
22. Belə olan halda, iddiaçının həmin qərardadın icra olunaraq, cavabdeh tərəfindən ona hər hansı inzibati tənbehin verilməyəcəyi və hüququnun pozulmayacağı barədə gözləntisi qanunvericiliyin imperativ tələblərinə söykənməklə əsaslı olmuş, bu qərardadın icra olunaraq, ona hər hansı tənbehin, həmçinin onun əmək müqaviləsinə xitam verilməsinə əsas ola biləcək tənbehin verilməyəcəyinə əmin olmuşdur.
23. Cavabdehin nümayəndəsi etirazında İddiaçı Cavabdeh MMC-nin “Kommersiya sirrinin mühafizəsi qaydası” Reqlamentinin və onun 1 saylı əlavəsi olan Cavabdeh MMCnin kommersiya sirrini təşkil edən məlumatların siyahısının 44 və 45-ci bəndlərini pozmasına istinad etmişdir. Lakin İddiaçı həmin siyahı ilə tanış edilməsi və siyah ıda olan məlumatları yaymayacağına dair razılığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh MMC-nin nümayəndəsi kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəf indən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.
26. İddiaçı əmrin ləğv edilməsi barədə tələbi 12.07.2019-cu il tarixdə, yəni iddia müddətini bir ay 30 gün ötürdükdən sonra vermişdir. Cavabdeh bu əsasla baxılan işə iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmiş, lakin məhkəmə bu dəlilləri qəbul etməmişdir.
27. İddiaçı 12.07.2019-cu ildə iddia ərizəsinə əlavə təqdim etdikdə cavabdehin nümayəndəsi həmin əlavəyə münasibət bildirmək üçün 10 gün vaxt istəmiş, lakin məhkəmə cavabdehin vəsatətini təmin etməmiş, yalnız 30 dəqiqə vaxt vermişdir.
28. Bundan başqa, məhkəməyə iddiaçının həmkarlar təşkilatının üzvü olmadığı barədə mötəbər sübutlar təqdim olunmuş, lakin mə hkəmə həmin sübutları nəzərə almamışdır. əksinə, iddiaçının təqdim etdiyi, dövlət qeydiyyatına alınmamış, hüquq qabiliyyəti olmayan qondarma həmkarlar təşkilatının təsis protokolunu sübut kimi qəbul etmişdir.
29. Məhkəmə iddiaçının müəssisəyə aid olan kommersiya sirrini yayması barədə cavabdehin dəlillərinə də düzgün qiymət verməmişdir. Çünki iddiaçı müəssisə ilə bağlanmış əmək müqaviləsində müəssisəyə aid kommersiya sirri təşkil edən məlumatları qorumaq öhdəliyini götürmüşdür. Bundan başqa, iddiaçı MMC-nin hüquq işləri üzrə menecer vəzifəsində işləmiş, direktor olmadığı dövrdə onu əvəz etmişdir. Belə bir səlahiyyət verilmiş şəxsin MMC-nin “Kommersiya sirrinin mühafizəsi qaydası” Reqlamenti və onun 1 saylı Əlavəsi ilə tanış olmaması mümkün deyildir. 30. 2018-ci il üçün İddiaçı illik fəaliy yətinin dəyərləndirilməsi 0% kimi qiymətləndirilmiş və bu barədə sübutlar işə əlavə edilmişdir. Lakin məhkəmə qiymətləndirmənın hansı komissiya tərəfindən aparılması, həmin komissiyanın buna səlahiyyəti olub-olmamasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi əsası ilə həmin dəlili qəbul etməmişdir. Halbuki, qiymətləndirmənin məhz hansısa komissiya tərəfindən aparılması nə qanunvericilklə, nə də iddiaçı ilə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(105)-2785/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini x ahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. İddiaçı vəkili X2 qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MMC-nin, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 nümayəndələri məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürə nin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. B u Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin ko bud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
110. İşçilərin məzuniyyət hüququ
1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
35. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassa siya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
36. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır (maddə 416).
37. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətində irəli sürülən başlıca dəlil iddia müddəti ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil iş üzrə Ali Məhkəmənin əvvəlki, yəni 21 avqust 2020-ci il tarixli qərarında araşdırılmlşdır.
42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, «hazırkı işdə işə baxan məhkəmə öz təşəbbüsü ilə iddia müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsini həll etməli idi. İddiaçı iddia müddətinin məqsədlərinə uyğun gəlməyən elə bir uzun müddət buraxmamışdı ki, (hüquq münasibətlərinin müəyyənliyinin pozulması, işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların mötəbərliyinin itməsi, tərəfi əsaslandırılmamış çəkişmələrdən qorumaq, müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etmək və.s.) müddətin bərpası müzakirəyə çıxarılmasın.
43. Həm də müddətin ötürülməsi ilə bağlı iddiaçının dəlilləri onu tələb edirdi ki, buraxılmış müddət müzakirə edilsin. İşə baxan apely asiya məhkəməsi müddətin ötürülməsi ilə bağlı iddiaçının dəlillərini əsassız saymışdır. Əslində iddiaçının dəlilləri başa düşülən idi və iddia müddətinin mahiyyət ilə bağlı yuxarıda qeyd olunan şərhlər və sübutların məcmuyu fonunda qiymət veriləcəyi təqdirdə üzrlü hesab olunmalı idi.
44. Belə ki, iddiaçının iddia müddəti ilə bağlı dəlili ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında onun Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş olmuş, Abşeron Rayon Məhkəməsinin 08.04.2019-cu il tarixli qərardadı ilə onunla Cavabdeh MMC arasında qanunsuz ixtisar və töhmət əmrinin ləğv olunmasına dair mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə kimi ikinci intizam tənbehinin verilməsi cavabdehə qadağan edilmişdir. Ona görə iddiaçı işdən çıx arılan kimi həmin qərardadın icra olunmaması, qərardadın olmasına baxmayaraq onun barəsində intizam tənbeh tədbiri görüldüyünü məlumat verməklə qərardadın icrasını tələb etmişdir. İşdən görünür ki, qərardadın icra olunmaması əsası ilə cavabdeh təşkilatın icraçı direktorunun barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Eyni zamanda işdən görünür ki, iddiaçının cavabdehə qarşı əvvəllər də bir neçə mübahisəsi olmuş və həmin mübahisələrin hamısı əmək hüquqlarının müdafiəsi ilə bağlı olmaqla paralel olaraq davam etmişdir. Deməli, bütün bu müddət ərzində iddiaçı işə bərpa ilə bağlı əmri aldıqdan sonra əmək hüquqlarının müdafiəsi ilə bağlı elə məhkəmənin qarşısında idi. O, elə başa düşürdü ki, həmin qərardadın qəbul edilməsi ilə onun işdən azad olunması day andırılacaq, həmin qərardad icra olunacağı təqdirdə işdən çıxarılması barədə əmr ləğv ediləcək. Əslində formal əsaslarla yanaşılsa iddiaçı işdən azad olunan vaxt onun barəsində növbəti intizam tənbehi görülməməsi barədə (həmin qərardadın qanuni və yaxud qanunsuz olması əhəmiyyət kəsb etmir) qərardad qüvvədə idi. Həmin qərardadın icrası işdən çıxma barədə əmrin ləğv olunması ilə nəticələnməli idi. Çünki məhkəmənin həmin qərardadı işdən çıxma əmrindən əvvəl qəbul edilmişdi və həmin vaxt dərhal icra olunmalı idi.
45. Mülki Prosessual Məcəllənin 160.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında qərardad dərhal icra edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
46. Belə olan halda, iddiaçının həmin qərardadın icra olunaraq, cavabdeh tərəfindən ona hər hansı inzibati tənbehin verilməyəcəi və hüququnun pozulmayacağı barədə gözləntisi qanunvericiliyin imperativ tələblərinə söykənməklə əsaslı olmuş, bu qərardadın icra olunaraq, ona hər hansı tənbehin, həmçinin onun əmək müqaviləsinə xitam verilməsinə əsas ola biləcək tənbehin verilməyəcəyinə əmin olmuşdur».
47. İşə yenidən baxmış apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu mövqeyinə uyğun olaraq iddia müddətinin buraxılmadığı barədə nəticəyə gəlmiş, işə mahi yyəti üzrə baxılmasını mümkün saymışdır.
48. İddiaçının 2018-ci il üçün fəaliyyətinin qiymətləndirilməsi qaydaları və əsaslarının qanunvericiliklə və ya əmək müqaviləsində müəyyən edilməməsi və sair barədə kassatorun dəlili də gəlinən nəticəni dəyişmir. Çünki mübahisələndirilən ***** saylı, 12.04.2019-cu il tarixli əmrdə əmək müqaviləsinin ləğvinin hüquqi əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndidir.
49. Həmin norma əsasında əmək müqaviləsinə xitam verilməsi üçün zəruri olan dispozisiya şərtlərini aşağıdakı kimi sıralamaq olar:
1. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması;
2. Bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək v ə icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması.
50. Cavabdeh bu normaya istinadən, işçi ilə müqavilənin ləğvinin əsaslarından biri kimi ona istinad etmişdir ki, iddiaçı müəssisə ilə başqa mülki iddia üzrə məhkəmə iclasında MMC ilə “Kermur ixtisaslaşmış vəkil bürosu” arasında 07.06.2016-cı il tarixli, 03 saylı müqaviləyə 2018-ci ildə edilmiş əlavəni, habelə Cavabdeh ilə “Beyker və Makenzi-Si-AyEs Limited” şirkəti arasında 22.09.2017-ci il tarixdə təsdiqlənmiş təhvil-təslim aktını məhkəmənin tələbi olmadan məhkəməyə təqdim etməklə müəssisədə “Kommersiya sirrinin mühafizəsi qaydası Reqlamenti"nin tələblərini pozmuş, şirkətin kommersiya sirrini yaymışdır.
51. Bundan başqa, iddiaçı 15.03.2019-cu il tarixdə səbəbsiz olaraq 14:00-dan 17:00a kimi işə gəlməmiş, habelə 11.04.2019-cu il tarixdə İddiaçı iş vaxtının sonuna kimi heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün istinad etdiyi bu halların həqiqiliyi müəyyən edilsə belə, iddiaçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün yetərli olmayacaqdır. Çünki işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun.
53. Mübahisə predmeti olan əmrdə bu cür əsaslandırma yoxdur. Bu hal, əmrin ləğv edilməsi üçün müstəqil əsasdır.
54. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, ape lyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(105)-2785/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.