Məhkəmə qərarları › İş №2(102)-3165/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3165/2024

04.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3165/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbi) (Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Podrat müqaviləsi; Müqavilə öhdəliklərindən irəli gələn mübahisələr; Öhdəliklərin icra edilməməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı C avabdehnə (iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə) qarşı “öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-658/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Podratçı Cavabdeh MMC ilə sifarişçi X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 6cı mərtəbəsi, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan iba rət 219 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən 219 saylı mənzilin tam dəyəri üzrə X4 Cavabdeh MMC-yə borcu yoxdur.

3. Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı (bundan sonra mətndə iddiaçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür.

4. Podratçı Cavabdeh MMC ilə sifarişçi iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür.

5. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 219 saylı mənzilin tam dəyəri üzrə iddiaçının cavabdeh MMC-yə borcu yoxdur. 6. 21.12.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdeh MMC tərəfindən öhdəliklər 10 gün müddətində yerinə yetirilmədikdə, məhkəməyə müraciət olunacağı barədə İddiaçı tərəfindən xəbərdar edilmişdir. 7. “Azəriqaz” İB-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 219 saylı mənzil üzrə X7 ilə bağlanmış xx.xx.2023-cü il tarixli qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 8. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 219 saylı mənzildə su və kanalizasiya təchizatından istifadəyə görə xx.xx.2023-cü il tarixdə X7 ilə müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 166.080 manat pulun və 2.000 manat, işıq, qaz, su sayğaclarının qoyulması üçün ödənilmiş pulun, cəmi 168.080 manat pul ödənilməklə xx.xx.2022-ci il tarixində cavabdeh ilə onun arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən alınan Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138,4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsi ni xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mənzil şəraiti pis olduğundan xx.xx.2019-cu il tarixində "SİPARK” Yaşayış kompleksi "xxxx" MMC-nin direktoru X10 ilə müqavilə bağlayaraq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzili almışdır. Mənzilin dəyərini tam ödəmiş, mənzilin dəyərini tam ödəməsi barədə ona xx.xx.2019-cu il tarixində maliyyə arayışı verilmişdir. Mənzilin dəyərinin tam ödənilməsi şirkətlə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə də öz əksini tapmışdır. Tez-tez mənzilə baş çəkmişdir. Təxminən 2022ci ilin əvvəllərində mənzili təmir etmək üçün şirkətə müraciət etdikdə ona bildirmişlər ki, həmin mənzil ondan sonra başqa şəxsə satılmış və həmin mənzili ona verə bilməzlər. Bildirmişlər ki, ondan sonra başqa şəxsə satılmış 211 saylı mənzilin əvəzinə həmin binada yəni, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilini ona verirlər. xx.xx.2022-ci il tarixində "xxxx" MMS-nin direktoru X5 ilə aramızda 219 saylı mənzilin ona verilməsinə dair 489 saylı müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixində maliyyə arayışı verilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində "xxxx" MMC tərəfindən inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mə nzilin tam dəyəri ödənilmiş, İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. Həmin mənzillə bağlı işıq, su, qaz sayğaclarının qoyulması üçün ondan 2000 manat pul almışlar. Avqust 2022-ci il tarixində isə evinə baxmağa gedərkən mənzilə daxil olmağa icazə verməmişlər. Ona təklif etmişlər ki, sənə 3-cü mərtəbədə eyni kvadrat metrlik mənzil veririk, təmir et, gir yaşa, amma səninlə müqavilə bağlamayacağıq. Məlum olmuşdur ki, "xxxx" MMCnin rəhbəri ondan 166.080 manat pul almış, aldatmış və satdığı mənzilə onu buraxmır. 219 saylı mənzil onun xüsusi mülkiyyətidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(005)940/2023 nömrəli qiyabi qətn aməsi ilə (hakim A.N. Novruzova), iddianın təmin edilməsi qət olunmuşdur.

12. Cavabdeh MMC məhkəməyə ərizə ünvanlayaraq, işə mahiyyəti üzrə baxılarkən məhkəmə tərəfindən işin hərtərəfli araşdırılmadığı, təqdim edəcəkləri sübutların olmasını qeyd edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)940/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilərək iş üzrə icraatın təzələnib mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir.

13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)940/2023 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-940/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.

14. Birinci instansiya mə hkəməsi xx.xx.2023-cü il tarixli, 2(005)940/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia tələbi təmin edilmiş, Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə şərtlərinə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilin verilməsi öhdəliyinin «Evrostroy-S.S” MMC-nin üzərinə qoyulması qət edilmişdir.

15. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin g iriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilini təhvil vermək öhdəliyi götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Həmin müqaviləyə əsasən sifarişçi 3 otaqlı, tam sahəsi 138.4 kv.m mənzil cəmi 166.080 manat təşkil edir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, mənzilin bügunədək təhvil verilmədiyini bildirir.

16. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ bəndlərinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə, Mülki Məcəlləsinin 5.2, 148.2, 152.1, 15 7.2, 178.8, 324.1, 355.2, 385.1, 389.1, 399.1, 405.1, 425.1, 425.2, 442, 448.1, 452.1, 752.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)940/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələrin və onlar əsasında verilmiş sənədlərin saxta olmasına dair yetərincə şübhələr vardır. Belə olan halda, iş üzrə məh kəmə-xətşünaslıq ekspertizası təyin edilməli, mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmalıdır. Bu halların araşdırılması məqsədi ilə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin hakim vəsatətə hüquqi qiymət vermədən və bununla bağlı heç bir əsaslandırılmış qərardad qəbul etməyərək iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Tərəflər arasında olan müqavilədə sifarişçi kimi görünən İddiaçı hansı əsaslarla sifarişçi olmasını sübuta yetirə bilməmişdir. Həmçinin, onun podratçı cavabdehə mənzil qarşılığında pulu hansı qaydada ödəməsi də işin sübuta yetirilməyən halıdır. İşin hallarından görünür ki, məhkəmə mötəbər olmayan sübutları düzgün qiymətləndirməmiş, iş üçün vacib olan məqamların sübut edilməsinə dair heç bir addım atm amışdır və bunu iddiaçıdan tələb etməmişdir. Mübahisələndirilən mənzilin satışına dair müqavilənin saxta olmasına dair tələblər ekspertiza keçirilməməklə məhkəmə tərəfindən obyektivlik qorunmadan qərəzli bir şəkildə qətnamə çıxarılması ilə nəticələndirilmişdir. Qeyd olunur ki, Cavabdeh MMC-nin tərəf olduğu bir çox məhkəmə mübahisəsində sübuta yetirilmişdir ki, iddiaçılar dəfələrlə saxta müqavilələrlə cəmiyyətə qarşı haqq iddia etmiş və bu iddia tələbləri ekspertiza rəyləri sonrasında rədd edilmişdir. Lakin birinci instansiya məhkəməsi qərəzli olaraq cavabdehin bu tələbini təmin etmədən işi sonlandırmışdır. İstər məhkəmə iclaslarında, istərsə də, yazılı müraciətlə iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin saxta olması, oradakı imza və möhürlərin əvvəlcədən vurulmuş kağızlara yazılar əla və edilməsi halları bildirilib, cavabdeh tərəfindən verilmiş iş üzrə ekspertizanın təyin olunması ilə bağlı vəsatət təmin edilmədiyindən, maliyyə sənədləri və mədaxil orderləri daxil edilmədən, qeydiyyat dəftərlərinə baxılmadan ən əsası mübahisəli qalan bütün məqamlar həll edilmədən qətnamə çıxarıldığından hesab edirlər ki, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Təqdim edilmiş 292 saylı və 489 saylı saxta müqavilədə müqaviləni imzalayan tərəflərdən heç birisi mübahisə edilən mənzilin yerləşdiyi çoxmərtəbəli binanın tikintisini həyata keçirən və ona payçı olan MTK üzvü deyildir. Mübahisələndirilən mənzilin satılmasına və ya verilməsinə dair hər hansı mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı mənzil üçün nəzərdə tutulmuş pay haqqını bütün bunlar həqiqətə uyğun olsaydı belə, tam ödəməsinə dair mədaxil qəbzləri təqdim etməmişdir. Sadəcə ortada saxta bir maliyyə arayışı vardır ki, orada da mənzilə dair iddiada qeyd edilən ödənilmiş məbləğ öz əksini tapmır. Həmçinin ödənişi sübuta yetirən sənədlər - ödəniş orderləri, mədaxil qəbzləri və sair kassa sənədləri olmalıdır ki, bu da iddiaçı tərəfindən hər hansı bir formada məhkəməyə təqdim edilməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(103)-658/2024 say lı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, (hakimlər – M.Ə. Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə. İsgəndərov, V.N. Sadıqov) cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)940/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının Cavabdeh MMC-yə qarşı “öhdəliyin yerinə yetirilməsi və mənzilin təvhil verilməsi” tələbinə dair iddia tələbinun təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehin özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 138 manatın Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edi lmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işdən müəyyən edilir ki, podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilini təhvil vermək öhdəliyi götürmüşdür.

30. Həmin müqavilənin saxta olması barədə apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza sı Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/196-5/162 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Vəkil2 adına olan xx.xx.2022-ci il tarixli; Vəkil3 adına olan xx.xx.2023-cü il tarixli etibarnamələrin; “28 iyun 2022-ci il tarixli, 489 nömrəli müqavilənin və 28 iyun 2022-ci il tarixli maliyyə arayışının üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti EVROSTROY-S.S" məzmunlu möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş Vəkil2 adına olan xx.xx.2022-ci il tarixli; Vəkil3 adına olan xx.xx.2023-cü il tarixli etibarnamələrin; “28 iyun 2022-ci il tarixli, 489 nömrəli müqavilənin və 28 iyun 2022-ci il tarixli maliyyə arayışının üzərlərində olan "AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti EVROSTROY-S.S” məzmun lu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Təqdim edilmiş Vəkil2 adına olan xx.xx.2022-ci il tarixli; Vəkil3 adına olan xx.xx.2023-cü il tarixli etibarnamələrin; “28 iyun 2022-ci il tarixli, 489 nömrəli müqavilənin və 28 iyun 2022-ci il tarixli maliyyə arayışın üzərlərindəki “Direktor:” qrafasındakı imzalar sənədlərin üzərinə faksimile klişe vasitəsilə əks olunmuşdur.

31. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilə dair müqavilənin və maliyyə arayışının saxta olmadığı müəyyən edilir. Belə ki, həmin sənədlərdə olan möhür və imzalar cavabdeh tərəfindən öz nümayəndə və vəkillərinə verilmiş etibarnam ələrdə əks olunan möhür və imzalarla, onların icra üsulları ilə eynilik təşkil edir.

32. Lakin apellyasiya instansiya məhkəməsində araşdırma zamanı məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsində inşa edilmiş 5 girişli, 16 mərtəbəli “Sipark” yaşayış kompleksinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138,4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilə dair kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanılıb-bağlanılmaması barədə məlumatın, müqavilə bağlanmış olduğu təqdirdə kimin adına bağlanmasına dair sənədlərin əldə olunması məqsədi ilə “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" ASC-yə sorğular ünvanlanmış, "xxxx" ASC və “Azəriqaz” İB-dən əldə olunmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, qeyd olunan ünvanda su və kanalizasiya təchiz atından istifadəyə görə müqavilə, həmçinin qazın alqı-satqısı barədə müqavilə X7 ilə bağlanılmışdır.

33. Üçüncü şəxsin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunmuş podratçı Cavabdeh MMC ilə sifarişçi X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin tarixli maliyyə arayışına əsasən mənzilin tam dəyəri üzrə X4 Cavabdeh MMC-yə borcu yoxdur.

34. Həmçinin, məhkəmə kollegiyası tərəfindən mübahisəli mənzilin yerində müayinəsi həyata keçirilmiş və müəyyən edilmişdir ki, 219 nömrəli mənzil yaşayış sahəsi üzrə 6- cı mərtəbədə yerləşir, baxış keçirilərkən mənzilin qapısı bağlı olmuşdur. Sədrlik edənin sualına cavab olaraq yaşayış sahəsi üzrə 5-ci mərtəbə layihəyə əsasən 219 nömrəli mənzilin alt mərtəbəsində yerləşən mənzilin sakini evinin 3 otaqlı və 138.4 kv.m olduğunu bildirmişdir. Qonşu 218 nömrəli mənzilin sakini 219 nömrəli mənzilin kimə məxsus olduğunu bilmədiyini, lakin arada ora baş çəkildiyini bildirmişdir.

35. Həmçinin məhkəmə iclasında üçüncü şəxs X4 nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında 219 mənzilin təmir edildiyini və orada yaşayış olduğunu bildirmişdir.

36. Beləliklə müəyyən edilir ki, mübahisəli mənzilə dair üçüncü şəxs X7 cavabdeh MMC arasında daha əvvəl müqavilə bağlanılmış, mənzil üçüncü şəxsə təhvil verilmiş, o da həmin mənzili təmir etdirmiş, kommunal xidmətlərə dair müqavilələr bağlamış, nəticə etibarı ilə həmin mənzilə faktiki sahiblənmişdir.

37. Odur ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 452-ci maddəsinin tələblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. İddiaçı isə cavabdeh ilə bağladığı müqavilə üzrə ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edə bilər.

38. Məhkəmə öz mövgeyiniAzərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8., 324.1, 385.1, 386.1, 425.1., 442, 445.1.,445.2.1.,452.1, 452.2., 752.1., 762.1-ci maddələrinə və AR MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri 39.İddiaçı (onun vəkili Vəkil1) kassa siya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103) 658/2024 saylı qətnaməsini ləğv edərək, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)940/2023 saylı qətnaməsinin qüvvədə saxlanılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Hazırki iş üzrə mən alqı-satqı müqaviləsinə əsasən 166080 manat, həmçinin qaz, işıq və su sayğaclarının qoyulmasıməqsədilə 2000 manat, ümumilikdə 168080 manat "xxxx" MMCnin hesabına pul ödəmiş, MMC isə pulları alaraq mənə maliyyə arayışı vermişdir ki, 219 saylımənzillə bağlımənim borcum yoxdur. Mənzilin dəyəri ödənilmişdir, əslində isə mənzili mənə verməmiş və 168080 manatımımənimsəmişdir. Sonda məni yenidən aldatmağa çalışaraq 3-cü mə rtəbədə eyni ölçüdə olan 3 otaqlımənzilli mənə verəcəyini, təmir edib yaşaya biləcəyimi, amma mənimlə alqı-satqı müqaviləsi bağlamayacağını bildirmişdir.

41. Azərbaycan RespublikasıMM-nin 339-cu maddəsinin tələbləri pozulmuşdur. Sonradan mənə məlum olmuşdur ki, "xxxx" MMC bu müqavilələri bağlamaqla məni aldatmışdır.

42. Bakı Apellyasiya məhkəməsi onun mülkiyyət hüququnu pozmuşdur. Qətnamədə qeyd edilmişdir ki, 2017-ci il tarixində "xxxx" MMC tərəfindən guya X2 mənzil sonradan ona satılmışdır. Bildirir ki, əvvəlcə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilmiş 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, 8-ci mərtəbədə ümumi sahəsi 138,4 kv.metr olan, izolə olunmuş 3 otaqlı mənzil mənə 166080 manata 2019-cu il tarixində alqı-satqı yolu ilə satılmış və o mənzilin dəyəri ni tam olaraq "xxxx" MMC-nin hesabına keçirib və evə tez-tez baş çəkib. 2022-ci ilin əvvəllərində o, evi təmir etmək məqsədilə şirkətə müraciət etdikdə ona bildirmişlər ki, evi satmışlar və ona onun əvəzinə yaşayışın 6-cı mərtəbəsində eyni ölçüdə ev vermək istəyirlər. 2022-ci ildə 219-cu mənzilin alqı-satqısına dair 489 saylı müqavilə bağlanmış və ona xx.xx.2022-ci il tarixində arayış vermişlər ki, şirkətə borcu yoxdur. Ondan eyni zamanda işıq, su və qaz sayğaclarının quraşdırılması məqsədilə 2000 manat pul da almışlar. Avqust 2022-ci il tarixində evə baxmağa gedərkən ona bildirmişlər ki, ev satılmışdır. Onu o evə buraxa bilməzlər. Göründüyü kimi 166080 manat pul ödəmiş, mənzil almış, 1-ci mənzili, yəni 211 saylı mənzil "xxxx" MMC tərəfindən satılmış, 2-ci mənzil, yəni 219 saylı mənzil yen idən ona verilmiş, "xxxx" MMC tərəfindən həmin mənzil də satılmışdır. 3-cü daha gülməli olmuş, belə ki, "xxxx" MMC-nin rəhbəri ona bildirmişdir ki, “sənə 3-cü mərtəbədən ev verirəm, get, təmir et, yaşa, amma səninlə müqavilə bağlanmayacaq”.Belə çıxır ki, verdiyi pul havaya gedəcək.

43. Çox təəssüflər olsun ki, təqdim etdikləri sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə cavabdehin xeyrinə olaraq qətnamədə qeyd etmişdir ki,” Azərsu ASC və Azəriqaz İB-dən əldə olunmuş sorğulara cavab məktublarından aydın olur ki, qeyd olunan ünvanda su, kanalizasiya təchizatından istifadəyə görə müqavilə, həmçinin qazın alqı-satqısı barəsindəki müqavilə X8 ilə bağlanmışdır”. Bundan sonra məhkəmə qeyd etmişdir ki, “Həbibov Mirhadiyə 219-cu mənzil xx.xx.2017-ci ildə satılmışdır”. Vəkilim bunun sax ta olduğunu bildirmiş və müqavilələrin qeyd olunduğu kitabı vəsatət verərək tələb etmişdir. Belə olan vəziyyətdə məhkəmə vəsatəti təmin etmiş, tələm-tələsik işi təxirə salmış, növbəti məhkəmə iclasında isə "gətirmədilər" deyərək bizim əleyhimizə qətnamə çıxartmış və Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qətnaməsini ləğv etmişdir

44. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2023- cü il tarixli e-16(005)84/2023 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, 219 saylımənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Vəkilim həmin qərardaddan şikayət vermişdir ki, mənzildə kənar şəxslər təmir edir, təmir dayandırılsın. BakıApellyasiya məhkəməsinin 16(103)-182/2023 saylı 18.04 2023-cü il tarixli qərardadı ilə 219 saylımənzilin təmir edilməsi "Sipark" yaşayış kompleksi "xxxx" MMC-yə və 3-cü şəxslərə qadağan edilmişdir. Qərardad icraya yönəlmiş və icraçı ünvana gedib akt tərtib etmiş, MMC və ustaları bu barədə xəbərdar etmiş, lakin nə BakıApellyasiya məhkəməsinin qərardadını, nə də icra şöbəsinin aktını sayan olmamışdır, təmir davam etdirilərək başa çatdırılmış və bizə məlum olmayan şəxs köçüb yaşamışdır. Mənzildə kimin yaşaması sualı cavabsız qalmışdır. X3 qanuni yolla mənzili almışdırsa hansı səbəbdən adı gizlədilir və özü də mənzilin ona məxsus olmasını bildirmir. Sadəcə olaraq bir Azərbaycan vətəndaşı kimi həm "xxxx" MMC, həm də Həbibov Mirhadi tərəfindən mülkiyyət hüququm pozulmuş, BakıApellyasiya məhkəməsində cavabdeh mənim alqı-satqı müqaviləmi saxta çıxartmağa çalışmış, bu alınmadıqda isə Həbibov Mirhadinin adına əvvəlki tarixə alqısatqımüqaviləsi və maliyyə a rayışı yazmışdır. Əgər saxtakarlıq olmasaydı"xxxx" MMC tərəfindən alqı-satqımüqavilələrinin qeydiyyatı kitabıməhkəməyə təqdim edirlərdi. Apellyasiya instansiyasının qətnaməsində qeyd edilmişdir ki, guya mənimlə bağlanmış alqı-satqımüqaviləsinin saxtalığını bildirərək "xxxx" MMC sənədlərin ekspertizaya göndərilməsini tələb etmiş, məhkəmə sənədləri göndərmiş, lakin alqı-satqımüqaviləsi saxta çıxmamışdır. Əslində belə bir ekspertizanın keçirilməsi ilə "xxxx" MMC vaxt udmağa çalışmış, BakıApellyasiya məhkəməsi isə onlara şərait yaratmışdır. BakıApellyasiya məhkəməsində məlum olmuşdur ki, mənə məxsus ev X1. Göründüyü kimi həmin şəxs nə hakimlərə, nə məhkəmə qətnamə və qərardadlarına hörmət etməmiş, özgənin əzab-əziyyətlə pul verib aldığı evi zorla ələ keçirmişdir. Vəkilim vəsatət verərək həmin şəxsin məhkəməyə gəlməsini xahiş etsə də, hakim vəsatəti rədd etmiş, çəkişmə prinsipini pozmuşdur.

45. Həbibov Mirhadiyə satılmasının saxta olduğunu aydınlaşdırmaq məqsədilə vəsatət verərək alqı-satqı müqavilələrinin qeydə alındığı kitabın məhkəməyə təqdim edilməsini tələb etmiş, məhkəmə vəsatətimi təmin etmiş, qarşı tərəf qeydiyyat kitabınıməhkəməyə təqdim etməmiş, məhkəmə isə buna etinasız yanaşaraq tələb etməmişdir. Bu səbəbdən də məhkəmə işə qərəzli və qeyri-obyektiv yanaşmışdır. Digər tərəfdən Bakı şəhəri, Nərimanov rayon məhkəməsində hər iki hakim tərəfindən, istər Nərgiz Tağıyeva, istərsə də hakim Aytən Novruzova tərəfindən işə baxılarkən "xxxx" MMC məhkəməni saymamış, dəfələrlə məhkəmənin çağırışlarına əhəmiyyət verməmiş, həmin ünvana baxışa gedən hakimə hörmətsizlik etmiş, heç k im qabağa çıxıb mənzili göstərməmiş, orada kimin təmir etdiyini bildirməmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin və BakıApellyasiya məhkəməsinin iddianın təmin tədbirinə dair qərardadını saymamış, təmiri davam etdirmiş, baxmayaraq ki, icra şöbəsi akt yazaraq təmiri qadağan etmiş və MMC-ni, həmçinin ustaları xəbərdar etmişdir. Məhkəmənin sorğularına həmin mənzilin başqa bir şəxsə satılıb-satılmaması, mənzilin kim tərəfindən təmir edilməsi barədə sorğulara cavab verilməmişdir

46. Çox təəssüflər olsun ki, BakıApellyasiya məhkəməsi məhkəməyə təqdim etdiyim sübutlara heç bir əhəmiyyət verməmiş və işi araşdırmağa çalışmamışdır, yəni Həbibov Mirhadi əgər məndən əvvəl alqı-satqımüqaviləsi bağlamışdırsa, hansı səbəbdən məhkəməyə özü və ya nümayəndəsi gələrək müqavilənin 2017-ci ildə bağlandığ ını bildirməmişdir, çünki MMC mənim alqı-satqımüqaviləmi saxta çıxartmağa çalışmış və məhkəmə iclasında buna şərait də yaradılmışdır, lakin expertiza mərkəzi tərəfindən alqısatqımüqaviləmin saxta olmadığımüəyyən edildikdən sonra isə Həbibov Mirhadinin 2017ci il tarixində alqı-satqımüqaviləsi bağlanması ortaya atılmışdır, çünki bundan başqa yol yox idi. MMC-nin əlində blank və möhür var, bu səbəbdən də alqı-satqı müqaviləsinin tarixini 2017-ci il göstərmişdir. Yuxarıda qeyd etdiyim kimi MMC alqı-satqı müqavilələrinin qeydiyyatı kitabınıməhkəməyə təqdim etməmiş, nə də məhkəmə ciddi surətdə qeydiyyat kitabını tələb etməmiş, bu vəsatətə təmin olunmasına baxmayaraq etinasız yanaşmışdır. Hesab edirəm ki, qətnamə ilə Azərbaycan RespublikasıMM-nin və MPM-nin tələbləri pozulmuşdur

29. İddiaçı kassa siya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339, 567-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9,14, 88, 217-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

31. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək i stəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönə ldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdə liyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

38. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. 3

9. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

40. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

41. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muz d ödəməyi öhdəsinə götürür.

42. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Məcəlləsininin 339-cu maddəsinin tələblərinin pozulduğu, sonradan ona "xxxx" MMC-nin müqavilələri bağlamaqla onu aldatdığı barədə dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmir.Belə ki, iddiaçı iddasını əsaslandıra rkən göstərilən hala istinad etməmiş, göstərilən hal məhkəmə araşdırmasının predmeti olmamışdır.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüq uq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi iddiaçı cavabdeh ilə bağladığı müqavilə üzrə ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edə bilər.

42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2024-cü il tarixli 2(103)658/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar