Məhkəmə qərarları › İş №2(102)-3166/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3166/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3166/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: X4 İddia tələbi: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Açar sözlər: tapşırıq müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, X1, vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 05 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 18 dekabr 2017-ci il tarixdə İddiaçı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tikinti işləri aparılması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi qismində 42000 manat məbləğində pul vəsaitinin, şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi informasiya çıxışında yaymağına görə ona vurulmuş mənəvi zərər görə 50000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı anası X2 məxsus Şamaxı rayonu, Əngəxaran kəndində torpaq sahəsində ev tikmək üçün cavabdehə müraciət etmiş, tikinti işləri 2013-cü ilin may ayından 2015-ci ilin avqust ayına kimi aparılmışdır. Həmin müddət ərzi ndə onun tərəfindən cavabdehə hissə-hissə 42000 manat məbləğində pul ödənilmişdir. 2015-ci ilin avqust ayında cavabdeh ona bildirmişdir ki, tikinti işləri qurtardığından ev təhvil alınmalıdır. Həmin müddət ərzində o, kəndə getmiş, təzə tikilən evi yaşamaq üçün tam yararsız vəziyyətdə görmüşdür. Bundan sonra tərəflər arasında mübahisələr yaranmışdır. Cavabdeh öz hərəkətləri ilə iddiaçıya külli miqdarda maddi zərər vurmuş, onun əmlakını talamış və mənimsəmişdir. Onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi çıxışında yaymışdır. Cinayət xarakterli hərəkətləri barədə hal-hazırda Şamaxı rayon Prokurorluğuna və Polis şöbəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2019-cu il tarixli rəyinə əsasən, Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri 37102 manat məbləğində müəyyən edilir. Tədqiq olunan yaşayış evinin divarlarının bəzi yerlərdə çatladığı, hörgü daşlarının aralandığı müəyyən edilmişdir. Lakin yaranmış çatların səbəbi və texniki xüsusiyyəti dəqiq məlum olmadığından, həmin qüsurların bərpa edilməsi üçün yerinə yetirilməli işlərin həcmini və dəyərini müəyyən etmək mümkün olmamışdır Şamaxı Rayon Məhkəməsinin 2(074)-3/2020 saylı iş üzrə 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia qismən təmin edilmiş, cavabdehdən tikinti işləri aparılması nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 4760 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissəd ə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün hər hansı sübutu təqdim edə bilməməsini nəzərə alınmaqla, iddiaçının ona 41862 manat ödədiyinə dair cavabdehin bildirdiklərini işin hallarına uyğundur, iş üzrə alınmış 11 dekabr 2019-cu il tarixli rəylə fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin 37102 manat məbləğində olduğu müəyyən edilmiş, yaşayış evinin divarlarının bəzi yerlərdə çatlamasının, hörgü daşlarının aralanmasının səbəbinin və texniki xüsusiyyətinin dəqiq məlum olmadığı qeyd edilmişdir. İş üzrə olan sübutlarla, fərdi yaşayış evində yaranmış çat və daşlarının aralanmasının cavabdehin işi qüsurla icra etməsi nəticəsində baş verməsi halı təsdiq edilməmişdir. İş üzrə olan sübutlarla həmçinin Əngəxaran kəndində yerləşən torpaq sahəsinə aid olan sənədlərin cavabdeh tərəfindən oğurlanması və iddiaçının sənədlərin bərpa edilməsinə 3000 manat xərcləməsi halı da təsdiq edilməmişdir. Bununla yanaşı xüsusi biliyi olan orqan öz rəyində, fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikintitəmir işlərinin ümumi dəyərinin iddiaçının cavabdehə verdiyi vəsaitdən 4760 (41862 manat-37102 manat= 4760 manat) manat az olduğunu müəyyən etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2019-cu il tarixli rəyi vermiş şəxsin aparılmış tikintiyə xərclənmiş vəsaitin dəyərini müəyyən etməkdə xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşmış və cavabdehin iddiaçıdan ic ra etdiyi işin dəyərindən 4760 manat artıq pul aldığını işin hallarına uyğun saymışdır. Birinci instansiya məhkəməsi eyni zamanda göstərmişdir ki, cavabdehin ona mənəvi zərər vurduğunu iddia etmiş, tələbini ona qarşı böhtan xarakterli məlumatları Lider TV vasitəsilə elan etməsi ilə əsaslandırmış, böhtan xarakterli məlumatların nədə ifadə olunduğunu izah edə bilməmiş, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yalnız yerinə yetirdiyi işə görə muzd almaq hüququ olan cavabdehin iddiaçıdan icra etdiyi işin dəyərindən 4760 manat artıq pul alması, nəticədə iddiaçının həmin məbləğdə pul vəsaitindən məhrum olmaqla zərərə uğraması təsdiq olunduğundan, 4760 manat zərərin əvəzi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi h əmin hissədə təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya məxsus torpaq sahəsində aparılmış tikinti işlərinə xərclənmiş vəsaitlər düzgün hesablanmamış və onun gördüyü işlər tam həcmdə nəzərə alınmamış, iddia tələbi əsassız olmasına baxmayaraq qismən təmin edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-172/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliye v, G.F.Tağızadə, L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamaqla, toplanmış sübutlarla təkzib olunmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsas landırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instans iyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. H əmin Məcəllənin 768.1.2-ci maddəsinə əsasən podratçı sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Həmin Məcəllənin 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerin ə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar