Məhkəmə qərarları › İş №2(102)-3167/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3167/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3167/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasının göstərilməməsi, kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi iştirakı, Cavabdeh1 və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-76/2020 nömrəl i iş üzrə 12 mart 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1rşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Nəriman Abıyev) 2(060)-7682/2018 saylı, 17 sentyabr 2018-ci i l tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Məmmədov sədrlik edən və məruzəçi, Hökümə Babayeva, Zaur Məmmədov) 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat Ali Məhkəmənin (hakim Elşanə Vəliyeva) 24 fevral 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilməmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə kassasiya şik ayətini icraata qəbul etməkdən imtina edərkən qeyd etmişdir ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Məmmədov sədrlik edən və məruzəçi, Hökümə Babayeva, Zaur Məmmədov) 12 mart 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kassasiya məhkəməsinin qərardadındakı hüquqi mövqeyi nəzərə alaraq kassasiya şikayətini geri qaytarmışdır. Cavabdeh1 qərardaddan kassasiya şik ayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, şikayətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasına dair arqumentlərini kifayət qədər əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edil məsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə və məcəllənin 408.1.5-ci maddəsinə əsasən k assasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Maddə 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədq iq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Belə ki, Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: “Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən iş materiallarına qiymət verdiyi zaman mübahisəli mənzilə dair verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa istinad edərək, mənzilin artıq iddiaçının mülkiyyətində olması səbəbindən bütün ailə üzvlərimizin oradan çıxarılmasını qanuni və ədalətli hesab etmişdir. Halbuki, apellyasiya şikayətimdə qeyd etdiyim kimi, mübahisəli mənzil saxta yollarla, mənim 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyim zaman bacım cavabdeh və həyat y oldaşı vasitəsilə 2 bacılarım X9 və X7 və qardaşım X3 xəbərləri və razılıqları olmadan mənzili mən dustaq həyatı yaşadığım zaman adlarına keçrib iddiaçıya satmışlar. 2013-cü il tarixdən cəzamı tam çəkib azadlığa çıxdıqdan sonra həmin mənzildə yaşayır və yalnız 2018-ci il tarixdə mənzilin iddiaçının adına özgəninkiləşdirilməsi barədə xəbər tutmuşam. Məhkəmə qeyd edilmiş faktiki hallara istinad etsə də, iddiaçının mənzilin 2011-ci il tarixdən bu günə kimi hansı yollarla və hansı cinayət əməli nəticəsində əldə etdiyini araşdırmamış, iddianın bu xüsusat üzrə hallarına qiymət verməmişdir ki, bu da maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. İşin hallarından aydın görünür ki, mən bir sıra dələduzların cinayət əməlləri nəticəsində aldadılmış və haİ-hazır ki vəziyyətdə yeganə yaşayış sahəsi olan miras əmlakımdan məhrum olunuruam. Aİdığı mənzilin ünvanını bələ bilməyən iddiaçı 2011-ci ildən bəri bir dəfə olsun mənə mənzilin sahibi olduğunu mənzili tərk etməli olduğumuzu bildirməmiş, yalnız mən ona qarşı çıxarışın ləğv edilməsi ilə bağlı iddia ərizəsi qaldırdıqdan bizə qarşı iddia qaldırmışdıır. Bunlarıı nəzərə alaraq hesab edirəm ki, həmin saxta alğı-satqı ilə bağlı mən X10 şikayət vermiş, ərizəmə Plenumda baxılacaqdır. Apellyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən qeyd etdiyimiz hallari nəzərə almamış, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Eyni zamanda mülki işin qanuni həlli üçün bu hissədə sual olunur ki, iddiaçı məhkəmələr niyə özü gəlib izahat vermir. Niyə qaçır gizlənir?... Məhkəmənin diqqətin ə çatdırıram ki, məsələ ilə hazırda Sumqayıt şəhər Məhkəməsinin icraatında (hakim Ə.Ələkbərov) vərəsəlik işi üzrə payı olan lakin aparılmış vərəsəlik işindən xəbərləri belə olmayan bacılarım Nadya, İrədə Kəngərlilər və X5 adından bacım X4 tərəfindən vərəsəlik şəhadətnaməsi üzrə verilən çıxarışın ləğv edilməsi üzrə iddiaya baxılır. İddiaçı tərəfindən yuxarıda qeyd etdiyim qanunsuzluqlar açıq şəkildə orada araşdırılır və çox güman ki, haqq-ədələt bizim xeyrimizə zəfər çalmaqla qanunsuz çıxarışın ləğvinə ailəliklə nail olacağıq”. Şikayətdən göründüyü kimi, cavabdeh şikayətdə işin faktiki hallarını sadalayır və məhkəmənin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini göstərir. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Şikayətdən göründüyü kimi faktiki halların natamam və ya düzgün müəyyənləşdirilmədiyi ilə bağlı dəlillər prosessual hüquq normaları ilə əlaqələndirilmədən, ümumi qaydada faktların məhkəmələr tərəfindən düzgün müəyyənlişdirilmədiyi kimi göstərilmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri faktiki halların natamam və ya düzgün müəyyənləşdirilmədiyi ilə bağlı dəlillər onların müəyyənləşdirilməsinə dair prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyi ilə əlaqələndirilmədən, ümumi qaydada faktların məhkəmələr tərəfindən düzgün müəyyənlişdirilməməsi ilə bağlı olmuşdur. Məhkə mə kollegiyası qeyd edir ki, hüququn düzgün tətbiq edilmədiyi ilə bağlı dəlillər əsasən iki qrup dəlillərdən ibarət ola bilər. Onlardan birincisi, mübahisə üzrə tərəflər arasında mövcud olan hüquq münasibətlərini birbaşa tənzimləyən, bkinci qrup dəlillər isə həmin münasibətləri birbaşa tənzimləməyən ümumi maddi və prosessual hüquq normalarının məhkəmələr tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi hansı maddi və ya prosessual hüquq normasının düzgün tətbiq edilməməsini, yaxud da tətbiq edilməli olan hansı maddi və ya prosessual hüquq normasının tətbiq edilməməsini şikayətdə göstərməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin geri qaytarılması barədə qənaəti əsaslıdır. Məh kəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-76/2020 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar