Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3167/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi barədə əmək mübahisəsi 20.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X6 ibarət tərkibdə, İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-692/2023 nömrəli qətnaməsindən cavabdeh tərəf indən verilmiş kassasiya şikayəti üzrə mülki işə 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2006-cı ildə Xırdalan şəhər 1 saylı tam orta məktəbdə kimya müəllimi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, ******* saylı vərəqəyə əsasən isə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək xəstəlik səbəbindən işdən azad olunmuşdur. 3. xx.xx.2022-ci il tarixli, 257 saylı əmrə əsasən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrinin icrasının təmin edilməsi və təlim-tərbiyə işləri üz rə direktor müavini İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, ona sonuncu haqq-hesabın ödənilməsi qərara alınmışdır. Son haqq-hesab kimi 1304,30 manat pul hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrin ləğv edilməsi, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödəni lməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəb tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmr verilmişdir. Həmin əmrdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işində yol verdiyi kobud nöqsanlara və maliyyə pozuntusuna görə əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əsas olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx. 2022-ci il tarixli K-59 nömrəli əmri və məktəb Həmkarlar İttifaqı Komitəsinin 01 nömrəli xx.xx.2022-ci il tarixli məktubu göstərilmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, o, xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün xx.xx.2022-ci il tarixədək işdə olmamışdır. İşdə olmadığı müddətdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Beləliklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir.
6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 225 saylı əmrin surətindən görünür ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti olaraq icra edən Nümayəndə1 Abşeron-Xızı Regional Təhsil İdarəsinə daxil olmuş təqdimatı əsasında xx.xx.2022-ci il tarixli F-01 nömrəli əmrə uyğun olaraq məktəbdə yoxlama aparılmış və bir sıra ciddi nöqsanlar aşkar olunmuşdur. Belə ki, direktor müavinləri və fənn müəllimlərinin tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış sinif rəhbərliyi üçün ödənilən pul vəsaitini mənimsəməsi, eləcə də diaqnostik qiymətləndirmə balı aşağı olan müəllimlərin digərlərinin adına tarifləşmiş dərs saatları tədris etmələri ciddi maliyyə pozuntusu olaraq üzə çıxarılmışdır. Eləcə də təhsil müəssisəsindəki maddi-tədris bazanın mövcudluğu nəzərə alınmadan siniflər müvafiq fənlərdən yarım qruplara bölünmüş, lakin bir çoxunun eyni sinif otağında bir mü əllim tərəfindən tədris olunduğu, bununla da Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, F415 nömrəli əmrinin tələbinin pozulduğu müəyyən edilmişdir. Bundan əlavə, dərnək və fakultativ məşğələlər üçün ümumiləşdirilmiş və təsdiq edilmiş cədvəl hazırlanmamış, məşğələlərin bir çoxu tədris edilməmişdir. Fərdi təhsil dərslərinin və əvəz edilən dərslərin tədris olunması prosesinə də məsuliyyətsiz yanaşılmış və çox miqdarda keçirilməmiş dərs saatları üçün ödənilmiş pul vəsaiti direktor müavinləri tərəfindən mənimsənilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmrini rəhbər tutaraq direktor müavinlərinə xx.xx.2022-ci il tarixdən aşağıda qeyd olunan intizam tənbehləri tətbiq olunmuşdur. İşlərində yol verdikləri kobud nöqsanlara və maliyyə pozuntusuna görə qanunvericiliyə uyğun qaydada məktəbin Həmkarlar Komitəsi ilə razılaşma əsasında direktor müavinləri ilə (o cümlədən təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə) bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (buna əsas kimi Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K-59 nömrəli əmri və məktəb Həmkarlar İttifaqı Komitəsinin 01 nömrəli xx.xx.2022-ci il tarixli məktubu göstərilmişdir).
7. İşdə olan Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin X23 Xidmətinə verdiyi xx.xx.2022ci il tarixli, 56 saylı məlumata əsasən “EMAS” portalında məktəbin direktor müavinləri X7 və İddiaçı əmək müqaviləsinə xitam verərkən me xaniki səhv nəticəsində xx.xx.2022-ci il əvəzinə xx.xx.2022ci il tarixi qeyd olunmuşdur. İşə məsul şəxs barəsində intizam tənbehi görülmüşdür.
8. İş materiallarında olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə aparılmış monitorinqin nəticəsi barədə arayışa əsasən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Nümayəndə1 Abşeron-Xızı Regional Təhsil İdarəsinə məktubla müraciət edərək məktəbin bir sıra direktor müavinlərinin çoxsaylı qanunsuz hərəkətlərindən şikayətini bildirmişdir. Nümayəndə1 məktubunda göstərilən faktların ciddiliyini nəzərə alaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində xx.xx.2022-ci il tarixli, F01 nömrəli əmrlə Komissiya yaradılmış və məktəbdə monitorinq aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, məktəbin 6175 nəfər şagird, 305 nəfər müəllim kontingenti var (ümumi pedaqoji heyət 391 nəfər). Məktəbdə 208 sinif fəaliyyət göstərir. Təlim tərbiyə işləri üzrə 10 nəfər, təşkilati işlər üzrə isə 1 nəfər direktor müavini çalışır. 2021-2022-ci tədris ili başlayandan məktəbdə artıq beşinci dəfədir ki, direktor vəzifəsini icra edən şəxs dəyişmişdir. Belə ki, 23 sentyabr 2021-ci il tarixədək əvvəlki direktor Kəmalə Yusufova rəhbərlik etmiş, 23 sentyabr - 11 noyabr 2021-ci il tarixlərində İddiaçı, 11 noyabr - 12 fevral tarixlərində direktor müavini Nümayəndə1,14 fevral - 14 may tarixlərində direktor vəzifəsini Abşeron Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Adil Qurbanov icra etmiş, 16 may 2022-ci il tarixdən isə yenidən həmin vəzifə direktor müavini Nümayəndə1 həvalə edil mişdir. Qısa müddət ərzində rəhbər vəzifədə olan şəxslərin tez-tez dəyişməsi, idarəetmənin əsasən direktor müavinləri tərəfindən aparılması, həmçinin müavinlərin yarıtmaz fəaliyyəti təhsil müəssisəsində təlim-tərbiyə prosesinə öz mənfi təsirini göstərmiş, məktəbdə təlimtərbiyə mühitinin, normal iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Göstərilənlərlə əlaqədar direktor müavinlərinin iş fəaliyyəti araşdırılmış və aşağıdakılar müəyyən edilmişdir: Məktəb üzrə 22 sentyabr 2022-ci il tarixdə vəzifə bölgüsü barədə əmr verilmiş və bu əmrdə nəzarət edəcəkləri konkret siniflər üzrə vəzifə funksiyaları qeyd olunmuşdur. X13 10-11-ci siniflərə, X9 rus bölməsi üzrə 5-11-ci siniflərə, X16 9-cu siniflərə, X5 7-8-ci siniflərə, X10 6-7-ci siniflərə, İddiaçı 5-6cı siniflərə, X1 və X14 14-cü siniflər, Nü mayəndə1 2-4-cü siniflərə, X15 rus bölməsi üzrə ibtidai siniflərə nəzarət tapşırılmış və göstərilən siniflər üzrə vəzifə funksiyaları qeyd edilmişdir. Həmçinin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini X3 vəzifə funksiyaları yazılmışdır. Monitorinq zamanı direktor müavinləri ilə ayrılıqda söhbət aparılmış, onların illik iş planları, dərs dinləmə jurnalları, dərsdənkənar məşğələyə nəzarət jurnalı, dərs və dərsdənkənar məşğələ cədvəlləri, sinif jurnalları, dərslərin tədrisi, şagirdlərin dərsə davamiyyəti və s. məsələlər yoxlanılmışdır. Təqdim olunan illik iş planları hamıda eyni, yəni şablon xarakterli yazılmış, əsasən təhsil müəssisələri üçün nəzərdə tutulmuş ümumi fikirlər öz əksini tapmışdır. Direktor müavinləri görəcəyi işlərin planlaşdırmasına yaradıcı və fərdi yanaşma mış, gördükləri işlərin açıqlaması, onların icrası barədə heç bir sənəd təqdim edə bilməmişlər. Təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar məşğələ, fakültativ saatların və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirmək direktor müavinlərinin əsas vəzifələrdən biri kimi çox səhlənkarlıq və məsuliyyətsizliklə yerinə yetirilmiş, dərnək və fakültativ məşğələlərin keçirilməsi nəzarətsiz qalmışdır. Məktəbdə aparılmış yoxlama zamanı direktor müavini İddiaçı ilə bağlı aşağıdakı nöqsanlar da üzə çıxmışdır: X17 adına rəsmiləşdirilmiş 5 “e” sinfində sinif rəhbərliyi üçün ödənilən pul ona verilir. X24 özünün xəbəri olmadan ona əvəzetmə dərs saatları yazıldığını və onun pulunu İddiaçı verdiyini bildirmişdir. Həmçinin müəllim izahatında dərs ili ərzində sinif rəhbərliyi etdiyi sinifdə müxtəlif fənlər üzrə müəllimlər xəstəlik vərəqində olarkən dərslərin əvəzetmə üzrə müvafiq ixtisas müəllimlərinin üzərinə yazıldığını, lakin həmin müəllimlər tərəfindən əvəzetmə saatlarının tədris edilmədiyini, dərslərin boş keçməməsi üçün A.İsmayılova özü sinfi idarə etdiyini qeyd etmişdir. Bu fakt öz növbəsində keçirilməyən dərs saatlarının pulunun müəllimlər tərəfindən İddiaçı verilməsini təsdiq edir. Həmçinin müəllim İ.Quliyeva tarifləşmə siyahısında adına yazılmış, lakin tədris etmədiyi 1 saat təsviri incəsənət dərsinin pulunu İddiaçı verdiyini bildirmişdir. Bunlardan əlavə, direktor müavini Təranə Rəsulova öz izahatında 6 saat keçirilməyən fakültativ məşğələnin pulunu İddiaçı verdiyini qeyd etmişdir (izahatlar əlavə olunur). Bütün bunlarla kifayətlənməyən İddiaçı hətta öz adına da fakültativ məşğələ rəsmiləşdirilmişdir və fakültativ dərs saatı aparır. 9 “a” sinfinin fakültativ məşğələ jurnalında xx.xx.2022-ci il tarixdən sonra heç bir qeyd aparılmamışdır. Bütün bunları nəzərə alaraq, məktəbdə təlim-tərbiyə prosesinin lazımi səviyyədə təşkil edilməməsi, işçilər arasındakı əməkdaşlıq münasibətlərinin düzgün qurulmaması və bu səbəbdən təhsil müəssisəsində normal işgüzar atmosferin yaradılmaması direktor müavinlərinin yarıtmaz fəaliyyəti kimi qiymətləndirilməli, müavin və fənn müəllimlərinin tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış sinif rəhbərliyi üçün ödənilən pul vəsaitini mənimsəməsi, eləcə də diaqnostik qiymətləndirmə balı aşağı olan müəllimlərin digərlərinin adına tarifləşmiş dərs saatlarını tədris etmələri ciddi maliyyə pozuntusu kimi qeyd edilməl idir. Eləcə də təhsil müəssisəsindəki maddi-tədris bazanın mövcudluğu nəzərə alınmadan siniflərin müvafiq fənlərdən yarım qruplara bölünsə də, bir sinif otağında, hətta bir qisminin eyni müəllim tərəfindən tədris olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, F-415 nömrəli əmrinin tələblərinin pozulması halı kimi qəbul edilməli, dərnək və fakültativ məşğələlərin ümumiləşdirilmiş və təsdiq edilmiş cədvəlinin olmaması, sözügedən məşğələlərin bir çoxunun keçirilməməsi, həmçinin müəllimlərin evdə fərdi təhsil dərslərinə məsuliyyətsiz yanaşaraq dərs saatlarını tədris etməmələri həmin saatlar üçün ödənilmiş pul vəsaitinin mənimsənilməsi kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilən şəxslərin törətdikləri əməllər "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kolle giyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları”na da zidd olmuş, adıçəkilən şəxslər öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməmiş, məktəbin, təhsil verənlərin ictimai nüfuzuna ağır zərbə vurmuşdur. İşində ciddi nöqsanlara yol vermiş direktor müavinləri öz vəzifə funksiyalarının öhdəsindən gələ bilməmiş, normal təlim-tərbiyə prosesini və metodiki işləri təşkil etməmiş, dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirməmiş, təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılması üçün lazımi tədbirləri görməmiş, istedadlı şagirdlərlə iş aparmamış və s. funksiyaları yerinə yetirməmişlər. Göstərilənlərlə bağlı müvafiq şəxslərlə bağlanmış əmək müqaviləsinə Azərba ycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq xitam verilməlidir. İlkin hesablamalara görə yuxarıda sadalanan çoxsaylı qanun pozuntuları nəticəsində dərs ilinin əvvəlindən başlayaraq dövlət büdcəsinə 40 min manatdan çox ziyan dəymiş, külli miqdarda vəsait ayrı-ayrı şəxslər tərəfindən mənimsənilmişdir. Yalnız onu demək kifayətdir ki, yoxlamadan dərhal sonra may ayı üçün tabeldə dayandırılan artıq ödəmələrin məbləği 6 min manat təşkil etmişdir. Ayrı-ayrı direktor müavinləri tərəfindən yol verilmiş qanuna zidd fəaliyyət onların öz statusundan və vəzifə səlahiyyətlərindən istifadə edərək maddi nemətlər əldə etdikləri üçün “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiya əməli kimi qəbul edilir. Bununla əlaqədar araşdırma nəticəsində toplanılmış materiallar hüquqı qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə xx.xx.2022-ci il tarixli, xx-xx-1285/16 saylı məktubla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material üzrə araşdırma aparılmış və cinayət tərkibli əməlin törədilməsi faktları təsdiq olunmamışdır. Bununla yanaşı, müəyyən edilmişdir ki, 2021-2022-ci tədris ili başlayandan həmin məktəbdə artıq bir neçə dəfə direktor vəzifəsini icra edən şəxs dəyişmişdir. Qısa müddət ərzində rəhbər vəzifədə olan şəxslərin tez-tez dəyişməsi, idarəetmənin əsasən direktor müavinləri tərəfindən aparılması, həmçinin müavinlərin yarıtmaz fəaliyyəti təhsil müəssisəsində təlim-tərbiyə prosesinə öz mənfi təsirini göstərmiş, məktəbdə təlim-tərbiyə mühitinin, normal iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Məktəbdə buraxılan və əvəz edilən dərslərin qeydiyyatı və uçotu kitabı müvafiq qaydada aparılmamış, çoxlu sayda (32 nəfər) qeyri-rəsmi formada sinif rəhbərliyi aparan müəllimlərin olduğu aşkar edilmişdir. Bəzi hallarda isə direktor müavinləri tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış siniflərin sinif rəhbərliyini icra etmiş və buna görə ödənilən pul vəsaitlərini almışlar. Bəzi müəllimlərə tarifləşmə siyahısında tədris etdikləri dərslərdən əlavə s aatlar yazılmışdır. Evdə fərdi təhsil saatları, dərnək məşğələləri və fakültativ məşğələlərin bir hissəsi tədris olunmamış, bu məşğələlərin təsdiq edilmiş cədvəli olmamış, dərslərdə iştirak etməyən şagirdlərə jurnalda qaib yazılmamışdır. Məktəblərdə və digər təhsil ocaqlarında bu kimi halların təkrarlanmaması üçün müvafiq qabaqlayıcı və maarifləndirici tədbirlərin görülməsi, o cümlədən idarəetmənin təşkili, sənədləşmə işlərinin aparılması, işçilər arasında vəzifə bölgüsünün düzgün qurulması, intizam qaydalarına əməl olunması sahəsində nəzarətin artırılması zəruri hesab edilir. Qeyd olunanlara əsasən və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini rəhbər tutaraq, göstərilən pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması və belə xarakterli po zuntuların gələcəkdə təkrar edilməməsi məqsədilə aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə aparılmaqla, müvafiq tədbirlərin görülməsinə və bu barədə bir aydan gec olmayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsinə göstəriş verilməsi Elm və Təhsil Nazirliyindən xahiş olunmuşdur.
9. Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(012)-4887/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir (hakim Məlahət Abbasova).
10. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı hesab etmişdir ki, iddiaçının işdən azad olunması barədə əmri məktəb rəhbərliyi xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, 225 saylı əmr əslində qurumda Abşeron-Xızı Regional Təhsil İdarəsinin apardığı monitorinqin nəticələrinin müzakirəsi barədə olmuş, bu barədə həmkarlar komitəsinin qərarı alınmış, İddiaçı həmin dövrdə əmək qabiliyyətli olmamasına görə onun barəsində heç bir tədbir görülməmiş və yalnız işə başladıqdan sonra xx.xx.2022-ci il tarixdə işdən azad olunmuşdur. Bundan başqa, məktəbin xx.xx.2022-ci il tarixli əmrin verilməsinə əsas məktəbdə aparılmış yoxlama zamanı bəzi direktor müavinlərinin, o cümlədən İddiaçı işlərində yol verdikləri kobud səhvlər, fəaliyyətlərindəki qanunsuzluqlar olmuşdur. İşdə olan bir sıra mötəbər sənədlərdən görünür ki, İddiaçı direktor müavini kimi əmək funksiyasını və əmək müqaviləsi üzrə öh dəliklərini düzgün yerinə yetirməmişdir. İddiaçının direktor müavini kimi iş fəaliyyətində yol verdiyi qüsurlar aparılmış monitorinq nəticəsində müəyyən edilmiş, bu fakt mötəbər sübutlarla, o cümlədən monitorinq barədə arayışla, həmçinin işçilərdən alınmış izahatlarla öz təsdiqini tapmışdır. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, onun həmkarlar təşkilatının razılığı alınmaqla işdən azad olunması, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının əmrin qanunsuzluğu barədə dəlillərindən biri ondan ibarətdir ki, o, işdən azad olunarkən əmək qabiliyyətli olmamış, müalicədə olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının işdən azad olunduğu tarixdə, yəni xx.xx.2022-ci il tarixdə onun əmək qabiliyyətli olmaması barədə işdə hər hans ı sübut yoxdur. İşdəki sənədlərdən müəyyən edilir ki, İddiaçı müalicə almış və xx.xx.2022-ci ildə işə çıxmış, bundan 4 gün sonra isə müvafiq əmrlə işdən azad edilmişdir. İddiaçı digər dəlili isə müvafiq sistem (“EMAS” portalı) üzrə işdən azad edilmə barədə əmrin tarixinin xx.xx.2022-ci il kimi göstərilməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həmin məsələ texniki səhv olmuş, sistemə düzəliş edilməsi barədə məktəb rəhbərliyi müvafiq quruma müraciət etmiş, texniki səhvin aradan qaldırılmasına köməklik göstərilməsi xahiş edilmiş və işə məsul şəxs barəsində intizam tənbehi görülmüşdür. Beləliklə, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbi tərəfindən əmək qanunvericiliyi pozulmamış, bu xüsusda əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir.
11. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və 80-ci maddəsinin 1-ci bəndinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(012)4887/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 13 sprel 2023-cü il tarixli, 2(105)-692/2023 nömrəli qətnaməsi ilə (hakimlər: İ.K.Dəmirov (sədrlik edən və məruzəçi),Z.İ. Məmmədov və A.A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(012)-4887/2022 nömrəli qətnaməsi ləğv edilməsi,iddia tələbi təmin edilməsi, Xırdalan şəhər 1 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə həmin məktəbin 10 iyun 2022-ci il tarixli, 225 nömrəli əmri ona aid hissədə ləğv edilməsi, həmin əmrin icrası barədə verilmiş Xırdalan şəhər 1 №-li tam orta məktəbin 13 iyul 2022-ci il tarixli, 257 nömrəli əmr özlüyündə etibarsız hesab edilməsi, İddiaçı Xırdalan şəhər 1 №-li tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə b ərpa edilməsi, İddiaçı işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı ildən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə müəllimə, xx.xx.2019-cu ildən isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Nümayəndə1 Abşeron-Xızı Regional Təhsil İdarəsinə məktubla müraciət edərək məktəbin bir sıra direktor müavinlərinin çoxsaylı qanunsuz hərəkətlərindən şikayət etmiş və Abşeron-Xızı Regional Təhsil İdarəsində məktubda göstərilən faktların ciddiliyini nəzərə alaraq xx.xx.2022-ci il tarixli, F01 nömrəli əmrlə Komi ssiya yaradılmış və məktəbdə monitorinq aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, 2021-2022-ci tədris ili başlayandan həmin məktəbdə artıq bir neçə dəfə direktor vəzifəsini icra edən şəxs dəyişmiş, qısa müddət ərzində rəhbər vəzifədə olan şəxslərin tez-tez dəyişməsi, idarəetmənin əsasən direktor müavinləri tərəfindən aparılması, həmçinin müavinlərin yarıtmaz fəaliyyəti təhsil müəssisəsində təlim-tərbiyə prosesinə öz mənfi təsirini göstərmiş, məktəbdə təlim-tərbiyə mühitinin, normal iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Məktəbdə buraxılan və əvəz edilən dərslərin qeydiyyatı və uçotu kitabı müvafiq qaydada aparılmamış, çoxlu sayda (32 nəfər) qeyrirəsmi formada sinif rəhbərliyi aparan müəllimlərin olduğu aşkar edilmişdir. Bəzi hallarda isə direktor müavinləri tarifləşmə s iyahısında digər müəllimlərin adına yazılmış siniflərin sinif rəhbərliyini icra etmiş və buna görə ödənilən pul vəsaitlərini almışlar. Bəzi müəllimlərə tarifləşmə siyahısında tədris etdikləri dərslərdən əlavə saatlar yazılmış, evdə fərdi təhsil saatları, dərnək məşğələləri və fakültativ məşğələlərin bir hissəsi tədris olunmamış, bu məşğələlərin təsdiq edilmiş cədvəli olmamış, dərslərdə iştirak etməyən şagirdlərə jurnalda qaib yazılmamışdır. Bununla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, K-59 saylı əmr verilmiş, aparılmış monitorinqin nəticələri təhsil qurumunda müzakirə edilmiş və araşdırma nəticəsində toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, Azərb aycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda isə Abşeron rayonu, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə xx.xx.2022-ci il tarixli, xx-xx-1285/16 saylı məktubla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material üzrə araşdırma aparıldığı və cinayət tərkibli əməlin törədilməsi faktları təsdiq olunmadığı, bununla yanaşı göstərilən pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması və belə xarakterli pozuntuların gələcəkdə təkrar edilməməsi məqsədilə aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə aparılmaqla, müvafiq tədbirlərin görülməsinə və bu barədə bir aydan gec olmayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Müb arizə Baş İdarəsinə məlumat verilməsinə göstəriş verilməsi Elm və Təhsil Nazirliyindən xahiş olunmuşdur.
15. Həmçinin müəyyən edilmişdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K-59 saylı əmrinin icrası barədə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrindən çıxarışa əsasən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti olaraq icra edən Nümayəndə1 Abşeron-Xızı Regional Təhsil İdarəsinə daxil olmuş təqdimatı əsasında xx.xx.2022-ci il tarixli F-01 nömrəli əmrə uyğun olaraq məktəbdə yoxlama aparılmış və bir sıra ciddi nöqsanlar aşkar olunmuşdur. Belə ki, direktor müavinləri və fənn müəllimlərinin tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış sinif rəhbərliyi üçün ödənilən pul vəsai tini mənimsəməsi, eləcə də diaqnostik qiymətləndirmə balı aşağı olan müəllimlərin digərlərinin adına tarifləşmiş dərs saatları tədris etmələri ciddi maliyyə pozuntusu olaraq üzə çıxarılmışdır. Eləcə də təhsil müəssisəsindəki maddi-tədris bazanın mövcudluğu nəzərə alınmadan siniflər müvafiq fənlərdən yarım qruplara bölünmüş, lakin bir çoxunun eyni sinif otağında bir müəllim tərəfindən tədris olunduğu, bununla da Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, F415 nömrəli əmrinin tələbinin pozulduğu müəyyən edilmişdir. Bundan əlavə, dərnək və fakultativ məşğələlər üçün ümumiləşdirilmiş və təsdiq edilmiş cədvəl hazırlanmamış, məşğələlərin bir çoxu tədris edilməmişdir. Fərdi təhsil dərslərinin və əvəz edilən dərslərin tədris olunması prosesinə də məsuliyyətsiz yanaşılmış və çox miqdarda keçirilməmiş dərs saatları üçün ödənilmiş pul vəsaiti direktor müavinləri tərəfindən mənimsənilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmrini rəhbər tutaraq direktor müavinlərinə xx.xx.2022-ci il tarixdən intizam tənbehləri tətbiq olunmuş, işlərində yol verdikləri kobud nöqsanlara və maliyyə pozuntusuna görə qanunvericiliyə uyğun qaydada məktəbin Həmkarlar Komitəsi ilə razılaşma əsasında direktor müavinləri ilə (o cümlədən təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə) bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr olunmuş, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək və xx.xx.2022-ci i ldən xx.xx.2022-ci ilədək xəstəlik səbəbindən işdən azad olunmuş, İddiaçı müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi vaxtdan 4 gün sonra onun işdən azad olunması barədə məktəbin xx.xx.2022-ci il tarixli, 257 saylı əmri verilmiş, bu əmrlə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrinin icrasının təmin edilməsi və təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, ona sonuncu haqq-hesabın ödənilməsi qərara alınmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, iddiaçıya onunla əmək müqaviləsinə xitam verilərkən ondan yazılı izahat alınmamış, həmkarlar itt ifaqının bir neçə iclası keçirilmiş, həmin iclaslarda iddiaçının xəbərdar olunduğu və ona bildiriş məktubların göndərildiyi, onun məzmunu ilə tanış olduğu qeyd edilsə də, buna dair heç bir sübut yoxdur. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına da Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından heç bir hüquqi qiymət verməmişdir.
17. Belə ki, iddiaçının işdən çıxarılmasına razılıq verilməsi barədə Həmkarlar təşkilatının işin 30-cu vərəqində olan xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, təşkilat üzvləri çıxış edərək bildirdilər ki, Xırdalan şəhər 1 № li tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə1 tərəfindən növbəti dəfə direktor müavinləri: X4, X2, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 hər birinin adına bi ldiriş məktubu göndərilmiş və onları məktəb H.İ.İlk təşkilatının iclasına dəvət etmişdir. Məqsəd onlara qarşı humanistlik göstərmək, bir müəllim kimi məktəbdə qalıb işləmələrinə şərait yaratmaqdır. Bu səbəbdən məktəb Həmkarlar ittifaqının ilk təkilatının iclası keçirilmiş və iclasda bu məsələ ilə bağlı təşkilat üzvlərindən X19, X25, X8 çıxış edərək bildirdilər ki, direktor müavinləri: X4, X2, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 məktəbdə müəllim kimi qalıb işləməsini məqsədə uyğun sayaraq müəllimlik vəzifələrini davam etdirmələrini istəyirlər. Onlar də məktəb Həmkarlar Təşkilatı olaraq humanistlik mövqeyindən çıxış edərək onların iclasda iştirak etməsini, müəllim fəaliyyətinin davam etdirilməsinin tərəfindədirlər və buna görə çox çalışırlar. İclas davam etsə də, direktor müavinləri rəhbərlik tərəfindən növbəti dəfə onlara göndərilən, bildiriş məktublarının məzmunu ilə tanış olmalarına baxmayaraq məktubu cavabsız qoyaraq iclasda iştirak etməmişlər. Səsvermənin nəticəsinə uyğun olaraq Xırdalan şəhər 1 №-li tam orta məktəbin direktor müavinləri: X4, X2 və X3 işinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir.
18. Bununla əlaqədar qeyd olunan qərarın qərəzli qəbul edilməsi Xırdalan şəhər 1 №-li tam orta məktəbin ilk həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli protokol çıxarışı ilə də təsdiq olunur. Həmin protokol qərarına əsasən hazırki iş üzrə iddiaçıya münasibətdə onun iştirakının təmin olunması qərara alınmışdır (İİ cild, i/v 28).Lakin hər iki iclas İddiaçı əmək qabiliyyətinin olmaması müddətlərində üç gün fasilə verilməklə keçirilmişdir.
19. Beləlik lə, məhkəmə kollegiyası hesab etmişdir ki, Xırdalan şəhər 1 №-li tam orta məktəb üzrə xx.xx.2022-ci il tarixli, 225 №-li əmr təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş İddiaçı münasibətdə ləğv edilməli, xx.xx.2022-ci il tarixli 225 №-li əmr iddiaçıya münasibətdə ləğv edilməli olduğundan həmin əmrin icrası ilə bağlı verilmiş Xırdalan şəhər 1 №-li tam orta məktəbin 13 iyul 2022-ci il tarixli, 257 nömrəli əmri özlüyündə etibarsız hesab edilməlidir.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hissəsinə, 68, 69, 70, 71, 72, 73, 74, 75, 79-cu maddəsinin 1-ci hissəsinə, 187-ci maddəsinin 1-ci hissəsinə, 189-cu maddəsinin 2-ci hissəsinə, 239-cu A zərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbi kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-692/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4887/2022 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, monitorinqin yekun arayışı və monitorinqin nəticəsi barədə xx.xx.2022-ci il tarixli əmr elan edilmiş və İddiaçı sabahısı günündən xəstəlik vərəqəsinə çıxmışdır. Lakin, iddiaçı monitorinqin nət icəsi barədə əmri mübahisələndirməmişdir.Bundan əlavə, İddiaçı xx.xx.2022-ci il tarixli əmri mübahisələndirdiyi halda, məhkəmə həmdə xx.xx.2022ci il tarixli əmri ləğv etmişdir.
23. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” hissəsi, 187-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz işin halları ilə əsaslandırılmışdır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
27. Maddə 70. (bənd “ç”) Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
28. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
29. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa ed ilməsini tələb edə bilər.
30. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
31. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
32. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu m addəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmi r. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin h əqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya m əhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilmə si üçün əsas ola bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
45. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2 023-cü il tarixli, 2(105)692/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.