Məhkəmə qərarları › İş №2(102)-3170/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3170/2020

30.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3170/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)459/2020 saylı qətnaməsindən Cavabdeh MMC kasasiyaşikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(012)-2404/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ş.H.Nəcəfova) İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhv il verilməsi” barədə iddiası təmin edilərək, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən ünvan 1 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 57,0 kv.metr olan 38-ci mənzilinin iddiaçıya təhvil verilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(105)3502/2018 saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, T.O.Quliyev və E.G.Rəhimov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilərək, iddia təmin edilib. Cavabdeh təşkilat qətnamədən kasasiyaşikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolleg iyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)-2183/2019 saylı qərarı ilə (hakimlər Ə.M.Rüstəmov sədrlik edən, məruzəçi hakim, Ə.A.Mirzəliyev və V.Ə.İbayev) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)459/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və T.Q.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilərək, Cavabdeh MMC rəhbərliyi tərəfindən ünvan 1 ünvanda inşa edilən 14 m ərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 57,0 kv.metr olan 38-ci mənzilinin iddiaçıya təhvil verilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən kasasiyaşikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən satın aldığı ünvan 1 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 57,0 kv.metr olan 38-ci mənzilinin cavabdeh təşkilat tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə b axarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiyaşikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xxx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh MMC və vəkili Coşqun İsgəndərov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası mə hkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiyaşikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddiaçının mübahisəli mənzili “xxxx” MMC-nin qanuni təmsilçisi xxx 19.494 manat ödəməklə müqavilə əsasında əldə etməsinə, sonuncunun məhkum edilməsinə dair məhkəmə hökmünün sonradan apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsinə, həmin hökmlə müəyyən edilmiş faktların hazırki mülki iş üçün heç bir preyudisial əhəmiyyət daşımamasına, pay haqqını tam məbləğdə ödədiyindən iddiaçının mənzilə mülkiyyət hüququ əldə etməsinə, müqaviləyə əsasən iddiaçı təşkilatın qanuni təmsilçisi kimi xxx un deyil, məhz cavabdeh təşkilatın iddiaçı qarşısında öhdəlik daşımasına, birinci instansiya məhkəməsinin işə baxarkən prosessual normaların tələblərini pozmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 17 8.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla, kasasiya instansiyası məhkəməsi bundan əvvəlki xx xxxxxxxx 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbinə uyğun olaraq xxx un məhkum edilməsinə dair məhkəmə aktlarında müəyyən edilmiş faktların hazırki işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyıb-daşımaması, apelyasiya şikayətinin dəlillərinin tam, hərtərəfli və obyektiv araşdırı lması, “xxxx” MMC-nin qanuni təmsilçisi xxx un məhkum edilməsinə dair hökmün mülki iddiaya aid hissəsinin qüvvədə olub-olmaması və sair barədə müvafiq göstərişlər versə də, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini pozaraq həmin göstərişlər üzrə heç bir araşdırma aparmayıb. Halbuki, qeyd olunan prosessual normaların tələblərinə görə, kasasiyainstansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Digər tərəfdən, işin mübahisə olunmayan ha llarından görünür ki, xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən, icraçı “xxxx” MMC ünvan 1 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 57,0 kv.metr olan 38-ci mənzili tikib payçı İddiaçı təhvil verməyi, sonuncu isə mənzili qəbul edib hər kv.metr üçün 342 manat olmaqla, cəmi 19.494 manat pay haqqını “xxxx” MMC ödəməyi öhdəsinə götürüb. xx xxxx 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən payçı İddiaçı tərəfindən sözügedən müqavilə üzrə 19.494 manat pay haqqı ödənilib. Eləcə də işdən, apelyasiya və kasasiya şikayətlərinin dəlillərindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmü ilə “xxxx” MMC direktoru işləmiş xxx Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Eyni zamanda, həmin hökmlə zərərçəkmiş şəxslərin, o cümlədən İddiaçı iddiası təmin edilərək, təqsirləndirilən şəxs xxx dan 14.494 manat pulun tutulub ona ödənilməsi qərara alınıb. Zərəçəkmiş şəxslər, mülki iddiaçılar, o cümlədən İddiaçı hökmdən apelyasiya şikayəti verməmişlər. Lakin sonradan, yalnız dövlət ittihamçısının verdiyi apelyasiya protestinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təqsirləndirilən şəxs xxx un Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmü ləğv edilib və təqsirləndirilən şəxs xxx un həmin maddələr üzrə olan cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilib. Həmçinin işdən, xx xxxxxxx 2016-cı il tarixli Dövlət Reyestrindən Çıxarışdan görünür ki, “xxxx” MMC hazırki adı Cavabdeh MMC-dir və hazırda iddiaçı, sözügedən müqavilə üzrə mübahisəli mənzilin Cavabdeh MMC tərəfindən ona təhvil verilməsini iddia edir. Cavabdeh təşkilat isə, “xxxx” MMC direktoru olmuş X4 xxx u aldadaraq dələduzluq yolu ilə onun ödədiyi pulu mənimsədiyini, buna görə də onun məhkəmənin hökmü ilə məhkum edildiyini, həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs, mülki iddiaçı kimi tanınaraq iddiasının təmin edildiyini, həmin hökmün so nradan prosessual əsaslara görə ləğv edildiyini, lakin mülki iddalara aid hissədə hökmün qüvvədə olduğunu və bu səbəbdən də İddiaçı sözügedən pul məbləğini hökmün icrası qaydasında mərhum xxx un vərəsələrindən tələb etməli olduğunu göstərib, iddia tələbinə etiraz edir. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, sözügedən cinayət işini tələb edib ona baxış keçirmədən, hökmün qəbul edildiyi xx xxxxxxxx 2015-ci il tarixdən ötən 1 il 2 ay müddət ərzində hökmün mülki iddaya aid hissəsinin icraya yönəldilibyönəldilmədiyini, icra olunub-olunmadığını, apelyasiya icraatı mərhələsində həmin cinayət işinə baxılarkən mülki iddalar üzrə müvafiq qərarların qəbul edilib-edilmədiyini, dövlət ittihamçısının apelyasiya protestinə əsasən sözügedən hökmün əsaslılığının tam yoxlan ılıb-yoxlanılmadığını araşdırmadan, bir sözlə hazırki məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddianın əsaslı olması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Daha sonra, apely asiya instansiyası məhkəməsi ümumiyyətlə sözügedən mənzilin hazırki hüquqi statusuna aydınlıq gətirmədən, 2007-ci ildən ötən müddət ərzində mənzilin istifadəyə verilib-verilmədiyini, başqa şəxsə satılıb-satılmadığını və sair halları aydınlaşdırmadan, bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi cavabdeh təşkilata təklif etmədən, 13 ildən sonra qaldırılmış iddia üzrə sözügedən mənzilin iddiaçıya təhvil verilməsini cavabdeh təşkilata həvalə etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.3-cü maddəsində göstərilir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməlidir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir və ape lyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlilləri araşdırılmayıb. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən baxılarkən sadalanan nöqsanlar aradan qaldı rılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiyainstansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh MMC-nin kasasiya şikayəti təmin edilsin, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-459/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar