Məhkəmə qərarları › İş №2(102)-3171/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3171/2020

11.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3171/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçılar İddiaçı4, İddiaçı1 və vəkili X2, Cavabdeh və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli (sədrlik edən Ş.Abasov, hakimlər A.Abbasov və T.Məmmədov) qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməsi, Cavabdeh, 3600 manat kompensasiya ödənilməklə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 mülkiyyətində olan Xaçmaz rayonunun Sərkərli kəndində yerləşən yaşayış evindən çıxarılması, iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəm i 25,80 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 ödənilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3600 manat kompensasiya ödənilməklə onlara məxsus Xaçmaz rayonunun Sərkərli kəndində yerləşən yaşayış evindən isifadə hüququna xitam verilməsi və onun evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, iddiaçılar tərəfindən Cavabdeh xeyrinə ödəniləcək kompensasiyanın məbləği 4500 (dörd min beş yüz ) manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, Cavabdeh azyaşlı uşaqları - xx xxx 2012-ci il təvəllüdlü Rəvan və xx xxxxxxx 2014-cü il təvəllüdlü Fəqan ilə birlikdə İddiaçı1 məxsus Xaçmaz rayonu, Sərkərli kəndində yerləşən yaşayış evinə köçürülməsi qət olunmuşdur. İddia ərizəsi fərdi yaşayış evindən və köməkçi vasitələrdən istifadə hüququnun tanınması tələbinə dair hissədə təmin olunmamışdır. İş materiallarından görünür ki, Xaçmaz rayonu, Sərkərli kəndində 0,11 ha torpaq sahəsi və orada yerləşən 171,0 kv.metr ümumi sahədən ibarət yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin yaşayış evi 3 otaqlıdır, yaşayış sahəsi 48,4 kv m. olmaqla xx.xx.2018-ci il tarixinə bazar dəyəri 26000 manat təşkil edir. “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, Xaçmaz rayonunun Yergüc, Sərkərli, Ağyazı-buduq, Bay oba və Hacıəlibəy kəndləri ərazisində evi kirayə verən ev sahibinin də yaşadığı evin bir otağından istifadəyə görə kirayə haqqı halhazırda 40-60 manat civarındadır. Mübahisə ilə bağlı apelyasiya intansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən hallarla əsaslandırmışdır. Məhkə mə araşdırması zamanı müəyyən olundu ki, Xaçmaz rayonu Sərkərli kəndində 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, yaşayış sahəsi 48,4 kv m. olan 3 otaqlı yaşayış evi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 mülkiyyətindədir. Cavabdeh İddiaçı3 keçmiş arvadıdır. Onlar xx xxxx 2011-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər və həmin tarixdə də cavabdeh mübahisəli evə gəlin köçmüşdür. Cavabdeh 2016-cı ilin noyabr ayınadək orada yaşamış, bundan sonra evi tərk edərək valideyinlərinə məxsus evdə yaşamağa başlamışdır. xx xxxxx 2017-ci il tarix nikah pozulmuşdur. Cavabdeh boşandıqdan sonra evdə yaşamaq hüququna dair iddia qaldırsa da Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə isə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh iki azyaşlı uşağı ilə birlikdə iddiaçılara məxsus Xaçmaz rayonu Sərkərli kəndində yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Tərəflərin izahatına görə cavabdeh mübahisəli evdə yaşamasa da ara-sıra ora gələrək mübahisə yaradır. Bu səbəbdən də iddiaçılar münaqişəyə son qoymaq üçün ona 3600 manat məbləğində kompensasiya təklif edirlər. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, cavabdehin iddia etdiyi yaşayış evinə istifadə hüququ məhkəmə tərəfindən tanınmamışdır. Onun həmin yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin istifadəçisi olmuş şəxsin malik oduğu hüquqa onun da malik olması anlamını vermir. Mövcud qanunvericilikdə yaşayış sahəsinə istifadə hüququ olmadan məhkəmə qərarı əsa sında ora köçürülüb yaşayan şəxsə kompensasiya ödəməklə yaşayış sahəsindən çıxarılması ilə bağlı hüquq münasibətlərini tənzimləyən birbaşa norma yoxdur. Ona görə də məhkəmə kollegiyası anoloji münasibətləri tənzimləyən hüquq normalarına istinad etməyi zəruri hesab edir. İşdən göründüyü kimi tərəflər arasında hüquq münasibətləri xx.xx.2011-ci ildə yaranmışdır. Buna görə də tətbiq edilməli norma kimi 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları əsas götürülməlidir. Qeyd olunan Mənzil Məcəlləsinin 30.1, 30.2. 30.3 və 30.4-cü maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digə r qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyy ət daşıyırlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Daha öncə qeyd olunduğu kimi məhkəmə qətnaməsinə əsasən cavabdehin müb ahisəli yaşayış evinə istifadə hüququ tanınmasa da, onun həmin evə köçürülməsi qərara alınmışdır. Başqa sözlə, yaşayış sahəsinə köçürmə əslində həmin yaşayış səhəsinin faydalı xassələrindən bəhrələnməyi, yəni orada yaşamağı özündə ehtiva etdiyindən cavabdeh həmin yaşayış evindən təyinatına uyğun yaşamaq üçün istifadə etmişdir. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə d air” xx.xx.2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razı laşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. İşdən göründüyü kimi tərəflər arasında mübahisəli yaşayış sahəsindən istifadə ilə bağlı razılaşma yoxdur. Buna görə KM-nin qeyd etdiyi kimi Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqi nəzərdən keçirilməlidir. AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2- ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarı”nda öz mövqeyini belə ifadə etmişdir: nəzərə almaq lazımd ır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Qeyd edildiyi kimi yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi cavabdeh əslində yaşayış yerini dəyişib valideyinlərinin evinə köçmüş və əsasən orada yaşayır. Onun mübahisəli yaşayış sahəsindən, nikah münasibətlərinə xitam verildikdən sonra, istifadəsi daimi olmayıb, təsadüfi xarakter daşımışdır. Daha öncə qeyd olunduğu kimi keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə məhkəmə onun istifadə hüququnu müəyyən müddətə saxlaya bilər. Yuxarıda göstərildiyi kimi cavabdeh yaşayış sahəsi kimi valideyinlərinin evindən istifadə edir. Onun maddi vəziyyəti ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçılar on a 3600 manat məbləğdə kompensasiya ödəmək istəyirlər. 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində kompensasiya ödəməklə mənzilə istifadə hüququna xitam verilməsi nəzərdə tutulmasa da, məhkəmə kollegiyası hesab edir ki, bu hal mövcud qanunvericiliyə uyğun, konkret olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən həmin istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsini istisna etmir. Əks yanaşma bir halda mənzil istifadəçilərinin istifadə hüquqlarının pozulmasına, digər halda isə mənzil mülkiyyətçisinin hüquqlarının qeyri-mütənasib formada məhdudlaşdırılmasına, bununla da onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuş olar. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddi hüquq norması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixdə qəbul etdiyi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlan ılmasına dair” Qərarında göstərilən hüquqi mövqeyinə uyğun şərh edilməlidir. Məhkəmənin həmin qərarında göstərilmişdir ki, “kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində t əsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının 5 mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın xx xxxx 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxx 2006-cı il tarixli Qərarı, § 93) Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla, müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlar ının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Daha öncə qeyd edildiyi kimi iddiaçılar hazırda mübahisəli evin və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidirlər, mübahisəli daşınmaz əmlak üzərində onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçılardan biri ilə cavabdehin rəsmi nikah qeydi ləğv edilmişdir. Cavabdeh keçmiş ərinin də mülkiyyətçisi olduğu yaşayış evini tərk edib atası evinə getmişdir. Buna baxmayaraq o, təsadüfi olaraq həmin evə gəlir, tərəflər arasında mübahisələr olur. Başqa sözlə, iddiaçılarla cavabdeh yola getmədiklərinə, aralarında tez-tez yaranan mübahisələrə, birgə yaşamalarının mümkün olmamasına görə onlar öz mülkiyyətlərində olan yaşayış evindən cavabdehin birdəfəlik əlaqəsini kəsmək istəyirlər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyən ləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublik ası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni təklif edilən məbləğin adekvat olmadığı ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Digər tərəfdən apelyasiya instansiaysı məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış evinin bazar dəyəri 26000 manat təşkil edir. Ətraf ərazidə yaşayış sahəsinin aylıq kirayə haqqı 40-60 manat arasındadır. Cavabdeh ona 10000 manat pul ödənilməsi şərtilə mübahisəli evə yaşamaq tələbi irəli sürməyəcəyini bildirmişdir. Qeyd edildiyi kimi mövcud qanunvericiliyə əsasən cavabdehi n yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçılarla ailə münasibətlərinə xitam verildiyi üçün onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Bununla yanaşı, məhkəmə kollegiyasının qənaətinə görə, hətta yaşayış sahəsindən istifadə hüququnun kompensasiya ödənilməklə xitam verilməsi üçün əsaslar olsaydı belə iddiaçıların təklif etdiyi 3600 manat pul məbləği tərəflərin hər birinə münasibətdə ədalətli və ağlabatan məbləğdir. İşin kasasiya baxışı zamanı İddiaçı1 təklif etdikləri kompensasiya məbləğini artıraraq 4500 manat məbləğində kompensasiya təklif etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçılara məxsus yaşayış evinə istifadə hüququna xitam verilməsinin əvəzi kimi apellyasiya instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş 3600 manat kompensas iyanın məbləği dəyişdirilərək 4500 manat müəyyən edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən dəyişdirilərək iddiaçılar tərəfindən Cavabdeh xeyrinə ödəniləcək kompensasiyanın məbləği 4500 (dörd min beş yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar