Məhkəmə qərarları › İş №2(102)-3171/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3171/2021

09.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3171/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdehlər XXX, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3171/21 (Açar sözlər:mənzilin alınmasına və təmirə çəkilmiş xərcin tutulması, sübutetmə yükü) Bakı şəhəri, 09 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər XXX, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin hazırki bazar dəyərində pulun qaytarılması və mənzil in təmirinə sərf edilən pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8368/2020 nömrəli, 02 dekabr 2020 il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 09 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.05.2013-cü il tarixli müqavilə şərtlərinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzilinin hazırki bazar dəyərinin müəyyən edilərək XXX nümayəndələri XXX və Cavabdeh2 alınaraq ona verilməsi, həmin mənzilin təmirinə xərclənmiş pulun müəyyən e dilərək Cavabdeh3 alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksinin nümayəndələri Şahin Nəsurullayev və Cavabdeh2 arasında “H” saylı binanın 27 saylı mənzilinin alqı-satqısına dair 21.05.2013-cü ildə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə müvafiq olaraq iddiaçı 30000 manat pul ödəyərək həmin mənzili satın almış, sonra isə razılaşmaya əsasən aylar üzrə hissə-hissə ödəniləcək qalıq məbləğdən 9.100 manat pulu XXX, Cavabdeh2 ödəmişdir. 3. iddiaçı mənzili aldıqdan sonra təmir etditib oraya köçmüşdür.

4. Bundan sonra Şahin Nəsurullayev ödənilmiş 9.100 manat ödənişin müqaviləyə əlavə edilməsi məqsədilə müqavilənin ona göndərilməsini i stəmiş, müqaviləni aldıqdan sonra isə onu geri qaytarmamış, bir müddət sonra evin boşaldılaraq təhvil verilməsini tələb etmiş, mənzilin elektrik enerjisini kəsmişdir. 2016-cı ilin əvvəllərində iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 həmin mənzili 2014-cü ildə Cavabdeh3 15000 manata satmış, X9 elə həmin ildə qeyd edilən mübahisəli mənzilə dair çıxarış almışdır.

5. Məhkəmə çəkişmələr olmuş, mənzilin X5 məxsus olması məhkəmə qərarları tanınımışdır.

6. İddiaçı hazırda da qeyd ediən mənzildə yaşamaqda davam edir.

7. Şahin Nəsurullayev və Cavabdeh2 bu kimi əməlləri nəticəsində iddiaçı külli miqdarda zərərə məruz qalmaqla yanaşı, yaşadığı mənzilə dair mülkiyyət hüquqlarından məhrum olunmuş, tərəflər arasında müvafiq mənzilin alqı-satqısına dair bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq haqqı nı ödəyərək aldığı mənzildən məhrum edilmək qorxusu ilə qarşı-qarşıya qalmışdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.6, 157.7, 385.1, 386.1, 390.1, 442, 443.1-443.3 və 448.1-ci maddələrinə istinad etmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5442/2019 saylı 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Emin Əliyev)

10. Birinci instansiya məhkəməsi işdə olan sübutlara, o cümlədən iddiaçının təqdim etdiyi məhkəmə qərarlarına, Abşeron rayon Polis İdarəsindən göndərilmiş materiallara əsasən müəyyən etmişdir ki, hazırki iş üzrə İddiaçı 21.05.2013cü il tarixli müqavilə şərtlərinə əsasən XXX yerləşən “H” saylı binanın 27 saylı mənzilinin hazırki bazar dəyərinin müəyyən edilərək Nəsurullayev Şahin və Cavabdeh2 alınaraq ona ve rilməsi və həmin mənzilin təmirinə xərclənmiş pulun müəyyən edilərək Cavabdeh3 alınaraq onun xeyrinə ödənilməsini tələb etsə də, həmin tələbin əsasını təşkil edən XXX yerləşən “H” saylı binanın 27 saylı mənzilinin onun mülkiyyətində olması və ya ona satılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 76.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2096/2020 nömrəli, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5442/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov)

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçı iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4163/2020 nömrəli, 15 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilənXXX “H” saylı binanın 27 saylı mənzilinin 100000 (yüz min) manata alqı-satqısı barədə şifahi razılıq əsasında X1 Cavabdeh2 1000 (min) manat məbləğində beh verməsi halını Cavabdeh2 X1 şikayəti əsasında Abşeron rayon polis idarəsinin istintaq şöbəsində aparılmış araşdırma materiallarında olan izahatında etiraf etsə də, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin bu halına hüquqi qiymət verməmiş, həmin pulun Cavabdeh2 tərəfindən alınıb-alınmadığını, alındığı halda qaytarılıb-qaytarılmamasını araşdırmamışdır.

19. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisə predmeti olan evin kommunal ödənişlərini ilə bağlı ödənişlər həyata keçirilmiş və bu ödənişlər Villa Masazır yaşayış kompleksinin möhürü ilə təsdiqlənmiş qəbzlərlə rəsmiləşdirilmişdir. Hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olsa da, apelyasiya instansiyası məhkəməsi tərəfindən bu hal da araşdırılmamış və müvafiq hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən yaşadığı fərdi yaşayış evinin kommunal ödənişlərinin ödənilməsi və bu ödənişlərin XXX tərəfindən qəbul edilməsinin təsdiq edilməsi onu təsbit edir ki, iddiaçı fərdi yaşayış evini özbaşına zəbt etməmiş və həmin evə mülkiyyətçinin razılığı ilə köçmüşdür.

20. Eyni zamanda işin hallarından görünür ki, mübahisə predmeti olan mənzil təmirli mənzildir. Lakin həmin mənzilin iddiaçının faktiki sahibliyinə keçən zaman təmirli və ya təmirsiz olmasını işin halları ilə müəyyən etmək mümkün deyildir. İddiaçının tələblərindən birinin mənzilin təmirinə çəkilmiş xərcin tutulması olduğuna görə bu hal da araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. İşə təkrarən apellyasiya qaydasında baxılarkən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi apellyasiya şikayətinə etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçı iddia tələbi ilə bağlı iddianın əsasını təşlkil edən hallar barədə heç bir subutla təsdiq olunmayan, ziddiyətli izahatlar vermişdir; - Cavabdeh2 və Şahin Nəsrullayevin iddiaçıya qarşı dələduzluq etməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı bu barədə əvvəlcə ərizə ilə Abşeron rayon polis şöbəsinə müraciət etmişdir. Lakin onun şikayəti əsasında toplanmış material üzrə Cavabdeh2 və Şahin Nəsrullayevin əməllərində cinayət tərkibi olmadığına görə barələrində cinayət işi başlanması rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı dəfələrlə Baş Prokurorluğa və müxtəlif səlahiyyətli hüquq mühafizə orqanlarına qeyri-obyektiv, əsassız və qanunsuz qərar qəbul edilməsi ilə bağlı şikayət etsə də, hər dəfə cinayət işinin başlanması rədd ed ilmiş, qərar qüvvədə saxlanılmışdır. Digər tərəfdən iddiaçının yalan və əsl həqiqətlə uzlaşmayan izahat verməsi bir daha onunla təsdiq olunur ki, Abşeron rayon polis şöbəsində aparılan araşdırma zamanı Cavabdeh2 mübahisəli mənzilə Şahin Nəsrullayevin heç bir aidiyyətinin olmamasını, mənzilin onun şəxsi mülkiyyətində olmasını, iddiaçı ilə şifahi sövdələşməyə əsasən mənzilin 100 000 manata qiymətləndirilməsini, iddiaçı mənzilə görə əvvəlcədən ona 1000 manat beh verməsini, pulun qalan hissəsini gətirmədiyinə görə sonradan mənzilin onun tərəfindən Cavabdeh3 satıldığını, onunla iddiaçı arasında mənzillə bağlı heç bir müqavilə bağlanmadığını göstərmişdir; - iddiaçının şikayəti əsasında Abşeron rayon polis şöbəsində aparılan araşdırma ilə bağlı toplanmış material öyrənilərkən həmin vaxt rayon p olis şöbəsində araşdırma zamanı ümumiyyətlə Şahin Nəsrullayevin izahatının alınmaması müəyyən edilmişdir. Halbuki yuxarıda qeyd olunduğu kimi iddiaçı izahatında X4 rayon polis şöbəsində aparılan araşdırma zamanı izahatının alındığını, həmçinin sonuncunun həmin izahatında onun iddia tələbinin əsasını təşkil edən halları tam etiraf etməsini göstərmişdir; - iddiaçı ilə hər hansı bir müqavilə bağlanmasını təkzib edən hallardan biri də odur ki, X10 rayon polis şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında İddiaçı mübahisəli mənzillə bağlı Şahin Nəsrullayev, Cavabdeh2 pul ödəyib-ödəməməsi barədə heç bir məlumatının olmadığını, iddiaçının Şahinə yaxud Əkrəmə çatdırılması üçün heç vaxtı ona hər hansı bir müqavilə yaxud pul verməməsini göstərmişdir; - iddiaçı şifahi razılaşmadan sonra mənz ilə görə beh kimi verdiyi 1000 manat pulun Cavabdeh2 tərəfindən qəbul edilməsi ilə bağlı ona imza etdirməklə, ondan yazılı qəbz almışdır, ancaq həmin mənzilə görə 39100 manat ödənişlə bağlı cavabdehdən heç bir ödəniş qəbzi, iltizam, ödənişi təsdiq edən hər hansı yazılı sənəd tələb etməmişdir, ona görə də iddiaçının 39100 manat pulun ödənişi ilə bağlı göstərdikləri qətiyyən inandırıcı görünməməklə heç bir subutla təsdiq olunmur; - cinayət təqibinin başlanması üçün verdiyi şikayət təsdiq olunmadıqdan sonra iddiaçı mülki mühakimə icraatı zamanı verdiyi iddianın da əsasını təşkil edən halları təsdiq edən heç bir subut təqdim edə bilməmişdir; - Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş, “Villa Masazır" Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzili Cavabdeh2 adına mülki yyət hüququ əsasında 13 iyul 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Belə olduğu təqdirdə əgər iddiaçı doğrudan da, həmin mənzilə görə 39100 manat ödəmişdirsə, mənzilin notariat orqanından kənar qaydada ona satılması ilə bağlı göstərdiyi xüsusatlar qətiyyən inandırıcı görünmür, eyni zamanda iddiaçı onunla müqavilə bağlanmasını təsdiq edən heç bir subut məhkəməyə təqdim edə bilmir; - mübahisəli mənzil Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanmış 16 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətçi Cavabdeh2 tərəfindən 15 min manata Cavabdeh3 satılmış, sonuncu alqı-satqı müqaviləsi əsasında həmin mənzilə dair müvafiq çıxarış almaqla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyes trində 20 dekabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh3 sonradan İddiaçı mənzildən çıxarılma tələbinə dair Abşeron rayon məhkəməsində iddia qaldırmış, həmin vaxt eyni zamanda İddiaçı da cavabdehlər Cavabdeh3, Cavabdeh2 qarşı həmin mənzilə dair alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi barədə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh3 iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir; - bundan sonra həmin qətnamə əsasında çıxarılmış icra vərəqəsi üzrə İddiaçı mənzildən məcburi çıxarılma sı hərəkətlərinə başlanılarkən o, icra işinin icrasına süni əngəl və problem yaratmaq üçün Binəqədi rayon məhkəməsində əsassız olaraq hazırki predmet və əsasla iddia qaldırmışdır. İddiaçı mənzilə görə 1000 manat beh verdikdən sonra mənzilin mülkiyyətçisi Cavabdeh2 pulun qalan hissəsinin gətirilməsi üçün bir neçə ay gözləmiş, həmin müddətdə iddiaçı mənzilə gəlib-getmiş, orada müvəqqəti yaşamış, həmin vaxtı mənzilin sayğacı olmadığından istifadə edilən işıq enerjisinə görə enerji sərfiyyatı “Villa Masazır” Yaşayış Kompleksinə məxsus sayğacda qeydə alındığına görə iddiaçı tərəfindən istifadə olunmuş işığın dəyəri ondan tələb olunaraq “Villa Masazır” Yaşayış Kompleksinin vasitəsi ilə işıq idarəsinə ödənilmişdir. Bir neçə ay keçməsinə baxmayaraq şifahi qaydada razılaşdırılmış məbləğ iddiaçı t ərəfindən mülkiyyətçi Cavabdeh2 ödənilmədiyindən sonuncu tərəfindən iddiaçı könüllü qaydada mənzildən çıxarılmış və həmin vaxtı ona mənzilin dəyərini tam ödədikdən sonra mənzilə köçmək hüququna malik olduğu izah edilmişdir, iddiaçı mənzilə görə razılaşdırılmış məbləği ödəmədiyinə görə mənzil Cavabdeh3 satılmış, bundan xəbər tutan iddiaçı mənzilin qapısını qaynaq aparatı ilə kəsdirib mənzili zəbt edərək orada yaşamağa başlamış, ona görə də iddiaçının mənzildən çıxarılması barədə Abşeron rayon məhkəməsində iddia qaldırılmışdır. İddiaçının mənzilin qapısını qaynaq aparatı ilə kəsdirib qanunsuz zəbt etməsinə dair yaddaş kartına köçürülmüş video görüntü də vardır. Birinci instansiya məhkəməsində üzrlü səbəbdən iştirak etmədiklərinə görə həmin video görüntü sübut kimi araşdırılmamış, hüquqi qiym ət verilməmişdir; - mənzil Cavabdeh3 tərəfindən alqı-satqı müqaviləsi əsasında alınarkən orta səviyyədə təmir edilmiş vəziyyətdə olmuşdur. Belə ki, mənzil mülkiyyətçi Cavabdeh2 tərəfindən Cavabdeh3 təmir edilmiş vəziyyətdə satılmışdır. Mənzilin dəyəri tərəflər arasında müəyyən edilərkən 15000 manat pul və üstəlik alıcı tərəfindən satıcıya xarici markalı “Qrand Çheroko” avtomobil verilməsi barədə razılığa gəlmişlər. Ona görə də hazırki mülkiyyətçi tərəfindən alqı-satqı edilərkən digər tərəfə 15000 manat pul ödəmiş, eyni zamanda nəğd ödənişlə yanaşı xarici markalı “Qrand Çheroko” avtomobil verməyi barədə öhdəlik götürsə də, alıcı Cavabdeh3 zəbt edilmiş mənzildən iddiaçının çıxarılması barədə məhkəmə prosesi başa çatana qədər həmin avtomobilin Cavabdeh2 təqdim edilməsini təxirə salmışdır.

22. İddiaçı apellyasiya baxışında mənzilin təmirli olmasını, buna baxmayaraq bəzi işlərin görülməli olmasını bildirmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8368/2019 nömrəli, 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5442/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, X3 tərəfindən beh qismində ödənilmiş 1000 (min) manat pulun Cavabdeh2 alınaraq X2 ödənilməsi, iddia tələblərinin Cavabdeh2 münasibətdə qalan hissələrdə təmin edilməməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edil mişdir (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov)

24. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə qərarında şərh edilən göstərişləri üzrə araşdırma aparaq qeyd edib ki, İddiaçı 21.05.2013-cü il tarixli müqavilə şərtlərinə əsasən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzilinin bazar dəyərinin müəyyən edilərək Nəsurullayev Şahin və Cavabdeh2 alınaraq ona verilməsi və həmin mənzilin təmirinə xərclənmiş pulun müəyyən edilərək Cavabdeh3 alınaraq onun xeyrinə ödənilməsini tələb etsə də, həmin tələbin əsasını təşkil edən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzilinin onun mülkiyyətində olması və ya ona satılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim e tməmişdir.

25. İşin hallarından görünür ki, mübahisə predmeti olan mənzil təmirli mənzildir. İddiaçı həmin mənzili öz vəsaiti hesabına təmir etdirdiyi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir.

26. Bununla belə, apellyasiya məhkəməsi qeyd edib ki, Abşeron Rayon Polis İdarəsinin İddiaçı şikayəti əsasında HK-1-4548 nömrə rədd materiallarından görünür ki, Cavabdeh2 polis idarəsinin istintaq şöbəsində aparılmış araşdırma zamanı İddiaçı ilə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən XXX binanın 27 saylı mənzilinin 100.000 manata alqı-satqısı barədə şifahi razılığa gəlməsini, bunun qarşılığında İddiaçı 1000 manat məbləğində beh aldığını bildirmişdir.

27. Apellyasiya məhkəməsi belə qənaətə gəlib ki, Cavabdeh2 İddiaçı 1000 manat pulu almasını etiraf etdiyindən, həmin məbləğ ondan tutula raq İddiaçı ödənilməlidir.

28. Apellyasiya məhkəməsi iddianın təmin edilən hissəsində mövqeyini Mülki Məcəllənin 491.1-491.3-cü maddələri, rədd edilən hissələrdə isə Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları e) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil3) kasssasiya şikayəti vermiş və qətnamənin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kasassiya şikayətinin dəlilləri: - evin təmirinə çəkilmiş xərci müəyyən etmək üçün ekspertiza keçirilməyib və şahid dinlənilməyib; - məhkəmə baxışında iştirakı təmin edilməyib. ə) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. f) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

33. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Be hin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir.

35. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, iş üzrə kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək işin faktiki hallarını müəyyənləşdirib düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

39. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübut edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə əsasən iddiaçı istinad etdiyi həmin halları sübut etməli idi. Buna görə də iddianın rədd edilən hissəsində gəlinən nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

40. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti üzrə dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və hazırki qərarın 24-27-ci bəndlərində qeyd edilənləri təkrar etməyə zərurət görmür.

41. Həmçinin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticəni Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun hesab edir.

42. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda kollegiyanın qiymət verməli olduğu məsələ kassasiya şikayəti üzrə irəli sürülən dəlillərdir.

43. İddiaçının məhkəmə baxışında iştirakının təmin edilməməsi barədə dəlilinə qiymət verərək kollegiya qeyd edir ki, bu dəlil əsassızdır. Belə ki, hazırki iş üzrə təkrar apellyasiya baxışı zamanı üç dəfə məhkəmə iclası keçirilib, hər üç iclasda da iddiaçı iştirak edərək ona öz dəlilərini irəli sürmək im kanı verilib.

44. Evin təmirinə çəkilmiş xərci müəyyən etmək üçün ekspertiza keçirilməməsi, şahid dindirilməməsi barədə dəlilə gəldikdə, kollegiya qeyd edir ki, iddiaçı təkrar apellyasiya baxışında bütün məhkəmə iclaslarında iştirak etsə də, bu məzmunda hər hansı vəsatət verməyib. Buna görə də bu dəlil əsaslı sayıla bilməz. Bundan əlavə, iddiaçı özü apellyasiya baxışında mənzilin təmirli olmasını, buna baxmayaraq bəzi işlərin görülməli olmasını bildirməklə, işin müəyyən edilməli olan halına aydınlıq gətirmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8368/2020 nömrəli, 02 dekabr 2020 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar