Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3171/2022 28.04.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(105)1539/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şabran rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) İddiaçı cavabdehlər Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyes tri 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməsi, Cavabdeh1 Abdulhəşim oğlunun iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 29 yanvar 2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 Abdulhəşim oğlunun mülkiyyətində olan 500 kvm torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı çıxarılması və sözü gedən torpaq sahəsinin boşaldılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(105)1539/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Şabran rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Rühəddin qızının Cavabdeh1 qarşı özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbinə dair iddia tələbinin rədd edilməsi, iddiaçı Cavabdeh1 Abdulhəşim oğlunun cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh1 Abdulhəşim oğlunun mülkiyyətində olan 500 kv.m torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızının çıxarılması və həmin torpaq sahəsinin boşaldılması, İddiaçı Rühəddin qızından keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik Kadastr və Yerquruluğu LahiyəTəhqiqat Mərkəzi MMC-nin hesabın a köçürülməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(105)1539/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmədən ge ri qaytarılmışdır. İddiaçı 30.06.2021-ci il tarixli qətnamədən və həmin tarixli qərardaddan təkrar kassasiya şikayətləri vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərardadı ilə qətnamədən verilmiş kassasiya şikayəti icraata qəbul edilməklə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən qərardaddan verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı və vəkili Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021ci il tarixli qərardaddan təkrar kassasiya şikayəti vermiş və kassasiya şikayətində müddətin üzrlü səbəbdən buraxıldığını göstərərək, müddətin bərpa edilməsini, qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həm qərardaddan, həm də qətnamədən verilən kassasiya şikayətləri baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir, çünki həmin qərardaddan verilmiş kassasiya şikayətinin qaytarılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 02.02.2022-ci il tarixli qərardadı mövcuddur. Həmin qərardadda təkrar göstərilən nöqsanlar aradan qaldırılmamış, buraxılmış müddətin bərpası məsələsinə baxılmamışdır. Bu isə, 30.06.2021-ci il tarixli qərardaddan verilmiş kassasiya şikayətinə baxılmasına yol verilmir. Hazırki işdə kassasiya şikayəti verilən qərardada Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış, 02 fevral 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmədən geri qaytarılmış, lakin iddiaçı həmin qərardaddan təkrar kassasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən, 30.06.2021-ci il tarixli qərarddan kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi və iş kassasiya şikayətinin geri qaytarılması və ya müddət məsələsinin müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.5, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(105)1539/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayət i geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3171/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3171/2022
28.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver