Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3172/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-786/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-4217/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” barədə iddiası təmin edilərək, cavabdehin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Etibar Hacıyev küçəsində yerləşən ümumi sahəsi 143,1 kv.metr olan 28 saylı fərdi yaşayış evindən çıxarılması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-786/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncunun onun mülkiyyətində olan Abşeron rayonu, Sar ay qəsəbəsi, Etibar Hacıyev küçəsində yerləşən 28 saylı fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olm ayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı vəkili xxx məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh və vəkili xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili xxxnin izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və pros essual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsaslı olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 567, 568.1, 140-cı maddələrin in və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxx 2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsi, Etibar Hacıyev küçəsində, mülkiyyətdə olan 0,02 ha torpaq sahəsində yerləşən, 2017-ci ildə tikilmiş, 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 143,1 kv.metr, yaşayış sahəsi 87,0 kv.metr, köməkçi sahəsi 56,1 kv.metr olan 28 saylı ev mülkiyyət hüququ üzrə X3 adına qeydə alınıb. xx xxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən xxx sözügedən ev üzərində sərəncam vermək və digər əqdləri bağlamaq üçün Cavabdeh adına etibarnamə verib və sonuncu həmin etibarnaməyə əsasən xxxin adından evi xx xxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavaviləsinə əsasən 27.000 manata İddiaçı satıb. Həmin müqaviləyə əsasən satıcı xxx xx xxxxxx 2019-cu il tarixədək evi yardımçı sahələri ilə birlikdə alıcı İddiaçı bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə sonuncunun faktiki sahibliyinə ve rməyi öhdəsinə götürüb. xx xxxxxxxx 2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən qeyd olunan ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Hazırda iddiaçı, cavabdehin sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsini əsas tutub onun sözügedən evdən çıxarılmasını və həmin evin ona təhvil verilməsini iddia edir. Cavabdeh isə mübahisəli evə dair alqı-satqı müqaviləsi bağlanması məqsədilə iddiaçı və əri xxx tərəfindən aldadıldığını, həmin müqavilənin yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını, müqaviləni bağlamağa məcbur edildiyini (zorakılıq və ya hədələmə yolu ilə), müqavilədə göstərilən qiymətin evin dəyərini əks etdirmədiyini, evin razılaşdırılmış qiymətinin iddiaçı və onun əri xxx tər əfindən ona ödənilmədiyini və sair göstərib iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni m əzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinin şərtlərinə uyğun olaraq mübahisəli evi qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (evin qiymətini) evin əvvəlki mülkiyyətçisi xxxin etibarnamə üzrə təmsilçisi Cavabdeh ödədiyi halda, sonuncu xx xxxxxx 2019-cu il tarixədək həmin evi yardımçı sahələri ilə birlikdə iddiaçının faktiki sahibliyinə verməməklə müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçı mülkiyyətində ol an mübahisəli evi özgəsinin qanunsuz sahibliyindən, yəni evin əvvəlki mülkiyyətçisi xxxin etibarnamə üzrə təmsilçisi Cavabdeh geri tələb etməkdə haqlıdır və apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, əvvəla işdən görünür ki, mübahisəli ev cavabdehin deyil, xxxin mülkiyyətində olub və cavabdeh onu etiranamə üzrə təmsil edib. Digər tərəfdən, cavabdeh hazırki iddia tələbi ilə razılaşmasa da, bu gün sözügedən evə dair bağlanmış alqı-satqı müqaviləsi qüvvədədir və həmin müqaviləyə əsasən ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Görün düyü kimi cavabdehin mübahisəli evi könüllü boşaltmaması mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozur, məhdudlaşdırır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum ediləbilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəkiqeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeyd in qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vax həqiqi sayılmır ki, buqeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırki halda mübahisəli evin mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmasına dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayıldığından cavabdehin kasasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Çünki mübahisəli ev iddiaçının xüsusi mülkyyətindədir və cavabdehin həmin ev üzərində hər hansı hüququ saxlanılmamışdır. Ona görə də cavabdeh iddiaçının mülkiyyətində olan evdən çıxmağa və həmin evi boşaldıb iddiaçıya təhvil verməyə borcludur. Kasasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, m übahisəli evə dair iddiaçı ilə xxxin etibarnamə üzrə təmsilçisi Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilmədiyindən, həmin müqavilə və müqaviləyə əsasən evin mülkyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestri xidmətində aparılmış qeyd qüvvədə olduğundan, cavabdehin alqı-satqı müqaviləsi bağlanması məqsədilə iddiaçı və əri xxx tərəfindən aldadılması, həmin müqavilənin yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanması, cavabdehin müqavilə bağlamağa məcbur edilməsi, eləcə də evin razılaşdırılmış qiymətinin iddiaçı və onun əri xxx tərəfindən cavabdehə ödənilməməsi və sair hallar hazırki iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib he sab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməd ən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-786/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3172/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3172/2020
16.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver