Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3172/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6 Cavabdeh qarşı “torpaq sahəsində paylarının müəyyən edilməsi, torpaq sahəsinin naturada real bölünməsi, torpaq sahəsindən, orada yerləşən yaşayış evindən və qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən istifadə iddiaçıların hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ümumi birgə əmlakda payın müəyyən olunması, payın naturada ayrılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli, 2(107)26/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı1 və X16 ilə 1995-ci ildə nikaha daxil olmuş, nikahları 08 oktyabr 2008-ci il tarixdə pozulmuşdur.
2. X14, İddiaçı2 və İddiaçı3 onların övladları olmuşlar.
3. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli qərarı ilə X7, X4, X10, X2, X6, İddiaçı2 və X5 birgə mülkiyyətlərinə İsmayıllı şəhəri ərazisindən 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir.
4. X15 13 mart 2015-ci il tarixdə, X1 17 dekabr 2018-ci il tarixdə, X16 19 iyul 2019-cu il tarixdə vəfat etmişlər.
5. İsmayıllı rayon Notariat Ofisinin 03 noyabr 2022-ci il tarixli məktubuna əsasən, Həsən Abdiyev, Sonabəyim Abdiyeva və Vüqar Abdiyevin adlarına İsmayıllı rayon Notariat Ofisində vərəsəlik işi açılmamış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X14 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan sənəd üzrə 0,06 hektar, faktiki 0,0889 hektar həyətyanı torpaq s ahəsində paylarının müəyyən edilməsi, 4/7 hissəsinin naturada bölünərək onlara verilməsi, torpaq sahəsindən, orada yerləşən yaşayış evindən və qeyri-yaşayış sahəsindən Cavabdeh tərəfindən istifadə hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 və X10 birgə nikahları müddətində yaşadıqları və qanuni istifadələrində olan 0,06 hektar həyətyanı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-ci tarixli 111 saylı qərarı ilə ailə başçısı qayınatası X15 olmaqla, qayınanası X12, keçmiş əri X16 və iddiaçıların mülkiyyətinə verilmişdir. Onlar birgə nikah müddətində həyətdə bir sıra tiklilər inşa etmiş və həyət əmlakının artırılması üçün çoxlu işlər görmüşlər. Vüqar Abdiyev idd iaçıdan ayrıldıqdan sonra cavabdeh Zülfiyyə Abdiyeva ilə ailə həyatı qurmuş və onu yaşadığı ünvana gətirmişdir. İddiaçının qayınatası, qayınanası və keçmiş ərinin vəfatından sonra, həmin evdə cavabdeh yaşayır. İddiaçılar iki ailə arasında münaqişə olmasın deyə, həmin həyətdən çıxaraq başqa yerdə yaşamışlar. İddiaçılar 0,06 hektar torpaq sahəsinin 0,035 hektar torpaq sahəsindən istifadə etmək istəsələr də, cavabdeh buna mane olmuş, torpaq sahəsinin ayrılaraq onlara verilməsinə razı olmamışdır.
8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 20 sentyabr 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsinin qərardadda göstərilən va riantda (yəni torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ön hissədən darvazadan daxil olarkən, sol hissədən qeyri-yaşayış tikilisi iddiaçıların hesabına sökülərək təxminən 4-5 metr enində və müəyyən uzunluqda) iddiaçıların payına uyğun olaraq 4/7 hissədə naturada real bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün giriş-çıxış qapısından sol tərəfdə yerləşən yardımçı tikili söküldükdən sonra, həmin hissədən həyətyanı torpaq sahəsinə 2-ci giriş-çıxış qapısı açılmalı, küçə tərəfdəki sərhəd hasarından həyətin içərisinə doğru, sol sərhəd hasarından 5 metr aralı məsafədə, həmin hasara paralel olaraq 44 metr uzunluğunda sərhəd hasarı hörülməli və sağa tərəf döndərilərək sağ tərəfdəki sərhəd hasarına qədər uzadılmalıdır. Tədqiq olunan torpaq sahəsinin 0,06 hektar (6 00,0 kv.metr) təşkil etdiyini nəzərə alaraq, 4/7 paya uyğun düşən sahə ((600/7)x4) 342,8 kv.metrdir.
9. İsmayıllı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(037)-12/2022 nömrəli qətnaməsi ilə (hakim R.S.Şirinov) iddia təmin edilərək, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, X8, X14, İddiaçı2 və X5 birgə mülkiyyətlərində olan 0,06 hektar həyətyanı torpaq sahəsində İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 paylarının 4/7 hissədə (342,8 kv.metr) müəyyən edilməsi, İsmayıllı şəhəri, Cavanşir küçəsi 37 ünvanında yerləşən, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsindən İddia çı1, X14, İddiaçı2 və İddiaçı3 paylarının müəyyən edilmiş 4/7 hissə (342,8 kv.metr) ekspert rəyində və rəyə əlavə edilmiş cizgi planda göstərilən qaydada, giriş-çıxış qapısından sol tərəfdə yerləşən yardımçı tikili iddiaçıların hesabına sökülərək həmin hissədən həyətyanı torpaq sahəsinə ikinci giriş-çıxış qapısı açılmaqla küçə tərəfdəki sərhəd hasarından həyətin içərisinə doğru sol sərhəd hasarından 5 metr aralı məsafədə həmin hasara paralel olaraq 44 metr uzunluğunda sərhəd hasarı hörülməklə və sağa tərəf döndərilərək sağ tərəfdəki sərhəd hasarına qədər uzadılmaqla naturada real bölünərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X13 verilməsi, 0,06 hektar həyətyanı torpaq sahəsindən paylarına verilmiş 4/7 hissədən (342,8 kv.metr) və orada yerləşən tikililərdən iddiaçılar İddiaçı1, İddia çı2, İddiaçı3 və X6 istifadələrinə Cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddia tələbinin payın müəyyən edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan sənəd üzrə 0,06 hektar, faktiki 0,0889 hektar həyətyanı torpaq sahəsində paylarının müəyyən edilməsini tələb edirlər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Məhkəmə qərara gəlmişdir ki, hər bir mülkiyyətçinin payı bərabər hissələrə bölünməli, iddi açıların JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsində iddiaçıların payları 4/7 hissədə (342,8 kv.metr) müəyyən edilməlidir.
11. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada real bölünməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə tərəfindən İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsinin iddiaçıların payına uyğun olaraq 4/7 hissədə naturada real bölünməsinin mümkünlüyü, həmin bölünmənin sərhədlərini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsinin həmin torpaq sahəsinə və t orpaq sahəsində yerləşən fərdi yaşayış evinə ön hissədən darvazadan daxil olarkən, sol hissədən qeyri-yaşayış tikilisi iddiaçıların hesabına sökülərək təxminən 4-5 metr enində və müəyyən uzunluqda) iddiaçıların payına uyğun olaraq 4/7 paya uyğun düşən sahə ((600/7)x4) 342,8 kv.metr naturada real bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün giriş-çıxış qapısından sol tərəfdə yerləşən yardımçı tikili söküldükdən sonra, həmin hissədən həyətyanı torpaq sahəsinə 2-ci giriş-çıxış qapısı açılmalı, küçə tərəfdəki sərhəd hasarından həyətin içərisinə doğru, sol sərhəd hasarından 5 metr aralı məsafədə, həmin hasara paralel olaraq 44 metr uzunluğunda sərhəd hasarı hörülməli və sağa tərəf döndərilərək sağ tərəfdəki sərhəd hasarına qədər uzadılmalıdır. Məhkəmə ekspert rəyinə əsaslanaraq və hər bir p aylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, iddia tələbi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada real bölünməsi hissəsində təmin edilməlidir.
12. Məhkəmə iddia tələbinin torpaq sahəsindən, orada yerləşən yaşayış evindən və qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən istifadə hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçıların paylı mülkiyyətçiləri olduqları torpaq sahələrindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olması onların əmlak üzərində istifadə hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi torp aq sahəsindən, orada yerləşən yaşayış evindən və qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən istifadə hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması hissəsində də təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 165.1, 214.1, 220.1, 220.2, 220.3, 239.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş 05 iyun 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, JN-2912F KOD 40701004 nömrəli torpa ğın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan torpaq sahəsinə bitişik 4703B nömrə ilə qeydiyyata alınmış bələdiyyə mülkiyyəti mövcuddur. JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,06 hektar torpaq sahəsinə bitişik olan 4703B saylı bələdiyyə mülkiyyəti, JN-2912F KOD 40701004 nömrəli şəhadətnamə üzrə mülkiyyətə verilmiş, 0,06 hektar torpaq sahəsinin şimal qərbində yerləşir. 4703B saylı bələdiyyə mülkiyyətinin yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən, mübahisə predmeti olan torpaq s ahəsinin 4/7 hissəsinin orada yerləşən tikililərin söküntüsü aparılmadan naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. İsmayıllı şəhəri, Cavanşir küçəsi 37 ünvanında yerləşən, mübahisə predmeti olan torpaq sahəsinə baxış zamanı qeyd olunan torpaq sahəsinin hüdudları daxilində 1 ədəd fərdi yaşayış evi, sanitar qovşaq və hamam tikilisi, 1 ədəd talvar və 1 ədəd qeyri-yaşayış sahəsinin mövcud olduğu müşahidə olunmuşdur. Mübahisəli torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Qeyd olunanları və mübahisə predmeti olan torpaq sahəsinin yalnız bir tərəf dən əsas küçə ilə əhatə olunduğunu nəzərə alaraq həmin torpaq sahəsinin 4/7 hissəsinin orada yerləşən tikililərin söküntüsü aparılmadan naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.
16. Apellyasiya instansiyası məhkəməsində iş üzrə təkrar məhkəmə texniki-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan torpaq sahəsinin koordinatları müəyyən edilərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 27 aprel 2023-cü il ta rixli mütəxəssis rəyində və ona əlavə olunmuş sxemdə göstərilmişdir. JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan torpaq sahəsi ilə X3 faktiki istifadəsində olan 0,089 hektar torpaq sahəsinin müqayisəli sxemi yerquruluşu planı üzrə həmin mütəxəssis rəyindən göstərilmişdir. JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan torpaq sahəsinə bitişik 4703B nömrə ilə qeydiyyata alınmış bələdiyyə mülkiyyəti mövcuddur. JN-2912F KOD 40701004 nömrəli şəhadətnam ə ilə mülkiyyətə verilmiş 0,06 hektar torpaq sahəsinə bitişik 7403B saylı bələdiyyə mülkiyyəti, JN-2912F KOD 40701004 nömrəli şəhadətnamə üzrə mülkiyyətə verilmiş 0,06 hektar torpaq sahəsinin şimal qərbində yerləşir. 7403B saylı bələdiyyə mülkiyyətinin yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin 4/7 hissəsinin orada yerləşən tikililərin söküntüsü aparılmadan naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli, 2(107)26/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və M.A.Əsədlidən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmi ş apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(037)12/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, X8, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsində İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 paylarının 4/7 hissədə (342,8 kv.metr) müəyyən edilməsi, İsmayıllı şəhəri, Cavanşir küçəsi 37 ünvanında yerləşən, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsindən İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 payları müəyyən edilmiş 4/7 hissə ( 342,8 kv.metr) ekspert rəyində və rəyə əlavə edilmiş cizgi planda göstərilən qaydada, giriş-çıxış qapısından sol tərəfdə yerləşən yardımçı tikilinin iddiaçıların hesabına sökülərək həmin hissədən həyətyanı torpaq sahəsinə ikinci giriş-çıxış qapısı açılmaqla küçə tərəfdəki sərhəd hasarından həyətin içərisinə doğru sol sərhəd hasarından 5 metr aralı məsafədə həmin hasara paralel olaraq 44 metr uzunluğunda sərhəd hasarı hörülməklə və sağa tərəf döndərilərək sağ tərəfdəki sərhəd hasarına qədər uzadılmaqla naturada real bölünərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X13 verilməsi hissələrində ləğv edilmiş, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə həmin hissələrdə iddianın qismən təmin edilməsi, JN2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, X8, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsində İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 paylarının 4/7 hissədə müəyyən edilməsi, iddianın 0,06 hektar həyətyanı torpaq sahəsindən kənar faktiki istifadədə olan hissəsindən payların müəyyən edilməsi, İsmayıllı şəhəri, Cavanşir küçəsi 37 ünvanında yerləşən, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən 4/7 hissənin naturada real bölünərək iddiaçılar İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 verilməsi hissələrinin rədd edilməsi qət edilmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sax lanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə paylarının müəyyən edilməsi, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsindən 4/7 hissənin ekspert rəyində və rəyə əlavə edilmiş cizgi planda göstərilən qaydada naturada real bölünərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X13 verilməsi hissələrində gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Odur ki, həmin hissələrində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilməlidir.
19. Apellyasiya kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi və prosessual hüquq normalarını pozması, onları düzgün tətbiq etməməsinə dair dəlili ilə qismən razılaşaraq qeyd etmişdir ki, iş materiallarında olan iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsinə dair 16 mart 2022ci il tarixli ərizələrindən görünür ki, onlar məhkəmədən İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan sənəd üzrə 0,06 hektar, faktiki 0,0889 hektar həyətyanı torpaq sahəsində paylarının müəyyən edilməsini xahiş etsələr də birinci instansiya məhkəməsi digər hissələrdə olduğu kimi həmin hissədə də iddianı təmin etdiyini qeyd etmiş, sənəd üzrə 0,06 hektar torpaq sahəsinə münasibətdə payları müəyyən etsə də pay ların müəyyən edilməsi tələbinin faktiki 0,0889 hektar həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi hissəsində heç bir əsaslandırma aparmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin payın müəyyən edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan sənəd üzrə 0,06 hektar torpaq sahəsində paylarının müəyyən edilməsi hissəsində əsaslı, faktiki torpaq sahəsində paylarının müəyyən edilməsi hissəsində isə əsassızdır.
21. JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,06 hektar torpaq sahəsi 7 nəfərin mülk iyyətində olmaqla, mülkiyyətçilərdən 3-ü vəfat etdiklərindən, vəfat etmiş 3 mülkiyyətçiyə aid hissədə razılığın kimdən alınması məsələsi bəlli olmadığından, həmin hissədə payın müəyyən edilməsində razılıq olmadığından iddiaçılar JN2912F KOD 40701004 nömrəli şəhadətnamə üzrə ümumi mülkiyyətdə olan 0,06 hektar torpaq sahəsindən paylarının müəyyən edilməsini tələb etməkdə haqlıdırlar və iddiaçıların 0,06 hektar torpaq sahəsinin ümumilikdə 4/7 hissəsində payları müəyyən edilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilik yalnız paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi imkanının nəzərdə tutduğundan, zəbt torpaq sahəsi JN-2912F KOD 40701004 nömrəli şəhadətnamə üzrə iddiaçıların mülkiyyətini təşkil etmədiyindən, zəbt torpaq sahəsində id diaçıların paylarının müəyyən edilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, həmin hissədə təmin edilə bilməz.
23. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyatorun apellyasiya şikayətində göstərdiyi həmin fərdi yaşayış evinin qarşısındakı tikililərin yerləşmə vəziyyətinin torpaq sahəsinin naturada bölünməsini mümkünsüz etməsi, məhkəmənin onun hüquqlarını pozaraq qeyri-yaşayış sahəsinin sökülərək, yolun açılması qərarına gəlməsinə dair dəlili əsaslıdır.
24. İşdə olan birinci instansiya məhkəməsinin qərardadının icrası üzrə verilmiş 20 sentyabr 2022-ci il tarixli ekspert rəyində göstərilmiş mübahisəli ərazinin sxemi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 15 noyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə olunmuş sxe min müqayisəsi nəticəsində apellyasiya məhkəməsi müəyyən etmişdir ki, 20 sentyabr 2022-ci il tarixli, 10/2551 nömrəli rəy üzrə iddiaçılara ayrılıb verilməsi təklif edilən torpaq sahəsinin bir hissəsi zəbt 279 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatı zamanı JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan torpaq sahəsindən 4/7 hissəsinin ayrılmasının mümkün olması qeyd edilsə də, apellyasiya kollegiyasının təyin etdiyi ekspertizalar üzrə verilmiş rəylərlə birinci instansiya məhkəməsində araşdırma dövründə aparılmış ekspertiza tədqiqatı üzrə iddiaçılara naturada ayrılıb verilməsi təklif edilən, birinci instansiya məhkəməsi tərəfindən isə ayrılması qət edilən torpaq sahəsinin bir hissəsinin ümumi birgə mülkiyyətdə olan deyil, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə bitişik zəbt torpaq sahəsi olması müəyyən edilmişdir.
25. Bundan əlavə birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatı üzrə bölgü variantında iddiaçılara ayrılacaq torpaq sahəsinin həmçinin torpaq sahəsi üzərində yerləşən tikilinin sökülməsi hesabına təmin olunmasının mümkünlüyü barədə rəy verilmişdir ki, bu hal da əşyaya tənasübsüz zərər vurmadan ayrılma kimi şərh edilə bilməz.
26. Şərh edilənlər nəzərə alınaraq, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının 20 sentyabr 2022-ci il tarixli rəyi nə iş üzrə mötəbər sübut kimi istinad edilməsi və həmin rəydə göstərilən qaydada daşınmaz əmlakın bölgüsünün aparılması mümkünsüzdür.
27. Apellyasiya kollegiyası apellyasiya şikayətinin iddiaçılara ayrılmış 4/7 hissə torpaq sahəsinə gedən ayrıca yolun olması, bu yolun Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə açıq-aydın görünməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsindən iddiaçılara 4/7 hissənin ayrılmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilmiş və iddiaçılara 4/7 hissə torpaq sahəsinin ayrılmasına dair qanuni qüvvəsində olan məhkəmə aktı və yaxud da digər bir hüquq müəyyənedici sənəd mövcud deyildir. Həmçinin apellyasiya məhkəməsinin kollegiyasının qərardadları üzrə təyin edilmiş ekspertizalar zamanı iddiaçılara 4/7 his sə torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü məsələləri öyrənilmişdir.
28. Apellyasiya kollegiyası qeyd etmişdir ki, 05 iyun 2023-cü il tarixli və 19 mart 2024-cü il tarixli ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçılar bununla bağlı sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadları əsasında keçirilmiş ekspertiza rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
29. Həmin rəylərlə isə JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsm ayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X15, X11, X16, İddiaçı1, X14, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan torpaq sahəsinin 4/7 hissəsinin orada yerləşən tikililərin söküntüsü aparılmadan naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Torpaq sahəsinin üzərində yerləşən tikililərin sökülməsi hesabına bölgünün aparılması isə əşyaya tənasübsüz zərər vurmaqla aparılacaq ayrılmadır ki, bu da Mülki Məcəllənin 220.3-cü maddəsinin tələblərinə ziddir.
30. Əlavə olaraq kollegiya qeyd etmişdir ki, bu xarakterli iddialarda ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi ni tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
31. Məhkəmə kollegiyası qeyd edib ki, paylı mülkiyyət ayrılacağı halda həmin əmlakdan sərbəst sahiblik və istifadə imkanları təmin edilməlidir. Lakin, hazırkı araşdırma üzrə iddiaçılara aid torpaq sahəsinin sərbəst sahiblik və istifadə təmin edilməklə ayrılma imkanları müəyyən edilməmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həyətyanı torpaq sahəsinin naturada yerində bölünüb onlara verilməli olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin bununla bağlı müzakirə ediləcək iddia tələbi mövcud olmamışdır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Şəki İnzibati Məhkəmədə onun iddia tələbinə baxılanadək bu mülki iş üzrə icraatın dayandırılmalı olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, şikayətin həmin dəlili əsassızdır.
34. Belə ki, Cavabdeh JN-2912F KOD 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi vəzifəsinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və həmin qərardad qanuni qüvvəsini almışdır.
35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.4, 213.1, 213.2-213.3, 213.5, 214.1, 216, 220.1, 220.2, 220.3, 220.4, 223.3-cü, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 119.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
36. İddiaçılar İddiaçı1 və X14 birgə kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli, 2(107)-26/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 213.2, 213.3, 214.1, 220.1, 220.2, 220.3, 223.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 106.1, 217.1, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur.
38. Belə ki, birinci instansiya məhkəməsi 7 nəfərin paylı mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsini Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən payları bərabər götürməklə sxem və ölçülər əsasında, həyətdə olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsi çıxılmaqla naturada bölgü aparmışdır. Bölgü tam qanuni və heç bir payçının mənafeyinə ziyan toxunmadan və birgəyaşayış qaydalarına əməl edilməklə aparılmışdır. Bölgü aparılan zaman yerində baxış keçirərək orada olan tikililər nəzərə alınmaqla, ancaq ya y bisetkası olan yerdən (başqa yerdən mümkün olmadığı üçün) yolun açılmasını qət etmişdir. Yolun açılması qət edilən hissədə hamam və ya sanuzel tikilisi yoxdur. Naturada ayrılaraq iddiaçılara verilməsi qət edilmiş torpaq sahəsinin Sxemdə göstərilən ölçülər daxilində, 0,06 hektar torpaq sahəsinin bizə düşən pay torpaq sahəsi 0,035 hektar 4/7 hissəsinin (342,8 kv.metr) var. Bu özü göstərir ki, iddiaçılara birinci instansiya məhkəməsinin qətnaməsi ilə naturada ayrılmış torpaq sahəsi zəbt torpaq sahəsində deyil, 7 nəfərin mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsinin tərkib hissəsidir. 4 nəfər iddiaçı həmin torpaq sahəsinin mülkiyyətçiləridir və mərhum Vüqar Abdiyevdən qalan əmlakda payları vardır. Apellyasiya məhkəməsi heç bir əlavə araşdırma aparmadan, ədalət prinsipini pozaraq birinci instansiya məhkəməsinin mülkiyyətdə olan 0,06 hektar həyətyanı torpaq sahəsində bölgü aparmağını, səhvən faktiki istifadədə olan 0,0889 hektarda aparıldığı kimi göstərmişdir. İş materiallarında olan tikinti-texniki ekspertizasının və mütəxəssis rəylərindən, onlara əlavə edilmiş sxemlərdən göründüyü kimi birinci instansiya məhkəməsi mülkiyyətçilərin mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsində ölçüləri göstərilməklə naturada bölgü aparmışdır. Apellyasiya instansiyası məhkəməsi isə heç bir ölçmə və ya dəqiqləşdirilmə işləri aparmadan, iddiaçının vəsatətlərini rədd edərək özü-özlüyündə səhv nəticəyə gəlmişdir.
39. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
40. Kassasiya şikayətinə etira z verilməmişdir. Kassasiya baxışının hədləri:
41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etm əklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
42. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirdiklərindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
43. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istəd iyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak ed ən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bil ər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını və cavabdehin apellyasiya şikayətinin dəlillərini səlahiyyətləri çərçivəsində araşdırmış, o cümlədən məhkəmə təkrarən tikinti-texniki ekspertizaları təyin etmiş və tərəflərin mülkiyyətində olan həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının qeyri-mümkün olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apel lyasiya məhkəməsinin mövqeyi ilə tam razılaşır.
48. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıların tələb etdikləri qaydada paylarının ayrılması onların mülkiyyətlərində olmayan, bələdiyyə mülkiyyətində olan və zəbt olunmuş torpaq sahəsinin də bölünməsini ehtiva edir ki, buna qanunvericiliyin tələblərinə əsasən yol verilmir. Həmçinin torpaq sahəsinin mülkiyyətdə olan hissəsinin ayrılması yalnız torpaq sahəsi üzərində inşa olunan tikililərin sökülməsi ilə mümkün olduğundan, bununla da ümumi əmlaka zərər vurulacağından, iddiaçıların paylarının naturada ayrılması qeyri-mümkün hesab edilmişdir.
49. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərarda dı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəylərinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
50. İddiaçıların mübahisəli torpaq sahəsində vərəsəlik paylarının da olmasına dair kassasiya şikayətinin dəlili isə açıq-aydın əsassızdır. Belə ki, hazırkı mübahisə iddiaçıların vərəsəlik hüquqlarının tanınması ilə bağlı olmamışdır. Həmçinin, onlar iddialarında payları mübahisəsiz olan 4/7 hissəsinin naturada ayrılmasını məhkəmədən xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə q ətnamə çıxarır.
51. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və X14 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsi n. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli, 2(107)-26/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.