Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3173/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3318/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (3 ay müddətinə) əmək müqaviləsi ilə sonuncu nəzərətçi-mühəndis vəzifəsinə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə müqavilədə göstərilmiş müddət bitdikdə tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə əmək müqaviləsi ilə üzərinə düşən bütün vəzifə və öhdəliklərini layiqincə yerinə yetirmiş, işəgötürənlə aralarında heç bir anlaşılmazlıq, narazılıq, işində qüsur olmamışdır. İşəgötürən tərəfindən irad, xəbərdarlıq, cəza almamışdır. Bu səbəbdən işdən çıxarılması barədə qanunsuzdur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1285/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Əfsanə Heydərova).
6. Birinci instansiya məhkəməsi iddianın əsaslılığını yoxlayaraq qeyd etmişdir ki, mübahisəli əmr işəgötürən tərəfindən imzalansa da, müəssisənin möhürü ilə təsdiqlənməmişdir. Bu səbəbdən əmr əsassızdır.
7. Buna baxmayaraq, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı işin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə mediasiya şurasına müraciət etmiş, hər iki tərəf mediasiya prosesində iştirak etmiş və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə arayış əldə etmişlər. İddiaçı həmin arayışı əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 73 və 296-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddia çı apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən əmr qanunsuz olsa da məhkəmə bunu nəzərə almamışdır. Eləcə də, onun işlədiyi vəzifə daimi xarakterə malik olmuş, buna baxmayaraq onunla müddətli müqavilə bağlanmışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin axımının hansı tarixdən başladığı düzgün müəyyən edilməmişdir. Belə ki, o işdən çıxarılması barədə əmrin surətini xx.xx.2023-cü il tarixdə əldə etmiş və müddəti ötürməmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3318/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- E.Kazımo v sədrlik edən, məruzəçı, N.Cəfərov və İ.Şirinov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1285/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır.
15. Kassasiya şikayətin in dəlilinə görə iddiaçı 19 noyabr 2023-cü il tarixdə işdən çıxarılması barədə əmri əldə etmiş və beləliklə iddia müddətini ötürməmişdir. Buna baxmayaraq işə baxan məhkəmələr iddia müddətinin başlanması tarixini düzgün müəyyən etmədikləri üçün düzgün olmayan nəticəyə gəlmişlər. Eyni zamanda iddia müddətinin bərpası barədə ərizəyə ümumiyyətlə hüquqi qiymət verilməmişdir ki, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
17. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
18. Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardı r: b) əmək müqaviləsinin müddətinin qurtarması;
19. Maddə 296, 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
20. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
21. Maddə 296,3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvv əsi yoxdur.
25. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
30. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsini n gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
32. Belə ki, işdən görünür ki, iddiaçı işəgötürənin 23 sentyabr 2023-cü tarixli əmri ilə işdən azad edilmişdir. İddi açı 20 noyabr 2023-cü ildə ilkin mediasiya şurasına müraciət edib, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 28 noyabr 2023-cü il tarixdə ona arayış verilib. 10 yanvar 2024-cü il tarixdə iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.
33. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, Əmək Məcəlləsinin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq- hesab sənədlərinin (kitabçasının, vər əqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
34. İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə dair əmri 19 noyabr 2023-cü ildə alsa da, eləcə də 20 noyabr 2023-cü ildən 28 noyabr 2023-cü il tarixədək mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımı dayandırılmasına baxmayaraq yenə də iddia müddətini ötürmüşdür.
35. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlil lərin təkrar araşdıralmasına lüzum yoxdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 may 2024-cü il tarixli, 2(103)-3318/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.