Məhkəmə qərarları › İş №2(102)-3173/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3173/2025

20.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3173/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5nə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, vərəsəlik mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras əmlakda çatası payın bağışlanmasına dair müqavilənin etib arsız hesab edilməsi, miras əmlak üzərində payının müəyyən edilməsi və cavabdehlərin adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-796/2025 nömrəli, 2025-ci il 23 iyun tarixli qətnaməsindən İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 2025-ci il 20 noyabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 Ruhiyyə Çərkəz qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü İddiaçı2 anadan olmuşdur. 2. 26 dekabr 2017-ci il tarixdə X18 ilə İddiaçı1 arasında bağlanmış nikah ləğv edilmişdir. 3. 25 iyun 2019-cu il tarixdə ölmüş X5 ünvan 1 ünvanda ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71 kv.m. olan fərdi yaşayış evi miras qalmışdır.

4. X18 miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi, mirasdan pay almaq hüququ olmuş, lakin sonuncu anası X5 miras qalmış əmlakdan ona çatası payı 27 yanvar 2023-cü il tarixli müqavilə ilə bacısı X6 bağışlamışdır. Bağışlama müqaviləsini X8 adından xx.xx.2023-cü il tarixli etibarnamə əsasında Nümayəndə3 imzalamışdır. Etbarnamədə qeyd edilmişdir ki, etibarnaməni Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X12 iştirakı ilə X21 tərəfindən imzalamışdır. Etbarnamə Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiqlənmişdir. 5. 27 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X13, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2019-cu il tarixdə ölmüş X9 qanun üzrə vərəsəsi hesab edilmiş və miras əmlakdan, yəni ünvan 1 ünvanda ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71 kv.m olan fərdi yaşayış evindən X13 4/8 hissədə, Cavabdeh2 2/8 hissədə, Cavabdeh4 1/8 hissədə və Cavabdeh3 1/8 hissədə irs almalıdır.

6. Həmin şəhadətnamə əsasında ünvan 1 ünvanda ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71 kv.m olan fərdi yaşayış evi X4 (4/8 hissə), Cavabdeh2 (2/8 hissə), Cavabdeh4 (1/8 hissə) və Cavabdeh3 (1/8 hissə) adlarına payları göstərilməklə daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və bu barədə xx.xx.2023-cü il tarixli, 2**013**2361-10301 reyestr nömrəli çıxarış verilmişdir.

7. X18 xx.xx.2023-cü ildə vəfat etmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras əmlakda çatası payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, miras əmlak üzərində payının müəyyən edilməsi və cavabdehlərin adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5 miras qalmış ünvan 1 ünvanda yerləşən evdə miras payın bağışlanması barədə müqavilənin, həmin evə dair 27 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və miras əmlak üzərində İddiaçı2 payının müəyyən edilərək cavabdehlərin adına verilmiş mülkiyyət hüququ barədə reyestr nömrəsi 2**013**2361-10301 olan xx.xx.2023-cü il tarixli mülkiyyət hüququ barədə qeydiyyatın (çıxarışın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mərhum əri X18 ilə nikaha daxil olaraq evlənmişdir. Onunla birgə nikahlarından İddiaçı2 adlı bir uşaq dünyaya gəlmişdir. X18 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X2 anası X14 məxsus ünvan 1 ünvanda yerləşən ev miras qalmışdır. X3 vəfat etməmişdən əvvəl onun anası Əsgərova Leyla vəfat etmişdir. İş üzrə vərəsəlik işi aparılan zaman X18 vərəsələr sırasından gizlədiməklə vərəsəlik işi açılmışdır. Vərəsəlik üzrə şəhadətnamə 27 yanvar 2023-cü il tarixdə verilmiş, X18 isə 22 fevral 2023-cü il tarixdə vəfat etmişdir.Vərəsəlik işində olan sənədlərdən də görünür ki, onun tərəfindən miras paydan imtina barədə nə ərizə verilməmiş, nədəki, payın bağışlanması barədə mərhum əri tərəfindən heç bir etibarnamə verilməmişdir. Hazırda mərhum əri ilə nikahlarından anadan olmuş övladı İddiaçı2 atasına çatası pay cavabdehlər tərəfindən mənimsənilmişdir.

10. İddiaçı1 nümayəndəsi vəkili Nümayəndə1 iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, X8 miras əmlakdakı payı bağışlanma yolu ilə cavabdehlərdən Cavabdeh1 adına sənədləşdirilmişdir. Halbuki həmin bağışlanma müqaviləsi qanuni yolla sənədləşdirilməmişdir. X8 miras əmlakdakı payının bağışlanması müqaviləsi onun adından verilmiş etibarnamə əsasında başqa şəxs tərəfindən imzalanmışdır. Etibarnamə isə qanuni olmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh1 nümayəndəsi (həyat yoldaşı) Nümayəndə3 iddia tələbi ilə razı olmadıqlarını bildirmiş və izahatında göstərmişdir ki, mirasın sənədləşdirilməzi zamanı X18 xəstə olmuş, xəstəxanada müalicə olunmuşdur. Bu səbəbdən də miras payın bağışlanması müqaviləsini imzalamaq üçün notariat orqanına gedə bilməmişdir. Ona görə miras payın bağışlanması müqaviləsini imzalamaq üçün ona etibarnamə vemişdir. Etibarnamənin sənədləşdirilməsi üçün notariat kontorunun işçisi xəstəxanaya gəlmiş, zəruru sənədləri tərtib etmiş və etibarnaməni X8 əvəzinə başqa şəxs elə xəstəxanada da imzalamışdır. Həmin vaxt notariusun özü etibarnamənin imzalanmasında iştirak etməmişdir. X8 miras payının bağışlanması müqaviləsini də etibarnamə əsasında o imzalamışdır. Heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də idda tələbi rədd olunmalıdır.

12. Cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə2 oğlu iştirak etmiş və izahatında bildirmişdir ki, İddiaçı1 ilə mərhum əri X8 nikahları 2017-ci ildən məhkəmə qətnaməsinə əsasən pozulmuş, cavabdehlərlə onun arasında heç bir münasibət qalmamışdır. İddiaçının X8 etibarnaməni öz iradəsi ilə verməməsi və bu sənədin cavabdehlər tərəfindən saxtalaşdırılması ilə bağlı qeyd etdiklərindən onu demək olar ki, notariat ofisində bir çox sənədlərin tərtib olunmasında notarisun işçiləri iştirak edirlər və yekunda da notarius təsdiq edir. Həmin sənəd də notariusun işçisi tərəfindən tərtib olunsa da, yekunda notarius özü təsdiq etmişdir. Bu həmin sənədin qanuni olub-olmaması üçün bir dəlil sayıla bilməz.

13. Gəncə Şəhər Məhkəməsinin 2024-cü il 6 dekabr tarixli, 2(125)-4 794/2024 nömrəli qətnaməsi ilə (hakim X26) iddia qismən təmin edilmiş, mərhum X5 miras qalmış ünvan 1 daşınmaz əmlak barəsində X18 ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin tarixli müqavilə etibarsız hesab edildiyindən, Cavabdeh1 Cavabdeh5ndə mərhum X5 qalan miras əmlaka görə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 2V-16 reyestr saylı qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin Cavabdeh1 payının miras əmlakın 4/8 hissədə müəyyən edilməsi hissəsində etibarsız hesab edilməsi, mərhum X5 qalan miras əmlakın həmin 4/8 hissəsi üzərində X2 qanun üzrə vərəsəsi İddiaçı2 da payı müəyyən edilməklə, həmin miras əmlakda Cavabdeh1 ilə İddiaçı2 paylarının bərabər (hər birinin payı miras əmlakın 2/8 hissəsi qədər) müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi barəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2023-cü il tarixli 2**0113**2361-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın Cavabdeh1 payının əmlakın 4/8 hissədə müəyyən edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, X2 onun adından çıxış edilməsi üçün Nümayəndə3 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə qanunun tələblərinə riayət edilməməklə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**0-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə t əsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”in 1-ci bəndinin tələblərinə əsasən, fiziki şəxslərin iştirak etdiyi notariat hərəkətlərinin aparılması üçün başqa şəxslərə verdiyi etibarnamələr notariusun özünün iştirakı ilə imzalanmalıdır. Baxılan işdə isə notarius Qnunun bu tələbinə riayət etməmişdir. Belə ki, etibarnamə almış Nümayəndə3 özü də izahatında etiraf etmişdir ki, etibarnaməni təsdiq etmiş Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X22 etibarnamənin imzalanmasında özü iştirak etməmiş, etibarnamə notariat ofisinin işçisinin iştirakı ilə imzalanmışdır.

15. Məhkəmə işin faktiki hallarına tətbiq edilməli olan, qanun normalarına əsaslanmaqla hesab edir ki, xx.xx.2019-cu il tarixdə ölmüş X5 miras qalmış əmlakın X15 çatası hissəsinin X18 tərərfindən X6 bağışlanması barədə olan xx.xx.2023-cü il tarixlı miras payın bağışlanması müqaviləsi qanunun tələbləri pozulmaqla verilmiş etibarnamə ilə rəsmiləşdirildiyindən, həmin müqavilə və həmin müqavilə əsasında verilmiş, xx.xx.2023-cü il tarixli, 2V-16 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixdə ölmüş X5 miras qalmış ünvan 1 ünvanda ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71 kv.m olan fərdi yaşayış evindən X4 payının 4/8 hissədə müəyyən edilməsi hissədə etibarsız sayılmalıdır. Həmin miras əmlakı 2/8 hissəsi X15 çatası pay kimi, sonuncunun qanun üzrə birinci növbəli vərəsəsi olan övladıxx.xx.2011-ci ildə doğulmuş, yetkinlik yaşına çatmayan İddiaçı2 verilməlidir.

16. Bundan başqa, məhkəmə hesab e tmişdir ki, xx.xx.2023-cü il tarixli, 2**013**2361- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-16 reyestr nömrəli Qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X4 miras payının 4/8 hissədə müəyyən edilməsi hissədə etibarsız sayıldığından, xx.xx.2023-cü il tarixli, 2**013**2361-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış X4 daşınmaz əmlakdakı payının 4/8 hissədə müəyyən edilməsi hissədə ləğv edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19, 149.2, 337.1, 337.2, 337.4, 337.5, 362.1, 362.2, 1159.1, 1252-ci, Azərbaycan Respublikasının Mülki P rossesual Məcəlləsinin 4.1, 5.2, 49.4, 76, 77.1, 106.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**0-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”in 1-ci bəndinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət veril məmişdir. Belə ki, mərhum X5 miras qalmış ünvan 1 daşınmaz əmlak barəsində onunla X18 arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 23 iyun tarixli, 2(104)-796/2025 nömrəli qətnaməsi ilə (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X10 və X16) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli, 2(021)-4794/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə,İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5nə qarşı məhrum X5 miras qalmış ünvan 2 ünvanda yerləşən evə dair 27 yanvar 2023-cü il tarix li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras əmlakda çatası payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, miras əmlak üzərində X11 payının müəyyən edilməsi və cavabdehlərin adına verilmiş mülkiyyət hüququna dair reyestr nömrəsi 2**013**2361-10301 olan çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X20 anasından miras qalmış və ona çatası payı təmsilçi vastəsilə bacısı Rəmziyyə Əliyevaya bağışlamışdır. Sonuncu sağlığında həmin əqdi bəyənmiş və bu barədə mübahisə açmamışdır. Göründüyü kimi, hazırda mübahisələndirilən əqdlər səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin form a və məzmunu ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Ona görə də həmin əqd etibarlıdır və iddiaçı tərəfindən mübahisələndirilməsi subyektiv baxımdan yolverilən deyil.

22. Məhkəmə qeyd etmişdir ki, sorğu əsasında alınmış cavabdan da müəyyən olunmuşdur ki, X8 adına vərəsəlik işinin açılmasına dair “Elektron notariat” İnformasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi X7 miras qalması müəyyən edilmir.

23. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənın, miras əmlakdakı payın bağışlanmasına dair müqavilənin etibarsızlığı üçün hüquqi əsaslar yoxdur. Belə olan təqdirdə isə iddia tələbinin miras əmlak üzərində X11 payının müəyyən edilməsi və cavabdehlərin adına verilmiş mülkiyyət hüququna dair reyestr nömrəsi 2**013**2361-10301 olan çıxarışın ləğv edilməsinin təmin edilməsidə özlüyündə istisna olunur.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 329.1, 329.2, 331.1, 334.1, 337.1, 339.2, 339.3, 359.1, 362.1, 362.2, 666, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1151.2, 1159.1, 1243.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1, 14.1, 77.1, 87.2, 88, 124.1, 217.1, 217.3, 384.0.2, 385.1, 386, 388-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi və ya işin yenidən baxılm ası üçün apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 329.1- 329.2-ci, 331.1, 334.1, 337.1, 339.2-339.3, 362.1, 362.2, 666-cı maddələrinə istinad etsə də, işin hallarını düzgün qiymətləndirməmişdir. Belə ki, əqdin bağlanması ilə əlaqədar hüquq normaları sadalanıb amma əqdin özünün hansı şəraitdə bağlanması araşdırılmayıb. Nazirlər Kabinetinin 2**0ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş” notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 1-ci bəndinin tələblərinə əsasən, fiziki şəxslərin iştirak etdiyi notariat hərəkətlərinin aparılması üçün başqa şəxslərə verdiyi etibarnamələr notariusun özünün iş tirakı ilə imzalanmalıdır. İddiaçının atası İddiaçı2 tərəfindən cavabdeh tərəfə 2 dəfə etibarnamə verilmişdir. Həmin etibarnamələrin hansı əsaslarla verilməsi ilə əlaqədar notariat işləri araşdırılmamışdır. Eyni zamanda cavabdeh tərəfindən İddiaçı2 payını bağışlama müqabilində pul verməklə əlaqədar hər hansı sübutlar təqdim edilməmiş və məhkəmə kollegiyası həmin məsələyə də hüquqi qiymət verməmişdir.

27. Mülki Məcəllənin 1133.1- 1133.2, 1134.1, 1151.1-2, 1159-1243-cü maddələrin tətbiqində qətnamədə istinad edilmişdir ki, iddiaçı xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir ki bu da, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarından sonrakı dövrə təsadüf edir. Lakin nəzərə almamışdır ki, iddiaçının atası miras paya sahib olan X18 xx.xx.2023-cü ildə vəfat etmişdi r. Ona münasibətdə qanun üzrə vərəsəlik hüququ həmin vaxtdan yaranmışdır. Digər bir məsələ əgər məhrum X8 anasından qalmış mirasa payı müəyyən olunmamışdırsa niyə cavabdeh tərəfin xeyrinə bağışlanma müqaviləsi imzalanmışdır. İşin faktiki halları maddi hüquq normaları ilə uzlaşmır.

28. Məhkəmə çəkişmə prinsipinə riayət etməmişdir.

29. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, habelə maddi hüquq pozuntusuna yol vermiş, nəticədə MPM-in 217.1-ci maddəsinə uyğun gəlməyən, qanunu düzgün tətbiq edilməyən və əsassız qətnamə qəbul etmişdir. Ona görə də qətnamə ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respu blikasının Mülki Məcəlləsi

31. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradən in məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

32. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

33. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

34. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

35. Maddə 334.1.Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata ke çirilir.

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

38. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəf ə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

39. Maddə 359.1.Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsil çinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

40. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

41. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

42. Maddə

666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər b ağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

43. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

44. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

45. Maddə 1134.1.Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxsl ər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

46. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

47. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

48. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

49. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

62. Apellyasiya məhkəməsi iddiaçının dəlillərinə uyğun araşdırma aparmış və qeyd etmişdir ki, X2 0 anasından miras qalmış və ona çatası payı təmsilçi vastəsilə bacısı Rəmziyyə Əliyevaya bağışlamışdır. Sonuncu sağlığında həmin əqdi bəyənmiş və bu barədə mübahisə açmamışdır. Göründüyü kimi hazırda mübahisələndirilən əqdlər səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Ona görə də həmin əqd etibarlıdır və iddiaçı tərəfindən mübahisələndirilməsi subyektiv baxımdan yolverilən deyil.

63. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayə tinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razıl aşır.

65. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əs asən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-796/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar