Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3174/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 yanvar 2022-ci il i tarixli, 2(105)-291/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 17 dekabr 2014-cü il tarixli, 62 saylı əmək müqaviləsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Xaçmaz X3 İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. 2. 17 dekabr 2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsinə 06 dekabr 2016-cı il tarixli, 62/03 saylı əlavədə işçinin əmək funksiyaları aşağıdakı kimi göstərilmişdir: Müəssisə daxili nizam-intizam qaydalarına əməl etmək, xidmət etdiyi ərazidə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı aras ında qazın alqı-satqısı barədə müqavilə”nin bağlanması məqsədi ilə müqavilənin istehlakçı tərəfindən imzalanmasını təmin edərək bir nüsxəsini istehlakçıda saxlamaqla digər nüsxəsinin işlədiyi xidmət sahəsinə təqdim edilməsi; bağlanmış müqavilələr əsasında əhali və qeyri-əhali istehlakçılarının təbii qazla təmin edilməsinə nəzarət edilməsi; qaz sızması aşkar edildikdə qaz cihazları və digər avadanlıqlarda təmir-bərpa işlərinin aparılması, sızmanın qarşısının alınması mümkün olmadıqda və ya ehtiyat hissələri olmadıqda plomb və tıxac vurulmaqla qaz verilməsinin dayandırılması, akt tərtib edilməklə abonentə xəbərdarlıq edilməsi və qaz istismarı sahəsinə rəsmi məlumat verilməsi, bütün əhali abonentlərin mənzillərindən ayda bir dəfə olaraq sayğac göstəricilərinin çıxarılmasını əl terminalı vasit əsilə işləyərək xidmət rəisinə təqdim edilməsi, smart tipli sayğaclara qazdan istifadə edən əhali abonentinə sayğacın göstərişlərinin qeydiyyatını aparmaq və nəzarət etmək: bildirişlərin vaxtlıvaxtında əhali və qeyri-əhali abonentlərə təqdim edilməsi, istifadə olunmuş qazın dəyər məbləğinin yalnız poçt və ya bank vasitəsilə ödənilməsinin təmin edilməsi, müqaviləyə əsasən bildirişlərin təqdim edilməsindən bir ay ərzində qazın dəyərinin ödənilmədiyi təqdirdə abonentlərə verilən qaz təminatının akt əsasında dayandırılması: məişətdə sənayedə təbii qazdan iqtisadi cəhətdən səmərəli istifadə edilməsi, xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət edilməsi. Aşağıdakı hallarda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi: a) İdarənin rəsmi razılığı olmadan bütün əhali və qeyri-əhali abonentləri tərəfindən qaz cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yeni qaz xəttinin çəkilməsi, qaz cihazlarının quraşdırılması kimi hallara yol verilməməsi, göstərilən faktların aşkar olunduğu təqdirdə: b) mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və plomblara müdaxilə, sayğacların sökülməsi, sındırılması zamanı dərhal qaz təminatını dayandırdıqda; d) təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına rast gələn zaman qaz verilməsini dayandırdıqda: e) xidmət etdiyi sahədə qaz sızması, zədələnmə halları və mühafizə zonasında müxtəlif pozuntular aşkar edildikdə: ə) Smart tipli sayğaclarda qazdan istifadə edən əhali abonentlərinin sayğaclarında hər hansı qüsur aşkar edildikdə. Həmin əlavədə tərəflərin razılaşdırıldırdıqları dəyişikliklər və əlavələrin 01 iyun 2016-cı il tarixdən qüvvəyə mindiyi və əmək müqaviləsinin tərkib hissəsini təşkil etdiyi göstərilmişdir. 3. 30 noyabr 2016-cı il tarixli “Əsasnamələrdə və təlimatlarda dəyişikliklərin edilməsi” barədə əmrə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarında dəyişikliklər edilməsi barədə 29 aprel 2016-cı il tarixli 180 saylı qərarının 10-cu bəndinə əsasən məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrinə həvalə edilmişdir. Qeyd edilən dəyişikliklərdən sonra məişət qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış işlərinin aparılmasının 01 iyun 2016-cı il tarixdən etibarən Cavabdeh İB-nın səlahiyyətlərinə aid edilmədiyini nəzərə alaraq Xaçmaz X3 idarəsinin iqtisadiyyat və uçot şöbəsinə 01 iyun 2016-cı il tarixdən təbii qazın qəbulu və satışı xidmətlərinin əsasnamə və vəzifə təlimatlarında müvafiq dəyişikliklər edilməsi və xidmətin işçilərinə yeni vəzifə təlimatlarının verilməsinin təmin edilməsi, kadrlar şöbəsinə müvafiq işçilərin əmək müqaviləsinə dəyişiklik edilməsini və elektron hökumət portalına işlənməsini həyata keçirmək tapşırılmışdır.
4. Cavabdeh İB-nin X4 İstismar İdarəsinin X2 heyətinin iclasının 17 mart 2021-ci il tarixli 11 saylı protokolu nda İddiaçı sayğacdan kənar qaz xətti ilə təbii qazdan qanunsuz istifadə edilməsi halını vaxtında aşkar etmədiyi, qaz oğurluğuna şərait yaradan boru sonluqlarının ləğv edilməsi üçün zəruri tədbirləri həyata keçirmədiyi göstərilmişdir. Protokola əsasən araşdırma zamanı İddiaçı xidməti fəaliyyətində qeyd edilmiş intizam xətasının aşkar edildiyi vaxt ona analoji intizam xətasına görə əvvəllər verilmiş “aylıq əmək haqqının 1/4 hissəsi məbləğindən çox olmamaq şərti ilə cərimə etmək” intizam tənbehinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən qüvvədə olduğu müəyyən edilmişdir. Xaçmaz RQİİ-nin Quba rayonu üzrə TQQ və SX-nin QAİT çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bən di ilə xitam verilməsindən ötrü müvafiq razılığın alınması üçün barəsində toplanılmış sənədlərin Həmkarlar Təşkilatına göndərilməsi məqsədə uyğun hesab edilmişdir. 12 fevral 2021-ci il tarixdə təqdimata idarə Həmkarlar Təşkilatının yığıncağında baxılmış, İddiaçı işində dönüş yaratmaq və yol verdiyi nöqsanları aradan qaldırmaq üçün bır ay vaxt verilmişdir. Lakin bu müddət ərzində İddiaçı xidməti fəaliyyətində dönüş yaratmamış, əksinə onun xidmət apardığı xidməti əraziyə baxış keçirilərkən yeni nöqsanlar aşkar edilmişdir. Belə ki, Xaçmaz RQİİ-nin İSQN şöbəsinin və Qazın balansı və satışı şöbəsinin müvafiq ərazidə apardığı yoxlama zamanı 20 ədəd sayğacın sərfiyyat göstəricilərinin AGİS Proqramındakı göstəricilərdən az olduğu aşkarlanmışdır. Bundan başqa İddiaçı xidməti ərazisindəki abonentlər in debitor borcunun son bır ay ərzində 7800 manat artdığı, müvafiq ərazidəki abonentlərə fevral ayı ərzində 16912,40 manat məbləğində təbii qazın satıldığı, bundan yalnız 13668,90 manat məbləğinin ödətdirilməsinin təmin edildiyi göstərilmişdir. Xaçmaz RQİİ-nin X2 heyəti qərarı ilə Quba rayonu üzrə TQQ və SX-nin qaz avadanlıqlarının İstismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Xaçmaz X3 İdarəsinin 17 mart 2021-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edil miş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh İBnin Xaçmaz X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17 mart 2021-ci il tarixli, 2129 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsində işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırmışdır ki, iddiaçı ömrünün 16 ilini qaz təsərrüfata sərf etmişdir. Onun işdən çıxarılması barədə əmr qanunsuz olmuşdur. İşəgötürən tərəfindən ona əmək funksiyasına aid olmayan vəzifələrin icrası tapşırılmış və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə cəzalandırılmışdır. İşəgö türən tərəfindən onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması əsaslandırılmamışdır.
8. Xaçmaz Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(067)-1311/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz X3 İdarəsinin 17 mart 2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmri qanunsuz hesab edilmiş və ləğv edilmiş, İddiaçı ARDNŞ Cavabdeh İB Xaçmaz X3 İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə bərpa olunması və 17 mart 2021-ci il tarixdən məcburi iş buraxmaya görə iddiaçının əmək haqqının ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi Azərbaycan R espublikası Əmək Məcəlləsinin 68, 70, 76, 83, 84, 287, 288, 292, 294, 296, 297-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, tərəflər arasında 17 dekabr 2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsində işçinin əmək funksiyasına sayğacdan kənar qaz xətti ilə təbii qazdan qanunsuz istifadə edilməsi halını vaxtında aşkar etmək, həmçinin, sayğacın sərfiyyat göstəricilərinə nəzarət etmək, abonentlərdən borcun tutulmasının təmin edilməsi vəzifələri daxil edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd edilən vəzifələrin tərəflər arasında bağlanmış 62/03 saylı əlavədə göstərildiyini və əmək müqaviləsinə əlavənin həm işçi, həm də işəgötürən tərəfdən imzalanmaqla razılaşdırıldığını göstərmişdir. İddiaçı özü isə məhkəmə iclasında həmin əlavənin ona mətni tanış edilmədən imza etdirildiyini, əlavənin bir nüsxəsinin ona təqdim edilmədiyini göstərmişdir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 17 dekabr 2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsinə 06 dekabr 2016-cı il tarixli 62/03 saylı əlavəni və həmin əlavənin qeydə alındığı qeydiyyat kitabçasını araşdırarkən sənədin tərtib edilməsində çoxsaylı nöqsanlara yol verildiyini, əmək müqaviləsinə əlavənin hansı vaxtdan qüvvəyə minməsinin qeyri-müəyyən olduğunu, həmçinin, qeydiyyat kitabçasında həmin əlavənin qeydiyyatı tarixi ilə sənədin tarixində uyğunsuzluq olduğunu müəyyən etmişdir. Belə ki, 06 dekabr 2016-cı il tarixli 62/03 saylı əlavədə tərəflərin razılaşdırıldırdıqları dəyişikliklər və əlavələrin 01 iyun 2016-cı il tarixdən qüvvəyə mindiyi və əmək müqaviləsinin tərkib his səsini təşkil etdiyi göstərilir. Həmçinin əmək müqaviləsinə əlavə 01 iyun 2016-cı il tarixdə imzalanmış, lakin qeydiyyat kitabçasında həmin müqavilənin tarixi 30 noyabr 2016-cı il tarixi göstərilmişdir.
10. Bundan başqa məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə tərəflər arasında bağlanmış istənilən əqdin və müqavilənin özündən əvvəlki münasibətlərə tətbiq edilməsi imkanı nəzərdə tutulmamışdır və yenicə imzalanmış bir sənədin özündən 6 ay əvvəl qüvvəyə minməsinin göstərilməsi hüquq münasibətlərinin tənzimlənməsi baxımından anlaşılmazdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavənin həm də mülki hüquq münasibətlərində iki tərəfli əqd hesab edildiyi nəzərə alınsa, tərəflər arasında bağlanmış 06 dekabr 2016-cı il tarixli 62/03 saylı əmək müqaviləsinə əlavənin yalnız işçiyə imzalatdı rılmış formal bir müqavilə olduğu, həmin sənədin müqaviləyə uyğun hüquqi nəticələr yaratmadığı müəyyən edilir.
11. Qeyd edilənlər tərəflər arasında bağlanmış 06 dekabr 2016-cı il tarixli 62/03 saylı əmək müqaviləsinə əlavənin hüquqi nəticələr yaratmadığını və bağlandığı andan etibarsız əqd olduğunu deməyə əsas verir. Bu halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Xaçmaz X3 İdarəsi tərəfindən İddiaçı tərəflər arasında bağlanmış 17 dekabr 2014-cü il tarixli 62 nömrəli əmək müqaviləsində işçinin əmək funksiyalarına aid edilməyən vəzifələrin icra edilməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmiş, bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh İB apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(067)-1311/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 yanvar 2022-ci il tarixli, 2(105)-291/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(067)1311/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raz ılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh qurum apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh İB kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 yanvar 2022-ci il i tarixli, 2(105)-291/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün ap ellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi pozulmuş, Əmək Məcəlləsinin 72-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi iş üzrə qərar qəbul edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, iddiaçının peşə funksiyasının icrasına səhlənkar yanaşmaqla peşə təlimatının tələblərini pozmasını, xidməti ərazisində nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı rəhbərliyə iltizam verməsini, əvvəllər peşə funksiyasının icrası zamanı yol verdiyi nöqsanlara görə dəfələrlə intizam məsuliyyətinə cəlb edilməsini nəzərə almamışdır.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. B elə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək is təyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.
22. Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-c i maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının Əsək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsində sadalanan hallara qəsdən və ya səhlənkarlıq nəticəsində yol verməsi öz təsdiqini tapmır. Belə olan halda isə, işçinin əmək funksiyasına daxil olmayan işi tələb edilən səviyyədə yerinə yetirməməyə görə ona tənbeh verilməsi yolverilməzdir.
25. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kas sasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirild ən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 yanvar 2022-ci il i tarixli, 2(105)-291/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.