Məhkəmə qərarları › İş №2(102)-3176/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3176/2024

27.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3176/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bütün iş günü işə gəlməmənin hüquqi nəticələri, işçinin xəstə olmasını sübut etmə vəzifəsi, sübutların mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv olunması, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, əmək haqqına əlavələrin, mükafatların, gecikdirilmiş müddət üçün faiz məbləğinin ödənilməs i” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3055/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 21 sentyabr 2018-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSCnin “Fond səsyazma” sexinə 1-ci kateqoriyalı qeyri-xətti səs montajçısı vəzifəsinə işə qəbul edilmiş, 1 iyul 2021-ci il tarixdə TV və RV Akademiyasının “İctimaiyyətlə əlaqələr” şöbəsinə metodist vəzifəsinə keçirilmiş, 2023-cü ilin aprelin 3-də “Fond və Operativ Fonoteka” qrupuna yarım ştat fonotekaçı vəzifəsinə keçirilmişdir.

2. İşəgötürən Azərbaycan Televiziya və Radio Verilişləri QSC tərəfindən tərtib edilmiş akta əsasən işçi İddiaçı 23, 24 və 25 avqust 2023-cü il tarixlərdə işə gəlməmiş, 25 avqust tarixdə iş gününün sonuna onunla əlaqə saxlayanda özünün xəstə olduğunu, 28 avqust (bazar ertəsi) günü işə gələcəyini, xəstə olması barədə həkimdən arayış gətirəcəyini bildirmiş, lakin 28 avqustda işə gələrkən həkimdən arayış təqdim etməmişdir.

3. İşəgötürənin xx.xx.2023-cü il tarixli 540 k/d nömrəli əmri ilə İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.

4. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli xasiyyətnamədə göstərilir ki, İddiaçı işlədiyi müddətdə verilən tapşırıqları layiqincə yerinə yetirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 540 k/d nömrəli əmrin ləğv olunması, əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, əmək haqqına əlavələrin, mükafatların, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, işlədiyi müddət ərzində nümunəvi işçi olmuş, heç vaxt intizam məsuliyyətinə cəlb edilməmişdir. 23 avqust 2023-cü il tarixdə ciddi şəkildə xəstələnmiş, 3 gün işə gedə bilməmişdir. Həmin gün iş yerinin rəhbərliyinə mobil telefon vasitəsi lə zəng edərək xəstələndiyini bildirmişdir. Lakin xəstəlik barədə müvafiq tibbi arayışı iş yerinə təqdim edə bilməmişdir. Məhz xəstəlik barədə arayışın təqdim edilməməsi əsası ilə işdən azad edilmişdir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iddia tələbinin təmin olunmaması xahiş etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 (iddiaçının xalası) ifadəsində bildirmişdir ki, iddiaçı 22 avqust 2023-cü il tarixdə işdən evə gələrkən ona zəng etmiş və xəstə olduğunu bildirmişdir. İddiaçıya onlara gəlməsini desə də, öz evində qalmışdır. 23-ü avqust tarixində ona zəng etsə də telefonu açmamış, evləri onun evinə yaxın olduğundan ora getmiş, vəziyyətinin çox ağır olduğunu görmüşdür. Dərhal ona dərmanlar vermiş və tanışı olan tibb bacısını çağırmışd ır ki, gəlib ona iynə vursun. İddiaçı ayın 25-i nisbətən özünə gəlmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, iddiaçının xalası onu iddiaçının evinə çağırmış və həmin vaxt iddiaçının vəziyyəti pis olmuşdur, yalnız müəyyən dərmanlardan iynələrdən sonra vəziyyəti nisbətən yaxşılaşmışdır.

10. Yasamal Rayon Məhkəməsinin 2(004)-1044/2024 nömrəli 6 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın qismən təmin edilməsi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 540 k/d nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Fond və Operativ Fonoteka” qrupunun yarımştat fonotekaçısı vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü i l tarixdən etibarən məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının (əlavələr və mükafatlar daxil olmaqla) ödənilməsi, ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına İddiaçı ilə işəgötürən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin səlahiyyətli şəxsi ilə votsap səs yazıları və mesajları əlavə edilmişdir. Sözügedən materiallara əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə iş yerinə məlumat vermişdir. Səs yazılarına əsasən müəyyən edilir ki, İddiaçı ciddi şəkildə xəstələnmişdir.

12. Əmək Məcəlləsinin normalarının məqsədi işçiləri intizamlı olmağa, əmək müqaviləsinin şərtlərinə əməl e tmələrini təmin etməyə, iş yerinin ahənginin qorunmasına, işəgötürənin, istehsal mühitinin maraqlarını təmin etməyə yönəlmişdir. Yəni, işçi üzrsüz səbəbdən işə gəlmədikdə işəgötürən tərəfindən müvafiq sanksiya xarakterli tədbirlər tətbiq edilə bilər. Hazırki mülki iş üzrə isə müəyyən edilmişdir ki, işçi İddiaçı həqiqətən də, xəstə olmuşdur, yəni müvafiq günlər ərzində işə üzrlü səbəbdən gələ bilməmişdir. İşçinin intizamsızlıq, saymazyanalıq etməsi xüsusatları müəyyən edilməmişdir. İşəgötürən isə qanunun normasının hərfi mənasından yanaşaraq işçini işdən azad etmişdir. Qanunun sözügedən maddəsinin mahiyyəti xəstəlik barədə arayışın təqdim edilib-edilməməsi deyil (formal əsas), işçinin həqiqətən də üzrlü səbəbdən işə gəlib-gəlməməsinin müəyyən edilməsidir. Nəticə etibarilə, İddiaçı müvafiq g ünlər ərzində xəstələnməsi səbəbindən üzrlü əsaslarla işə gedə bilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, işçilərin əmək hüquqlarının müdafiəsi dövlətin xüsusi marağındadır və işəgötürən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzarət zərfi dövlətə məxsusdur.

14. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi “əmək haqqının hər gecikdirilmiş gün üçün faizin ödənilməsi” hissəsində əsassızdır və təmin edilməməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Bu barədə gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər və ya MPM-in 232-ci maddəsinin tələblərinə əsasən ödənilməli olan məbləğin indeksasiyası apa rıla bilər.

15. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (əmrin qanuniliyinin əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq əmrin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim olunmamış, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə, 71.3, 72-ci maddəsinin “a” bəndinə, 172.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmadan qətnamədə səs yazılarına əsasən İddiaçı ciddi şəkildə xəstələndiyinin müəyyən edildiyini, buna görə işə üzrlü səbəbdən işə gələ bilmədiyini göstərmişdir. Bu halda sual olunur: Səs yazısı kimə məxsusdur, həmin şəxs, həqiqətən də cavabdeh qurumda səlahiyyətli şəxsdirmi və nə üçün məhkəmə bu şəxsin kimliyini araşdırmayıb? Digər tərəfdən, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində iş yerinə gəlməməsi, iş yerindən yazılan mesajlara cavab olaraq bülleten gətirəcəyini bildirsə də, xəstəliyinin sübutu ü çün müvafiq xəstəlik vərəqəsi təqdim etməməsi, onun təqsirli olmasını sübut etmirmi? Bundan sonra məhkəmə qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır: “Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsasla xitam verilmişdir. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin yuxarıda qeyd olunan normalarının məqsədi işçiləri intizamlı olmağa, əmək müqaviləsinin şərtlərinə əməl etmələrini təmin etməyə, iş yerinin ahənginin qorunmasına, işəgötürən, istehsal mühitinin maraqlarını təmin etməyə yönəlmişdir. Yəni, işçi üzrsüz səbəbdən işə gəlmədikdə işəgötürən tərəfindən müvafiq sanksiya xarakterli tədbirlər tətbiq edilə bilər. Qanunun sözügedən maddəsinin mahiyyəti xəstəlik barədə arayışın təqdim edilib-edilməməsi deyil (formal əsas), işçinin, h əqiqətən də, üzrlü səbəbdən işə gəlibgəlməməsinin müəyyən edilməsidir”. Hesab etmişlər ki, məhkəmənin heç bir sübuta söykənməyən, formal, şəxsi mülahizəsi əsasında gəldiyi nəticə əsassız olmaqla bərabər, qeyri-qanunidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (əmrin qanuniliyinin əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin və təşkil edilməmiş, müvafiq əmrin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa, hər hansı mülahizə bildirilməmişdir.” Lakin iş materiallarından göründüyü kimi, hazırki iş üzrə iddia ərizəsi QSC-yə təqdim edildikdən dərhal sonra cavabdeh tərəfindən məhkəməyə etiraz və ona əlavə edilən sənədl ər təqdim edilmişdir. Etirazda mübahisəli əmrin qanuniliyini, iddianın əsassızlığını bildirməklə, buna dair sübutlara istinad etmişlər. İddiaçı xx.xx.2023-cü il tarixindən iş yerinə gəlmədiyi üçün onun ünvanına bildiriş göndərilib. Ona məxsus mobil nömrəsi ilə əlaqə saxlanılmağa çalışılsa da, heç bir zəngə cavab verməmişdir. Yalnız iki gün sonra xx.xx.2023-cü il tarixində İddiaçı iş yeri ilə əlaqə saxlayaraq xəstə olduğunu və xx.xx.2023cü il tarixdən xəstəlik vərəqəsi təqdim edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixində iş yerinə gəlmiş iddiaçı xəstəlik vərəqəsi olmadığını demişdir. Göründüyü kimi, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyən iddiaçı əmək qanunvericiliyinin tələblərini pozmaqla bərabər iş yerinə münasibətdə açıq-aydın sayqısızlıq göstəmişdir.

19. Bakı Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3055/2024 nömrəli 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və məhkəmənin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun gəlməmişdir. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi qənaəti əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə əmək qanunvericiliyinin hazırki iş üzrə tələblərinin xəstəliyi təsdiq edən rəsmi sənədin təqdim edilməsi ilə deyil, işçinin işdə olmadığı dövrdə, həqiqətən, xəstə olub-olmamasının müəyyən edilə bilməsi ilə bağlı olduğunu bildirmişdir. Lakin birinci instansiya məhkəməsi sonuncu əsasın belə həqiqiliyinin yoxlanılmasını tam təmin etmədən sadəcə dəlillərə əsaslanaraq qətnamə qəbul etmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk növbədə təqdim edilmiş səs yazısına əsaslanaraq həmin “yazılardan onun xəstə olduğunun göründüyünü” bildirmiş və həmin yazının müəssisə rəhbərliyinə göndərilməsini onların bu barədə xəbərdar edilmiş kimi sayılmasına əsas olaraq qəbul etmişdir. Kollegiya ilk növbədə qeyd etmişdir ki, təqdim edilən səs yazılarının, həqiqətən də, iddiaçıya məxsus olması, başqa bir şəx s tərəfindən yazılmaması və ya hansısa texniki vasitələrlə saxtalaşdırılmamasına dair heç bir mötəbər sübut əldə etmədən və həmin səs yazılarının bu barədə xüsusi biliyə malik olan şəxslər tərəfindən tədqiqini təmin etmədən formal mülahizələrə əsaslanmışdır. O cümlədən səs yazısının göndərildiyi qarşı tərəfin həmin müəssisədə çalışan şəxs olub-olmaması, o cümlədən həmin şəxsin bu məlumatı qəbul edərək nəzərə almağa nə dərəcədə səlahiyyətli olması barədə heç bir araşdırmanın aparılmasını təmin etməmişdir. Bundan əlavə məhkəmə məhz həmin yazılardan iddiaçının həmin dövrdə ciddi xəstə olduğunun müəyyənləşdirildiyini qeyd etsə də, həmin səsin müəllifinin belə xüsusi biliklərə sahib olan şəxs tərəfindən müəyyən edilə biləcəyi halda həmin səs sahibinin hətta ciddi xəstəliyə sahib olmasının necə müəyyənləşdirilməsi barədə hansısa qanuni və hüquqi əsaslandırma etməmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə verilən şahid ifadələrinə əsaslanaraq dindirilmiş Şahid1 və tibb bacısı Şahid2 iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini bildirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, təqdim edilən şəxslər iddiaçının şəxsən tanıdığı və işin sonuncunun xeyrinə həllində marağı ola biləcək şəxslərdir və sadəcə onların iddiaçının qeyd etdiyi faktları təsdiq etməsi ilə onun, həqiqətən də, həmin dövrdə xəstə olub-olmamasının müəyyənləşdirilməsi qeyri-mümkündür. Birinci instansiya məhkəməsi isə sadəcə şahid ifadələrini nəzərə alaraq həmin ifadələrin və yuxarıda qeyd edildiyi kimi göndərmə və göndərilmə mənbəyinin məlum olmadığı səs yazılarının i şin həlli üçün kifayət etməsi qənaətinə gəlmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi əmək qanunvericiliyinin sözügedən maddəsinin mahiyyətinin xəstəlik barədə arayışın təqdim edilib-edilməməsi ilə deyil, işçinin həqiqətən də üzrlü səbəbdən işə gəlib-gəlməməsinin müəyyən edilməsi ilə əlaqədar olduğunu bildirsə də, kollegiya qeyd etmişdir ki, şəxsin xəstə olub-olmaması və bu xəstəliyin işə gəlməsinə nə dərəcədə mane ola bilməsi ilə əlaqədar məsələyə yalnız bu barədə peşəkar və xüsusi biliyə malik olan şəxslər tərəfindən müəyyənləşdirilə bildiyindən və digər sübutlar yuxarıdakı təhlildən də göründüyü kimi bu faktı təsdiq etməyə kifayət etmədiyindən, qanunvericilikdə həmin maddənin dispozisiyasında xəstəliyi təsdiq edən sənədin xüsusilə göstərilməsinə ehtiyac yoxdur və bu sənədin tələb olunması formal mülahizələrdən deyil, işin düzgün və hərtərəfli araşdırılmasından irəli gəlir.

23. Kollegiya hesab etmişdir ki, iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixdə işə gəlməməsinin üzrlü səbəblə bağlı olduğunu təsdiq edən hər hansı mötəbər dəlil iş materiallarında aşkar edilməmişdir.

24. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, işçiyə digər intizam tədbiri (xəbərdarlıq, töhmət, şiddətli töhmət və s.) deyil də, məhz 70-ci maddənin "xxxx" bəndinin tətbiq edilməsinin səbəbi aydın deyildir. Göstərilənlərə münasibətdə kollegiya qeyd et mişdir ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsində işçinin əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozması halında ona verilə biləcək intizam tənbehlərinin siyahısı göstərilmişdir. Qanunverici işəgötürən tərəfindən inzibati tənbeh tətbiq edilərkən hansısa növbəlilik və ya yüngüldən ağıra doğru hansısa sıralamanın tətbiq edilməli olması kimi bir müddəa təsbit etməmiş, işçi əmək və ya icra intizamını pozduqda qanunla işəgötürənin üzərinə hansı tənbeh dairəsini tətbiq edə biləcəyi göstərilsə də, bunlardan hansını seçib-seçə bilməyəcəyi barədə hər hansı öhdəlik qoymamış və bu seçimi qanunvericiliyin də b u barədə tələblərini nəzərə almaqla işəgötürənin özünə vermişdir. Bu halda hazırki iş üzrə iddiaçının əməlinə görə məhz hazırki tənbeh tədbirinin verilməsi barədə əmrdə bu haqda cavabdeh tərəfindən xüsusilə ayrıca əsaslandırılmanın aparılmasına ehtiyac olmadığından məhkəməsinin qeyd edilən mövqeyi əsassız hesab edilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq hazırki işin mahiyyəti, yəni iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad olunmasını nəzərə alaraq bu barədə qanunvericiliyin digər tələblərinin də hazırki mübahisə çərçivəsində yoxlanılmasını zəruri hesab etmiş və qeyd etmişdir ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəf indən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarındakı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində işə gəlmədiyindən onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsinə razılıq verilməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Azərbaycan Televiziya və Radio Verilişləri QSCnin Həmkarlar İttifaqı Komitəsinin müvafiq razılıq rəyi verilmişdir. İddiaçı xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə işdə üzrsüz səbəblərdən olmamış, xx.xx.2023-cü il tarixdə ondan izahat alınmış və xx.xx.2023-cü il tarixdə onunla bağlanılan əmək mü qaviləsinə xitam verilmişdir. Bununla da qanunla müəyyən olunan 1 aylıq müddət ötürülməmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilməsi prosesi qanunvericiliyə uyğun şəkildə aparılmışdır.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68.1, 70 ("xxxx" bəndi), 71.2, 71.3, 72 (“a” bəndi), 80.1, 187.1, 187.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, əmək qanunveriliciliyinin müvafiq maddəsi işəgötür ənə işçi bütün iş günü işə gəlmədiyi halda onunla bağladığı əmək müqaviləsini ləğv edə bilmək imkanı vermişdir. Amma bu imkan işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi kimi hallarla istisna olunur. Hazırkı işdə bu istisnalardan birincisinə, yəni iddiaçının öz xəstəliyinə əsaslanaraq işə çıxmamasının üzrlü hesab olunmalı olduğuna istinad edilmiş və məhkəməyə bununla bağlı mümkün sübutlar təqdim edilmişdir. ƏM-nin 70-cimaddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə o halda yol verilir ki, iddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun, AZTV-nin, habelə əm ək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçının işə çıxmaması ƏM-nin 72-ci maddənin “a” bəndinin tələbləri pozularaq üzrsüz hesab olunmuşdur. Yəni mümkün ola biləcək sübutlarla xəstəliyi sübut olunan iddiaçının işə çıxmaması kobud pozuntu hesab oluna bilməzdi. İşə baxan apellyasiya kollegiyası maddi hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Şahidlərdən biri iddiaçıya tibbi kömək edən (sistem köçürən) tibb bacısı olmuşdur və iddiaçı həmin tibb bacısını ilk dəfə görmüşdür. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməyinə səbəb olan prossesual pozuntunu (səs yazılarının, məsajların kimə aid olması və xüsusi biliyə malik o lan mütəxəssis tərəfindən həqiqiliyinin araşdırılması) xüsusilə qeyd etsə də, tam hüquqlu məhkəmə kimi bu cür araşdırmanı özü aparmamış, həmin pozuntunu təkrarlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı əmək funksiyalarını və vəzifə öhdəliklərini düzgün yerinə yetirməmişdir. İddiaçı heç kimə xəbər vermədən və heç bir hüquqi sənəd təqdim etmədən xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə iş yerinə gəlməmişdir. İddiaçı əgər xəstəliyi ilə bağlı işə gəlməmişdirsə bu barədə müvafiq rəsmi sənədi-bülleteni cavabdehə təqdim etməli idi. İddiaçı sonradan həkimin bülleteni geri tarixə vermədiyini bəhanə etsə də, bülleteni lazimi tarixə almaq üçün vaxtında poliklinikaya müraciət etməli idi ki, buna da iddiaçının kifayət qədər imkanları olmuşdur. İddiaçının kassasiya şikayəti formal mülahizələrdən ibarətdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;...

31. Maddə

11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək;...

32. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəf indən aşağıdakı əsaslarla ləğv edilə bilər:... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;...

33. Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;...

34. Maddə

80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəs sisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

35. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə o lan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, iddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrini mübahisələndirir. Bu tələbin maddi hüquqi əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir.

46. Apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu norma əsasında təhlil edərək işin halları kimi müəyyən etmişdir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Fond və Operativ Fonoteka” qrupunda fonotekaçı vəzifəsində işləyən İddiaçı iş günü sayılan 23, 24 və 25 avqust 2023-cü il tarixlərdə bütün iş günü işə gəlməmiş, işə xəstəliyi səbəbindən g əlmədiyini bildirməsinə baxmayaraq bu barədə sübut təqdim etməmiş, buna görə də işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70ci maddəsinin "xxxx" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

47. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə görə, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, işçinin əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir və həmin Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

48. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmuşdur.

49. İddiaçının 23, 24 və 25 avqust 2023-cü il tarixlərdə xəstə olmasını kifayət qədər təsdiq edən şahidlərin ifadələrinin sübut kimi qəbul edilməməsi barədə kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

50. Belə ki, MPM-in 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

51. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhə miyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

52. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

53. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs ed ən MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

54. Bu baxımdan nəzərə alınmalıdır ki, iddiaçının 23, 24 və 25 avqust 2023-cü il tarixlərdə xəstə olmasını təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək tibbi məlumatlar təqdim olunmadığı halda şahid ifadələrinə istinadla şəxsin əmək funksiyalarını icra etmək iqtidarında olmaması barədə nəticəyə gələrkən, məhkəmə istinad etdiyi sübutların mümkünlüyünü xüsusi olaraq əsaslandırmalıdır. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi şahid ifadələrini iddiaçının əmək vəzifələrini icra etməkdən azad olunmasını təsdiq edən sübut kimi qəbul etməmişdir.

55. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu cür əsaslandırması ilə razılaşır.

56. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın 1 və 4-cü bəndlərinə əsasən, sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi xəstəlik vərəqəsi ilə təsdiq olunur. Sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa, digər hallarda qadağan olunur. Xəstəlik və ya xəsarət nəticəsində sığortaolunan əmək qabiliyyətini müvəqqəti itirdikdə xəstəlik vərəqələri həmin gündən tibb müəssisələrinin həkimləri tərəfindən elektron sənəd formasında tərtib edilir.

57. İddiaçı işə çıxmasına imkan verməyən dərəcədə xəstə olduğu halda, müalicə üçün tibb müəssisəsinə müraciət etməsinin əlçatan olmadığı barədə sübut təqdim etməyib. Elementar tibbi məlumatlar olmadığı, hər hansı hadisə (qəza, fəlakət hadisəsi və s) ilə əlaqədar olmayan şəraitdə şəxsin xəstə olması barədə şahid ifadəsi, işçinin xəstə olduğu barədə nəticəyə gəlməyə əsas verən sübut kimi qəbul edilə bilməz.

58. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3055/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar