Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3177/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Əliyev Camal Mübariz oğlu, Cavabdeh və onun vəkili Madanlı Hümbət Natiq oğlunun iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(061 )-875/2019 saylı qətnaməsi ilə (hakim E.A.Bayramov), ilk iddia tələbi təmin edilmiş, Cavabdeh 7000 (yeddi min) manat əsas borc və iddiaçının məhkəmədə işin baxılması ilə əlaqədar olaraq ödədiyi 30 (otuz) manat pulun tutulub İddiaçı verilməsi qət edilmiş, qarşiliqli iddia tələbi rədd edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən, məruzəçi), L.Süleymanov və A.Bayramov, 2(104)4042/2019 saylı mülki iş) hazırki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(061)-875/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh müxtəlif vaxtlarda ondan işləri il ə əlaqədar pullar istəmiş, bankdan pul götürərək ona vermişdir. İlk vaxtlar götürdüyü pulları Şuranın və kürəkəninin verdiyi kartlar vasitəsi ilə bankomatlardan çıxarmışdır. Sonra Şura ondan 2000 manat da alıb və həmçinin qızını ərə verdiyini bildirib onlara məxsus mağazadan 5000 manat dəyərində cehizlik əmlaklar götürmüşdür. Bir müddət sonra Şura pulları qaytarmamışdır. Belə olanda Şuradan pullarını tələb etmiş, lakin Şura bəhanələr etmişdir. Vəziyyəti belə görüb notariusa getmişlər və Bakı şəhər 19 saylı Notariat Kontorunda xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi bağlamışlar, Cavabdeh 7000 manat borc aldığını təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh borcunu xx xxxxxx 2018-ci il tarixədək ödəməli idi. Lakin müqavilədə göstərilən vaxtın keçməsinə baxmayaraq cavabdeh bu günə kimi ona olan borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehə müraciət etsə də həmin borc barədə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bu səbəbdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona görə də cavabdehdən7000 manat borc pulun tutulması, həmin məbləğin bank uçot dərəcəsinə uyğun olaraq faizlərin, həmçinin dövlət rüsumu üçün ödədiyi 30 manatın tutulmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı üçüncü şəxs Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı xx xxxxxx 2016-cı il tarixli, 15-3918 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat Kontorunun xx xxxxxx 2016-cı il tarixli, 15-3918 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi kimi qətnamə qəbul edərkən Cavabdeh tərəfindən verilmiş vəsatət üzrə məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadına əsasən Kapital Bankdan məhkəməyə daxil olmuş elektron görüntüləri tədqiq edib qiymətləndirməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Madanlı Hümbət Natiq oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının vəkili Əliyev Camal Mübariz oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Bakı şəhər 19 saylı Notariat Kontorunda İddiaçı ilə Cavabdeh aralarынda bağlanmış 17 нойабр 2016-cı il tarixli müqavilədən görünür ki, C avabdeh xx xxxxxx 2018ci il tarixədək qaytarmaq şərti ilə 7.000 manat məbləğində pulu İddiaçı almışdır. İşə baxan məhkəmələr həmin müqavilənin mövcudluğunu əsas tutaraq borc münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etməklə iddianı təmin etmişlər. Lakin, işdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehə həmin müqavilə əsasında borc verməsini bildirsə də, sonradan cavabdehin etirazları ilə bağlı mövqeyini dəyişmiş və cavabdehin izahatına uyğun olaraq həmin müqavilənin əvvəllər verdiyi borcdan qalan məbləğə görə bağlanmasını, yəni, əvvəllər verdiyi 2000 manat və cavabdehin qızının ailə qurması üçün mağazadan götürdüyü 5000 manat əşyaların dəyəri olaraq bağlandığını etiraf etmişdir. Apellyasiya məhkəməsi də iddi açının tələbini bu qaydada formalaşdırmışdır. Deməli, tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi kimi yazılsa da, əslində həmin müqavilə borcun etirafı barədə mücərrəd müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1. maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2. maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Hazırkı işdə hər iki tərəf həmin müqavilən in borc müqaviləsi olmadığını təsdiq etdiklərindən işə baxan məhkəmələr mübahisəyə müqavilə bağlayarkən tərəflərin nəzərdə tutuduqları müqaviləyə uyğun qiymət verməli idi. Beləki, Mülki Məcəllənin 882.1. maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2. maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud bor cun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Deməli, həmin şərhin yekunu ondan ibarətdir ki, 7000 manat pul borc müqaviləsi bağlanan anda verilməmiş, ondan əvvəl verilmiş borcların etirafı barədədir. Bu halın müəyyən edilməsi ona görə lazımdır ki, cavabdeh əslində aldıqları pulu vaxtında qaytardığını israr edir. Yəni borcun etirafı barədə müqavilə borcun real məbləğini ifadə etmir. Cavabdeh hələ 1-ci instansiya məhkəməsində işə baxılarkən israr edirdi ki, həmin məbləği iddiaçıya qaytarmışdır. Hətta bu məsələ ilə bağlı onun məhkəməyə təqdim etdiyi vəsatət təmin olunmuşdu. Cavabdeh borcunun ödənilməsi üçün özünün şəhid ailələri üçün verilmiş bank kartını, pensiya kartını və qohumunun kartlarını iddiaçıya verdi yini və qarşı tərəfin uzun müddət ona məxsus olan kartlardan pulunu çıxardığını bildirmişdir. 1-ci instansiya məhkəməsi cavabdehin vəsatəti əsasında onun dediyi dövrdə kartlarından pul çıxarılmasına dair Kapital Bank ASC-dən elektron görüntülərin götürülməsi barədə xx xxxx 2019-cu il tarixli qərardad çıxarmışdır (iş vərəqə 28). Mülki işin 30-32-ci səhifələrindən görünür ki, Kapital Bank ASC Cavabdeh və X1 istifadəsində olan plastik kartlar vasitəsi ilə tələb olunan dövr üzrə aparılan əməliyyatların mövcud görüntülərini məhkəməyə göndərmişdir. Həmin zərfə bir ədəd disk əlavə edilmişdir. Bundan sonra, məhkəmənin özünün tələb edərək götürmüş olduğu həmin sübutlar nə 1-ci instansiya məhkəməsində və nədə apellyasiya icraatında tədqiq edilməmişdir. Hansıki, cavabdeh hər dəfə israrla bildirmişdir ki, pulun qaytarılması həmin sübutlarla təsdiq olunduğundan onlar tədqiq edilməlidir. Apellyasiya şikayətinin dəlilərindən biri də məhz onunla bağlı olmasına baxmayaraq qətnamədə həmin dəlillə bağlı heç bir əsaslandırma aparılmamışdır. Cavabdeh kassasiya şikayətində də həmin dəlili qeyd etmişdir. Lakin mülki işin 30-32-ci səhifələrinə əlavə edilmiş həmin sənədlərdə bankın göndərmiş olduğu disk aşkar edilməmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olması ilə bağlı normanın mövcudluğu məhkəməni həmin Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin icrasından azad etmir. Həmin maddəyə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hazırkı işdə cavabdehin vəsatəti əsasında əldə edilmiş və iş üzrə obyektiv qərar qəbul edilməsinə kömək edə biləcək sübut əldə olunsa da, məhkəmələr onu tədqiq etmədən saxlamış və hal-hazırda iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası МПМ-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, işə baxan Apelyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticə: Kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3177/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3177/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver