Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3177/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabeh 4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi) Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Sumqayıt şəhər İH Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kolle giyasının 12 noyabr 2021ci il tarixli, 2(105)- 3085/2021 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt şəhəri, Səməd Vurğun 104 ünvanında yerləşən Sumqayıt Mehmanxanası binası 1962-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında MənzilKommunal Təsərrüfatı İstehsalı Birliyinin balansındadır (bundan sonra –iddiaçı).
2. Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən 104/66 saylı binada (bundan sonra- mübahisəli ünvan) Sumqayıt şəhər mehmanxanasında, Qarabağda baş vermiş hadisələrlə əlaqədar erməni işğalçıları tərəfindən öz torpağından qovulmuş şəxslər 1993cü ildən məskunlaşmışlar.
3. Cavabdeh1 və onun ailə üzvləri (bundan sonra cavabdehlər ) mübahisəli ünvanın 53-cü otağında yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Sumqayıt İH Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsində yerləşən Sumqayıt mehmanxanasının 53-cü otağından əmlakları ilə birlikdə çıxarılmalarını xahiş etmişdir.
5. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53-cü otağından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt mehmanxanası 1962 -ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin MKTİB-nin balansına verilmişdir. Sözügedən mehmanxanada Ermənistandan və Qarabağdan olan qaçqın və məcburi köçkünlər müvəqqəti məskunlaşdırılmış və həmin şəxslər tərəfindən 2019-cu ilədək yaşayış sahəsi kimi istifadə edilmişdir. 2019-cu ildə isə onlar 12-ci mikrorayon ərazisində yaşayış binası tikilərək oraya köçürülmüşlər. Cavabdehin bildirdiyinə görə o, sözügedən mehmanxananın 53-cü otağını 2015-ci ildə Səidə adlı şəxsdən satın almış, həmin vaxtdan da orada yaşamağa başlamış və hal-hazırda da orada 3 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Cavabdeh MKTİB-nə dəvət olunmuş sözügedən otaqda qanunsuz məskunlaşdığı nəzərinə çatdırılaraq zəbt etdiyi yaşayış sahəsini boşaltması tələb olunmuş, lakin o, imtina etmişdir. Ona görə də məhkəmədə iddia q aldırmaq məcburiyətində qalmıqşlar.
7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2320/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53-cü otağından çıxarılması qət edilib.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış sahəsində cavabdehlərin məskunlaşıb yaşamaları üçün hər hansı qanuni əsas müəyyən edilməmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrum olmuşdur, öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək kimi hüquqlarını həyata keçirə bilmir.
9. Məhkəmə hüquqi mövqeyini Konstitusiyanın 13 maddəsinin 1-ci hissəsi, 29cu maddəsinin İ və İİ hissələri, Mülki Məcəllənin mülkiyyət hüququnun müdafiəsinə dair normaları və 60-cı maddəsi və MPM-nin 14.2, 77 və 88-ci maddələrinin ilə əsaslandırıb.
10. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov - sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi hesab etmşidir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslıdır, hazırki mülki mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, cavabdehlər in mehmanxanada yaşayış sahəsinə sahiblik etmək və ondan istifadə etmələri üçün qanuni əsaslar müəyən edilməmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
13. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin mülkiyyət və əmlak hüquqlarının müdafiəsi barədə normaları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, mübahisəli otağı cavabdeh 2015-ci ildə dəyərini ödəməklə Səidə adlı qadından almasını, və o vaxtdan da həmin otaqda yaşamalarını, başqa yerdə mənzil, yaxud yaşayış evinin olmadığını nəzərə almamışdır. Apellyasiya məhkəməsinin qətnaməsi işin hallarına uyğun olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə etiraz verərək şikayətin əsassız olduğunu göstərmiş və təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
17. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
18. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Az ərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
20. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;
22. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.
2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
30. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir.
32. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirir, ona görə də məhkəmə aktı tam yoxlanılır.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisəli yaşayış sahəsində ailə üzvləri ilə məskunlaşmasının qanuni əsaslarla olması, həmin yaşayış sahəsinə hər hansı hüququnun olması barədə nə birinci instansiya, nədə apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmiş, kimliyi məlum olmayan Səidə adlı qadından yaşayış sahəsini satın almasını göstərməsi yaşayış sahəsinə hər hansı hüququn əmələ gəlməsinə əsas vermir.
35. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 noyabr 2021-ci il tarixli, 2(105)- 3085/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.