Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3179/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X5 oğlu və X4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər:pul tələbi, nisyə alğıs-satqı müqaviləsi) 17.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-1967/2020 nömrəli iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 may 2021-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 29.08.2019-cu il tarixli iltizamda X1 Elnur Rauf oğlu ilə birlikdə şərikli mal alıb satacaqlarını, bununla bağlı İddiaçı ilə alverlərinin olduğunu, ondan 24.08.2019-cu il tarixdə 13700 manatlıq kartof aldıqlarını bildirmişlər və həmin məbləği 2-3 ay müddətinə qaytarmağı öz üzərlərinə götürdüklərini qeyd etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X5 oğlu və X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10700 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tovuz rayonu nda kənd təsərrüfatı, o cümlədən kartof əkini ilə məşğul olur. Cavabdehlər 2019-cu ildə ondan bir kiloqramı 55 qəpik olmaqla, 25 ton kartof məhsulunu 13700 manata almaq barədə razılaşmışlar. Cavabdehlər kartof məhsulunu ondan alsalar da, kartofun dəyərini ona ödəməmiş, hər dəfə ödənişi müxtəlif bəhanələrlə yubatmışlar. Onun tələbi ilə cavabdehlər 13700 manat məbləğində borcu 2-3 ay ərzində qaytaracaqlarına dair sadəyazılı formada iltizam yazıb vermişlər. Dəfələrlə tələb etdikdən sonra cavabdehlər cəmi 3000 manat ödəmiş, yerdə qalan 10700 manat məbləğində borclarını ödəmədikləri üçün isə məhkəməyə müraciət etmişdir. Cavabdeh X2 məhkəmə iclasında iddianı qəbul edərək göstərmişdir ki, o, 2019-ci ilin məhsul yığımı ərəfəsində şəriki oİan X6 ilə birlikdə iddiaçıdan 13700 manat dəyərində kartof məhsulu almış, məhsulun pulundan 3000 manatını ödəmişlər və iddiaçıya 10700 manat borcları qalmışdır. Hazırda borcunu qısa müddət ərzində ödəmək imkanı yoxdur. Eyni zamanda həmin pulu digər cavabdeh də onunla birlikdə ödəməlidir. Tovuz Rayon Məhkəməsinin (sədrlik edən Nofəl Mustafayev) 23 yanvar 2020-ci il tarixli, 2(062)-200/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş materialına əlavə edilmiş iltizama istinad edərək, qeyd etmişdir ki, iddia tələbi əsaslıdır. İddia tələbində göstərilənlərə işdə olan sübutlarla və tərəflərin izahatları ilə öz təsqiqini tapıt. Cavabdehlər X2 və X6 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar iddiaçıdan satmaq məqsədilə dəfərlərlə kartof məhsulu almışlar və pul unu da vaxtında vermişlər. Hətta təxminən 8 kamaz yəni 160000 kq miqdarda, 70000-80000 manatlıq kartof məhsulu almışlar və dəyərini iddiaçının ailə üzvlərinin yanında ödəmişlər. Lakin axırıncı dəfə iddiaçıdan aldıqları 13700 manat dəyərində kartof məhsulu tez bir zamanda yararsız hala düşdüyündən onlar satış edə bilməmişlər, buna görə də iddiaçıya olan borclarını ödəyə bilməmişlər. Buna baxmayaraq onlar həmin borclarından 3.000 manat ödəmişlər. Ziyan etdiklərindən qalan pulun yarısını, yəni 5000 manatı ödəməyi öz öhdələrinə götürmüşlər. Məhsulun xarab olması əlaqədar məhsulun dəyərinin yarısını ödəməkləri barədə iddiaçı ilə razılaşmışlar, lakin sonradan iddiaçı 10700 manat məbləğində pulun onlardan alınmasına dair məhkəmədə iddia qaldırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icr aat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Ədil Məmmədov, Fikrət Mehtiyev) 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında kartof məhsulunun nisyə alğı-satqısı ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdehlər şərikli olaraq kartof toxumu satışı ilə məşğul olan iddiaçıdan 24.08.2019-cu il tarixdə cəmi 13700 manat dəyərində nisyə kartof məhsulu almış və onun dəyərini 2-3 ay sonra ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehlər həmin borc məbləğində cəmi 3000 ma nat məbləğində ödəniş etmiş, yerdə qalan məbləği isə kartof məhsulunun xarab olması əsası ilə qaytarmaqdam imtina etmişlər. Göründüyü kimi, cavabdehlər 10700 manatı ödəməməklə müqavilə şərtlərinə əməl etməyərək üzərlərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə iddiaçıya borclu qalmışlar. Məhkəmə cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dəlillərlə bağlı qeyd etmidir ki, cavabdehlər şikayətdə göstərilən halları, yəni kartof məhsulunun tez bir zamanda yararsız hala düşməsini, bunun iddiaçının təqsiri ucbatından baş verməsini, iddiaçı ilə məhsulun dəyərinin yarısının ödənilməsi ilə bağlı razılaşma əldə olunmasını təsdiq edən mötəbər sübut növlərini təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Cavabdeh X2 (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti əsasızdır, təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı etirazda həmçinin məhkəm ə iclasında iştirak edə bilməyəciyini qeyd etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət so nra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 445.2.1 və 445.2.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Mdadə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh X2 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-1967/2020 nömrəli iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.