Məhkəmə qərarları › İş №2(102)-318/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-318/2024

23.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-318/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti, X2 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və digərlərinə qarşı ("xxxx" ASC, X2 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mülkiyyətdə olan yaşayış sahəsində n çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5018/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Mübahisə predmeti olan Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 24 saylı evin 32 saylı mənzilinə dair alıcı Ağayeva Səbinə Məhəmməd qızı, satıcı X7 və kreditor "xxxx" ASC arasında xx.xx.2009-cu il tarixdə alğı-satqı və ipoteka müqaviləsi bağlanmış, mənzil Səbinə Ağayevanın "xxxx" ASC ilə bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün ipoteka ilə yüklü edilmişdir.

2. Ağayeva Səbinə Məhəmməd qızı kredit müqaviləsi üzrə öhdəliklər ini icra etmədiyinə görə "xxxx" ASC-nin iddiası əsasında Bakı şəhəri Xətai Rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(011)-424/2021 nömrəli qətnaməsi ilə Ağayeva Səbinə Məhəmməd qızından ümumilikdə 43.534,66 manat məbləğində pul vəsaitinin tutulması, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində Ağayeva Səbinə Məhəmməd qızının mənzili boşaltmadığı təqdirdə ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir.

3. Qətnamə icra edilmiş, ipoteka predmeti olan mənzil hərraca çıxarılmışdır. Həmin mənzil X2 ilə İddiaçı Mubariz qızı ilə bağlanmış 17 mart 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətinə keçmiş və onun mülkiyyət hüququ daşı nmaz əmlakın dövlət reyestrində 13 aprel 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 4. xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ünvan 2 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman ünvanda Cavabdeh və həyat yoldaşı X3 yaşadığı aşkar edilmiş, evin əşyaları siyahı üzrə Cavabdeh və həyat yoldaşı X5 təhvil verilməklə, onlar evdən çıxarılmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və digər şəxslərin əşyaları ilə birlikdə onun mülkiyyətində olan ünvan 2-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini o nunla əsaslandırmışdır ki, onunla X2 arasında bağlanmış AN-1 №1024376 saylı 17 mart 2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili almışdır. Aldığı mənzil ona boş olaraq, yəni əşyasız və yaşayış olmadan təhvil verilmişdir. Alğı-satqı müqaviləsindən sonra o, ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasına getmişdir. Mənzilə aid qapının açarları onun tərəfindən yenisi ilə əvəz edilmişdir. Ölkəyə qayıtdıqdan sonra yeni aldığı mənzildə qapının sındırılaraq, əvvəllər də tanımadığı şəxslərin orada yaşadıqlarını görmüşdür. Bununla bağlı orada yaşayan insanlarla dəfələrlə görüşüb, söhbətləşsə də heç bir fayda verməmişdir. Cavabdeh və digərləri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etmiş, lakin nəticəsi olmamışdır. Cavabdehlər hazırda da mənzildə məskunlaşmağa davam edirlər. Bu səbəbdən mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Adı çəkilən şəxslər sözügedən mənzildə qeydiyyatda belə olmamış, heç bir mülkiyyət hüquqları olmamışdır. Cavabdeh və digərləri barəsində məhkəmənin mənzildən çıxarılmaları barədə qətnamə mövcud olmuş və həmin qətnamə xx.xx.2022-ci il tarixdə tam icra olunmuşdur.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil Ağayeva Səbinə Məhəmməd qızının mülkiyyətində olmuş və onunla "xxxx" ASC arasında yaranmış mübahisənin həll edilməsi üçün sonuncu tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Xətai Rayon Məhkəməsində Ağayeva Səbinə Məhəmməd qızının iştirakı olmadan qətnamə qəbul edilmişdir. Həmin qətnamədən hazırda Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir və iş üzrə ekspertiza təyin edilmişdir. Bu səbəbdən hazırkı iddia üzrə əsl cavabdeh şəxs Ağayeva Səbinə Məhəmməd qızı hesab olunmalıdır. Çünki Cavabdeh mənzilə heç bir mülkiyyət hüququ mövcud olmamışdır və hazırda həmin mənzildə yaşamır. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-424/2021 saylı qətnaməsi ilə sözügedən mənzilin hərrac vasitəsilə satılması barədə qətnamə çıxarılmışdır. Çıxarılmış qətnamədən gec xəbər tutmuş, nəticədə şikayət müddətlərini ötürmüş və bu müddət ərzində qətnamə icra olunmuşdur. Lakin sonradan müddətin bərpa esilməsi barədə ərizələri təmin olunmuş, iş Bakı Apellyasiya Məhkəməsinin icraatına qəbul edilmişdir. Həmçinin evi alanda sənəd üzrə 52 kv.m olmasına baxmayaraq, hazırda fakti ki sahəsi 150 kv.m təşkil edir. Bu səbəbdən mənzil dəyərindən çox ucuz qiymətə hərraca çıxarılmış və X2 mənzili əldə etmişdir.

8. Üçüncü şəxs X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh tanımır və alğı-satqı onunla İddiaçı arasında baş tutmuş, sonuncuya ünvan 2 ünvanında yerləşən mənzili satmışdır. İddia tələbinin təmin olunmasına etirazı olmadığını bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. X1 məhkəmə iclasında bildirmişdir ki, iş üzrə tərəfləri tanıyır. Belə ki, iddiaçı onun bacısıdır. Mübahisəli mənzilin alğı-satqısı zamanı Cavabdeh ilə alğı-satqı barədə ilkin danışıqlar aparmış, evin satılması üçün 127.000 manat məbləğdə razılaşmışlar. Notariat orqanında alğı-satqı olduqdan sonra mübahisəli mənzilə baxmağa getmiş, bu zaman Cavabdeh birbaşa evə bax ışda iştirak etməmişdir. İkin baxış zamanı evin boş olduğunu, sadəcə evin zirzəmisində istifadəyə yararsız mebel avadanlıqlarının olduğunu görmüşdür.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1388/2023 saylı, 9 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilərək cavabdehlər Cavabdeh və digər şəxslərin əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2-dən çıxarılması qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh və qeyriləri ünvan 2 ünvanında yerləşən mənzildə hazırda məskunlaşıblar və bu səbəbdən iddiaçı onun mülkiyyətində olan mənzilə dair sahiblik və istifadə etmək hüququnu həyata keçirə bilmir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında verilmiş daşın maz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzilə mülkiyyət hüququ əldə etdiyindən, hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Cavabdehlər Cavabdeh və digərləri müəyyən olunduğu kimi mübahisəli evə qanuni əsaslar olmadan köçmüşlər. Hər hansı hüquqi əsas olmadan cavabdehlər Cavabdeh və digərlərinin mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır.

13. Məhkəmə cavabdehin etirazına müna sibətdə qeyd etmişdir ki, əksi sübuta yetirilməyənədək daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 43-cü maddəsinə, Mülki Məcəllənin 157.5, 157.4-ci maddələrinə və Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Ağayeva Səbinə Məhəmməd qızının mülkiyyətində olmuş və onunla "xxxx" ASC arasında yaranmış mübahisə ilə bağlı sonuncun un iddiası əsasında Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-424/2021 saylı qətnaməsi ilə sözügedən mənzilin hərrac vasitəsilə satılması qət edilmişdir. Qətnamədən gec xəbər tutmuş, nəticədə şikayət müddətlərini ötürmüş və bu müddət ərzində qətnamə icra olunmuşdur. Lakin sonradan müddət bərpa edilərək, iş Bakı Apellyasiya Məhkəməsinin icraatına qəbul edilmişdir. Bu səbəbdən hazırkı iddia üzrə əsl cavabdeh şəxs Ağayeva Səbinə Məhəmməd qızı hesab olunmalı, iş üzrə icraat dayandırılmalı idi. Çünki hazırkı iddia üzrə cavabdehin heç bir mülkiyyət hüququ mövcud olmamışdır və hazırda həmin mənzildə yaşamır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5018/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi) Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

19. Məhkəmə kollegiyası, cavabdehin mübahisəli mənzili özbaşına zəbt edib orada yaşamasını iddiaçının mülkiyyət hüququna qəsd kimi qiymətləndirərək hesab etmişdir ki, mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır.

20. Məhkəmə kollegiyası hazırkı iş üzrə icraatın dayandırılması barədə cavabdehin vəsatətini əsassız hesab edərək mövqe yini onunla əsaslandırmışdır ki, qanunvericilik məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. Birinci instansiya məhkəməsi Cavabdeh aid hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlili qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası olaraq Mülki Məcəllənin 152.1, 157.2, 152.5, 157.4-cü, MPM-in 14.2, 77.1, 254, 255-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Pros essual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında təsbit olmuş hüququ mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mülkiyyət hüququ məhz Səbinə Ağayevaya məxsusdur ki, tələbetmə hüququ da məhz ona məxsus olmalıdır. Belə ki, ünvan 2 ünvanında yerləşən mənzil Ağayeva Səbinə Məhəmməd qızının mülkiyyətində olmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)424/2021 saylı qətnaməsi ilə sözügedən mənzilin hərrac vasitəsilə satılması barədə qətnamə çıxarılmı şdır. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi də qanuni qüvvəsini almamışdır və tərəflərindən kassasiya şikayəti veriləcəkdir. Ümumiyyətlə çıxarışın əldə edilməsi də, faktiki olaraq evin alğı-satqısı da mübahisəlidir. Hazırda mülkiyyətçi Ağayeva Səbinə Məhəmməd qızının hərracın nəticələrinin etibarsızlığına dair iddia tələbi üzrə iş Nərimanov Rayon Məhkəməsinin icraatındadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun rədd edilməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdan la həyata keçirməyə borcludurlar.

26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...

28. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

29. Maddə

140. Re yestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının hüquqi əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiy a məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin çıxarılmasından ibarətdir.

47. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu v ə onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

48. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

49. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

50. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərç ivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

51. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

52. İddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə verilməsi barədə kassatorun dəlilləri əsassızdır. Çünki iddiaçının mənzildən istifadə etməsinə maneə törədən cavabdehdir.

53. Mənzilin hərracda satılmasına əsas olmuş məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməsi, qanuni qüvvəyə minməməsi barədə dəlili iddianın təmin olunması nı istisna etmir. Çünki iddia tələbi, mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququndan irəli gəlir. Həmin qeydiyyat qüvvədədir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

54. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5018/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar