Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-318/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qarşı “əmrlərin ləğvi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqı və s.” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4678/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin tabeliyində olan X7 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 3 (üç) ay müddətinə bağlanmış dır.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-885/2023 nömrəli əmrinə əsasən İddiaçı qarşılıqlı razılığına əsasən xx.xx.2023-cü il tarixindən 3 ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin tabeliyində olan X7 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə müddətli müqavilə əsasında təyin edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi və onunla bağlanmış əmək müqaviləsi olmuşdur.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1001/2023 nömrəli əmri ilə əmək intizamında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin tabeliyində olan X7 publik hüquqi şəxsin İdarə Heyətinin sədri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edilmişdir. Əmrin verilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Daxili nəzarət şöbəsinin xidməti məruzəsi olmuşdur.
4. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış 22 dekabr 2023-cü il tarixli ərizəsində onu 1 ay xəbərdarlıq müddətini gözləmədən 30 dekabr 2023-cü il tarixindən öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx. xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin tabeliyində “X7” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı xx.xx.2023-cü il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi, X9 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-1- 15457/2023 nömrəli xidməti məruzəsi və İddiaçılə xx.xx.2023-cü il tarixində bağlanmış müddətli əmək müqaviləsi olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəm əsində icraat
13. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 saylı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iş bərpa olunan günə qədər məcburi işəburaxmaya görə aylıq əmək haqqının ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin (bundan sonra “cavabdeh” və ya “X9 Xidməti”) xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, əmək müqaviləsinin təqdim edilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması və 5000 manat maddi və 1 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. qarşı
14. Daha sonra iddiaçı iddia ərizəsində olan maddi ziyanla bağlı iddia tələbinin izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, maddi ziyan dedikdə aşağıdakı xərclər nəzərdə tutulur:
1. X6 (ƏMM) İdarə Heyətinin sədri kimi əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar onun üçün nəzərdə tutulan xidməti avtomobil və sürücü təyin olunmadığından: 06 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi ƏMM-yə işə gedib-gəlmək, vəzifə funksiyalarının icrasından irəli gələn digər nəqliyyat və yaranacaq xərcləri - 2150 manat;
2. Mediasiyaya və Məhkəmə prosesləri zamanı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ödənilən Mediasiya xərcləri (60 manat), mediasiya təklifinin, ərizəsinin və iddia ərizəsinin yazılması və hüquqi xidmətlər və məsləhətləri xərcləri, nəqliyyat xərcləri, poçt və kargüzarlıq xərcləri - 2570 manat;
3. Məhkəmə və mediasiya prosesləri müddətində nəqliyyat, telefon, çap xərcləri və sair – 280 manat.
15. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikasının, Culfa rayonunun Göydərə kəndində anadan olmuş, 1986-cı ildə Göydərə kənd orta məktəbinə daxil olmuş və 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2000-ci ildə həmin Akademiyanı “Neft və qaz quyularının qazılması” və 2002-ci ildə isə ”Dənizdə neft və qaz quyularının qazılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illər ərzində SOCAR-n NQF.TL İnstitutunda aspiranturada təhsilini davam etdirmiş və 2010-cu ildə “Quyuların qazılması texnologiyası” ixtisası üzrə dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Hazırda “texnika elmləri doktoru" alimlik dərəcəsi almaq üçün SOCAR-n NQLTL İnstitunda təhsilini davam etdirir. 25-dən çox elmi məqalənin müəllifidir. SOCAR-da icra olunmuş 3 səmərələşdirici təklifin müəllifidir. Elmi əsərləri respublikada və xaricdə məhşur jurnallarda dərc olunmuşdur.
16. Hazırda iddiaçıya əlavə iş yerini əsas iş yerinə dəyişdirilməsi üçün 5-10 gün vaxt lazımdır. Buna baxmayaraq, iddiaçı ona təqdim olunan, lakin tarixləri göstərilməyən (müqaviləyə xitam verilmə və ərizənin yazılma tarixləri) ərizəni imzalamışdır. 14 dekabrda iddiaçıya teleqram vuraraq X9 Xidmətinə təhvil-təslim üçün çağırmış və bildirmişlər ki, öz xahişiylə əmək müqaviləsin ə xitam verilməsi üşün ərizə yazsın. İddiaçı bununla bağlı DƏMX-nin rəisinə yazılı müraciət edərək qəbul etməsini xahiş etmiş, lakin onu qəbul etməmişdir. Bundan sonra, iddiaçı 18 dekabr 2023-cü ildə təkrar olaraq Nazirliyə dəvət olunmuş, orada bildirilmişdir ki, imzaladığı ərizəyə tarixləri yazsın. İddiaçı bundan imtina etmiş və tarixləri yazmamışdır. Bildirilmişdir ki, X3 əvvəlki qanuni təmsilçisinə asan imza verilməsi üçün möhürü təhvil versin. İddiaçı bundan imtina etmiş və bildirmişdir ki, bununla bağlı ona rəsmi məktub verilsin. 19 dekabrda X9 Xidmətinin əmri ilə iddiaçının səlahiyyətləri məhdudlaşdırılmış və həmin səlahiyyətlər qanunsuz olaraq X9 Xidmətinin rəis müavini Orxan Hüseynzadəyə verilmişdir. İddiaçı növbəti dəfə 22 dekabrda Nazirliyə dəvət olunmuş və belə şəraitdə təzyiq a ltında ərizəsinə tarixləri yazmış və razılaşmışdır ki, qaldırdığı məsələlər və İdarə Heyətinin qərarında göstərilən hallar Nazirlik tərəfindən araşdırılaraq zəruri tədbirlər görüləcək və iddiaçı əsas iş yeri məsələsini həll edə bilmədiyi təqdirdə məlumat verəcəkdir, ərizə icra edilməyəcək. Bu şərtlərlə iddiaçı 22 dekabr 2023cü il tarixdə, əvvəl yazılmış ərizəni fərqli qələmlə imzalamışdır ki, 30 dekabr 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilsin. Bundan sonra, iddiaçı iş yerinə qayıtmış və əməkdaşlardan 1 nəfər əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət etmişdir. Eyni zamanda iddiaçıya səhv hazırlanmış işçilərin tabel uçot vərəqi və X3 guya iddiaçının sədrliyi ilə keçirilmiş 21 dekabr tarixli Həmkarlar İttifiqanın yardılması barədə bütün əməkdaşların fiziki imzaladı ğı protokol təsdiq edilməsi üçün təqdim olunmuşdur. Belə bir yığıncağın keçirilmədiyini və sənədlərdə ciddi pozuntu hallarını nəzərə alaraq, iddiaçı həmin protokolu və tabeli təsdiq etməmişdir. Məhz bunlara görə iddiaçı 23 dekabrda Nazirliyə və X9 Xidmətinə elektron məktubla müraciət edərək 22 dekabr 2023cü il tarixli əmək müqaviləsinə xitam verilmə barədə ərizəsinin etibarsız hesab edilməsi üçün yazdığı ərizənin surətini təqdim etmiş və ərizənin əslinin növbəti iş günü (25 dekabr 2023) təqdim edəcəyini bildirmişdir.
17. Beləliklə, əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin etibarsız hesab edilməsi barədə 23 dekabrda elektron məktubla göndərdiyi ərizənin əslini 25 dekabrda Kadrlar şöbəsinin sektor müdirinə şəxsən təqdim etmişdir. Bütün bunlara baxmayaraq, X3 İdarə Heyətinin sədr i kimi iddiaçının məlumatı, razılığı və imzası olmadan qanunsuz yollarla və qaydada ƏMM-nin işçilərinin noyabr-dekabr ayları üzrə əmək haqları ödənilmişdir, baxmayaraq ki, bəzi əməkdaşlar da üzrsüz səbəblərdən işdə olmamışdır. Daha sonra 30 dekabr 2023-cü il tarixdə X9 Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən İlqar Məmmədov iddiaçını iş otağına dəvət edərək X9 Xidmətinin 25 dekabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrini və əmək kitabçasını iddiaçıya təqdim etmişdir.
18. X9 Xidmətinin tabeliyində yaradılmış X3 İdarə Heyətinin sədri kimi iddiaçı ona edilən təzyiqlərə dözməyərək, xx.xx.2023-cü il tarixdə, 11 dekabrda yazılmış və imzalanmış ərizəyə tarixləri qoymuş və xx.xx.2023-cü il tarixdən guya “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilm əsini xahiş etmişdir. Lakin iddiaçı 23 və 25 dekabr tarixlərində yazılı müraciət edərək həmin ərizənin etibarsız hesab olunmasını bildirmişdir. Həmin gün də, yəni, xx.xx.2023-cü il tarixdə, 11 dekabrda yazılmış və imzalanmış ərizəyə tarixləri qeyd etmiş və yazdığı ərizəni geri götürmək barədə 23 və 25 dekabrda cavabdehə yazılı müraciət etmişdir. Bu halda əmək müqaviləsi ləğv edilə bilməzdi və bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Lakin X9 Xidmətinin həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə iddiaçıya hər hansı bir rəsmi qaydada yazılı və ya şifahi xəbərdarlığı olmamışdır. Hazırda da X3 İdarə Heyətinin sədri vəzifəsi vakantdır. Bu ərizəni göndərdikdən sonra işəgötürən olan X9 Xidm əti qanunvericiliyə uyğun olaraq xx.xx.2023-cü il tarixli ərizəni geri qaytarmalı idi. Bu halda Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilə bilməzdi.
19. İddiaçı ona edilən təzyiqlərə dözməyərək, xx.xx.2023-cü il tarixdən guya “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. X9 Xidmətinin qərəzli olması o faktla da sübut olunur ki, baxmayaraq ki, iddiaçı xx.xx.2023-cü il tarixli ərizə vermiş və xx.xx.2023-cü il tarixdən “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdi, üstündən 1 iş günü keçməmiş təqdimat yazılaraq nazirlə razılaşdırılmış və həmin tarixdən 5 gün əvvəl iddiaçının əmək müqaviləsi ləğv edilmişdir.
20. Əmək Məcəlləsinin tələblərinə əsasən iddiaçının son iş günü xx.xx.2023-cü ildir və bu g ün əmək müqaviləsi ləğv olunmalı və əmr də bu tarixdə verilməli idi. 5 gün əvvəldən yox. X9 Xidməti tərəfindən Əmək Məcəlləsinin 44.3-cü maddəsinin tələbləri də pozulmuş, əmək müqaviləsinin 1 nüsxəsi iddiaçıya təqdim olunmamışdır.
21. Buna səbəb iddiaçının iştirakı olmadan X9 Xidmətinin tabeliyində yaradılmış X3 (qanuna əsasən iddiaçı burada işəgötürən olduğu üçün iştirak edə bilməz) təsis protokoluna onun adının yazılması, Həmkarlar təşkilatının yaradılmasının Əmək Məcəlləsinin və “Həmkarlar İttifaqları haqqında” Qanunun tələblərinin pozulması ilə əlaqədar təsis olmasına etirazı və bu protokola imza etməməyi, X3 işçilərinin noyabr və dekabr ayaları üzrə əmək haqlarının vaxtında ödənilə bilməməsinə etiraz etməyidir.
22. Cavabdehin vəzifəli şəxsləri iddiaçıya işləmək imkanı verməyiblər. X9 Xidmətinin rəisi Vəli Quliyev, rəis müavini Orxan Hüseynzadə və digər vəzifəli şəxslər, onların kadrı olmadığı üçün iddiaçı ilə işləmək istəmədiklərini və öz xoşu ilə ərizə yazaraq işdən getməyi barədə təzyiqlər etmişlər. X3 İdarə Heyətinin sədri kimi normal fəaliyyət göstərməyi üçün, X9 Xidmətinin rəisi Vəli Quliyev iddiaçıya işləmək üçün şərait yaratmadığı, əksinə, ona bu fəaliyyəti həyata keçirmək üçün mane olduqları halda, iddiaçıya yazılı xəbərdarlıq etmişdir.
23. Digər qanun pozuntuları ilə bərabər, X9 Xidməti həm də iddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-1055/2023 saylı Əmrdə Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərini açıq aşkar pozmuşdur. Belə ki, zor işlədilərək və təzyiq altında iddiaçının yazdığı ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizəni nəzərə almadan, iddiaçıya heç bir məlumat vermədən 25 dekabrda əmr imzalayaraq 30 dekabr tarixdən əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam vermişdir. X9 Xidməti iddiaçıya qarşı əmək münasibətlərində 25 iyun 1958-ci ildə X1rx ikinci Baş sessiyasında qəbul edilmiş Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 111 saylı Konvensiyanın 1-ci maddəsinin tələblərini də pozmuşdur.
24. Həmçinin X9 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-1026/2023 saylı Əmri də əsassız və qanunsuzdur. Belə ki, əmək münasibətlərində olduğu dövrdə və X9 Xidmətinin tabeliyində yaradılmış X3 İdarə Heyətinin sədri kimi fəaliyyət göstərdiyi dövrdə X9 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-1026/2023 saylı Əmri ilə Xidmətin tabeli yində yaradılmış X3 işçilərinə vəzifə maaşlarının təyin edilməsi, maaşlarına əlavələr edilməsi və digər səlahiyyətlər Xidmətin rəis müavini Orxan Hüseynzadəyə həvalə olunmuşdur. X9 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-1026/2023 saylı Əmri o əsasdan qanunsuzdur ki, həm X9 Xidmətinin Əsasnaməsinə, həm də X9 Xidmətinin tabeliyində yaradılmış X3 Nizamnaməsinə əsasən bu səlahiyyətlər X9 Xidmətinin tabeliyində yaradılmış X3 İdarə Heyətinin sədri kimi iddiaçıya məxsusdur, bu səlahiyyətlərin iddiaçıdan alınması əmrdə əsaslandırılmamış və nizamnamənin tələblərinə əsasən nazirliklə razılaşdırılmamışdır.
25. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 12, 16, 44, 69, 76, 84 və310-cu maddələrini müvafiq hissə və bəndlərinə istinad etmişdir.
26. Cavabdehin nümayəndəsi və vəkili idd iaya etiraz və iddia müddətinin tətbiq barədə vermişdir. Etiraz və ərizə belə əsaslandırılmışdır: - Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci bəndinə və 296-cı maddəsinin 3-cü hissəsinə əsasən iddiaçının hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının 1-ci tələbində göstərdiyi əmr işçiyə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddia ərizəsini isə həmin gündən bir təqvim ayından da uzun müddət keçdikdən sonra, həmçinin mediasiya prosesi başlanılmadan vermişdir. İş üzrə tərəflərdən birinin medi asiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə “Mediasiya haqqında” Qanunun 22-ci maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifinin cavabdehə çatmasını təsdiq edən sənəd yoxdur. Buradan aydın olur ki, mediasiya prosesi başlanmış sayıla bilməz. Bu səbəbdən də iddiaçı bir aylıq müddəti ötürmüş hesab edilməlidir; - eyni zamanda iddiaçı “Mediasiya haqqında” Qanunun 28.1-ci bəndinin tələblərini də pozmuş hesab olunur; - digər iddia tələblərinə gəldikdə, qeyd edilməlidir ki, həmin tələblər ilkin tələblə bağlı olduğundan, ilkin tələb əsassız olduğundan digər tələblərin də təmin edilməsi əsassızdır. Dolayısı ilə iddiaçı birinci tələb üzrə iddia müddətini ötürdüyünə görə həmin birinci iddia tələbi təmin edilməməli və nəticədə digər iddia tələbləri də təmin edilməməlidir; - nənəvi ziyanla bağlı iddiaçının 1 manat məbləğində pul tələbi isə iddia ərizəsində əsaslandırılmadığından təmin edilə bilməz; - iddiaçı iddiasında xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-1055/2023 saylı əmrin və xx.xx.2023-cü il tarixli əmrin işəgötürən tərəfindən imzalanmamasını, həmin əmrlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, ona təqdim edilən əmrin imzasız şəkildə təqdim olunmasını, əmrlərdə hüquqi ünvanın və işə götürənin ata adının olmamasını əsas gətirmişdir. İlk növbədə əmrlər “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə tə şkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 935 saylı, 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Təlimatın tələblərinə uyğun hazırlanmışdır. Həmin Təlimatın 25-ci bəndinin ikinci abzasında göstərilir ki, sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir (məsələn: Sədr (imza) (adı və soyadı). Həmçinin həmin təlimata 6 saylı əlavədə “Təşkilatın əmr blankının nümunəsi” göstərilmişdir. Həmin blanka baxdıqda dövlət orqanın hüquqi ünvanının göstərilməməsi əks olunur. Göründüyü kimi, cavabdeh iddiaçının dediyinin əksinə olaraq əmrləri təlimata uyğun tərtib etmiş və iddiaçıya işin son günü, yəni xx.xx.2023-cü il tarixində təqdim etmişdir. Əmrlərdə imzanın olmaması na gəldikdə, həmin əmrlərin əsli bir nüxsədə olmaqla işəgötürən tərəfindən imzalanmış, iddiaçıya isə Xidmətin elektron sistemindən çap edilməklə “əsli ilə düzdür”, “İnsan resursları şöbəsi” nin möhürləri ilə təsdiq edilməklə təqdim olunmuşdur; - həmçinin hazırkı tələblə bağlı sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, xx.xx.2023-cü il tarixli ərizə, ümumiyyətlə, cavabdeh təşkilata göndərilməmiş və xidmətə rəsmi olaraq daxil olmamışdır. Əgər göndərmişsə, iddiaçı bu barədə xəbərnaməni təqdim etsin. Bundan əlavə, elektron müraciət də işə götürənə çatmamışdır. Həmin elektron müraciət çatmışsa belə, hüquqi əsası yoxdur. - qanunvericilik işçinin xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəni geri götürə və ya etibarsız hesab etmək barədə işə götürənə yeni ərizə verə bilməsini göstər mişdir. İddiaçı isə işdən azad edilməsi barədə ərizə təqdim edən zaman xəbərdarlıq müddətini gözləmədən tutduğu vəzifədən azad edilməsini göstərmişdir. Yəni iddiaçı öz ərizəsi ilə xəbərdarlıq müddətini bitirmişdir. Belə olan halda, cavabdeh haqlı olaraq iddiaçını işdən azad etmişdir; - bundan əlavə, iddiaçı xx.xx.2023-cü il tarixli ərizəni təqdim etdiyini bildirsə də, belə bir ərizə rəsmi olaraq cavabdeh təşkilata daxil olmamışdır. Həmçinin elektron qaydada müraciət etdiyini bildirsə də, qanunvericiliyin tələbinə görə iddiaçı ərizə ilə müraciət etməli, elektron qaydada müraciət etməməli idi. Buna görə də həm qanunvericilk baxımından, həm də rəsmi olaraq iddiaçının ərizəsi işə götürənə daxil olmadığından cavabdeh belə bir əmri verməkdə haqlı olmuşdur; - iddiaçı xx.xx.2023-cü il tarixli əriz əni ona edilmiş təzyiqlər nəticəsində yazdığını bildirsə də, bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, mülahizələrlə əsaslandırmışdır. Belə ki, iddiaçı özü məhkəmə gedişatında dəfələrlə bildirmişdir ki, rəhbər vəzifələrdə çalışmış, akademik biliklərə sahib bir şəxsdir. Kifayət qədər elmə və biliyə sahib olmaqla iş təcrübəsinə malikdir. Belə bir şəxsə qarşı hər hansı bir təzyiqin edilməsinin özü belə absurd yanaşmadır; - Əmək Məcəlləsində əmrin məcburi olaraq son iş günü verilməsi ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamışdır. Bu hüquq işə götürənə məxsusdur və 5 gün əvvəl verməsi heç bir halda qanun pozuntusu hesab edilə bilməz. Həmçinin əmrlər nazirliklə razılaşdırılmış, bu barədə məhkəməyə həm elektron çıxarışlar, həm də zəruri sənədlər təqdim edilmişdir: - iddiaçının xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, həmin əmrin mahiyyətindən də göründüyü kimi, iddiaçı Xidmətin tabeliyində olan X6 işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini təxminən 3 aya yaxın müddətdə gecikdirmiş və ödənişləri həyata keçirmək istəməmişdir. Belə olan halda, Xidmət tərəfindən xx.xx.2023-cü il tarixli teleqram göndərilərək zəruri təhvil-təslim işlərinin aparılmasını və işə çıxması xahiş edilmişdir. Belə ki, iddiaçının əsas iş yeri Mərkəz olmasına baxmayaraq, əlavə iş yeri olan ARDNŞ-də çalışmış, üzərinə düşən vəzifəsini yerinə yetirməmiş, işə belə çıxmamışdır. Belə olan halda cavabdeh məcburiyyət qarşısında xx.xx.2023-cü il tarixli əmrlə iddiaçının səlahiy yətlərini Xidmətin digər əməkdaşına həvalə etmiş, bundan sonra işçilərin əmək haqqları ödənilmişdir; - iddiaçının əmək müqaviləsinin sürətinin ona verilməməsinə münasibətdə qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 10.2-ci bəndinə əsasən əmək müqaviləsinin iki nüxsədə tərtib edilməsi, onlardan birinin işçidə, digəri ninisə işəgötürəndə saxlanılması göstərilir. Həmin müqaviləni hər iki tərəf imza etməklə götürmüşlər. Müqavilə iddiaçı tərəfindən imzalanmış və müqavilə təqdim olunmuşdur. Belə olan halda müqavilə rəsmi olaraq iddiaçıya çatmışdır. Buna görə də məhz qeyd edilən hissədə də iddia təmin edilməməlidir. - iddiaçının digər maddi və mənəvi digər tələblərinə münasibətdə də qeyd edilməlidir ki, iddiaçı maddi və mənəvi ziyana dair hər h ansı bir mötəbər sübut təqdim etməmiş, həmin tələblər yuxarıda sadalanan tələblərdən irəli gəldiyindən həmin tələblər də təmin edilməməlidir. Beləliklə, maddi ziyanla bağlı hər hansı bir sübut təqdim edilmədiyindən, mənəvi ziyanın nədən ibarət olmasını göstərilmədiyindən həmin tələblərin də təmin edilməsi əsassızdır.
27. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(004)2030/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Gülnar Babazadə)
28. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə onunla X9 Xidmətinin rəisi vəzifəsini icra edən Orxan Hüseynzadə arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən 3 ay müddətinə X9 Xidmətinin tabeliyində olan X7 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə X9 Xidmətininin rəisinə ərizə ünvanlayaraq onu öz arzusu ilə 1 aylıq xəbərdarlıq müddətini gözləmədən xx.xx.2023-cü il tarixdən işdən azad etməyini xahiş etmişdir. X9 Xidmətininin xx.xx.2023-cü il tarixli 3-175/3-2-1055/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçının xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xitam verilmişdir
29. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə göstərmişdir kİ, iddia müddəti keçməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC vasitəsilə xx.xx.2024-cü il tarixdə mediasiya təklifini cavabdehə göndərmişdir. Yəni cavabdeh 1 aylıq iddia müddətini ötürməmişdir.
30. Birinci instansiya məhkəməsi göstərmişd ir ki, hazırda iddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı DƏMX-yə 23 dekabr 2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində müraciət etdiyini, lakin bunu nəzərə almayaraq onun əmək müqaviləsinə xitam verildiyini iddia etsə də, onun bu dəlilləri əsaslı deyil.
31. Belə ki, xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizənin cavabdeh orqana çatmağını sübut edən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş, onun tərəfindən, yəni “Elektron ünvan 1” elektron poçt ünvanından “Elektron ünvan 2” elektron poçt ünvanına göndərilmiş məktubun nə ilə bağlı olduğu aydın şəkildə görünmür.
32. Həmçinin həmin məktubun göndərilən şəxsin cavabdeh qurumda hər hansı rəhbər vəzif ədə çalışdığı və ya həmin quruma aiddiyyatı olub-olmadığı məlum deyildir. Belə ki, iddiaçı işəgötürənə (https://demx.gov.az/ ) deyil, “Elektron ünvan 2” ünvanına məktub ünvanlamışdır ki, həmin məktubun da yazılma tarixi və çatdırılma tarixi müəyyən edilmir. İddiaçı “Elektron ünvan 1” ünvanından xx.xx.2024-cü il tarixdə Vəli Quliyevə ünvanladığını qeyd etdiyi elektron məktuba qoşma kimi 3MB ölçüdə əlavə etdiyi sənədin ərizə olduğunu bildirsə də, məhkəmə araşdırması ilə həmin sənədin ərizə olduğu təsdiqini tapmadı.
33. İddiaçı izahatında ərizəni yazdığını, şəklini telefonla çəkdiyini və qoşma kimi V.Quliyevə ünvanladığı bildmişdir. Göründüyü kimi, ərizə olmuş olsa belə, ərizənin əslinin işəgötürənə rəsmi təqdim edilməsi müəyyən edilmir. Həmin məktubda xx.xx.2023-cü il tarixdə ərizənin əslini n veriləcəyi qeyd edilsə də, iş materiallarına ərizənin əslinin işəgötürənə təqdim edilməsi sübuta yetmir. Belə ki, “@sosial.gov.az” qeyd olunan ərizəni rəsmi qaydada cavabdeh qurumda mübahisəli hal üzrə işəgötürənə ünvanlanmamışdır. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində 1 aylıq xəbərdarlıq müddətini gözləmədən işdən çıxmağını xahiş etmişdir.
34. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi hissəsi ilə bağlı göstərmişdir ki, qeyd olunan əmrin ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin əmr qanunun tələblərinə əməl edilməklə qəbul edilmişdir. İddiaçı X9 Xidmətinin tabeliyində olan X6 işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini təxminən 3 aya yaxın müddə tdə gecikdirmiş və ödənişləri həyata keçirmək istəməmişdir. Xidmət tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli teleqram göndərilərək zəruri təhvil-təslim işlərinin aparılması və işə çıxması xahiş edilmişdir. Lakin iddiaçı işə gəlməmiş, bu səbəbdən də cavadeh məcburiyyət qarşısında xx.xx.2023-cü il tarixli əmri imzalayaraq iddiaçının səlahiyyətlərini Xidmətin digər əməkdaşına həvalə etmiş, bundan sonra işçilərin əmək haqqları ödənilmişdir. Buna görə iddia tələbi bu hissədə də rədd edilməlidir.
35. Birinci instansiya məhkəməsi iddia tələbinin “əmək müqaviləsinin iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, əmək müqaviləsinin 10.2-ci bəndinə əsasən, əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılır. Göründüyü kimi, imzal andığı gün əmək müqaviləsinin işçi və işəgötürən tərəfindən qəbul edilməsi anlaşılır. Bundan əlavə, məhkəmə hazırlıq iclasında cavabdeh tərəfindən əmək müqaviləsi işçiyə təkrarən təqdim edilmiş, yəni mübahisə həmin hissədə öz həllini tapmışdır. Belə olan halda iddia həmin hissədə də təmin edilməməlidir.
36. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Həmçinin iddiaçı öz təşəbbüsü ilə işdən çıxmış, hətta işdən çıxmaq barədə ərizəsində hansı tarixdən işdən çıxmaq istədiyini göstərmişdir. Belə olan halda, işçi ilə əmək müqaviləsinə həmin tarixdən xitam verilməlidir.
37. Birinci instansiya məhk əməsi iddiaçının cavabdeh qurum tərəfindən xx.xx.2023cü il tarixli əmrlə onun xx.xx.2023-cü il tarixdən işdən çıxması ilə bağlı əmrin qanunsuz olması barədə dəlilini əsassız sayaraq bildirmişdir ki, Əmək Məcəlləsində əmrin məcburi olaraq son iş günü verilməsi ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamışdır. Bu hüquq işə götürənə məxsusdur və əmrin 5 gün əvvəl verməsi heç bir halda qanun pozuntusu hesab edilə bilməz. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir.
38. İddiaçının digər maddi və mənəvi ziyan tələblərinə münasibətdə birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçı maddi və mənəvi ziyana dair hər hansı bir mötəbər sübut təqdim etməmiş, yəni cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması sübuta yetirilməmişdir. Həmçinin həmin tələblər yuxarıda sadalanan tələblərdən irəli gəldiyindən həmin tələblər də rədd edilməlidir.
39. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 3 (5), 42 (2), 68 (2) “a” bəndi, 69 (4), 296 (2), Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002- ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməs indəki icraat
40. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
41. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının 23 dekabr 2023-cü il tarixində ərizə verdiyini, məktubun email ünvanına göndərildiyini qeyd etsə də, “@sosial.gov.az” qeyd olunan ərizəni rəsmi qaydada cavabdeh qurumda mübahisəli hal üzrə işəgötürənə ünvanlanmadığını qeyd etməklə tərəflər arasındakı münasibətlər üzrə səhv nəticəyə gəlmişdir.
42. Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, 22 dekabr tarixdə ərizəni yazmağa Kadr Məsələləri üzrə şöbənin rəisi Nərmin Bayramova iddiaçını məcbur etmişdir. Həmin tarixdə ərizəni Kadrlar şöbəsinə təqdim etdikdən sonra, öz tabeliyində olan işçi iddiaçıya imzalaması üçün hazır iki sənəd gətirmiş, sənədlərdən biri Həmkarlar İttifaqının yaradılması ilə bağlı olmuş, digəri isə həmin ayın əmək haqqının ödənilməsi ilə bağlı olmuşdur. İddiaçı sənədləri imzalamamışdır. İddiaçının 54 gün əmək fəaliyyətində olmasına baxmayaraq, qanuni təmsilçi dəyişilməmişdir. Asan imza iddiaçıya verilməmişdir.
43. Apellyasiya baxışında cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək göstərmişdir iddiaçının 23 dekabrda e-mail vasitəsilə göndərdiyini bildirdiyi ərizə əslində göndərilməmişdir, sadəcə hazırlanaraq şəkli çəkilmişdir.
44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4678/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti q ismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamənin qəbul edilmiş, iddia tələbi qismən təmin olunaraq İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 3-17-5/3-21055/2023 saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması, işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli).
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılşamayaraq göstərmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 3 ay müddətinə DƏMX-nin tabeliyində olan X7 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə müddətli müqavilə əsasında təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə X9 Xidmətininin rəisinə ərizə ünvanlayaraq onu öz arzusu ilə 1 aylıq xəbərdarlıq müddətini gözləmədən xx.xx.2023-cü il tarixdən işdən azad etməyini xahiş etmişdir. DƏMX-in xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçının xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
46. İddiaçı hazırda xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı DƏMX-yə xx.xx.2023-cü il tarixində e-mail ün vanlamaqla və xx.xx.2023-cü il tarixində isə əlbəəl ərizə təqdim etməklə müraciət etdiyini, lakin cavabdeh bunu nəzərə almayaraq onun əmək müqaviləsinə xitam verdiyini iddia edir. Cavabdeh isə etiraz edərək, 23 dekabr 2023-cü il tarixdə iddiaçı tərəfindən e-mailə belə bir ərizə göndərilmədiyini, nə də ki, 25 dekabr tarixində ərizə təqdim edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi bununla bağlı göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş, onun tərəfindən, yəni “Elektron ünvan 1” elektron poçt ünvanından “Elektron ünvan 2” elektron poçt ünvanına göndərilmiş məktubun nə ilə bağlı olduğu aydın şəkildə görünmür. Həmçinin həmin məktubun göndərilən şəxsin cavabdeh qurumda hər hansı rəhbər vəzifədə çalışdığı və ya həmin quruma aiddiyyatı olub-olmadığı məlum deyildir. Belə ki, i ddiaçı işəgötürənə (https://demx.gov.az/ ) deyil, “Elektron ünvan 2” ünvanına məktub ünvanlamışdır ki, həmin məktubun da yazılma tarixi və çatdırılma tarixi müəyyən edilmir. Həmin məktubda 25 dekabr 2023- cü il tarixdə ərizənin əslinin veriləcəyi qeyd edilsə də, iş materiallarına ərizənin əslinin işəgötürənə təqdim edilməsi sübuta yetmir.
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən qənaətini əsaslı saymayaraq bildirmişdir ki, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “Elektron ünvan 1” elektron poçt ünvanından “Vəli Quliyevə”, surəti isə “Elektron ünvan 2” elektron poçt ünvanına “ərizənin etibarsız hesab edilməsi” başlıqlı mail ünvanlamış, qoşma olaraq ərizəni əlavə etmiş, həmçinin yazmışdır ki, “Hömrətli Vəli müəllim, xa hiş edirəm qoşmadakı ərizəyə nəzər yetirəsiniz. Ərizənin əsli 25 dekabrda iş günü DƏMX-ə rəsmi qaydada təqdim olunacaqdır. Xahiş edirəm nəzərə alasınız. Əvvəlcədən minnətdəram.”
48. Diqqət yetirdikdə aydın şəkildə görünür ki, həmin ismarıcın məzmunu ilə bağlı “ərizənin etibarsız hesab edilməsi” qeyd edilmişdir. Aydın məsələdir ki, həmin ərəfədə hər hansı başqa ərizənin etibarsız hesab edilməsindən söhbət gedə bilməzdi, yəni etibarsız hesab edilməsi bildirilən ərizə dedikdə, məhz iddiaçının işdən çıxma barədə verdiyi xx.xx.2023-cü il tarixli ərizənin nəzərdə tutulması başa düşülür.
49. Apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin apellyasiya baxışında həmin ərizənin emailə göndərilməməsi, sadəcə yazılaraq şəklinin çəkilməsi barədə etirazının dəlillərini iş materiallarına əsa sən təkzib edərək göstərmişdir ki, təqdim edilmiş sənəddə “This message was sent with High importance” qeyd edilmişdir, bu isə o deməkdir ki, həmin mesaj göndərilmişdir. Belə olan halda akşar olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı elektron poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə ərizə göndərmiş və həmin ərizə ünvan sahiblərinə çatmışdır.
50. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, ərizənin göndərildiyi “Elektron ünvan 2” elektron poçt ünvanının sahibi olan X2 və kadr məsələri şöbəsinin müdiri olmuşdur. Həmçinin etik müvəkkil təyin edilmişdir.
51. Bundan başqa iddiaçı Nərmin Bayramova, surəti isə Vəli Quliyevə aşağıdakı məzmunda elektron məktub göndərmişdir: “Hörmətli Nərmin xanım, ƏMM-da bu gün mənə təqdim olunan sənə dlərdən və verilən məlumatlardan gürünür ki, bir sıra həllini tələb edən açıq qalmış ciddi məsələlər var ki, onların həll edilməsi üçün 30 dekabra kimi olan zaman kifayət etməyəcək. Odur ki, 22 dekabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmə barədə ərizənin icrasını razılaşdığımız kimi 2024-cü ilin yanvar ayına keçirilməsinin vacibliyini nəzərə almağınızı xahiş edirəm. Bu xahişin nəzərə alınmasında hər hansı bir hüquqi çətinlik varsa xahiş edirəm o ərizəni etibarsız hesab edəsiniz, bayramlardan sonrakı ilk iş günlərində mən yeni ərizə təqdim edərəm. Əvvəlcədən təşəkkür edirəm.”
52. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə belə olan halda aydın olur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək, xx.xx.2023-cü il tarixdə elektron formada ərizə ünvanlayaraq həmin ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
53. İddiaçı 22 dekabr tarixdə ərizə verməsindən qısa müddət sonra 23 dekabr tarixdə həmin ərizənin etibarsız sayılmasını istəməsini belə əsaslandırmışdır ki, 22 dekabr tarixində ərizəni verdikdən sonra öz tabeliyində olan işçi ona imzalaması üçün hazır iki sənəd gətirmiş, sənədlərdən biri Həmkarlar İttifaqının yaradılması ilə bağlı protokol, digəri isə həmin ayın əmək haqqının ödənilməsi barədə sənəd olmuşdur. Halbuki, Həmkarlar İttifaqının iclası keçirilməmişdir. Həmin sənədləri imzalamamışdır.
54. İş materiallarında olan “X11” publik hüquqi şəxsin X8 xx.xx.2023-cü il tarixli 01/23 Protokolundan da görünür ki, proto kol iddiaçı tərəfindən imzalanmamışdır.
55. Bununla belə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli ərizəni xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə təqdim etdiyini bildirsə də, bu iş materiallarından müəyyən edilməmişdir, lakin bu hal əhəmiyyət kəsb etmir, belə ki, iddiaçının bu barədə ərizəni elektron formada göndərməsi öz təsdiqini tapmışdır və iş materiallarından müəyyən edilir ki, iddiaçı ilə işəgötürən arasında olan yazışmaların hamısı elektron formada elektron poçt vasitəsi ilə həyata keçirilmişdir. İddiaçı da elektron formada 22 dekabr tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə iradə ifadəsini bildirmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddət i bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. İddiaçı da bu hüquqdan istifadə etmişdir.
57. Beləliklə iddiaçı xx.xx.2023-cü il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək, xx.xx.2023-cü il tarixdə elektron formada ərizə ünvanlayaraq həmin ərizəsinin etibarsız hesab edilməsini xahiş etmiş, lakin işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozularaq, xx.xx.2023-cü il tarixli ərizə nəzərə alınmamış və xx.xx.2023-cü il tarixli əmrlə iddiaçı ilə bağlamış müddətli əmək müqaviləsinə xitam verilmişdir.
58. Apellyasiya instansiyası məhkəməsi həmçinin bildirmişdir ki, iş materiallarından ümumilikdə müəyyən edilir ki, iş əgötürən tərəfindən işçi olan iddiaçıya qarşı işə qəbul edildiyi vaxtdan qərəzli münasibət olmuşdur. Belə ki, iddiaçı “İdarə Heyətinin sədri” vəzifəsi üzrə işə qəbul edilsə də, dəfələrlə müraciət etməsinə baxmayaraq lazımi iş şəraiti yaradılmamışdır. Həmçinin, dəfələrlə müraciət etməsinə baxmayaraq, vergi orqanında qanuni təmsilçinin dəyişdirilməsi ilə bağlı Nizamnaməyə əsasən lazım olaraq razılıq verilməmiş və nəticədə qanuni təmsilçi dəyişilməmiş qalmışdır. Asan imzanın verilməsi ilə bağlı çətinliklər yaratmışlar. İdarə Heyətinin sədri olmasına baxmayaraq iddiaçının xidməti otağında adi təmizlik işləri aparılmamış, bununla bağlı iddiaçının müraciətləri nəzərə alınmamışdır.
59. Bundan əlavə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizəyə vizual baxışdan da müəyyən edilir ki, ə rizədəki imzanın edildiyi qələm ilə “30” və “xx.xx.2023” tarixlərin yazıldığı qələm bir-birindən fərqli olmuşdur. Buradan aydın olur ki, əvvəlcə iddiaçıdan sadəcə imza edilməklə göstərilən ərizə alınmış, tarixlər isə sonradan qoyulmuşdur. Qeyd olunan hallar iddiaçıya qarşı işəgötürən tərəfindən ayrı-seçkilik və qərəzli münasibət nümayiş etdirildiyini göstərir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsinin onun sərbəst iradə ifadəsi kimi qiymətləndirmək mümkün deyil. Halbuki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır və belə halın özü də əmrin ləğvi üçün müstəqil əsas hesab olunur.
60. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 saylı əmr əmək qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalıdır.
61. İddiaçının xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi işəburaxmaya görə aylıq əmək haqqının (mükafatlarla birgə) ödənilməsini tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, bu hissədə iddiaçının tələbi qismən əsaslıdır, iddiaçıya işləmədiyi müddət üçün əmək haqqı ödənilməlidir.
62. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinin tələblərinə görə əgər işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
63. Lakin Əmək Məcəlləsinin 154 və 157-ci maddələrinə görə işləmədəyi dövr üçün mükafatların verilməsi hissəsində iddiaçının tələbi əsassızdır, çünki mükafat vermək işəgötürənin hüququdur və faktik görülmüş işə görə ödənilir.
64. İddia tələbinin cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi hissəsini də əsassız sayan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qeyd edilən əmr əsasında işçilərin əmək haqqı ödənilmiş və həmin əmr artıq əhəmiyyətini itirmişdir. Ona görə də həmin əmrin etibarsız sayılması və ya ləğv edilməsinin işin nəticəsinə hər hansı təsiri yoxdur.
65. Dəymiş görə 5000 manat pulun cavabdehdən tutulması barədə iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Əmək Məcəllənin 300.1-ci maddəsinin ikinci cümləsində “işçiyə iddiası üzrə dəymiş zərər məbləğinin ödənilməsi” imkanı da nəzərdə tutulmuş, həmin maddənin qeyd hissəsində də məhz “dəymiş zərərin məbləğinə” aydınlıq gətirilmişdir. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkə mədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
66. Hazırki işdə maddi ziyan dedikdə iddiaçı aşağıdakı xərcləri nəzərdə tutmuşdur:
1. X6 İdarə Heyətinin sədri kimi əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar onun üçün nəzərdə tutulan xidməti avtomobil və sürücü təyin olunmadığından: 06 noyabr 2023- cü il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi ƏMM-yə işə gedib-gəlmək, vəzifə funksiyalarının icrasından irəli gələn digər nəqliyyat və yaranacaq xərcləri - 2150 manat.
67. Qeyd edilən hissədə tələb mücərrəd olmaqla, iddiaçı real olaraq çəkdiyi xərclərə dair heç bir sübut təqdim etməmişdir, bu tələbin təmin olunması isə birbaşa sübuta bağlıdır, çünki söhbət real zərərdən gedir.
68. Mediasiyaya və məhkəmə prosesləri zamanı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ödənilən Mediasiya xərcləri (60 manat), mediasiya təklifinin, ərizəsinin və iddia ərizəsinin yazılması və hüquqi xidmətlər və məsləhətləri xərcləri, nəqliyyat xərcləri, poçt və kargüzarlıq xərcləri olan - 2570 manatın tutulması tələbinə gəldikdə, iddiaçı hüquqi xidmətlər üçün xərclərə dair heç bir sübut təqdim etməmişdir. Həmçinin, digər məqsədlər üçün çəkilən xərclər də qeyri-müəyyəndir, heç bir sübut təqdim olunmayıb. Mediasiya xərcinə gəldikdə isə, həmin vəsait 50 manatdır və məhkəmə xərclərinə aid olduğundan, həmin qaydada cavabdehdən tutula b ilər.
69. Məhkəmə və mediasiya prosesləri müddətində nəqliyyat, telefon, çap xərcləri və sair üzrə – 280 manat pulun cavabdehdən tutulması barədə tələb də qeyri-müəyyən olmaqla, konkret heç bir sübuta bağlı deyil. Beləliklə, iddiaçının maddi zərər hissəsində tələbi sübut olunmadığı üçün təmin edilə bilməz.
70. İddianın 1 manat mənəvi zərər tələbinə dair hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin “Qeyd”ində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
71. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mənəvi zərər tələbi ilə bağlı sadalanan hallar müəyyən edilməmişdir.
72. Əmək müqaviləsinin təqdim edilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, əmək müqaviləsi iş materiallarında mövcuddur və iddiaçı da onun surətini götürmüşdür. Belə olan halda bu hissədə də iddia tələbi rədd edilməlidir.
73. Eyni zamanda cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya təklifini cavabdehə göndərmiş, bununla da 1 aylıq iddia müddətini ötürməmişdir.
74. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 69(4), 69(7), 83, 300(1)-cü, Mülki Prosessual Məcəllə nin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
75. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
76. Kassasiya şikayətinin dəlilləri bunlardır.: - məhkəmə tərəfindən cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə düzgün qiymət verilməmişdir. Belə ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçıya əmrin surəti, əmək kitabçası, eyni zamanda son haq-hesab xx.xx.2024-cü il tarixində verilmiş, iddiaçı isə bir təqvim ayı müddətini ötürmüş, xx.xx.2024-cü il tarixli mediasiya dəvət barədə təklifin və cavabdehə çatmasını sübuta yetirə bilməmişd ir; - apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 69.4-cü maddəsinə istinad etsə də, həmin Məcəllənin 69.5-ci maddəsini görməzdən gəlmişdir. Əmək Məcəlləsinin 69.5-ci bəndində göstərilir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi, maddədə 2 hal nəzərdə tutulur: 1) İşçi öz ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməməli; 2) Xəbərdarlıq müddəti bitməməli. Lakin hazırkı işə nəzər yetirdikdə yuxarıda qeyd olunan hallar müəyyən edilmir. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixində yazdığı ərizəyə nəzər yetirilsə görünər ki, iddiaçı öz arzusu ilə 1 aylıq xəbərdarlıq müddətini gözləmədən xx.xx.202 3-cü il tarixdən işdən azad edilməyini xahiş etmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı işdən azad edilmə tarixini dəqiq göstərmişdir. Xəbərdarlıq müddətini özü yazdığı ərizəsində bitirmiş və həmin hüququndan istifadədən imtina etmişdir. Bu halda isə 69.4-cü maddənin tələbləri qeyd olunan işə şamil oluna bilməz. Həmin maddəyə əsasən “əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun.” Yuxarıda qeyd edilən maddənin tələblərindən göründüyü kimi, xəb ərdarlıq müddəti bitməməli; həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı və ya elektron xəbərdarlıq edilməməlidir. İddiaçının yazdığı ərizədə isə yuxarıda qeyd olunan maddədə əks olunmuş hallar yoxdur və mövcud deyil. Beləliklə, iddiaçı tərəfindən cavabdehə işdən azad edildiyi tarix göstərilmədən və xəbərdarlıq müddətinin gözlənilməməsi barədə qeydlər yazılmadan ərizə ünvanlanmalı idi ki, Əmək Məcəlləsinin 69.4-cü maddəsinin əsasları yaransın. Lakin təəssüflər olsun ki, apellyasiya instansiyası qeyd olunan halları araşdırmamış yuxarıda əks olunan maddələri düzgün tədbiq etməmişdir; - həmçinin qətnamədə göstərilib ki, “ərizədəki imzanın edildiyi qələm ilə “30” və “xx.xx.2023” tarixlərin yazıldığı qələm bir-birindən fərqli olmuşdur. Buradan aydın olur k i, əvvəlcə iddiaçıdan sadəcə imza edilməklə göstərilən ərizə alınmış, tarixlər isə sonradan qoyulmuşdur.” Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində çəkilmiş audio-video görüntülərə və iclas protokollarına baxsa görərdi ki, iddiaçı özü etiraf edərək bildirmişdir ki, “mən özüm imzamı fərqli rəngli qələmlə, tarixləri isə fərqli rəngli qələmlə yazmışam” kimi ifadələr bildirmiş və hər iki qələmdən istifadə edərək ərizəni imzaladığını və tarixi qoyduğunu etiraf etmişdir. Belə olan halda rənglərin fərqli olması hər hansı bir əhəmiyyət kəsb eləmir və sonradan tarixlərin qoyulması əsaslarını təkzib edir; - bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 69.7-ci bəndinə də istinad etmişdir ki, bu hal ümumilikdə qəbul edilən deyil. Belə ki, iddiaçı ço x savadlı, hüquqlarını bilən və alicənab bir şəxsdir. Ona hər hansı formada hədə-qorxunun gəlinməsi və ya əmək müqaviləsini ləğv etməyə məcbur etmək mümkün deyil. Həmçinin iş materiallarında da bu halları əks elətdirən hər hansı mötəbər dəlil mövcud deyil. Bu hal yalnız iddiaçının mülahizələri ilə müəyyən edilir ki, bu da mötəbər sübut hesab edilə bilməz. İşə götürən tərəfindən qanunun tələblərinə düzgün riayət olunmuş və iddiaçının təqdim etdiyi ərizə əsasında əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir; - apellyasiya instansiyası məhkəməsi həmçinin öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Elektron ünvan 1 elektron poçt ünvanından “Vəli Quliyevə”, surəti isə Elektron ünvan 2 elektron poçt ünvanına “ərizə nin etibarsız hesab edilməsi” başlıqlı mail ünvanlamış, qoşma olaraq ərizəni əlavə etmiş, həmçinin yazmışdır ki, “Hömrətli Vəli müəllim, xahiş edirəm qoşmadakı ərizəyə nəzər yetirəsiniz. Ərizənin əsli 25 dekabrda iş günü DƏMX-ə rəsmi qaydada təqdim olunacaqdır. Xahiş edirəm nəzərə alasınız. Əvvəlcədən minnətdəram.” Qeyd edilməlidir ki, həmin məzmunda və formada nə elektron qaydada mail, nə də yazılı qaydada ərizə cavabdehə çatmamış, iddiaçı isə ərizələrin çatmasını sübuta yetirə bilməmişdir. Məhkəmə elektron ərizənin Vəli Quliyevə göndərildiyini qeyd etsə də, rəsmi olaraq hansı mail adresinə göndərildiyi sübuta yetirilməmişdir. Həmçinin mailə məhz xx.xx.2024-cü il tarixli “ərizənin etibarsız hesab edilməsi barədə” ərizə əlavə edilməsi sual altındadır və müəyyən edilmir. Bununla belə bu ə rizələr cavabdehə çatmışsa belə, cavabdeh iddiaçını işdən azad etməkdə hüququ olmuşdur. İşçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı bir aylıq xəbərdarlıq müddəti qanunverici tərəfindən həm işəgötürənin, həm də işçinin mənafeləri nəzərə alınaraq müəyyən edilmişdir. İşçi əmək müqaviləsini ləğv etmək barədə işəgötürənə verdiyi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi konkret müddəti göstərməmişdirsə, ərizə verildiyi gündən bir aylıq xəbərdarlıq müddəti bitənədək ƏM-nin 69-cu maddəsi ilə əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı yazdığı ərizədə xəbərdarlıq müddətini bitirmiş və işdən azad edilmə tarixini dəqiq olaraq göstərmişdir. Belə olan halda işçinin işdən azad edib-etməməsi hüququ artıq işəgötürənə, yən i cavabdehə məxsus olmuşdur. Yuxarı instansiya məhkəməsi isə bu hallara düzgün hüquqi qiymət verməmişdir; - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin sübutlara məhkəmə tərəfindən hərtərəfli və tam baxılmamış, iş materialları hərtərəfli araşdırılmadan əsassız olaraq iddiaçının xeyrinə qətnamə qəbul edilmişdir; - məhkəmə heç bir əsas olmadan birinci instansiya məhkəməsində təqdim edilməyən və təqdim edilməsinin mümkünsuzlüyü sübut olunmayan sübutlara əsaslanaraq qətnamə qəbul etmişdir ki, bu da prosessual hüquq normalarının pozulması deməkdir: - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqey ə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
77. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.
78. Etirazın dəlilləri: - Kassasiya şikayətində cavabdeh mediasiya təklifinin onlara xx.xx.2024-cü il tarixində çatdırılmasının sübuta yetmədiyini bildirir. İş materiallarında bunun la bağlı yetərli sübut vardır. Eləcə də, cavabdeh tərəfin mediasiya prosesində iştirak etməsi, hətta mediasiya baxışının barışıq üçün təxirə salınmasını xahiş etməsi və sonda mediasiya arayışını imzalaması göstərir ki, cavabdeh mediasiya təklifini almışdır və bu baxımdan bu dəlil formaldır. İş materiallarımda olan və hazırki etiraza əlavə edilən “Azeri Express Services MMC” tərəfindən verilən poçt qəbzindən görünür ki, mediasiya təklifi cavabdehə xx.xx.2024-cü il tarixində göndərilmiş və cavabdeh onu xx.xx.2024-cü il tarixində qəbul emişdir. Eyni zamanda iş materiallarında olan 28 və 29 yanvar 2023-cü il tarixli e-mail yazışmalardan da görünür ki, mediasiya təklifi cavabdehə elektron poçt vasitəsi ilə də göndərilmişdir. Bununla bağlı Yasamal rayon məhkəməsi qətnaməsində mövqeyini bildirmiş, lakin cavabdeh qətnamədən apelyasiya şikayəti verməmişdir; - cavabdeh şikayətdə Əmək Məcəlləsinin 69.4 və 69.5-ci maddələrini formal qəbul edərək qeyd edir ki, xəbərdarlıq müddətini iddiaçı ərizəsində bitirmiş və həmin hüquqdan imtina etmişdir. Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun; - ilk öncə qeyd dilməlidir ki, müəyyən təzyiq altında iddiaçının 11 dekabrda imzaladığı və 22 dekabr 2023-cü ildə tarixləri yazılan ərizədə 30 dekabr 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə qeyd vardır. Həmin müddət, yəni 22–30 dekabr tarixləri arasındakı müddət özü XƏBƏRDARLİQ müddətidir. Xəbərdarlıq müddətini ərizəçinin bitirməsi anlayışı, ümumiyyətlə, qanunvericilikdə mövcud deyil. Cavabdehin bu dəlili o zaman qəbul edilərdi ki, iddiaçı ərizəsi ilə elə həmin (yəni ərizə yazdığı) gün işdən çıxmasını xahiş edərdi. Digər tərəfdən hüquqdan imtina anlayışı qanunvericilik sistemimizdə mövcud deyildir. Cavabdeh iddiaçıya başqa işçi götürmək barədə yazılı məlumat vermədiyindən iddiaçı 30 dekabr 2023-cü il tarixinə kimi istənilən an işdən çıxma barədə ərizəsini geri götürmək hüququna malik idi və iddiaçı bu hüququndan istifadə etmişdir. Nəzə rə almaq lazımdır ki, Əmək Məcəlləsinin 69.4-cü maddəsi imperativ normadır. İşçini işəgötürənin qanunsuz hərəkətlərindən qorumaq məqsədi daşıyır. İşəgötürənin 5 gün qabaqcadan əmr verməsi işçinin ərizəsini geri götürmə imkanını aradan qaldırır ki, bu halın məhkəmə tərəfindən qəbul edilməsi həmin normanın formallığına, hüquqi əhəmiyyətinin itirilməsinə səbəb olar və əmək qanunvericiliyi ilə ziddiyət yaradan məhkəmə presedenti yaradardı; - hazırki ərizəyə əlavə edilən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş elektron sənəd dövriyyə sisteminin çıxarışından görünür ki, iddiaçının 22 dekabr 2023-cü il tarixli ərizəsini nazirliklə razılaşdırmaq üçün xidməti məruzə yazılmışdır, lakin iddiaçının ƏMAS-dan şəxsi kabinetindən əldə etdiyi çıxarışdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ba rədə 22 dekabr 2023-cü il tarixli ərizə sistemə 23 dekabr 2023-cü il tarixində daxil edilmiş və qeydə alınmışdır. Həmin gün isə qeyri-iş günü, yəni, həftənin şənbə günüdür. Belə olan halda qarşı tərəfin iddiaçını işdən çıxarma barədə hərəkətləri formal, qanunsuz və onun işdən çıxma barədə ərizəsini geri götürmək imkanını aradan qaldırmaq üçün məqsədli və planlı şəkildə aparılmışdır; - bundan başqa, cavabdeh kassasiya şikayətində apellaysiya məhkəməsinin qətnaməsinə istinad edərək bildirir ki, iddiaçı özü etiraf etmişdir ki, 22 və 30 dekabr 2023cü il tarixlərini fərqli rəqəmlərlə yazmışdır. İddiaçı qeyd edir ki, ona edilmiş təzyiqlərə dözməyərək və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam veriləcəyi hədələri qarşısında nazirlikdə hazırlanmış və ona təqdim edi lmiş ərizəyə 11 dekabr 2023-cü ildə imza etmişdir. Bundan sonra 18 və 22 dekabr 2023-cü il tarixlərdə mobil telefonuna edilmiş zənglərlə nazirliyə dəvət edilmiş və 22 dekabrda həmin ərizəyə tarixləri yazmaq məcburiyyətində qalmışdır və bu tarixləri ərizənin imzalandığı kadrlar şöbəsinin əməkdaşının qələmi ilə deyil, özünə məxsus fərqli rəngdə olan qələmdən istifadə etmişdir. Məhkəmə iclaslarında da iddiaçı dəfələrlə bildimişdir ki, əgər o, öz iradəsi əsasında əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermişdirsə, o zaman 22 və 23 dekabr 2023-cü il tarixlərdə ərizənin nə üçün etibarsız hesab edilməsini xahiş etmiş, 30 dekabr 2023-cü il tarixində xitam əmrinə etiraz qeydlərini yazmış və məhkəməyə müraciət etmişdir?; - cavabdeh tərəf şikayətində Elektron ünvan 2 və Elektron ünvan 3 iddia çı tərəfindən elektron məktub göndərilməsini inkar etmiş, apellyasiya məhkəməsində işə baxılan zaman isə, ümumiyyətlə, həmin elektron məktubu almadıqlarını bildirmişdir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh kassasiya şikayətdə iddiaçını çox savadlı, hüquqlarını bilən və alicənab şəxs kimi qiymətləndirsə də, lakin belə bir mütəxəssisi, rəhbər işçini ölkədə və xaricdə elm sahəsində tanınan və qəbul edilən bir alimi – elm adamını hansı səbəblərdən tələm-tələsik şəkildə ərizədə göstərildiyi tarixdən 5 gün əvvəl əmr imzalamasına heç bir səbəb və əsas göstərə bilməmişdir; - bundan başqa, apellyasiya məhkəməsi qətnamədə bu hissəyə geniş şəkildə toxunmuşdur. Belə ki, təqdim edilmiş sənəddən görünür ki, “This message was sent with High importance” qeyd edilmişdir, bu isə o deməkdir ki, həmin m esaj göndərilmişdir. Belə olan halda akşar olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı elektron poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə ərizə göndərmiş və həmin ərizə ünvan sahiblərinə çatmışdır. Ərizənin göndərildiyi Elektron ünvan 2 elektron poçt ünvanının sahibi olan Nərmin Bayramova isə nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri olmuşdur. Həmçinin etik müvəkkil təyin edilmişdir; - cavabdeh birinci instansiya məhkəməsində Nərmin Bayramovanın ƏƏSMN-də işləməsi barədə fikir bildirməkdən yayınmış və bütün bunların iddiaçının sübut etməli olduğunu bildirmişdir; - apellyasiya məhkəməsi qətnaməsinin kassasiya instansiyası tərəfindən ləğvi əsasları MPM-nin 418-ci maddəsinə göstərilmişdir. Cavabdeh tərəf kassasiya şikayətində bi rmənalı olaraq MPM-in 418-ci maddəsinin hansı bəndinin pozulmasını konkret bildirməli və bunu hüquqi əsaslandırmalı idi. Lakin indiki halda kassasiya şikayəti formal, işin faktiki halları ilə bağlı mülahizələrdən ibarətdir. MPM-nin 418-ci maddəsinin hansı tələbinin kassasiya şikayətinin əsası olmasını cavabdeh özü belə müəyyən edə bilməmişdir, çünki belə bir hal mövcud deyildir. Nəzərə almaq lazımdır ki, işçi işəgötürən qarşısında istər iqtisadi, istərsə də, hüquqi baxımdan zəif tərəfdir. İqtisadi tərəfi aydın olduğundan daha çox hüquqi tərəfini önə çəkmək lazımdır. Belə ki, cavabdehin hüquq strukturu vardır və verdiyi bütün qərarları, eləcə də, addımlarını hüquqi müzakirədən keçirmək və yekun hüquqi rəy almaq imkanına sahibdir. İşçi isə bütün bu imkanlardan məhrumdur; - beləliklə kassasiy a şikayətinin təmin edilməməsi əsasları aşağıdakılardır: 1) Əmək Məcəlləsiniun 69.4-cü maddəsinə əsaslanaraq iddiaçı 22 dekabr tarixli elektron məktubla və 23 dekabr 2023-cü il tarixində ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı 2-ci ərizəsini təqdim etdiyindən işdən çıxarıla bilməzdi; 2) cavbabdeh tərəfindən 5 gün qabaqcadan işdən çıxarma barədə əmrin verilməsi ƏM-nin 69.4-cü maddəsində içinin mənafeyinə üçün nəzərdə tutulan imkanların formallaşmasına səbəb omaqla bərabər işçinin bu hüququ məhdudlaşdıradı; 3) iş materiallarında olan Dövlət Vergi Xidmətinin 28 avqust 2024-cü il tarixli cavab məktubunun 2-ci abzasından görünür ki, baxmayaraq ki, 06 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü ilə kimi X3 İdarə Heyətinin sədri iddiaçı olmuşur, amma X7 publik hüquqi şəxsinin qanuni təmsil çisi-rəhbəri 19 iyul 2023-cü il tarixindən 22 yanvar 2024-cü il tarixədək DƏMX-nin rəhbəri Vəli Quliyevin müavini Orxan Hüseynzadə olmuşdur. Həmçinin iş materiallarından görünür ki, Asan İmzanın verilməsi üçün iddiaçıya çətinliklər yaradılmış, onun faktiki olaraq sədr kimi fəaliyyət göstərməsinə maneələr yaradılmışdır; - buradan da görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehin qanunsuz planları olmuş və iş materiallarında bununla bağlı kifayət qədər tutarlı arqumentlər və dəlillər vardır; - X7 publik hüquqi şəxsin nizamnaməsinin 4.4-cü maddəsinə əsasən idarə heyətinin tərkibi 3 (üç) nəfərdən-Nazirliyin razılığı ilə Xidmətin rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. Nizamnaməyə əsasən iddiaçının işdən çıxarılmağı üçün ƏƏSMN-nin razılığı olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı işdən çıxma barədə qabaaqcadan hazırlanmış ərizəni 11 dekabr 2023-cü il tarixində imzalamış, 22 dekabr 2023-cü il tarixdə həftənin cümə günü saat 17:00 radələrində ərizənin tarixini yazmışdır. Dekabr ayının 23 və 24 qeyri-iş günləri olduğu nəzərə alınsa işəgötürən ƏƏSMN-nin razılığını 25 dekabr 2023-cü il tarixində ala bilməzdi. Bunu fiziki olaraq çatdırmaq mümkün deyil, həm də nəzərə alınmalıdır ki, həmin ərizə elektron sənəd dövriyyə sistemində 23 dekabr 2023-cü il tarixdə qeyri-iş günündə qeydə alınmışdır. Digər tərəfdən işdən iddiaçının çıxmağına razılıq barədə ƏƏSMN-nin dərkənarı da mövcud olmadığından cavabdeh bu günə qədər məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarilə ƏMM-ni n nizamnamənin 4.4-cü maddəsinin tələbləri pozulmuşdur; - Əmək Məcəlləsinin 69.7-ci maddəsinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. X9 Xidmətinin rəhbərliyi iddiaçı ilə işləmək istəmədiklərini və ona öz xoşu ilə ərizə yazaraq işdən getməyi barədə təzyiqlər etmiş və bununla da Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçının tətil elan etməsinə baxmayaraq 07 dekabr 2023-cü il tarixindən ona yazılı xəbərdarlıq təqdim edilmişdir; - bundan başqa iddiaçının 19 dekabr 2023-cü il tarixində səlahiyyətləri əmrlə əlindən alınmış, qanuni təmsilçi olaraq qeydiyyatdan keçməsi üçün DƏMX tərəfindən heç bir zəruri addım atılmamış, keçirilməyən iclasların protokollarının imzalanması ondan tələb edilmiş, müəssisənin auditi və yoxlaması keçirilmədən iddiaçıya təhvil verilməsinə çalışılmış, zəruri iş şəraiti yaradılmamış (iş otağının zibil qutusu belə təmizlənmirdi), ƏMM-nin rəhbəri kimi qaldırıldığı heç bir problemin həlli üçün addımlar atılmamış, bu barədə olan müraciətlərə isə, ümumiyyətlə, cavab verilməmişdir. İddiaçı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı hədə-qorxu, məcburiyyət təsiri altında iradəsi əleyhinə imzalamağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə (əmək müqaviləsinin xitam edilməsi haqqında əmrin üzərinə etdiyi qeydlə də) və məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır; - digər tərəfdən hazırki mülki iş üzrə hadisələrin xronoloji ardıcıllığı iddiaçının istinad etdiyi halları (hədə-qorxu, əmək şəraitinin yaradılmaması, səlahiyyətlərinin əlindən alınması, qanuni təmsilçinin dəyişdirilməməsi, X15 Vəliyevin adına qeydiyyata alınmaması, əmr vermək, işçi götürmək və ya çıxarmaq, o cümlədən əmək haqlarının ödənilməsi səlahiyətlərinin işə girdiyi andan ona verilməməsi məcburiyyət təsirinin mövcudluğunu) bir daha təsdiq etmişdir. Göstərilən hallar tərəflər arasında qərəzli münasibətin mövcudluğunu, iddiaçının işdən Əmək Məclləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinin pozulması ilə çıxarıldığını, işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi əsasında deyil, hədə-qorxu, məcburiyyət təsiri altında yazdığını bir daha təsdiq edir. Halbuki əmək müqaviləsinin işç inin təşəbbüsü ilə ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxma barədə ərizə işçinin könüllü iradə ifadəsinə əsaslansın. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68 (2), “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Maddə
69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işç iyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. (hüquq münaisbətinin yarandığı zaman qüvvədə olan redaksiya)
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 300 bənd
1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddəl ərində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməs i işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
78. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
80. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 8
1. Məhkəmə kollegiyası apellyasiya instansiyası gəldiyi nəticəni düzgün hesab etmir.
82. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə X9 Xidmətininin rəisinə ərizə ünvanlayaraq onu öz arzusu ilə 1 aylıq xəbərdarlıq müddətini gözləmədən xx.xx.2023-cü il tarixdən işdən azad etməyini xahiş etmişdir. X9 Xidmətininin xx.xx.2023-cü il tarixli 3-175/3-2-1055/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçının xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023cü il tarixdən öz arzusu ilə xitam verilmişdir.
83. İddiaçı işdən azad edilməsi barədə xahişi özündə əks etdirən xx.xx.2023-cü il tarixli ərizənin etibarsız hesab edilməsi ilə bağlı DƏMX-yə 23 dekabr 2023-cü il və xx.xx.2023-cü il tarixlərində müraciət etdiyini, lakin bunun nəzərə alınmayaraq onun əmək müqaviləsinə xitam verilməsinə istinad edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir.
84. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə nin cavabdeh orqana çatmağını sübut edən halların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. iddiaçı tərəfindən təqdim edilmiş, onun tərəfindən, yəni “Elektron ünvan 1” elektron poçt ünvanından “Elektron ünvan 2” elektron poçt ünvanına göndərilmiş məktubun nə ilə bağlı olduğu aydın şəkildə görünmür. iddiaçı işəgötürənə (https://demx.gov.az/ ) deyil, “Elektron ünvan 2” ünvanına məktub ünvanlamışdır ki, həmin məktubun da yazılma tarixi və çatdırılma tarixi müə yyən edilmir. İddiaçı “Elektron ünvan 1” ünvanından xx.xx.2024-cü il tarixdə Vəli Quliyevə ünvanladığını qeyd etdiyi elektron məktuba qoşma kimi 3MB ölçüdə əlavə etdiyi sənədin ərizə olduğunu bildirsə də, məhkəmə araşdırması ilə həmin sənədin ərizə olduğu təsdiqini tapmır. adı. Eləcə də, iddiaçı ərizə olmuş olsa belə, ərizənin əslinin işəgötürənə rəsmi təqdim edilməsi müəyyən edilmir. Elketron poçtla göndərilən məktubda xx.xx.2023-cü il tarixdə ərizənin əslinin veriləcəyi qeyd edilsə də, iş materiallarına ərizənin əslinin işəgötürənə təqdim edilməsi sübuta yetmir.
85. Apellyasiya instansiyası məhkəməsi isə iddianı təmin etməklə tam fərqli yanaşma nümayiş etdirərək, hesab etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçı 22 dekabr 2023-cü il tarixli ərizənin etinbarsız hesab edilməsi bar ədə 23 dekabr 2023-cü il tarixli ərizəni işə götürənə göndərmişdir. Belə ki, təqdim edilmiş sənəddə “This message was sent with High importance” qeyd edilmişdir, bu isə o deməkdir ki, həmin mesaj göndərilmişdir. Belə olan halda akşar olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı elektron poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə ərizə göndərmiş və həmin ərizə ünvan sahiblərinə çatmışdır.
86. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iddiaçı xx.xx.2023cü il tarixli ərizəni xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə təqdim etdiyini bildirsə də, bu iş materiallarından müəyyən edilmir, lakin bu hal əhəmiyyət kəsb etmir, belə ki, iddiaçının bu barədə ərizəni elektron formada göndərməsi öz təsdiqini tapmışdır və iş materiallarından müəyyən edilir ki, iddiaçı ilə işəgötürən arasında olan yazışmaların hamısı elektron formada elektron poçt vasitəsi ilə həyata keçirilmişdir. İddiaçı da elektron formada 22 dekabr tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə iradə ifadəsini bildirmişdir.
87. Məhkəmə kollegiyası gəlinən bu nəticə ilə razılaşmır. Belə ki, apellyasiya instanasiyası məhkəməsi təqdim edilmiş sənəddə “This message was sent with High importance” qeydinə əsasən xx.xx.2023-cü il tarixli mesajın ünvan sahibinə çatması nəticəsinə gəlmişdir.
88. Halbuki mesajın ünvan sahibinə çatmasının təsdiqi kimi istinad edilən “This message was sent with High importance” qeydi mesajın çatmasını yox, göndərilməsini təsdiq edir. Mesajın göndərilməsi mübahisə predmeti deyil, mübahisə predmeti mesajın ünvan sahibi tərəfindən qəbul edili b-edilməməsi faktıdır. İddiaçı mesajın ünvan sahibi olan cavabeh tərəfindən alınmasını, cavabdeh isə belə bir mesaj almamasını göstərir.
89. Belə olan halda, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbi baxımından, işdən çıxma barədə xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsızlığı ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə barədə işəgötürəni e-maillə lazımi qaydada məlumatlandımasını sübut etmə vəzifəsi iddiaçını üzərinə düşür. Məlumatlandırma vəzifəsi dedikdə, hazırki işin halları baxımından bu vəzifə məlumatın yalnız ünvan sahibinə göndərilməsini deyil, həm də çatmasını ehtiva edir.
90. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli ərizənin cavabdehin ünvanına çatmasını sübut edə bilməmiş, onun sübut etdiyi hal həmin məlumatın göndərilməsini təsdiq etməklə məhdudlaşmışdır.
91. İşə bərpa ilə bağlı analoji işlərdə sübutetmə yükü bir qayda olaraq iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşsə də, lakin bu hal heç də bütün vəziyyətlərdə sübutetməni işəgötürənin üzərinə qoymaq kimi qəbul edilməməlidir. Sübut edilməli haldan, sübutun növündən, mənbəyindən və s. şərtlərdən asılı olaraq sübutetmə vəzifəsi işçinin də üzərinə düşə bilər və hazırki halda da qeyd edilən xüsusatı sübut etmək vəzifəsi iddiaçını üzərinə düşmüşdür. Çünki sübut edilməli halın özündən çıxış etdikdə də, bu halın iqisadi baxışımdan daha güclü olan işəgötürənlə hər hansı bağlılığı (sübutun yalnız işəgötürəndə olması və s.) yoxdur.
92. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən məsələdə sübutetmə yükünü düzgün müəyyən etməmiş, cavabdehin üzərinə onun sübut etməli olmadığı xüsusatı sübut etmək vəzifəsi qoymuşdur.
93. Üstəlik, iddiaçı işdən çıxma barədə xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsızlığı ilə bağlı ərizənin xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə cavabdedhə təqdim etdiyini bildirsə də, bunu sübut edə bilməmiş və bu halı apellyasiya instansiyası məhkəməsi özü də xüsusui olaraq vurğulamışdır.
94. Əmək Məcəlləsinin 69-cü maddəsinin 4-cü hissəsinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.
95. Göründüyü kimi qanunvericilik işçiyə həm əmək müqaviləsini ləğv etmək barədə ərizə vermək, həm də xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilmək imkanı tanıyır.
96. Hazırki işdə iddiaçının əmək müqaviləsini ləğv etmək barədə ərizə verməsi təsdiqini tapsa da, onun xəbərdarlıq müddəti bitənədək həmin ərizənin etibarsız hesab edilməsi barədə işəgötürəni məlumatlandırması lazımi qaydada tədqiq edilmiş sübutlarla müəyyən edilməmişdir.
97. Buna görə də məhkəmə kollegiyası iddiaçının cavabdehi işdən çıxmaq istəməməsi barədə məlumatlandırması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olmasına qiymət verə bilmir.
98. Halbuki qeyd edilən hallara apellyasiya instansiyası məhkəməsinin aydınlıq gətirmiş olması mübahisənin düzgün həllində mühüm əhəmiyyət kəsb etmişdir.
99. İddiaçı ilə cavabdeh arasında olan yazışmaların hamısının elektron formada elektron poçt vasitə si ilə həyata keçirilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gətirdiyi dəlil də işdən çıxma barədə xx.xx.2023-cü il tarixli ərizənin etibarsızlığı ilə bağlı xx.xx.2023-cü il tarixli ərizəni işəgötürəni lazımı qaydada məlumatlandırmasını təsdiq edən hal anlamına gəlmir. Çünki cavabdeh digər yazışmaları mübahisələndirməyib. Buna görə də mübahisələndirilən konkret halla bağlı məsələyə aydınlıq gətirilməklə iddiya qiymət verilməli idi.
100. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə o lan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
101. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlid ir.
102. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4678/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.